Sabunçu rayonunda sakinlər yaşadıqları ərazidə hündürmərtəbəli bina tikmək istənilməsinə etiraz edirlər.
Redaksiyamıza müraciət edən Bakıxanov qəsəbəsi, Novruz Novruzov küçəsində yaşayan sakinlərin sözlərinə görə, sözügedən ərazi onların maşın saxladığı, uşaqların oynadığı və xeyir-şər olarsa palatka qura biləcəyi sahədir.
Tikintini aparmaq istəyən şəxsin Namazov Faiq Hacımirzalı oğlu olduğu iddia edilir. Sakinlər qeyd edirlər ki, o, Bakı Dövlət Universitetində müəllim işləyir. Onlar müvafiq qurumlardan məsələyə dərhal müdaxilə etmələrini xahış edirlər.
Qeyd edək ki, media materiallarına əsasən, Sabunçu rayonunda illərdir qanunsuz tikililərlə bağlı müxtəlif reportajlara rast gəlmək mümkündür. Rayonun icra başçısı 10 ildən artıqdır ki, Adil Vəliyevdir.
Azerbaycanreallığı.az










