Azərbaycan polisi Amerika qitəsində böyük əməliyyatlara başlayır .....                     Azərbaycanın strateji valyuta ehtiyatları 91 milyard dollara yaxınlaşıb .....                     Bura səhiyyə ocağıdır, YOXSA?.. .....                     Azərbaycanlı dənizçi ittihamları RƏDD ETDİ: Finlandiyada kabel QALMAQALI .....                     Leyla Əhmədova xaricdə deyil, 1 aydır həbsdə imiş... .....                     Yağış sahibkarın nə qədər pulunu “yuyub”? .....                     Bağçaya növbəyə yazılma prosesinə başlanılır .....                     NDU-dan məzun olan türkiyəlilərə ölkələrində ETİMAD GÖSTƏRİLMİR .....                     Xalq artisti Zaur Rzayev xəstəxanaya yerləşdirilib .....                     Artan ixtisarlar, azalan maaş və premyalar, yoxa çıxan təminat, haqsızlıqda boğulan işçilər .....                     “Ağrılardan bezmişəm, gecələr yata bilmirəm, səhnə üçün darıxsam da...” .....                     Kirayə qaldığı evdə otaq yoldaşına 16 bıçaq zərbəsi endirdi .....                     Məhərrəm Novruzovun adı keçən cinayət işləri: Şəkidəki ilk deyil .....                     "Paşinyan qorxduğu üçün..." .....                     Qriqoryan Rusiyaya səfir getməkdən imtina etdi .....                     Anar Bayramov direktor müavinini işdən çıxardı .....                     “Suraxanı Avtomotoservis” şirkətinin ötən il gəlirləri azalıb .....                     Gömrük Komitəsi Füzuli Cabbarovun “Fin-Plast" şirkətini cərimələdi .....                     Bağban olub, qəzet paylayıb .....                     Azərbaycanda buğda bahalaşacaq? .....                     Azərbaycan neftinin qiyməti 108 dolları ötüb .....                     Paşinyanın Orta Asiya ölkələrini TRİPP-ə cəlb etməkdə məqsədi nədir? .....                     Paşinyan Fransaya səfərə yola düşüb .....                     Tramp 9-10 sentyabr tarixlərində Respublikaçıların qurultayında çıxış edəcək .....                     Putin kifayət qədər güzəştə gedə bilər .....                     Yeni direktorlar gəlir, gedir, amma ONA toxuna bilmir! .....                     Müğənni kiçik oğlunu xaricə yolladı .....                     Minlərlə rus 5 ölkəyə “hücum edəcək”: Tarix verildi, siyahıda Azərbaycan da var .....                     “Brent” neftinin qiyməti 100 dollara yaxınlaşıb .....                     ADSEA-da rəhbər şəxsdən Mikayılova şikayət olundu .....                     Sentyabrın 15-i bu şəxslərə icazə verilə bilər .....                     “Artıq yaşanılmayacaq vəziyyətə gəlib çıxıb” .....                     Şəkidə iki nəfərin öldüyü mərkəz bu məşhur iş adamındır .....                     Nazirliyin addımı: ət ucuzlaşacaq? .....                     TRIPP, yoxsa “Araz dəhlizi”: Bakı və Ankara hansı marşrutu gözləyir? .....                     "ABŞERON KƏRPİC İSTEHSALI" MMC-nin 150 min manatdan çox vergi borcu var .....                     ABŞ-də Trampa qarşı mümkün sui-qəsdlə bağlı istintaq fəallaşıb .....                     Tarixi sənəd “İran” adını alt-üst etdi: 310 il öncənin Avropa xəritəsində maraqlı detal .....                     Gəncədə 33 yaşlı kişi bıçaqlanıb .....                     Bu mövzunu gündəmdən çıxarmaq lazımdır... .....                 

İnsanları aldadan MTK “mafiyası” - Masazırda nə baş verir?
Tarix: 29-01-2026, 14:43 | Çap et

Masazırda MTK-ların tikdiyi evləri ipoteka ilə almaq istəyirsinizsə, aylıq ödəyəcəyiniz məbləğin üzərinə 400-500 manat da gəlin. Deyəcəm niyə. Azı 150-200 manat yolpulu və əlbəttə ki, korlanan əsəblərinizə görə, yaxşı bir psixoloq lazım olacaq desəm, yəqin, MTK-ların acığına getməz.

Yaxın oturun...

Lent.az Masazırda MTK-ların tikdiyi binalardan reportajı təqdim edir.

"20 Yanvar" metrosunun çıxışındayam. Adı hələ də "manatlıq" qalan, amma artıq 2 manata aparan taksilərdən birinə minirəm. Tıxaca görə təkcə metro ərazisindən çıxmaq 15 dəqiqədən çox vaxt alır. Jurnalist olduğumu və Masazırdakı problemlərdən reportaj hazırlamağa getdiyimi öyrənən sürücü yol uzunu danışmaq üçün bəhanəsini tapır!

- Hansı problemi deyəsən? 1 deyil, 2 deyil. İşıq sönən kimi camaat qalır soyuqda. Yollar pis gündə, kanalizasiya sistemi yox. Yağış yağan kimi adam ürəyinə qədər palçığa batır...

Belə uzun və tıxaclı yolun böyük hissəsini sürücünün şikayətləri ilə gedirik. Masazırın girişinə çatırıq. Qarşı oturacaqda oturan xanım ödənişini edib düşür. Keçib onun yerində otururam. Gözlə görülən problemlər bizi "Masazır" yazısı ilə birgə qarşılayır. Lakin bu problemlərdən başqa bir reportajımızda bəhs edəcəyik. Nəhayət, "İkinci Araz" deyilən yerdə taksidən düşürəm.

Diqqətimi ilk çəkən sıx tikilən binalar olur. Təxminən yarım hektar ərazidə 3-4 bina tikilib. Palçıqlı, gölməçəli küçələrdən keçib binanın "həyətinə" yaxınlaşıram - Siyavuş Aslan 1 ünvanı. Daha doğrusu, həyətə yox, dar bir araya. Həyətdə nəyinki uşaq meydançası, park, ağac, heç maşın parkinq etmək üçün yer də yoxdur. Kimsə övladını, ya nəvəsini günəşli havada gəzdirmək istəsə, məcburən binanın ərazisindən çıxıb üfunətli "lehmə vannası" da qəbul etməli olacaq. Çünki binanın həyətinə gün düşmür. MTK-lar aldıqları ərazidə maksimum bina tikib daha çox qazanmaq üçün gün işığı düşməyə yer buraxmırlar.

Əlində zibillə binadan çıxan orta yaşlı kişiyə yaxınlaşıram. Salamlaşıb binayla bağlı söhbətə girişirəm:

- Nə qədər müddətdir bu binada yaşayırsız?
- Avqust ayından bəri... 5 aydır.
- Necədir? Deyirlər, qaz probleminiz var.
- Elə biz özümüzü "qaz" yerinə qoyublar. Ona görə. Demişdilər ki, 2022-ci ilin avqust ayında bina hazır olacaq. 2023-cü ilin yayında isə qazlar veriləcək. Binanın istifadəyə verilməsi 1 il gecikdi, yəni 2023-cü ildə verdilər. Amma qaz vermədilər. 3 ilə yaxındı ki, hər dəfə deyirlər, hazır olacaq, sənədləri aparmışıq, indi çəkilir, qaz borularını gətirmişik... Belə-belə başımızı piyləyirlər.
- Bəs istiliyiniz nə ilə təmin olunur?
- Kondisioner yandırırıq. MTK-nın özünün transformatoru var, işığı oradan verir. Bu yaxınlarda iki gün işıq olmadı, qalmışdıq soyuqda... Evdə kurtka ilə gəzirdik. Əslində, MTK özü də bilirdi ki, bura qaz verilməyəcək. Çünki belə bina, belə tikili olmur. Camaatı aldadıb ev satmaqla deyil ki. Gərək adam pulu elə qazansın ki, sonra onu yeyə bilsin.
Bina sakini ilə birlikdə zibil qutularına doğru addımlayıram ki, zibil əlində gözləməsin. Burada yeni binalar da tikilir... Oralara da gələcəm.

Bəhruz bəy deyir ki, bina tam hazır olmamış MTK-lar onu satmağa başlayırlar. Bina işıqla təmin olunur və sayğacları çəkib deyirlər, qaz da yaxın zamanda veriləcək. İnsanlar düşünür ki, işıq çəkilib, demək, qaz da bu yaxınlarda veriləcək. Bir növ simulyasiya edirlər.

Məsələ ilə bağlı binanı tikən “Masazır Residence”-ə sorğu ünvanladıq. MTK-dan Lent.az-ın sorğusuna cavab olaraq bildirib ki, hazırda qaz çəkilir:

“Birincisi, biz qaz idarəsi deyilik. İkincisi isə, hazırda qaz çəkilir”.

"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr və korporativ kommunikasiya şöbəsinin əməkdaşı Novruz Məmmədzadə Lent.az-ın sorğusuna cavab olaraq bildirib ki, Siyavuş Aslanov küçəsi 1 ünvanında yerləşən MTK-nın qazlaşdırılması məqsədilə əvvəlcə ilkin texniki şərt alınmalıdır:

“Texniki şərt əsasında müvafiq lisenziyaya malik podratçı təşkilatla müqavilə bağlanır və layihə smeta sənədləri podratçı tərəfindən hazırlanır. Qaz xətlərinin və qaz sayğaclarının quraşdırılması işləri başa çatdıqdan sonra layihə müvafiq qurumlarla razılaşdırılır. Prosesin yekun mərhələsində qazın verilişi üçün Azəriqaz İstehsalat Birliyinin Sumqayıt regional qaz istismarı idarəsinə müraciət edilməsi tələb olunur”. Bu deyilənlərin Azərbaycan dilində anlamı odur ki, ortada müqavilə yoxdursa, nə qaz? Bəs MTK deyirdi çəkilir? Deyəsən bizi də bina sakinləri ilə səhv salıblar.

...Bir xeyli gedəndən sonra zibil qutusuna çatırıq. Bəhruz bəy zibili qutuya atıb çirkli olduğu üçün əli ilə deyil, biləyi ilə qarşıdan gələn qonşusuna salam verib mənimlə tanış edir:

- Jurnalistdir. Gəlib bizim problemlərdən yazmağa. Bayaqdan danışırıq.

- Allah köməyi olsun. Adım Yusifdi. Danışdın da MTK başımıza necə oyun açır? Neçə adam var ki, satıb bu binalardan çıxmaq istəyir. Amma "kupça" yoxdur deyə, 5-10 min aşağı qiymət təklif edirlər, ya da heç sata bilmir. MTK deyir, gəl, evi sataq, amma filan qədər məbləğ bizə çatacaq. Bir növ "maklerlik" edirlər, satdıqları evdən ikinci dəfə pul qazanırlar.

- Niyə buradan ev aldız?

- Biz hardan bilək başımıza belə oyun gətirəcəklər? - Yusif bəy bir siqaret yandırıb davam edir - İllərdir kirayədə idim, istədim evim-eşiyim olsun. Mərkəz tərəflərdə evlər bahadı. Şirnikləndirdilər ki, burada ucuzdur, yaxşı evlər var, gəlib aldım. Hardan biləydim belə edəcəklər? Elə yolpulu bir dünya pul tutur. Özüm "28 May" metrosu tərəfdə işləyirəm. 6-da işdən çıxıram, saat 8-9-a ancaq gəlib çatıram. Səhər də işə getmək üçün 2 saat tez çıxıram...

- Qubaya daha tez çatmaq olur... - heyrət içində reaksiya verirəm.

Hazırda yeni tikintinin getdiyi əraziyə gəlirəm. Demək olar ki, burada da binalar eyni sıxlıqda tikilir. Və görünən odur ki, eyni problemlər təkrarlanmağa məhkumdur.

İnsanlar kirayədən canını qurtarmaq, özlərinin evlərinin olmasını istəyirlər. Minlərlə insan bu səbəbdən burada məskunlaşır, ev alır. Nəticədə, Masazır yüklənir, infrastruktur sistemi çökür, problemlərin ardı-arası kəsilmir. Nəticə isə peşmanlıq və məyusluqdur. MTK-lar isə bunu qazanc yerinə çevirirlər...









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan polisi Amerika qitəsində böyük əməliyyatlara başlayır - Narkotrafik və kiberşəbəkələrə qarşı QLOBAL İTTİFAQ
Bu gün, 11:21
Azərbaycanın strateji valyuta ehtiyatları 91 milyard dollara yaxınlaşıb
Bu gün, 11:17
Bura səhiyyə ocağıdır, YOXSA?.. - İTTİHAM VAR...
Bu gün, 11:11
Azərbaycanlı dənizçi ittihamları RƏDD ETDİ: Finlandiyada kabel QALMAQALI - TƏFƏRRÜAT
Bu gün, 11:03
Leyla Əhmədova xaricdə deyil, 1 aydır həbsdə imiş... - Detallar
Bu gün, 10:46
Yağış sahibkarın nə qədər pulunu “yuyub”? - ARAŞDIRMA
Bu gün, 10:43
Bağçaya növbəyə yazılma prosesinə başlanılır - DİQQƏT
Bu gün, 10:39
NDU-dan məzun olan türkiyəlilərə ölkələrində ETİMAD GÖSTƏRİLMİR - “Naxçıvanda diplomu rüşvətlə almısan”
Bu gün, 10:37
Xalq artisti Zaur Rzayev xəstəxanaya yerləşdirilib
Bu gün, 10:29
Artan ixtisarlar, azalan maaş və premyalar, yoxa çıxan təminat, haqsızlıqda boğulan işçilər - NARAZILIQ VAR...
Bu gün, 10:26
“Ağrılardan bezmişəm, gecələr yata bilmirəm, səhnə üçün darıxsam da...” - Əməkdar artistdən kövrək AÇIQLAMA
Bu gün, 10:11
Kirayə qaldığı evdə otaq yoldaşına 16 bıçaq zərbəsi endirdi – MƏHKƏMƏ
Bu gün, 10:08
Məhərrəm Novruzovun adı keçən cinayət işləri: Şəkidəki ilk deyil - DETALLAR
Bu gün, 10:06
"Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama
Bu gün, 10:01
Qriqoryan Rusiyaya səfir getməkdən imtina etdi - “Joqovurd”
Bu gün, 09:58
Anar Bayramov direktor müavinini işdən çıxardı - ƏMR
Bu gün, 09:55
“Suraxanı Avtomotoservis” şirkətinin ötən il gəlirləri azalıb
Bu gün, 09:54
Gömrük Komitəsi Füzuli Cabbarovun “Fin-Plast" şirkətini cərimələdi - TƏFƏRRÜAT
Bu gün, 09:50
Bağban olub, qəzet paylayıb - “Sabah”ın məşqçisinin inanılmaz həyat hekayəsi
Bu gün, 09:44
Azərbaycanda buğda bahalaşacaq? - Rusiyanın yeni rüsum oyunu
Bu gün, 09:35
Azərbaycan neftinin qiyməti 108 dolları ötüb
Bu gün, 09:32
Paşinyanın Orta Asiya ölkələrini TRİPP-ə cəlb etməkdə məqsədi nədir? - İNCƏLƏMƏ
Bu gün, 09:31
Paşinyan Fransaya səfərə yola düşüb
Bu gün, 09:26
Tramp 9-10 sentyabr tarixlərində Respublikaçıların qurultayında çıxış edəcək
Bu gün, 08:59
Putin kifayət qədər güzəştə gedə bilər
Bu gün, 08:30
Yeni direktorlar gəlir, gedir, amma ONA toxuna bilmir! — Şirvanda nələr baş verir?
Bu gün, 08:28
Müğənni kiçik oğlunu xaricə yolladı
Bu gün, 08:20
Minlərlə rus 5 ölkəyə “hücum edəcək”: Tarix verildi, siyahıda Azərbaycan da var - NƏ BAŞ VERİR?
Bu gün, 08:16
“Brent” neftinin qiyməti 100 dollara yaxınlaşıb
Bu gün, 08:14
ADSEA-da rəhbər şəxsdən Mikayılova şikayət olundu - MÜRACİƏT
Bu gün, 07:51
Sentyabrın 15-i bu şəxslərə icazə verilə bilər – 3 SAATLIQ
Bu gün, 07:35
“Artıq yaşanılmayacaq vəziyyətə gəlib çıxıb” - NARAZILIQ VAR...
Bu gün, 07:32
Şəkidə iki nəfərin öldüyü mərkəz bu məşhur iş adamındır - belə deyirlər...
Bu gün, 07:27
Nazirliyin addımı: ət ucuzlaşacaq? - AKTUAL
Bu gün, 07:05
TRIPP, yoxsa “Araz dəhlizi”: Bakı və Ankara hansı marşrutu gözləyir? - GƏLİŞMƏ
Bu gün, 07:03
"ABŞERON KƏRPİC İSTEHSALI" MMC-nin 150 min manatdan çox vergi borcu var - FOTO
Bu gün, 06:59
ABŞ-də Trampa qarşı mümkün sui-qəsdlə bağlı istintaq fəallaşıb - "Associated Press"
Bu gün, 06:57
Tarixi sənəd “İran” adını alt-üst etdi: 310 il öncənin Avropa xəritəsində maraqlı detal - FOTO
Bu gün, 06:53
Gəncədə 33 yaşlı kişi bıçaqlanıb - TƏFƏRRÜAT
Bu gün, 06:50
Bu mövzunu gündəmdən çıxarmaq lazımdır... - ONA GÖRƏ DƏ...
Bu gün, 06:04
AZERCELL cibə girməyə DAVAM EDİR... - "Nə vaxta kimi belə davam edəcək?"
Bu gün, 05:56
LEOBANK yenə də narazılıq yaratdı... - MÜRACİƏT
Bu gün, 05:41
Paşinyan buna hansı ağılla İCAZƏ VERİB? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:26
"Bizim kənddə nə vaxt yola çıxıram, eyni bərbad mənzərə..." - GİLEY
Bu gün, 05:23
"Beşiktaş" üçün Bakı da doğma divarlardır... - Elə "Hapoel" üçün də...
Bu gün, 05:11
Bəli, nazir Əmrullayev düz deyir... - AMMA...
Bu gün, 05:05
Hər yanı korrupsiya... EY ANA VƏTƏN! - REPLİKA
Bu gün, 05:00
Ermənilərlə müharibə yox, ticarət olmalıdır... - Bəs siz onların mallarını alarsınızmı?
Bu gün, 04:55
Elm ardınca gerçəkdən də ÇİNƏ GETMƏLİYİK... - ÇÜNKİ...
Bu gün, 04:49
"İndiki Azərbaycanda ikicə təsisatın sorğulanmayan nüfuz sahibi olmağa ixtiyarı var..." - İlqar Məmmədov
Bu gün, 04:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru