Neft Qaz Çıxarma İdarəsində OĞURLUQ .....                     Həm vaxt itkisidir, həm də... .....                     Zelenski Azərbaycan əsilli hərbçiləri təltif etdi .....                     Ukrayna-Rusiya savaşından qalib çıxan Şimali Koreya... .....                     Ermənistan Sünikdə hərbi mövcudluğunu niyə gücləndirir? .....                     Ünvanlı sosial yardıma niyə imtina cavabı gəlir? .....                     “Metsamor AES-in istismar şərtləri ilə bağlı qərarı Bakı vermir” .....                     Azərbaycanlı mütəxəssislər Ermənistanda 2 ay tədqiqat aparıblar .....                     Bakı-Tbilisi qatarında BİLET QALMAQALI: .....                     “Yeni Klinika”nın İctimaiyyətlə əlaqələr şöbəsinə müdir təyin olunub .....                     “Mərmər İnşaat” şirkətinin mənfəəti 42% azalıb .....                     Göygöldə kişi ona pul verməyən arvadını şalı ilə boğaraq öldürmək istədi .....                     TRIPP mesajının pərdəarxası: İrəvanın məqsədi Tehranı inandırmaqdır? .....                     Vüsal Nəsirlini Saleh Məmmədovun kadrları ilə nə birləşdirir? .....                     Ermənistanda cinayətlərin sayı Azərbaycandan 5 dəfə çoxdur .....                     Türkan İLK DƏFƏ AÇIQLADI: .....                     Yeni attestatlar xaricdə keçərlidirmi? .....                     “Rabitəbank” səhmdarları Müşahidə Şurasının tərkibi və “Capital Partners”lə bağlı toplanır .....                     Agentlik imtina edir, məhkəmə bərpa edir: “Nəticədə əlil 2 il əziyyət çəkir” .....                     Zəngəzur dəhlizi açılır: Naxçıvanın geosiyasi çəkisi KƏSKİN ARTIR .....                     “Onlar insan ovuna çıxırlar” .....                     "Qapını göstəriblər və deyiblər ki..." .....                     Şəki Rayon Məhkəməsinə yeni hakim təyin edilib .....                     Ağcabədidə toyda mübahisəyə görə 2 qohumun qətli ilə bağlı məhkəmə başlayır .....                     Rusiya 6 konteyner Azərbaycan siqaretini ölkəyə buraxmadı .....                     Milli Qəhrəmana Keşlədə 3 mərtəbəli obyekt tikmək üçün icazə verildi .....                     Moskvada biznes tələsi: Elşad Mirbəşirli və vəkil aldadıldı .....                     İrəvanda “çarmıxa çəkilən” II Qareginin sirli hekayəsi .....                     Emin Əmrullayevin təzhizatçı qaynı Nihad Hənifəyev və STEAM milyonları .....                     “Ferrum Kapital” Vətən müharibəsi iştirakçısını təhqir edib? .....                     Mehdiyevin hektarlarla torpağı üzə çıxdı: vətəndaşın ərazisini zəbt edən “göbələk Feyruz” kimdir? .....                     Milyardlıq kreditlər, şəxsi təyyarə, İspaniyada milyonluq şirkət .....                     Atasının evdən çölə buraxmadığı gənc necə qatil oldu? .....                     ABŞ və İran 60 günlük atəşkəsi uzatmaq barədə razılığa gəlib .....                     Azərbaycanda KURYOZ OLAY: məhkəmə atasını söyən oğulu CƏRİMƏLƏDİ .....                     Tanınmış aktyor KİMƏ SƏSLƏNDİ: .....                     Ukrayna ordusu Novorossiyskdə Rusiyaya qarşı əməliyyat keçirib, .....                     Naxçıvanın bütün sahələrdə əldə etdiyi uğurlar göz qabağındadır .....                     Yeni nəqliyyat dəhlizlərinin, xüsusilə Zəngəzur dəhlizinin yaradılması məsələsi mühüm əhəmiyyət kəsb edir .....                     Brilliantdan illər sonra ETİRAF: .....                 

Lukaşenko Avropanı təhdid etdi: - “Bütün kommunikasiya xətlərini bağlaya bilərik”
Tarix: 12-11-2021, 12:40 | Çap et
Lukaşenko Avropanı təhdid etdi:
Belarus Avropanın ona qarşı çıxarmağa çalışdığı sanksiyalara sərt cavab verməyə hazırdır.

Ovqat.com-un məlumatına görə, dünən Belarus prezidenti Aleksandr Lukaşenko Aİ-nə bu barədə xəbərdarlıq edib.

Onun sözlərinə görə, Aİ Belarusa qarşı 5-ci sanksiya paketini qəbul edərsə, Minsk onunla bütün kommunikasiya əlaqələrini kəsə bilər:

“Bir çoxları bizi beşinci paketlə qorxutmağa başlayıb. Bu beşinci paket üçün Roman Aleksandroviçə (Belarusun baş naziri) göstəriş verilib: biz onlara heç nəyi bağışlamayacağıq. Polşa bizi qorxudur ki, sərhədi bağlayacaq. Zəhmət olmasa bağlayın: asta qaçan namərddir. Bəs biz Belarusdan Avropa ölkələrinə tranziti bağlasaq, nə olacaq? Avropaya tranzit xətti Ukraynadan keçə bilməz, çünki orada Rusiya ilə sərhəd bağlıdır. Baltikyanı ölkələrdə isə tranzit yolları yoxdur. Biz tranzit xətlərini polyaklar və ya almanlar üçün bağlasaq, nə edəcəklər? Biz öz suverenliyimizi və müstəqilliyimizi müdafiə edərkən heç nədən çəkinməyəcəyik”.

Lukaşenko xatırladıb ki, Yamal-Avropa transmilli əsas ixrac qaz kəməri Belarus ərazisindən keçir və son vaxtlar Rusiyadan Qərbə qaz tranzitinin həcmi xeyli artıb.

“Biz Avropanı isidirik, onlar isə bizi hədələyirlər ki, sərhədi bağlayacaqlar. Bəs biz təbii qazı tamamilə bağlasaq, necə? Ona görə də mən Polşa rəhbərliyinə, litvalılara və başqa beyinsiz adamlara danışmazdan əvvəl düşünməyi tövsiyə edərdim. Amma bu onların problemidir. Amma Xarici İşlər Nazirliyimiz Avropadakı hər kəsə xəbərdarlıq etməlidir: əgər bizə həzm edə bilməyəcəyimiz və qəbulolunmaz əlavə sanksiyalar tətbiq etsələr, cavab verəcəyik. Necə cavab verəcəyimizi biz ay əvvəl onların diqqətinə çatmırmışıq", - Lukaşenko belə deyib.

Xatırladaq ki, Belarusla Aİ arasında münasibətlər 2020-ci ilin avqustunda respublikada keçirilən prezident seçkilərindən sonra pisləşib. Qərb ölkələri Lukaşenkonu dövlət başçısı kimi tanımır və rəsmi Minskə qarşı bir neçə sanksiya paketi təqdim edib. Belarus və Aİ sərhədində baş verən miqrasiya böhranı ilə əlaqədar Brüssel beşinci məhdudiyyətlər paketi hazırlayır.

Belarusun bağlamaqla təhdid etdiyi Yamal-Avropa xətti Rusiyanın Avropanı qazla təchiz edən əsas boru kəmərlərindəndir. Bu kəmər 1999-cu ildə Ukraynadan yan keçməklə çəkilib. Qərbi Sibirin şimalındakı qaz yataqlarını Avropaya birləşdirən kəmər Rusiya qazının “qoca qitə”yə nəqlinin çevikliyini və etibarlılığını artıran əlavə ixrac dəhlizi hesab olunur. Kəmər Rusiya, Belarus, Polşa və Almaniya ərazisindən keçir.

Ümumi uzunluğu 2000 km-dən çox, diametri 1420 mm olan kəmərlə ildə 32,9 milyard kub metr qaz ixrac olunur. Kəmərin dörddə birindən çoxu (575 km) Belarus ərazisindən keçir. Sibirdən Avropaya qaz nasoslayan kəmərin 15 kompressor stansiyası var ki, bunlardan 5-i Belarus ərazisində yerləşir. Dolayısıyla Lukaşenkonun həqiqətən də Avropanın qərbinə qaz ixracını dayandırmaq imkanı var.

Nəzərə alsaq ki, Rusiyanın 2019-cu ilə qədər Ukrayna üzərindən Avropaya nəql etdiyi ildə 85 kub metr gücündə olan qaz xətti də tamamilə dayandırılıb, Yamal-Avropa kəmərinin əhəmiyyətinin daha da artdığını anlaya bilərik. Üstəlik, istər Ukrayna üzərindən keçən, istərsə də Yamal-Avropa qaz kəmərləri eyni məkana uzanır – Qərbi Avropaya. Rusiya sentyabr ayından etibarən dayandırdığı Ukrayna xətti ilə qaz nəqlini kompensasiya etmək üçün “Şimal axını-2” kəmərini çəkib, fəqət onun işə düşməsi Avropa İttifaqının bürokratik əngəlləri sayəsində ləngiyir. Ən son məlumata görə, “Şimal axını-2” layihəsinin işləyib-işləməyəcəyi barədə qərarı qarşıdakı yaz aylarında Avropa İttifaqının müvafiq orqanları verəcək. Aİ əgər bu kəmərdən siyasi basqı vasitəsi kimi istifadə olunması niyyətini müəyyənləşdirsə, qərarın Rusiyanın əleyhinə çıxacağı bəllidir. Rusiya isə son zamanlar açıq şəkildə qaz kəmərlərindən Avropaya siyasi basqı aləti kimi istifadə edir. Dolayısıyla gələn ilin ilk rübündə başlayacaq müzakirələrin “Qazprom”un leyhinı sonuclana biləcəyi ehtimalı böyükdür.

Zənnimizcə, Rusiyanın son zamanlar Avropa ölkələrini qazla imtahana çəkməsinin əsas səbəblərindən biri də “Şimal axını-2” layihəsini Aİ-yə qəbul etdirmək məqsədi güdür. Nədən ki, Rusiyanın Ukrayna və Belarus üzərindən qaz nəqlini dayandırması faktiki olaraq enerji idxalından asılı vəziyyətdə qalan Avropanın çarəsizliyindən faydalanıb öz siyasətini ona diktə etmək deməkdir.

Bunu birbaşa deyil, Belarus üzərindən həyata keçirilməsi isə ilk baxışdan yaxşı düşünülmüş ssenari təəssüratı yaradır. Belə ki, “Qazprom” Avropa tərəfdaşları ilə bağladığı müqavilələrə əsasən qaz nəqlini dayandıra bilməz. Amma bunun “ipə-sapa yatmayan” Lukaşenko tərəfindən dayandırılmasına qarışmaq da formal olaraq “onun əlində deyil”. Moskvanın bu cür uydurma dəlilləri Aİ-də kimlərəsə haqlı olaraq inandırıcı görünməyə bilər (Lukaşenkonun Putindən icazə almadan “Qazprom”un kəmərini dayanadırması mümkün deyil), amma hüquq siyasi mülahizələrə yox, formal reallıqlara istinad edir. Formal reallıq isə Rusiyanın tərəfindədir.

Zənnimizcə, Belarusun Yamal-Avropa qaz kəmərini dayandırması Rusiyanın nəinki iqtisadi maraqlarına zərbə vurmur, əksinə onun cari hədəflərinə tam cavab verir. Çünki Rusiya Yamal-Avropa kəməri ilə nəql etdiyi qazı Avropanın məcburən razılaşacağı “Şimal axını-2” kəməri ilə onsuz da “qoca qitə”nin enerji bazarına çıxarcağına inanır. Moskvanın fikrincə, qarşıdan soyuq qış ayları gəldiyindən Avropa ölkələri istəsə də, istəməsə də, bu təkliflə razılaşmağa məhkumdur. Avropaya başqa xətlə çıxarılacaq qaz isə köhnə müqavilələrdə nəzərdə tutulan fyuçers qiymətlərilə deyil, real bazar qiymətinə satılacaq. Enerji qıtlığı yaşayan Avropada qış aylarında qazın spot (gündəlik) qiymətinin isə fyuçers qiymətlərindən dəfələrlə baha olacağı gözlənilir. Təsadüfi deyil ki, Avropanın gündəlik enerji satış bazarlarında sentyabrın sonlarından etibarən qazın qiymətləri astronomik səviyyələrdə artmağa başlamış, hətta 1000 kub metr qazın qiyməti 1000 dolları keçmişdi. Halbuki, Rusiyanın Avropa ölkələri ilə bağladığı çoxillik qaz müqavilələrində bu rəqəm 200-300 dollar civarında idi. Qış aylarında qiymətlərin hətta 2000 dollara yüksələcəyi gözlənilir.

Qısası, Belarus Yamal-Avropa qaz kəmərini bağlayarsa, Rusiya həm “Şimal axını-2” kəmərini zorla Aİ-yə qəbul etdirəcək, həm də ona qaz 5-10 dəfə baha sata biləcək.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Neft Qaz Çıxarma İdarəsində OĞURLUQ - Niyə araşdırılmır?
Bu gün, 05:31
Həm vaxt itkisidir, həm də... - REPLİKA
Dünən, 18:07
Zelenski Azərbaycan əsilli hərbçiləri təltif etdi
Dünən, 18:00
Ukrayna-Rusiya savaşından qalib çıxan Şimali Koreya... - Görünəni odur ki...
Dünən, 17:55
Ermənistan Sünikdə hərbi mövcudluğunu niyə gücləndirir? - AÇIQLAMA
Dünən, 17:49
Ünvanlı sosial yardıma niyə imtina cavabı gəlir? - AKTUAL
Dünən, 17:46
“Metsamor AES-in istismar şərtləri ilə bağlı qərarı Bakı vermir” - Yeqoyan
Dünən, 17:44
Azərbaycanlı mütəxəssislər Ermənistanda 2 ay tədqiqat aparıblar - KİV
Dünən, 17:24
Bakı-Tbilisi qatarında BİLET QALMAQALI: - Ekspert problemin kökünü açıqladı
Dünən, 17:23
“Yeni Klinika”nın İctimaiyyətlə əlaqələr şöbəsinə müdir təyin olunub - BUNDAN SONRA...
Dünən, 17:21
“Mərmər İnşaat” şirkətinin mənfəəti 42% azalıb - HESABAT
Dünən, 17:13
Göygöldə kişi ona pul verməyən arvadını şalı ilə boğaraq öldürmək istədi - TƏFƏRRÜAT
Dünən, 17:09
TRIPP mesajının pərdəarxası: İrəvanın məqsədi Tehranı inandırmaqdır? - Görünəni odur ki...
Dünən, 16:56
Vüsal Nəsirlini Saleh Məmmədovun kadrları ilə nə birləşdirir? - ARAŞDIRMA
Dünən, 16:51
Ermənistanda cinayətlərin sayı Azərbaycandan 5 dəfə çoxdur - RƏQƏMLƏR
Dünən, 16:48
Türkan İLK DƏFƏ AÇIQLADI: - "Bunu kiminsə acığına etmədim"
Dünən, 16:38
Yeni attestatlar xaricdə keçərlidirmi? - Agentlik açıqladı
Dünən, 16:36
“Rabitəbank” səhmdarları Müşahidə Şurasının tərkibi və “Capital Partners”lə bağlı toplanır
Dünən, 16:30
Agentlik imtina edir, məhkəmə bərpa edir: “Nəticədə əlil 2 il əziyyət çəkir” - AXI NİYƏ?..
Dünən, 16:25
Zəngəzur dəhlizi açılır: Naxçıvanın geosiyasi çəkisi KƏSKİN ARTIR - ŞƏRH
Dünən, 16:21
“Onlar insan ovuna çıxırlar” - Kremldən məmurlara tapşırıq
Dünən, 16:12
"Qapını göstəriblər və deyiblər ki..." - "Kimə istəyirsən şikayət edə bilərsən!"
Dünən, 16:09
Şəki Rayon Məhkəməsinə yeni hakim təyin edilib - BUNDAN SONRA...
Dünən, 16:02
Ağcabədidə toyda mübahisəyə görə 2 qohumun qətli ilə bağlı məhkəmə başlayır
Dünən, 16:01
Rusiya 6 konteyner Azərbaycan siqaretini ölkəyə buraxmadı - Qaçaqmal İDDİASI
Dünən, 15:44
Milli Qəhrəmana Keşlədə 3 mərtəbəli obyekt tikmək üçün icazə verildi - DETALLAR
Dünən, 15:40
Moskvada biznes tələsi: Elşad Mirbəşirli və vəkil aldadıldı - TƏFƏRRÜAT
Dünən, 15:35
İrəvanda “çarmıxa çəkilən” II Qareginin sirli hekayəsi
Dünən, 15:30
Emin Əmrullayevin təzhizatçı qaynı Nihad Hənifəyev və STEAM milyonları - FOTOLAR
Dünən, 15:18
“Ferrum Kapital” Vətən müharibəsi iştirakçısını təhqir edib?
Dünən, 15:07
Mehdiyevin hektarlarla torpağı üzə çıxdı: vətəndaşın ərazisini zəbt edən “göbələk Feyruz” kimdir? - TƏFƏRRÜAT
Dünən, 15:00
Milyardlıq kreditlər, şəxsi təyyarə, İspaniyada milyonluq şirkət – İş adamı barədə İNANILMAZ İDDİALAR
Dünən, 14:55
Atasının evdən çölə buraxmadığı gənc necə qatil oldu? – Bakıda əcnəbinin QANLI SONU
Dünən, 14:36
ABŞ və İran 60 günlük atəşkəsi uzatmaq barədə razılığa gəlib - "Anadolu"
Dünən, 14:27
Azərbaycanda KURYOZ OLAY: məhkəmə atasını söyən oğulu CƏRİMƏLƏDİ - TƏFƏRRÜAT
Dünən, 13:04
Tanınmış aktyor KİMƏ SƏSLƏNDİ: - "İstedadlı insanların haqqına girmə!"
Dünən, 13:03
Ukrayna ordusu Novorossiyskdə Rusiyaya qarşı əməliyyat keçirib, Zelenski təfərrüatları açıqlayıb
Dünən, 12:59
Naxçıvanın bütün sahələrdə əldə etdiyi uğurlar göz qabağındadır - İsrafil Kərimovun yazısı
Dünən, 12:54
Yeni nəqliyyat dəhlizlərinin, xüsusilə Zəngəzur dəhlizinin yaradılması məsələsi mühüm əhəmiyyət kəsb edir - MƏQALƏ
Dünən, 12:52
Brilliantdan illər sonra ETİRAF: - "Buna görə peşmanam"
Dünən, 12:41
Moskvanın “əli” Ermənistanın “xirtdəyində” – Bakı, Ankara və Qərbin edə biləcəyi...
Dünən, 12:39
"Zəngəzur Su" vətəndaşları zəhərləyir? - GİLEY
Dünən, 12:35
Azərbaycan Mərkəzi Bankı "İnvestra Kredit Ittifaqı"na lisenziya verib
Dünən, 12:25
Elm və Təhsi Nazirliyinin “yenilikçi” qərarları: Hələlik ancaq problem yaradır - Görünəni odur ki...
Dünən, 12:14
“DEVİN MEDİA” 871 nəfərdən qeydiyyat üçün 20 manat aldı VƏ... - Əgər araşdırma zamanı...
Dünən, 12:01
Sülh sazişi Vaşinqtonda imzalanacaq - Amerikalı professor tarix də açıqladı
Dünən, 11:51
Məhkəmə qohumunu 14 bıçaq zərbəsi ilə öldürən şəxslə bağlı qərarı açıqladı
Dünən, 11:48
Dünyanın 69 böyük şəhərində orta aylıq əməkhaqqı nə qədərdir? - SİYAHI
Dünən, 11:43
Rusiyada azərbaycanlıları gözləyən dəhşətli “tələ” – Bilinməyən məqamlar üzə çıxdı
Dünən, 11:35
Laçında yarım milyon manatlıq “Laçın” yazısı tikiləcək
Dünən, 11:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru