Bildiyimiz kimi, süni intellekt dünyada sürətlə inkişaf edir, hər gün yenilənir və yeni üstün funksiyalarla zənginləşir.
Süni intellektin Azərbaycanda tətbiqinə dair bir sıra rəsmi sənədlər, o cümlədən “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası” təsdiq olunub. İnkişaf etmiş qərb ölkələrində, habelə Çində və digər şərq ölkələrində şou-biznes süni intellekt məhsullarından yararlanmağa başlayıb.
Bəs bizdə necə? Şou-biznes nümayəndələri öz fəaliyyətində süni intellektdən istifadə edirmi?
Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında müğənni Ofelya Şabanova bildirib ki, dünyada sürətlə "süni intellekt" inkişaf edir.
Onun sözlərinə görə, süni intellekt ifaçılar üçün böyük maddi üstünlükdür:
"Bəli, bu gün artıq süni intellektlə musiqilər bəstələnir, müğə ni səsləri hazırlanır, kliplər və hətta filmlər çəkilir. Mən buna heç də pis baxmıram. Bu, biz ifaçılar üçün maddi tərəfdən çox böyük üstünlükdür".
Müğənni qeyd edib ki, bəstəkarlar və aranjimançılar son zamanlar qiymətləri həddən artıq qaldırıb:
"Mən bu yaxınlarda süni intellekt vasitəsi ilə yeni "Çıx get" adlı mahnı ifa etdim və nəticədən çox razı qaldım. Bəstəkarlar, aranjiman edənlər son zamanlar qiymətləri "kəlləçarxa" qaldırmışdı".










