“Mən cənab Prezidentimizin qurduğu sülh siyasətinin ardınca gedirəm, onu layiqincə təbliğ edir və tam şəkildə dəstəkləyirəm. Bu prosesin hər birimiz üçün, o cümlədən mənim üçün də ağır olduğunu anlayıram. Elə bilirsiniz, orada oturmaq mənim üçün asan idi?”
Modern.az xəbər verir ki, bunu Samirə Əfəndi “Tarixin bir günü” verilişində aparılan müzakirələr zamanı səsləndirib.
“Tənqidləri normal və adekvat şəkildə qəbul edir, anlayışla yanaşıram. Amma heç bir təhqir, xüsusən də mənim şəxsiyyətimə və ailəmə yönələn təhqirlər cavabsız qalmayacaq. Kimliyindən asılı olmayaraq, hər kəs qanun qarşısında hüquqi çərçivədə cavab verəcək”.
S.Əfəndi Azad Vətən Partiyasının sədri Akif Nağının barəsində səsləndirdiyi fikirlərə isə belə cavab verib:
“Həmin partiya sədrinə də bildirmək istəyirəm ki, bu gün ona rəsmi məktub göndəriləcək və mən həmin şəxsi məhkəməyə verəcəyəm. Çünki tənqid adı altında internetdə milyonlarla insanın qarşısında məni açıq şəkildə təhqir edir, söyür.
Əgər 68 yaşlı bir partiya sədri bu qədər güclüdürsə, insanları qıcıqlandırmaq əvəzinə onları sülhə yönəltməli idi. Bu gün ölkəmizə qonaqlar gəlirsə və narazılığı vardısa, buyurub onlara nəsə deyə bilərdi. Niyə məhz öz gücünü mənə göstərir?”,- deyə o bildirib.
Qeyd edək ki, ötən gün Akif Nağı S.Əfəndini təhqir edib.










