ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqtonun Ukrayna münaqişəsinin həlli ilə bağlı hazırladığı ilkin plan Moskva və Kiyevin mövqeləri nəzərə alınmaqla yenidən işlənib.
Teleqraf xəbər verir ki, bu barədə o, "Truth Social" platformasında yazıb.
Onun sözlərinə görə, hazırda sənəddə yalnız bir neçə mübahisəli məsələ qalır.
"ABŞ tərəfindən hazırlanmış 28 bəndlik ilkin plan hər iki tərəfdən daxil olan əlavə məlumatlar əsasında təkmilləşdirilib. Sadəcə bir neçə fikir ayrılığı qalan məqam var”, – deyə o qeyd edib.










