Yevlax şəhəri və ətraf rayonlarda yerləşən marketlərdə son günlər yumurta çatışmazlığı qeydə alınıb.
Ajans.az-a daxil olan məlumatda qeyd olunur ki, bəzi ticarət obyektlərində aparılan müşahidələrə görə, fabrik istehsalı olan yumurtaların satışı kəskin azalıb və bir çox marketlərdə məhsulun tamamilə tükənməsi səbəbindən vitrinlər boş qalıb.
Satıcılar bildirirlər ki, yumurta tədarükü ilə məşğul olan müvafiq şirkətlər son günlər məhsulu məhdud sayda məhsul göndərirlər. Bu isə, ümumi tələbat fonunda qıtlıq yaradaraq satışda fasilələrə səbəb olur.
Onların sözlərinə görə, gətirilən yumurta az müddətdə satılıb qurtarır. Həmçinin, yumurtanın qiymətində də artım müşahidə olunub. Satıcılar qiymətlərin 1–2 qəpik bahalaşdığını qeyd ediblər.










