Sərhəd bağlanmazdan əvvəl Bakurianidə xarici turistlərin 70%-ni azərbaycanlı turistlər təşkil edirdi.
Referans Media Gürcüstan mediasına istinadən xəbər verir ki, bunu Gürcüstan Otellər Federasiyasının təsisçisi Şalva Alaverdaşvili bildirib.
O ümid edir ki, Azərbaycanın sərhədinin açılması Gürcüstanın turizm bazarında pozitiv təsir göstərəcək, çünki sərhəd bağlanmazdan əvvəl, məsələn, Bakurianidə turistlərin 70%-ni məhz azərbaycanlılar təşkil edirdi, Tbilisi otellərində isə turistlərin 7–8%-i azərbaycanlı idi.
“Tədricən qarışıq turların sayı artır, Gürcüstan–Ermənistan, Azərbaycan–Gürcüstan istiqamətləri. Və Azərbaycanla sərhəd açılanda otellərin doluluğu da artacaq, çünki sərhəd bağlanmazdan əvvəl Tbilisidə turistlərin 7–8%-i azərbaycanlı idi. Bu səbəbdən səbirsizliklə gözləyirik ki, sərhəd açılsın, çünki, məsələn, Bakurianidə sərhəd bağlanmazdan əvvəl xarici turistlərin 70%-ni azərbaycanlılar təşkil edirdi” , – deyə Şalva Alaverdaşvili bildirib.
Onun sözlərinə görə, bu il yeni il ərəfəsində ən çox bron Ermənistan tərəfindən edilib.
“Yeni il üçün Yerevandan çoxlu sayda rezervasiya qəbul edilib. Bu çox sevindiricidir ki, yeni ildə Gürcüstana çoxlu erməni turist gələcək” , – deyə o, qeyd edib.










