ABŞ-la Ukrayna arasında yeni strateji tərəfdaşlıq xartiyası imzalanıb
Tarix: 11-11-2021, 08:17 |
Çap et
ABŞ Kiyevə dəstək üçün Rusiyaya qarşı sanksiyaları davam etdirmək niyyətindədir.
“Report” xəbər verir ki, bu barədə ABŞ və Ukrayna arasında imzalanan yeni strateji tərəfdaşlıq xartiyasında göstərilib.
Bildirilib ki, Birləşmiş Ştatlar Ukraynanın silahlı təcavüzə, iqtisadi və enerji böhranlarına və Rusiyanın zərərli kiber fəaliyyətinə qarşı səylərini dəstəkləmək niyyətindədir.
Belə ki, Rusiya Federasiyasına qarşı tədbirlər Ukraynanın ərazi bütövlüyü bərpa olunana qədər davam etdiriləcək.
Sənəddə qeyd olunub ki, rəsmi Vaşinqton Ukraynanın NATO-ya qəbul olmaq istiqamətində atdığı addımları dəstəkləyir.