Qafqazda TRİPP reallığı: İrəvan Tiflisi “sıradan” çıxarır .....                     Həsənovun 7 aylıq xərci: 22 milyon... .....                     “Pilgrim Education“ xaricdə təhsil şirkətindən şikayət .....                     Sabunçuda tam olaraq BAŞ(ÇI)SIZLIQDIR .....                     Pirallahıda məmurlar başçıdan gileylənir .....                     Siqaretin qiyməti 2 dəfə BAHALAŞACAQ .....                     Polisin qanuni əmrinə tabe olmayan Vətən müharibəsi iştirakçısı cərimə edilib .....                     "Tamam başqa cür qız idi... .....                     Azərbaycanda bu nazirliklər və qurumlar birləşə bilər .....                     Tramp Ukraynadakı müharibənin maliyyələşdirilməsini dayandırıb .....                     ABŞ-la Ermənistana qalsa, layihə iki il ləngiyəcək .....                     İrəvanda sirli iclas: Azərbaycanın 4 kəndinə qarşılıq... .....                     Samirə Əfəndi “sülh göyərçini” oldu, amma qalib olmadı .....                     Qarabağa Bakıdan MÜHÜM TRANSFER .....                     Ayda 16 manat ödəməyən işsiz cərimələnəcək .....                     Ramiz Mehdiyev vəkilindən imtina etdi: “Boz kardinal” nə düşünür? .....                     Psixoloq Hacı Şahinə sataşdı .....                     FHN şeyxin qızının və nəvəsinin obyektlərinin istismarına icazə verdi .....                     Agentlik Şərqi Zəngəzur filialı üçün ofis axtarır .....                     Avropa Parlamentinin keçmiş deputatı Rusiyadan rüşvət alıb .....                     Bakıda ardıcıl baş verən yanğın və partlayış: Bədbəxt hadisə, yoxsa terror? .....                     Azərbaycan Mərkəzi Bankı Yaşıl İstiqraz Fonduna investisiya edib .....                     “AFB Bank”da yeni təyinat .....                     Meqa Həyat və Meqa Sığorta şirkətində riskləri bu şəxs idarə edəcək .....                     İşsizlərə tibbi sığorta ödənişi tələbi narazılıq yaratdı .....                     “Başına benzin tökdü, gördüm ki, yanır” .....                     27 senator Bakıya qarşı .....                     Qərbi Azərbaycana qayıdış konsepsiyası .....                     Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən sayt rəhbəri və tanışının məhkəməsi başlayır .....                     “SOCAR-AQŞ”nin xüsusilə külli miqdarda vergi borcu var .....                     “Zəngəzur dəhlizi layihəsinin tamamlanması 4-5 il çəkəcək” .....                     Paşinyan Amerikanın agenti olub .....                     Azarkeşlər TVNET platformasında matçları türkiyəli Ertem Şenerin şərhi ilə izləyəcəklər .....                     Pedofil Mərdanı ögey qızı İFŞA EDİBMİŞ... .....                     Ərdoğan Putinlə ABŞ-ın Ukrayna üzrə sülh planını müzakirə edib .....                     “Üzünə tüpürməliydi?” .....                     Obyektlərində faciə olan Elçin və Murad qardaşları OLİQARX İMİŞ .....                     “Aztelekom”un 2 xidməti ləğv edilir .....                     “Bu komandanın etdiyi hərc-mərcliyi keçmişdə görməmişəm” .....                     Pirallahı MKTB rəisinin ölkədən çıxışına məhdudiyyət qoyuldu .....                 

Naxçıvan səhiyyəsində nə işlər çevrilir? - İLGİNC FAKTLAR
Tarix: 6-10-2024, 11:28 | Çap et
Naxçıvan səhiyyəsində nə işlər çevrilir?
Naxçıvan səhiyyə sistemində ərizə qalmaqalı bitmək bilmir.

Qeyd edək ki, bir neçə gün əvvəl Naxçıvan Respublika xəstəxanasının işçilərinə müddətli əmək müqaviləsi yazdırmağa çalışan TMİB (Naxçıvanın TƏBİB-i) bu tələbə etiraz edən tibb işçilərinin şikayəti media orqanları tərəfindən işıqlandırılandan sonra geri çəkilmişdi. Respublika xəstəxanasının işçilərinə müddətsiz əmək müqaviləsi imzalatmaqla (tibb işçiləri arasında 40 ildir eyni xəstəxanada işləyənlər də var və onlara yenidən işə qəbul ərizəsinin yazdırılması hansı zərurətdən doğub anlamaq mümkün deyil) canlarını qurtaran TMİB başbilənləri indi həmin tibb ocağının laboratoriyasının əməkdaşlarına “ilişiblər”.

Ovqat.com-un məlumatına görə, Respublika xəstəxanasının attestasiya imtahanından 11 bal toplayan (gorun çatlamasın, Mirzə Cəlil) Baş həkimi Ramazan “yoldaş” (Naxçıvanda hələ də sovet müraciət forması dəyişməyib) laboratoriya işçilərini bir araya toplayıb, onların artıq xəstəxanaya aid olmadıqlarını, bir türk şirkətinə satıldıqlarını bildirib. Və israrla tələb edib ki, indi yeni ağalarının adına ərizə yazıb köhnə işlərinə yenidən qayıda bilərlər.

Laboratoriya ilə birlikdə özlərinin də qul kimi satıldıqlarını eşidib xeyli təəccüblənən laborantlar tələb ediblər ki, onlara müvafiq “alqı-satqı müqavilələri” göstərilsin. Tibb xadimlərini narahat edən əsas məsələ isə sabah Türk şirkətini Naxçıvandan qovsalar (ki, Naxçıvan üçün bu olduqca xarakterik məsələdir), laborantların taleyinin necə olacağıdır. Nə illah ediblərsə, işçilərə bu barədə hər hansı məlumat və rəsmi sənəd göstərilməyib. Beləcə, ara qarışıb, dəftər itib. Nəticədə Naxçıvan xəstəxanalarının yeni rəhbəri TMİB sədri Vüsal Məmmədov “yoldaş” (Naxçıvan həkimləri ona belə müraciət edirlər) laborantların harayına özünü yetirib. O da bu zavallılara çoxdan “satıldıqlarını” etiraf edib, amma yenə də bunu təsdiq edən heç bir sənəd göstərməyib.

İki arada, bir dərədə qalan laborantlar sonunda xəstəxananın Həmkarlar İttifaqının sədri Qəzənfər Abdullayev “yoldaş”a məktub yazıb bu qul hərracına aydınlıq gətirməsini istəyiblər.

Bazar ertəsi günü ünvanına yetişəcək məktubu Qəzənfər müəllimdən əvvəl siz dəyərli Oxucularımızın nəzərinə çatdırırıq.

Naxçıvan səhiyyəsində nə işlər çevrilir?

“Yadların bizə yazığı gəlir, bizimkilər isə...”

Laborantların iddiasına görə, Naxçıvan Respublika Xəstəxanasının laboratoriyasını “Exon Naxçıvan MMC” adlı bir şirkətə veriblər.

Laborantların etiraz iclasına gələn şirkətin türkiyəli direktoru onların şikayətini dinləyib və arqumentləri ilə razılaşıb. Hətta deyib ki, bizə çox bel bağlamayın, bu gün burdayıq, sabah Naxçıvandan çıxıb gedə bilərik. Sizi dövlət işçiliyindən azad edirlərsə, biz gedəndən sonra taleyiniz necə olacaq? Hətta onu da əlavə edib ki, Türkiyədə dövlət işində çalışan məmuru heç kim işdən çıxara bilməz. Sizi hansı əsasla işdən çıxarırlar, şəxsən mən anlamış deyiləm.

Laborantlar türk şirkətinin direktorunun bu sözlərini belə şərh edirlər: “Türkün bizə yazığı gəlir, bizimkilər bizə qənim kəsiliblər”.

Naxçıvan səhiyyəsi – “xalaoğlular” imperiyası

Laborantlar “laboratoriyanın boz kardinalı” adlandırdıqları şəxsin foto şəkilini də bizə göndərdi. İddialarına görə, əlində plaket tutan bu cavan oğlan Naxçıvan Respublika Xəstəxanasının laboratoriyasının direktor müavindir, amma özünü “boz kardinal” kimi aparır. Yanına bir tibb bacısını da alıb laboratoriyanın işçilərini dinləməklə məşğuldur. Kimin həddi nədir, laboratoriyada başlarına gətirilən müsibətlər barədə artıq əskik danışa. Dərhal tibb bacısı dövriyyəyə girir, kimin nə danışdığını “boz kardinal”a, boz kardinal isə TMİB sədri Vüsal Məmmədova ötürür. Ardınca da “ağzının danışığını bilməyən” laborantın qara günləri başlayır. Laborantların dediyinə görə, yenə “boz kardinal”ın Gestapoçuluğuna dözmək olar. Necə olsa, səlahiyyət sahibidir. Onların şikayətləndiyi əsas şəxs isə müəyyən səbəblərdən hələ ki, adını çəkməyi məsləhət görmədiyimiz tibb bacısıdır. “Boz kardinal”ın lobbiçiliyi sayəsində tibb bacısı özünü Naxçıvan səhiyyəsinin baş komandanı kimi aparır.

Bəs, el arasında Naxçıvan səhiyyəsinin “boz kardinalı” adını qazanmağa nail olan bu şəxs kimdir?

Laborantların dediyinə görə, onun adı isə Nihatdır. Laboratoriya “Exon Naxçıvan” şirkətinə veriləndə bu vəzifəyə təyin olunub. Gücünün sirri isə çox sadədir; o, Naxçıvan xəstəxanalarının yeni patronu TBİM sədri Vüsal Məmmədovun xalası oğludur.

Nihatın atası isə Respublika xəstəxanasının 6-cı mərtəbəsində yerləşən yeməkxanasını işlədir.

Naxçıvan laborantlarının dinlədikcə istər-istəməz beyinlərdə bu nida “cücərir”: Bərəkallah, Vüsal müəllimə, adam rəsmən Naxçıvan səhiyyəsinin işıq gələn hər deşiyinə bir barmağını soxub.

Ovqat.com









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qafqazda TRİPP reallığı: İrəvan Tiflisi “sıradan” çıxarır - ARAŞDIRMA
Bu gün, 07:02
Həsənovun 7 aylıq xərci: 22 milyon... - İcazə verin şübhələnək...
Bu gün, 07:00
“Pilgrim Education“ xaricdə təhsil şirkətindən şikayət - “Pulumu alıb, lakin xidmət göstərməyib“
Bu gün, 06:55
Sabunçuda tam olaraq BAŞ(ÇI)SIZLIQDIR - VİDEOFAKT
Bu gün, 06:52
Pirallahıda məmurlar başçıdan gileylənir - "Məktəbli kimi dərs oxuyuruq..."
Bu gün, 06:41
Siqaretin qiyməti 2 dəfə BAHALAŞACAQ - AÇIQLAMA
Bu gün, 06:36
Polisin qanuni əmrinə tabe olmayan Vətən müharibəsi iştirakçısı cərimə edilib - TƏFƏRRÜAT
Bu gün, 06:30
"Tamam başqa cür qız idi... ...mənimlə onun arasında çox fərq var idi"
Bu gün, 06:28
Azərbaycanda bu nazirliklər və qurumlar birləşə bilər – Siyahı yayıldı
Bu gün, 06:24
Tramp Ukraynadakı müharibənin maliyyələşdirilməsini dayandırıb - Ağ Ev
Bu gün, 06:20
ABŞ-la Ermənistana qalsa, layihə iki il ləngiyəcək - HƏQİQƏTƏN DƏ...
Bu gün, 01:29
İrəvanda sirli iclas: Azərbaycanın 4 kəndinə qarşılıq... - GƏLİŞMƏ
Bu gün, 01:26
Samirə Əfəndi “sülh göyərçini” oldu, amma qalib olmadı - AKTUAL
Bu gün, 01:24
Qarabağa Bakıdan MÜHÜM TRANSFER - bu, baş tutarsa...
Bu gün, 01:22
Ayda 16 manat ödəməyən işsiz cərimələnəcək - Qanuna dəyişiklik nələri tələb edir?
Dünən, 19:48
Ramiz Mehdiyev vəkilindən imtina etdi: “Boz kardinal” nə düşünür? - İLGİNC
Dünən, 19:44
Psixoloq Hacı Şahinə sataşdı - "O, hər ağlına gələni deyib"
Dünən, 19:40
FHN şeyxin qızının və nəvəsinin obyektlərinin istismarına icazə verdi - DETALLAR
Dünən, 19:38
Agentlik Şərqi Zəngəzur filialı üçün ofis axtarır – Ayda 8 285 manat ödəyəcək
Dünən, 18:31
Avropa Parlamentinin keçmiş deputatı Rusiyadan rüşvət alıb – qalmaqalın TƏFƏRRÜATLARI
Dünən, 18:30
Bakıda ardıcıl baş verən yanğın və partlayış: Bədbəxt hadisə, yoxsa terror? - AKTUAL
Dünən, 18:14
Azərbaycan Mərkəzi Bankı Yaşıl İstiqraz Fonduna investisiya edib
Dünən, 18:13
“AFB Bank”da yeni təyinat - BUNDAN SONRA...
Dünən, 17:49
Meqa Həyat və Meqa Sığorta şirkətində riskləri bu şəxs idarə edəcək - YENİ TƏYİNAT
Dünən, 17:45
İşsizlərə tibbi sığorta ödənişi tələbi narazılıq yaratdı - Deputat dəyişikliyə yenidən baxılmasını istəyir
Dünən, 17:39
“Başına benzin tökdü, gördüm ki, yanır” – Yanaraq ölən Zəhmətin MƏHKƏMƏSİ
Dünən, 17:36
27 senator Bakıya qarşı - erməni canilərin azad edilməsi və sanksiyalar tələb olunur
Dünən, 17:33
Qərbi Azərbaycana qayıdış konsepsiyası - Tarixi ədalət, milli kimlik və beynəlxalq hüquq kontekstində yeni mərhələ
Dünən, 17:31
Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən sayt rəhbəri və tanışının məhkəməsi başlayır
Dünən, 17:15
“SOCAR-AQŞ”nin xüsusilə külli miqdarda vergi borcu var
Dünən, 17:06
“Zəngəzur dəhlizi layihəsinin tamamlanması 4-5 il çəkəcək” - İranlı deputat
Dünən, 17:03
Paşinyan Amerikanın agenti olub - Eks-müdafiə naziri
Dünən, 16:59
Azarkeşlər TVNET platformasında matçları türkiyəli Ertem Şenerin şərhi ilə izləyəcəklər
Dünən, 16:51
Pedofil Mərdanı ögey qızı İFŞA EDİBMİŞ... - TƏFƏRRÜAT
Dünən, 16:45
Ərdoğan Putinlə ABŞ-ın Ukrayna üzrə sülh planını müzakirə edib
Dünən, 16:32
“Üzünə tüpürməliydi?” - Xalq artisti Samirənin müdafiəsinə qalxdı
Dünən, 16:31
Obyektlərində faciə olan Elçin və Murad qardaşları OLİQARX İMİŞ - “Lake Hotel”ində başqa “Xan Hamam”, “Çırağan Palace” da işlədirlər
Dünən, 16:26
“Aztelekom”un 2 xidməti ləğv edilir - TƏFƏRRÜAT
Dünən, 16:14
“Bu komandanın etdiyi hərc-mərcliyi keçmişdə görməmişəm” - NHMT sədri elə faktları açıqladı...
Dünən, 16:09
Pirallahı MKTB rəisinin ölkədən çıxışına məhdudiyyət qoyuldu - TƏFƏRRÜAT
Dünən, 16:02
Nazir yüksək vəzifəli şəxsi işdən çıxardı - FOTO
Dünən, 15:58
Bakıda kişi onunla kobud danışan bacısı qızının ərini döydü - HÖKM
Dünən, 15:55
“Ömürlük Mübariz” növbəti dəfə əməliyyat olundu - AİLƏSİ PREZİDENTDƏN HUMANİZM GÖZLƏYİR
Dünən, 15:52
Bankların kredit və faiz MƏNGƏNƏSİ - "Borc gecikmələri zamanı tətbiq olunan mexanizm..."
Dünən, 15:22
Gərginlik pik həddə: 4 məşhur nazirliyə qarşı birləşdi – Nə baş verir?
Dünən, 15:18
Müdafiə Nazirliyi 4 milyon manata dərman preparatları alacaq
Dünən, 15:16
“Ermənistanda buna qarşı çıxan ya agent, ya alçaqdır” - Bakıdan qayıdan Koçinyan
Dünən, 15:14
Qızı Nəriman Həsənzadənin son vəziyyətini açıqladı
Dünən, 15:12
“Prime Cotton”da mühüm təyinat olub - BUNDAN SONRA...
Dünən, 15:10
“Övladdan imtina anlayışı yoxdur” – Atası Nurcandan necə imtina edib?
Dünən, 15:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru