“Onlar insan ovuna çıxırlar” .....                     "Qapını göstəriblər və deyiblər ki..." .....                     Şəki Rayon Məhkəməsinə yeni hakim təyin edilib .....                     Ağcabədidə toyda mübahisəyə görə 2 qohumun qətli ilə bağlı məhkəmə başlayır .....                     Rusiya 6 konteyner Azərbaycan siqaretini ölkəyə buraxmadı .....                     Milli Qəhrəmana Keşlədə 3 mərtəbəli obyekt tikmək üçün icazə verildi .....                     Moskvada biznes tələsi: Elşad Mirbəşirli və vəkil aldadıldı .....                     İrəvanda “çarmıxa çəkilən” II Qareginin sirli hekayəsi .....                     Emin Əmrullayevin təzhizatçı qaynı Nihad Hənifəyev və STEAM milyonları .....                     “Ferrum Kapital” Vətən müharibəsi iştirakçısını təhqir edib? .....                     Mehdiyevin hektarlarla torpağı üzə çıxdı: vətəndaşın ərazisini zəbt edən “göbələk Feyruz” kimdir? .....                     Milyardlıq kreditlər, şəxsi təyyarə, İspaniyada milyonluq şirkət .....                     Atasının evdən çölə buraxmadığı gənc necə qatil oldu? .....                     ABŞ və İran 60 günlük atəşkəsi uzatmaq barədə razılığa gəlib .....                     Azərbaycanda KURYOZ OLAY: məhkəmə atasını söyən oğulu CƏRİMƏLƏDİ .....                     Tanınmış aktyor KİMƏ SƏSLƏNDİ: .....                     Ukrayna ordusu Novorossiyskdə Rusiyaya qarşı əməliyyat keçirib, .....                     Naxçıvanın bütün sahələrdə əldə etdiyi uğurlar göz qabağındadır .....                     Yeni nəqliyyat dəhlizlərinin, xüsusilə Zəngəzur dəhlizinin yaradılması məsələsi mühüm əhəmiyyət kəsb edir .....                     Brilliantdan illər sonra ETİRAF: .....                     Moskvanın “əli” Ermənistanın “xirtdəyində” .....                     "Zəngəzur Su" vətəndaşları zəhərləyir? .....                     Azərbaycan Mərkəzi Bankı "İnvestra Kredit Ittifaqı"na lisenziya verib .....                     Elm və Təhsi Nazirliyinin “yenilikçi” qərarları: Hələlik ancaq problem yaradır .....                     “DEVİN MEDİA” 871 nəfərdən qeydiyyat üçün 20 manat aldı VƏ... .....                     Sülh sazişi Vaşinqtonda imzalanacaq .....                     Məhkəmə qohumunu 14 bıçaq zərbəsi ilə öldürən şəxslə bağlı qərarı açıqladı .....                     Dünyanın 69 böyük şəhərində orta aylıq əməkhaqqı nə qədərdir? .....                     Rusiyada azərbaycanlıları gözləyən dəhşətli “tələ” .....                     Laçında yarım milyon manatlıq .....                     “Nar” ən yüksək nəticə göstərən abituriyentləri mükafatlandıracaq .....                     Yenidən kağız attestata keçdik: MÜTDA məlumatı niyə gizlədir? .....                     Azərbaycanda ixtisas seçimində edilən 7 böyük SƏHV .....                     Ermənistan Zəngəzura qoşun yeritdi .....                     Perinatal Mərkəzə daxil olan kimi problemlər başlayır... .....                     Ukrayna Vensin xahişindən sonra Qara dənizdə neft tankerlərinə zərbələri dayandırıb .....                     Ceki Çan üçün muğam oxuyan xanəndə: .....                     Dövlət Sığorta Agentliyinin eks-vəzifəli şəxsi yenidən məhkəmə qarşısında .....                     Nazirliyin ekektron attestatı NARAZILIQ yaratdı .....                     Münaqişədən qarşılıqlı asılılığa: Cənubi Qafqazın yeni reallığı .....                 

Kadırovçular Ukraynada və ya Rusiyanın hələ çoxmu gücü qalıb? - İNCƏLƏMƏ...
Tarix: 17-03-2022, 07:37 | Çap et
Kadırovçular Ukraynada və ya Rusiyanın hələ çoxmu gücü qalıb?
Onlar faktiki olaraq real döyüşlərdə iştirak etmirlər. Amma sosial şəbəkələrdə özlərini reklam edirlər. Kadırovun adından “humanitar yardım” paylayır, bayraqlarla şəkil çəkdirirlər”. DİA.AZ xəbər verir ki, bunu "Current Time" saytına nüfuzlu "Conflict Intelligence Team" təhqiqat qrupunun əsasını qoymuş Ruslan Leviyev deyib.

O diqqəti kadırovçuların Ukraynadakı fəaliyyətinin qəribəliklərinə çəkir:

“Kadırovçular nizami qoşuna daxil deyillər. Onlar formal olaraq Rosqvardiyanın bir bölümü sayılır. Amma mühüm bir məqam var: Onların fəaliyyət zamanı federal mərkəzə heç də həmişə tabe olmadıqları müşahidə olunub. Kadırovçuların Rosqvardiya üzrə əmrlərə məhəl qoymamasına görə dolayısı ilə toqquşmalar da baş verib. Bu hər halda Ramzan Kadırovun özəl ordusudur”.

PR qoşunu

Leviyev bildirir ki, bu “ordunun” əsas fəaliyyəti özünüreklamdır:

“Biz görürük ki, onlar münaqişənin əvvəlindən Ukraynadadırlar, amma onların döyüşlərdə iştirakını bircə dəfə də görməmişik. Bunları biz bir növ “PR-qoşunu” adlandırırıq. Yəni onlar çoxlu qəşəng videolar çəkir, avtomatla gəzir, evləri “təmizləyir”, guya humanitar yardım paylayır və dinc əhalinin qayğısına qalırlar. Onlar Zelenskini və Ukrayna ordusunu hədələyirlər: “biz bütün Ukraynanı iki günə təmizləyirik” filan. Amma artıq müharibə 21 gündür ki, gedir, bəs o iki gün harda qalıb?”

Leviyevin fikrincə, Ramzan Kadırovun dəstəsi ümumiyyətlə döyüşlərdə iştirak üçün nəzərdə tutulmayıb və onları hərbi əməliyyatlarda iştirak üçün hazırlamayıblar:

“Onlar vaxtlarını Kiyev yaxınlığında keçirirlər. Biz onları Melitopolda da görmüşük. Onlar vaxtın çoxunu gəzmək və video çəkməklə məşğuldurlar. Amma bir insident də olub. Fotolardan birindən belə başa düşmək olar ki, həlak olmuş kadırovçuların cəsədləri görünür. Bugünlərdə gülləbatmaz şüşələri olan kiçik bir cipin şəkli vardı. Orada iki cəsəd görünür. Cəsədlərin uzanmasından görünür ki, onları pusquya salaraq güllələyiblər. Onların geyim formasından bu qərara gəldik ki, bunlar kadırovçulardır. Amma kadırovçuların əsl hərbi döyüşdə iştirakını hələki bir dəfə də görməmişik”.

“Ura, biz baza ələ keçirmişik!”

Leviyev deyir ki, kadırovçuları əsasən Kiyev, Qostomel, Buça, İrpen istiqamətində görmək olar:

“Bir videoda onların bayraq asdıqlarını görürük. Bu Ukrayna milli qvardiyasının bazasıdır. Amma çəkdikləri videoda lovğalanırlar ki, milli qvardiyanın bazasını tutublar. Lakin həmin baza onlar gələndə artıq boş olub. Yəni orda döyüş olmayıb, Ukrayna milli qvardiyaçıları öldürülməyib. Onlar sadəcə olaraq boş bazaya gəliblər, öz bayraqlarını asıblar və məruzə ediblər: “Ura, biz baza ələ keçirmişik!””

Ekspert danışır ki, belə görünür, kadırovçular Ukraynanın Varta zirehli avtomobillərini də bu boş bazada tapıblar:

“Onların bütün “qələbələri” belədir. Boş bazaya gəlmək, bayraqlarını asmaq və “ura, biz qalib gəldik” qışqırmaqdır. Onların PR-ı ümumilikdə aqressiv ritorikalıdır. Məsələn, “biz igid oğlanlarıq, biz Kiyevi iki günə təmizləməyə hazırıq, Putin bizə əmr elə”. Amma ötən üç həftə ərzində onlar bir döyüşdə də iştirak etməyiblər”.

Ruslan Leviyev bu yaxınlarda Ukraynanın Donetskə Toçka U raketi atmasına da inanmır. O bildirir ki, raketin yerdəki quyruğu və başqa qalıqları onun cənub-şərqdən atıdlğını göstərir.

Leviyev Donbas separatçılarının guya bu raketi göydə vurduqlarına dair iddiaları da rədd edir. Onun sözlərinə görə bu halda vurulan raketin yerə düşən hissələri bütöv qala bilməzdi.

Rusiya üçün böyük mühasirə təhlükəsi

Rusiyanın canlı qüvvəsi haqqında suallara cavab verən Leviyev bildirir ki, Moskvanın müharibə ərəfəsində sərhədə yığdığı ehtiyat canlı qüvvənin əksəriyyəti artıq Ukrayna ərazisində gedən döyüşlərdədir:

“Bununla yanaşı biz görürük ki, onlar yeni ehtiyat qüvvələri, texnika gətirirlər. Bunlar Rusiyanın müxtəlif regionlarından gətirilir. Ən sonuncu gördüyümüz isə kadırovçuların yeni karvanıdır. Bu karvan Qafqaz boyunca Rusiyanın qərbinə doğru hərəkət edir. Bundan sonra onlar ya Krıma, ya da Rostov vilayətinə, Belqorod tərəfə burulacaqlar. Bunu hələ izləmək lazımdır”.

Leviyev bildirir ki, Rusiyanın Suriya könüllülərini toplayacağına dair bəyanatlarını əvvəlcə blef kimi qəbul ediblər. Amma hazırda Suriyadakı Latakiya bazası ilə Rusiya arasında nəqliyyat təyyarələrinin fəallaşdığı görünür. Belə bir təsəvvür yaranır ki, onlar kimlərisə daşıyırlar. Ekspert hesab edir ki, Rusiyanın hazırkı döyüş tempini saxlamaq üçün hələ kifayət qədər ehtiyatı var:

“Bir çox ekspertlər deyirlər ki, guya on gündən sonra dönüş nöqtəsi çatacaq və daha sonra eskalasiya öləziməyə başlayacaq. Prinsipcə sakitləşmə artıq başlanıb. Mən Rusiya generallarının yerinə olsaydım Kiyev, Xarkov, Odessanın mühasirəsindən imtina edər, bütün qüvvələri şərqə atardım. Orada birləşmiş əməliyyat qüvvələri Rusiya qüvvələrini mühasirəyə salmağa çalışırlar. Amma Rusiya generalları və Kreml buna inanmaq istəmirlər. Onlar bütün itkilərə, dəyən ziyana baxmayaraq əvvəlcədən planlaşdırılmış yolla gedərək Kiyevi, Çerniqovu, Sumını mühasirəyə almağa, Odessaya dəhliz açmağa çalışırlar”.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Onlar insan ovuna çıxırlar” - Kremldən məmurlara tapşırıq
Bu gün, 16:12
"Qapını göstəriblər və deyiblər ki..." - "Kimə istəyirsən şikayət edə bilərsən!"
Bu gün, 16:09
Şəki Rayon Məhkəməsinə yeni hakim təyin edilib - BUNDAN SONRA...
Bu gün, 16:02
Ağcabədidə toyda mübahisəyə görə 2 qohumun qətli ilə bağlı məhkəmə başlayır
Bu gün, 16:01
Rusiya 6 konteyner Azərbaycan siqaretini ölkəyə buraxmadı - Qaçaqmal İDDİASI
Bu gün, 15:44
Milli Qəhrəmana Keşlədə 3 mərtəbəli obyekt tikmək üçün icazə verildi - DETALLAR
Bu gün, 15:40
Moskvada biznes tələsi: Elşad Mirbəşirli və vəkil aldadıldı - TƏFƏRRÜAT
Bu gün, 15:35
İrəvanda “çarmıxa çəkilən” II Qareginin sirli hekayəsi
Bu gün, 15:30
Emin Əmrullayevin təzhizatçı qaynı Nihad Hənifəyev və STEAM milyonları - FOTOLAR
Bu gün, 15:18
“Ferrum Kapital” Vətən müharibəsi iştirakçısını təhqir edib?
Bu gün, 15:07
Mehdiyevin hektarlarla torpağı üzə çıxdı: vətəndaşın ərazisini zəbt edən “göbələk Feyruz” kimdir? - TƏFƏRRÜAT
Bu gün, 15:00
Milyardlıq kreditlər, şəxsi təyyarə, İspaniyada milyonluq şirkət – İş adamı barədə İNANILMAZ İDDİALAR
Bu gün, 14:55
Atasının evdən çölə buraxmadığı gənc necə qatil oldu? – Bakıda əcnəbinin QANLI SONU
Bu gün, 14:36
ABŞ və İran 60 günlük atəşkəsi uzatmaq barədə razılığa gəlib - "Anadolu"
Bu gün, 14:27
Azərbaycanda KURYOZ OLAY: məhkəmə atasını söyən oğulu CƏRİMƏLƏDİ - TƏFƏRRÜAT
Bu gün, 13:04
Tanınmış aktyor KİMƏ SƏSLƏNDİ: - "İstedadlı insanların haqqına girmə!"
Bu gün, 13:03
Ukrayna ordusu Novorossiyskdə Rusiyaya qarşı əməliyyat keçirib, Zelenski təfərrüatları açıqlayıb
Bu gün, 12:59
Naxçıvanın bütün sahələrdə əldə etdiyi uğurlar göz qabağındadır - İsrafil Kərimovun yazısı
Bu gün, 12:54
Yeni nəqliyyat dəhlizlərinin, xüsusilə Zəngəzur dəhlizinin yaradılması məsələsi mühüm əhəmiyyət kəsb edir - MƏQALƏ
Bu gün, 12:52
Brilliantdan illər sonra ETİRAF: - "Buna görə peşmanam"
Bu gün, 12:41
Moskvanın “əli” Ermənistanın “xirtdəyində” – Bakı, Ankara və Qərbin edə biləcəyi...
Bu gün, 12:39
"Zəngəzur Su" vətəndaşları zəhərləyir? - GİLEY
Bu gün, 12:35
Azərbaycan Mərkəzi Bankı "İnvestra Kredit Ittifaqı"na lisenziya verib
Bu gün, 12:25
Elm və Təhsi Nazirliyinin “yenilikçi” qərarları: Hələlik ancaq problem yaradır - Görünəni odur ki...
Bu gün, 12:14
“DEVİN MEDİA” 871 nəfərdən qeydiyyat üçün 20 manat aldı VƏ... - Əgər araşdırma zamanı...
Bu gün, 12:01
Sülh sazişi Vaşinqtonda imzalanacaq - Amerikalı professor tarix də açıqladı
Bu gün, 11:51
Məhkəmə qohumunu 14 bıçaq zərbəsi ilə öldürən şəxslə bağlı qərarı açıqladı
Bu gün, 11:48
Dünyanın 69 böyük şəhərində orta aylıq əməkhaqqı nə qədərdir? - SİYAHI
Bu gün, 11:43
Rusiyada azərbaycanlıları gözləyən dəhşətli “tələ” – Bilinməyən məqamlar üzə çıxdı
Bu gün, 11:35
Laçında yarım milyon manatlıq “Laçın” yazısı tikiləcək
Bu gün, 11:30
“Nar” ən yüksək nəticə göstərən abituriyentləri mükafatlandıracaq - DİQQƏT
Bu gün, 11:26
Yenidən kağız attestata keçdik: MÜTDA məlumatı niyə gizlədir? - BU NƏDİ BELƏ?
Bu gün, 11:22
Azərbaycanda ixtisas seçimində edilən 7 böyük SƏHV – Bir yanlış artıq gələcəyi dəyişir
Bu gün, 11:17
Ermənistan Zəngəzura qoşun yeritdi – Artaşatdakı hərbçilər niyə Sünikə köçürüldü?
Bu gün, 11:13
Perinatal Mərkəzə daxil olan kimi problemlər başlayır... - İTTİHAM VAR...
Bu gün, 10:59
Ukrayna Vensin xahişindən sonra Qara dənizdə neft tankerlərinə zərbələri dayandırıb - “Financial Times”
Bu gün, 10:44
Ceki Çan üçün muğam oxuyan xanəndə: - “Telefonuna da çəkdi, süni intellekt olduğunu deyirlər”
Bu gün, 10:41
Dövlət Sığorta Agentliyinin eks-vəzifəli şəxsi yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 10:38
Nazirliyin ekektron attestatı NARAZILIQ yaratdı – FOTO
Bu gün, 10:36
Münaqişədən qarşılıqlı asılılığa: Cənubi Qafqazın yeni reallığı - İNCƏLƏMƏ
Bu gün, 10:34
Ermənistan ordusu yeni hərbi formaya keçir
Bu gün, 10:31
Mask Britaniyanı “satın almaq” istəyir – “Neçəyədir?”
Bu gün, 10:26
Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün 258 milyon manat ayrılıb - SƏRƏNCAM
Bu gün, 10:24
SOCAR-ın QALMAQALLI vitse-prezidenti vəzifədən alındı - belə deyirlər...
Bu gün, 10:10
“Abşeronneft“də büdcə pullarına KİM TAMAH SALIR?.. - İTTİHAM VAR...
Bu gün, 10:05
Qapalı diktator sindromu: - Ukrayna cəbhəsindəki dalandan "qələbəyə"
Bu gün, 09:56
Azərbaycanda qiymətlərin nə qədər artdığı AÇIQLANDI
Bu gün, 09:54
ABŞ Azərbaycanın neft hasilatı ilə bağlı proqnozunu açıqlayıb - DETALLAR
Bu gün, 09:51
Mollayev CƏZASIZ QALDIQCA... - "Mənim kimi problemi olan çoxlu sayda işçi var..."
Bu gün, 09:44
“907-ci düzəliş” ətrafında yeni qarşıdurma - NƏ ETMƏLİ
Bu gün, 09:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru