Daşnaklar danışıqlara qarşı .....                     Mers, Makron və Starmer Rubio ilə Ukrayna üzrə razılığa gəldilər .....                     Süni intellektlə oxuyan müğənnidən ETİRAF .....                     Hər xalqın öz “Böyük Ermənistan”ı var .....                     Tibbi sığorta üçün ayda 16 manat ödənişi kimlər edəcək? .....                     “Sərhəd açılsa, GÜRCÜSTAN yenidən azərbaycanlı turistlərlə dolacaq” .....                     Bu rayonlarda yumurta qıtlığı YAŞANIR… .....                     Ukrayna planında yalnız bir neçə mübahisəli məsələ qalıb .....                     Ukrayna Amerika sülh planının şərtləri ilə razılaşdı .....                     Tahir Kərimli deputat seçilmədiyinə görə mövqeyini dəyişib? .....                     Yanan binanın sakinləri başçının UMRUNDA DA DEYİL... .....                     Neftin qiyməti gələn il 30 dollara düşə bilər .....                     Venediktovu Moskvadan İrəvana təxribat məqsədilə göndəriblər .....                     30 təşkilat azərbaycanlı məhbuslara görə bəyanat yaydı .....                     İcbari tibbi sığorta: “İşsizlər üçün vəsaiti dövlət maliyyələşdirməlidir” .....                     Azərbaycan-NATO əməkdaşlığı perspektivləri daha realdır .....                     Maşın almaq istəyən üç qardaş dələduzluğun qurbanı oldu .....                     Məktəbdə direktor müavini döyən şəxs cəzalandırıldı .....                     Direktor bəraət alaraq azadlığa çıxdı .....                     "Tramp Maduronu Azərbaycana sürgünə göndərə bilər" .....                     Mehdiyev işində gözlənilməz həmlə .....                     Bakıda nömrəsiz avtomobil idarə edən qazi saxlanılıb .....                     Burda pis nəticə göstərsən də, olar: VƏZİFƏDƏ YÜKSƏLƏCƏKSƏN... .....                     "Azərbaycan Ordusu artıq həmin ordu deyil..." .....                     Tacir Şahmalıoğlunun gəlini kimdir? .....                     “Sən kimsən ki?!” .....                     “Öz kəndimizdə, atamın xaraba qalmış evinin yerində məscid tikdirmək istəyirəm” .....                     SOCAR ayırdığı VƏSAİTİ AZALTDI... .....                     Əfsanə geri qayıtdı: Bakıda möhtəşəm rok gecəsi .....                     Bakını gəzən ermənilər maraqlı hadisəyə tuş gəliblər .....                     Ukraynanın süqutu yaxınlaşır .....                     VTB (Azərbaycan) bankının İdarə Heyətinə yeni təyinat .....                     İrəvan Moskvadan uzaqlaşmaq üçün zəmin axtarır .....                     Almaniyanın ölkəmizdəki səfiri "Veysəloğlu"nun Mərkəz ofisində "Rossmann"ı ziyarət etdi .....                     Trampın qarın ağrısı: Venesuela qarşılığında Ukrayna sövdələşməsi? .....                     Yeni başçı sürücüsünü baş mütəxəssis təyin etdi .....                     "Bu, son statusumdur, həyatla vidalaşıram" .....                     Tofiq İsmayılovun oğluna 8 il iş verildi .....                     Rüttedən Azərbaycan və Ermənistanla bağlı .....                     Ermənistan Dubay aviaşousunda qəzadan sonra Hindistan qırıcılarının alışını dayandırır .....                 

Hər xalqın öz “Böyük Ermənistan”ı var - Yaxud, gəlin nağılları rahat buraxaq...
Tarix: Bu gün, 02:12 | Çap et

Bəzi iddialara görə, postsovet məkanındakı xalq cəbhələrinin böyük hissəsi “KQB” strukturları tərəfindən yaradılıb və onlar tərəfindən idarə olunub. İddia edilir ki, Baltik respublikalarından birində “çekist” kurator Xalq Cəbhəsi liderlərindən birinə prosesi dayandırmağı tapşırıb – guya “siz çox irəli getmisiniz, artıq dayanın” deyib. Həmin lider isə “artıq gecdir” cavabını verib: “Bu mümkün deyil. Hətta istəsəm və hərəkatın əleyhinə çıxış etsəm belə, məni xəyanətkar hesab edərlər və Xalq Cəbhəsinin rəhbərliyindən uzaqlaşdırarlar”.

Hər xalqın öz “Böyük Ermənistan”ı, öz “böyük və qədim xalq” anlayışı var. Nağıllar vasitəsilə hər uşağa onun ən ağıllı, ən mehriban və s. olduğu təqlid edildiyi kimi, hər xalq öz böyüklüyü, qədimliyi, unikallığı və müdrikliyi düşüncəsi ilə böyüyür. Bu mənada “Böyük Ermənistan”, “Böyük Bolqarıstan”, “Allah tərəfindən seçilmiş yəhudi xalqı”, “Allah tərəfindən seçilmiş rus xalqı”, “böyük köçərilər-türklər”, eləcə də “pan” önlüyü ilə başlayan bütün milli və dini konsepsiyalar (panslavyanizm, pantürkizm, pangermanizm və s.) bir-birinə oxşayır. Dövlətin təbliğat maşınına necə etiraz edəsən: xalq öz keçmişi, böyüklüyü, istedadı və tarixinin külündən yenidən doğulmaq qabiliyyəti ilə qürur duymalıdır!

Problem ondadır ki, dialektik ziddiyyət ictimai miflərə də xasdır. Onların hər birində bir-birinə zidd elementlər, dəyərlər, biliklər və məlumatlar var. Tam yaxşı və ya tam pis insan olmadığı kimi, onunla bağlı olan hadisələr, onun fəaliyyəti ilə bağlı olan nəticələri də müxtəlifdir. Bu günün siyasi elitası hansı tərəflərə, hansı nəticələrə diqqət yetirir? Hansı məqsədlə? Özünü müdafiə etmək və ya hücuma keçmək, hamıya nəsə göstərmək, öyünmək və ya kimdənsə nəyisə almaq, kimisə cəzalandırmaq, intiqam almaq üçün? Bundan çıxış edərək ictimai və tarixi hekayələrin mahiyyətini daha doğru dəyərləndirmək olar: o, pozitivdir, yoxsa neqativ, bizi irəli, gələcəyə aparır, yoxsa tənəzzül edir, geriyə sürükləyir, əməkdaşlığa və inkişafa, yoxsa münaqişəyə, o cümlədən genişmiqyaslı müharibəyə köklənib.

Məsələn, İkinci Dünya Müharibəsi ilə bağlı hadisələr bir tərəfdən bəşəriyyətə silahlı qarşıdurmaların dəhşətlərini xatırlatmalı olan acı təcrübə kimi izah edilir. Mənim də bir hissəsini yaşadığım Sovet dövrünün məişətində müharibə ilə bağlı hekayələr belə postulatlara gətirib çıxarırdı: “bir daha müharibə olmasın”, “pis sülh yaxşı münaqişədən üstündür” və s. Yəni bütün ideoloji manipulyasiyalara, dərsliklərdə müharibənin mifləşdirilmiş təsvirinə baxmayaraq, kütləyə əsas mesaj sülh idi. Hazırkı Rusiyada isə eyni mövzu “yenidən təkrarlaya bilərik” məntiqi ilə istifadə olunur: xalq keçmişlə yaşamağa məcbur edilir, sanki İkinci Dünya Müharibəsi hələ də başa çatmayıb, davam edir və yenə də nəhəng qurbanlar tələb olunur. Yəni burada açıq-aşkar destruktiv ictimai mif mövcuddur.

Yaxud Stalinin məşhur şəxsiyyətinə pərəstiş təcrübəsi. Onun hakimiyyəti illərində həyata keçirilmiş kütləvi repressiyalar, dövlətin öz vətəndaşlarına qarşı tətbiq etdiyi terror üsulları, milyonlarla insanın həyatına son qoyan və bütöv nəsillər üçün dərin psixoloji travma yaradan faktlar artıq əksər rusiyalıların yaddaşından, ümumi ictimai şüurdan silinib. Diqqət daha çox geridə qalmış dövlətin həmin dövrdə sürətlə sənayeləşdirilməsinə yönəldilir və bu məqsədə hansı qurbanlar naminə nail olunduğu unudulur. Əslində, beyinlərə “məqsəd vasitəyə bəraət qazandırır” prinsipi yeridilir. Yəni, destruktivlik yenə də göz önündədir.

Niyə məhz bu nümunələri destruktiv adlandırıram? Axı oxşar misallar çoxdur: məsələn, bəzi sadə almanlar (və təkcə almanlar yox) Hitleri guya almanları qanunlara hörmət edən xalqa çevirən lider kimi xatırlamağı sevirlər; Orta Asiyada Teymurləngi müdrik hökmdar və islamın sadiq müdafiəçisi kimi hörmətlə anırlar (məsələn, Ələmutdakı dönük-həşişlərin qalasını dağıtması və s.) və bu zaman onun yürüşlərində baş verən qəddarlıq və kütləvi qırğınlara göz yumulur. Lakin bunlar nə Almaniyanın, nə də Özbəkistanın müasir dövlət təbliğatının əsas elementinə çevrilməyib. Onlar bu günün yerini almır, revanş tələb etmir, keçmişə qayıdış çağırışı etmir. Bir neçə yüz il əvvəl hansısa feodal imperiyasına daxil olmuş torpaqların, abidələrin, sərvətlərin bərpasını tələb etmirlər (ən azı hələlik etmirlər). Düşünmürəm ki, Tomrisin kimə məxsusluğu üzərində qazaxlarla azərbaycanlılar arasında münaqişə başlayacaq, yaxud Füzulinin etnik mənsubiyyəti ilə bağlı türkmənlərlə azərbaycanlılar arasında müharibə olacaq. İctimai miflərin bu günü, mövcud reallığı əvəzləməsinə imkan verməmək üçün şüurluluq, milli elitaların siyasi mədəniyyət və məsuliyyət səviyyəsi vacibdir.

“Böyük Ermənistan” ictimai mifi nə ən dəhşətlisi, nə ən unikalı, nə də ən mənfisi deyildi. O, Avropada mövcud olmuş digər oxşar miflərin şablonlarına uyğun şəkildə formalaşdırılmışdı. Bir çox başqa hekayələr kimi, “Ermənistan” adlı uşağın özünü güclü, ağıllı, istedadlı hiss etməsi məqsədinə qulluq edirdi. Onun destruktivliyi o zaman baş verdi ki, real, mövcud Ermənistan dövlətinin yerini tutdu və bu nağılın dirçəldilməsi uğrunda on minlərlə erməni, azərbaycanlı və regionun digər xalqlarının nümayəndəsi həyatını itirdi. Ermənistan hakimiyyətinin və qabaqcıl ziyalılar təbəqəsinin bir hissəsi bunu anlayıb, dövlətçilik və dövlət ideologiyasının qurulması prosesini konstruktiv məcraya qaytarmağa cəhd göstərir.

Bəs, böyük türk dünyası – “Turan” hekayəsi necə olacaq? Vurğu nəyin üzərində olacaq: artıq fəth etdikləri torpaqlarda doğru-düzgün dövlət qurmadan at üzərində fasiləsiz yürüşlər edən böyük köçəri fatehlər? Yoxsa müxtəlif etnik və dini mənsubiyyəti olan insanların sülh içində yaşadığı geniş mədəni-iqtisadi məkan – bir növ Yeni Dövrün multikulturalizmi? Mən bu hekayənin destruktiv olacağı ilə bağlı bəzilərinin narahat olmalarını başa düşürəm. Heç bir ictimai mif bu riskdən sığortalanmayıb. Trampın “Amerikanı yenidən böyük edəcəyik!” şüarı və bu şüar altında görülən işlərin hələlik yalnız əks nəticə verməsi nəyə desən dəyər.

Ancaq hər şey bölgə xalqlarının, təkcə azərbaycanlıların, digər türk xalqlarının, türklərin, Mərkəzi Asiya xalqlarının deyil, həm də ermənilərin, gürcülərin, farsların və digərlərinin şüurluluq, siyasi mədəniyyət, əməkdaşlıq və qarşılıqlı anlaşma səviyyəsindən asılı olacaq. Regionda konstruktiv diskussiya yaratmağa xidmət edə biləcək ictimai siqnallar, çağırışlar və addımlar lazımdır. Və mən çox istərdim ki, Ermənistan–Azərbaycan arasındakı sülh prosesi bu diskussiyanın təməl daşlarından birinə çevrilsin.

Qaydayın məşhur “Qafqaz əsiri və ya Şurikin yeni macəraları” komediyasında vicdansız “Don Juan” – yoldaş Saaxov öz fəaliyyəti barədə belə deyir: “Biz çalışırıq ki, nağılı gerçəyə çevirək.” Allah uzaq eləsin! Gəlin nağılları bir kənara qoyaq və qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan konstruktiv reallığın qurulması ilə məşğul olaq.

Pressklub.az











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Daşnaklar danışıqlara qarşı – “Sülh təşəbbüsü” onları narahat edir
Bu gün, 02:25
Mers, Makron və Starmer Rubio ilə Ukrayna üzrə razılığa gəldilər
Bu gün, 02:23
Süni intellektlə oxuyan müğənnidən ETİRAF - "Qiymət "kəlləçarx"a qalxmışdı"
Bu gün, 02:14
Hər xalqın öz “Böyük Ermənistan”ı var - Yaxud, gəlin nağılları rahat buraxaq...
Bu gün, 02:12
Tibbi sığorta üçün ayda 16 manat ödənişi kimlər edəcək? - Hüquqşünasdan detallı AÇIQLAMA
Bu gün, 02:08
“Sərhəd açılsa, GÜRCÜSTAN yenidən azərbaycanlı turistlərlə dolacaq” - KİV
Bu gün, 02:03
Bu rayonlarda yumurta qıtlığı YAŞANIR… - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 01:59
Ukrayna planında yalnız bir neçə mübahisəli məsələ qalıb - Tramp
Bu gün, 01:44
Ukrayna Amerika sülh planının şərtləri ilə razılaşdı – “ABC News”
Dünən, 18:06
Tahir Kərimli deputat seçilmədiyinə görə mövqeyini dəyişib? - AÇIQLAMA
Dünən, 17:50
Yanan binanın sakinləri başçının UMRUNDA DA DEYİL... - GİLEY
Dünən, 17:46
Neftin qiyməti gələn il 30 dollara düşə bilər - ŞOK XƏBƏRDARLIQ
Dünən, 17:42
Venediktovu Moskvadan İrəvana təxribat məqsədilə göndəriblər - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:27
30 təşkilat azərbaycanlı məhbuslara görə bəyanat yaydı
Dünən, 17:24
İcbari tibbi sığorta: “İşsizlər üçün vəsaiti dövlət maliyyələşdirməlidir” - ƏKS HALDA...
Dünən, 17:15
Azərbaycan-NATO əməkdaşlığı perspektivləri daha realdır - ŞƏRH
Dünən, 17:13
Maşın almaq istəyən üç qardaş dələduzluğun qurbanı oldu - "Pulumuzu aldı, sonra yoxa çıxdı"
Dünən, 17:03
Məktəbdə direktor müavini döyən şəxs cəzalandırıldı - MƏHKƏMƏ
Dünən, 16:49
Direktor bəraət alaraq azadlığa çıxdı - QƏRAR
Dünən, 16:42
"Tramp Maduronu Azərbaycana sürgünə göndərə bilər" - Politico
Dünən, 16:41
Mehdiyev işində gözlənilməz həmlə – İstintaqın gedişi dəyişir?
Dünən, 16:38
Bakıda nömrəsiz avtomobil idarə edən qazi saxlanılıb - TƏFƏRRÜAT
Dünən, 16:35
Burda pis nəticə göstərsən də, olar: VƏZİFƏDƏ YÜKSƏLƏCƏKSƏN... - İLGİNC FAKTLAR...
Dünən, 16:30
"Azərbaycan Ordusu artıq həmin ordu deyil..." - Tural Abbaslı
Dünən, 16:24
Tacir Şahmalıoğlunun gəlini kimdir?
Dünən, 16:14
“Sən kimsən ki?!” – Akif Nağı onu məhkəmə ilə hədələyən müğənniyə cavab verdi
Dünən, 16:11
“Öz kəndimizdə, atamın xaraba qalmış evinin yerində məscid tikdirmək istəyirəm”
Dünən, 16:09
SOCAR ayırdığı VƏSAİTİ AZALTDI... - YEYİNTİ VAR İMİŞ...
Dünən, 16:06
Əfsanə geri qayıtdı: Bakıda möhtəşəm rok gecəsi - FOTO
Dünən, 15:37
Bakını gəzən ermənilər maraqlı hadisəyə tuş gəliblər - TƏFƏRRÜAT
Dünən, 15:34
Ukraynanın süqutu yaxınlaşır - “Sohu”
Dünən, 15:29
VTB (Azərbaycan) bankının İdarə Heyətinə yeni təyinat - BUNDAN SONRA...
Dünən, 15:26
İrəvan Moskvadan uzaqlaşmaq üçün zəmin axtarır - Sülh buna görə lazımdır
Dünən, 15:24
Almaniyanın ölkəmizdəki səfiri "Veysəloğlu"nun Mərkəz ofisində "Rossmann"ı ziyarət etdi - FOTO
Dünən, 15:16
Trampın qarın ağrısı: Venesuela qarşılığında Ukrayna sövdələşməsi? - NƏ BAŞ VERİR?
Dünən, 15:13
Yeni başçı sürücüsünü baş mütəxəssis təyin etdi - AY MAŞALLAH...
Dünən, 15:11
"Bu, son statusumdur, həyatla vidalaşıram" - Külli miqdarda borca düşən jurnalist
Dünən, 15:06
Tofiq İsmayılovun oğluna 8 il iş verildi - TƏFƏRRÜAT
Dünən, 15:04
Rüttedən Azərbaycan və Ermənistanla bağlı AÇIQLAMA
Dünən, 15:01
Ermənistan Dubay aviaşousunda qəzadan sonra Hindistan qırıcılarının alışını dayandırır - "The Jerusalem Post"
Dünən, 14:58
İranı Xamenei idarə etmir - Gerşt
Dünən, 13:18
İnterpolun axtardığı Balakən sakini Dağıstanda tutuldu
Dünən, 13:11
Maşın bazarı Ağdama köçürüləcək? - Rəsmi reaksiya
Dünən, 13:09
"Moşu" ilə "Söylü" küsülüdür?
Dünən, 13:02
"Bir xalqa musiqidə azadlıq verilirsə, o demək deyil ki, hərcmərclik olmalıdır"
Dünən, 13:00
Ev onlara məzar olur - Hər 10 dəqiqədə bir qadını əri, atası, qardaşı öldürür
Dünən, 12:59
“Manato” və “Azpulmat”ın ŞOK QANUNSUZLUĞU - Telefonunuzda olan məlumatlar təhlükədə!
Dünən, 12:58
“Azərbaycanı hərbi yolla geri çəkmək mümkün deyil” - Papikyan
Dünən, 12:53
Rusiyada FETÖ... Azərbaycanda METÖ... - BU FAKTLAR... araşdırılmalıdır...
Dünən, 12:51
Samirə Əfəndidən partiya sədrinə sərt cavab - "Məhkəməyə verəcəyəm"
Dünən, 12:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru