Vəhdət Partiyasının keçmiş üzvü mediada belə bir çuğullama yaymışdır ki, guya Tahir Kərimli deputat seçilmədiyinə görə hakimiyyətə münasibəti mənfiyə doğru dəyişib. Bu, böhtandır! Mən deputatlıq dövrümdə də, ondan əvvəl və sonra da Dövlətimin, xalqımın, mənəviyyatın müdafiəsi üçün hər zaman istər təqdir, istərsə də tənqid olaraq, eyni mövqedən çıxış etmişəm.
Pravda.az xəbər verir ki, bunu sabiq deputat Tahir Kərimli bildirib
"Partiyamızın Prezidentin strateji xəttini müdafiə etmək qərarına əməl edirəm. Cənab İlham Əliyevi xalqımızın dəstəyi, Ordumuzun gücü ilə son 200 ilin ən böyük qələbəsini qazanmış Müzəffər Ali Baş Komandan hesab edir və bunu yüksək qiymətləndirirəm", - o qeyd edib.










