LEOBANK yenə də narazılıq yaratdı... .....                     Paşinyan buna hansı ağılla İCAZƏ VERİB? .....                     "Bizim kənddə nə vaxt yola çıxıram, eyni bərbad mənzərə..." .....                     "Beşiktaş" üçün Bakı da doğma divarlardır... .....                     Bəli, nazir Əmrullayev düz deyir... .....                     Hər yanı korrupsiya... EY ANA VƏTƏN! .....                     Ermənilərlə müharibə yox, ticarət olmalıdır... .....                     Elm ardınca gerçəkdən də ÇİNƏ GETMƏLİYİK... .....                     "İndiki Azərbaycanda ikicə təsisatın sorğulanmayan nüfuz sahibi olmağa ixtiyarı var..." .....                     Maaş artımında sürücülər unudulub? .....                     Dünya faşizmi CİNSİNİ DƏYİŞİB? .....                     "Məmurların apardığı pula nəzarət etmək lazımdır ki..." .....                     "Elgiz bilirsizmi, hamımıza nəyi göstərdi?.." .....                     “Dövlət Məşğulluq Agentliyi” anbar sahəsinin icarəsinə 2.7 milyon xərcləyəcək .....                     Coşqun Cəbrayılovun vicdanı bir yana... ALLAHI DA YOXDUR? .....                     Media hara gedir? .....                     Binəqəqidə dövlətin qanunları İŞLƏMİR! .....                     Eldar Mahmudovun evsiz qoyduğu vətəndaşlar aclıq aksiyasına başlayır .....                     Sevinc Hüseynovanın Afət Fərmanqızı barəsində şikayəti icraata götürülmədi .....                     ASCO sədri ona yüksək vəzifə verdi .....                     Mətanət Əsədovadan İSMARIŞ: .....                     Bakıda barda baş verən qətlin TƏFƏRRÜATLARI .....                     8 ayda Azərbaycan büdcəsinə nə qədər pul yığılıb? .....                     Tacir Şahmalıoğlu: "Diabetlə birdəfəlik vidalaşdım" .....                     Bakıda evlər bahalaşacaq, amma hamısı yox .....                     Turizm şirkətinin rəhbəri xaricdə iş vədi ilə dələduzluqda ittiham edilir, .....                     Bakıda cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdıran şəxs qərardan şikayətçidir .....                     “Əliyev Ermənistanın adını “Qərbi Azərbaycan” qoyub” .....                     Azərbaycanda şagirdlərin 48%-i müntəzəm olaraq süni intellektdən istifadə edir .....                     Putin ailəsi haqda sirri açdı: .....                     Fransanın yeni səfiri etimadnaməsini Ermənistan XİN-ə təqdim etdi .....                     ABŞ və İsraili peşman olmağa məcbur edəcəyik .....                     Anar Əsədli barəsində qərar verilib .....                     “Kanalizasiya yağış suyunu daşıya bilmir” .....                     Moskva ilə İrəvan arasında dərinləşən böhran .....                     Azərbaycanda şagirdlərin 48%-i müntəzəm olaraq süni intellektdən istifadə edir .....                     “Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır” .....                     AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir .....                     Ermənistan Avrasiya İqtisadi İttifaqına Rusiyadan şikayət edib .....                     Azərbaycanın məşhur bloqeri hava limanından buraxılmadı .....                 

Elm ardınca gerçəkdən də ÇİNƏ GETMƏLİYİK... - ÇÜNKİ...
Tarix: Bu gün, 04:49 | Çap et

Çinli uşaqlar Beynəlxalq Fənn Olimpiadalarında demək olar ki, yalnız qızıl medal qazanırlar. PISA 2025: tədqiqatının nəticələri göstərdi ki, çinlilər bu mötəbər bilik yarışında da birinciliyi əldən vermirlər. Çin təhsil sisteminin möcüzəsi nədədir? 
Dəyərli dostlarım!
Çin təhsil sistemi haqqında bir neçə il bundan əvvəl yazdığım yazını təkrar olaraq paylaşıram.
Zəruri qeyd. OECD: elm, oxu və riyaziyyat: hər üç fənn üzrə ilk 10-luğa hansı ölkələr daxil oldu?
1.Çin yurisdiksiyaları-Pekin, Şanxay, Jiangsu və Zhejiang
2.Sinqapur
3.Makao (Çin)
4. Çin Taipei
5.Yaponiya
6.Estonya
7.Koreya
8. Böyük Britaniya
XOŞBƏXT İNSAN YETİŞDİRƏN ÇİN MƏKTƏBLƏRİ
Dünyanın tanınmış tədqiqatçı alimləri Çin Xalq Respublikasının uğurları haqqında cild-cild kitablar yazıblar. Bu araşdırmalar indi də davam edir. Çinin Orta təhsil sistemi bütün dünyaya örnək ola biləcək bir sistemdir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının keçirdiyi “Şagird nəaliyyətlərinin qiymətləndirilməsi proqramı”nın son nəticələri göstərdi ki, çinli uşaqların oxu, riyaziyyat və təbiət elmlərindən qazandıqları savadın orta göstəricisi dünyada ən yüksəkdir. Bu mövzuda qələmə aldığım bu məqalə orta məktəb müəllimləri, valideynlər və təhsil işçiləri üçün aktuallıq kəsb edə bilər.
Çin Xalq Respublikasının 5 Universiteti dünyanın 100 aparıcı ali məktəbinin sırasına daxil olub. Çin hökuməti qarşıya məqsəd qoyub ki, onların sayını 10-a çatdırsın. İndi Çin məktəblilərinin biliyi dünyada birinci sayılır. Onlar artıq Sinqapur məktəblilərini də ötürlər. Böyük Britaniyanın Təhsil naziri pedaqoji təcrübəni bölüşmək məqsədilə çinli həmkarlarına mütəmadi olaraq müraciətlər edir. İngilis məktəblərinə Şanxaydan Riyaziyyat müəllimləri dəvət olunur. Məqsəd Britaniya məktəblilərinin riyaziyyat biliklərini və müəllimlərin pedaqoji təcrübəsini artırmağa xidmət edir.
Çində məktəblərə kənar şəxslərin daxil olması qadağandır. Valideynlər yalnız yığıncaqlar və “Açıq qapı” günlərində məktəbə gələ bilərlər. Bu günlərdə istənilən şəxs dərslərin necə keçirilməsini müşahidə edə bilər. Yerdə qalan gündəlik suallarla bağlı valideynlər müəllimlərlə telefon, yaxud internetlə əlaqə saxlayırlar.
Məktəb administrasiyası çalışır ki, müəllimlərlə valideynlər arasında əlaqələr məhdudlaşdırılsın. Uşaq dərsi yalnız xüsusi icazə olmadan tərk edə bilməz. Bu barədə dərhal valideynlərə məlumat verilir. Uşaqların məktəblərdə olduğu vaxtlar bütün məsuliyyət məktəb administrasiyanın üzərinə düşür.
Çində məktəblilərin dərs yükü yüksəkdir. Bu, Çin məktəblərinin əsas xarakterik xüsusiyyətlərindən biridir. Böyük şəhərlərdə ibtidai təhsil də daxil olmaqla həftəlik dərs yükü 42, kənd yerlərində yuxarı siniflərdə 70 saatdır. Bu müəllimlərin proqramlar üzrə məcburi dərs saatlarıdır. Bununla yanaşı valideynlərin seçdiyi fakültativ dərslər var ki, bunlar ödənişli həyata keçirilir. Bütün ölkə üzrə dərslər 7:30 da başlayır. Dərsə gecikmə yaxşı hal sayılmır və tədris ilində şagirdin ümumi balına təsir edir.
Çində hesab edirlər ki, şəhər məktəbləri daha peşəkar müəllimlərlə təmin olunduğundan onlar bilikləri az saatlarda da verə bilərlər. Əyalətlərdə isə nisbətən az təkmilləşmiş müəllimlər dərs dediyindən və sinifdə şagird sıxlığı çox olduğundan bütün uğurlar şagirdlərin səylərindən asılı olur. 2016-2017-cı tədris ilindən Çin hökuməti şəhər və kənddə şagird hazırlığının səviyyəsini bərabərləşdirmək üzrə proqramın tətbiqinə başlayıb.
Şagirdlərə bütün tədris materialları çap olunmuş formatda, pulsuz verilir. Məktəblər komputerlə təchiz olunub, lakin ev tapşırıqlarının yerinə yetirilməsində adi dərsliklər və digər vəsaitlərdən istifadə olunur. 2014-cü ildə ev tapşırıqlarının ləğv olunması haqqında qərar qəbul olunub. Uşaqlar məktəblərdə həddindən artıq çox yazırlar. Xüsusilə kalliqrafiya dərslərində. Proqram üzrə Çin dili gündə 2 saat tədris olunur.
Çin məktəbliləri ildə 2 dəfə dincəlirlər: Çin yeni ilində və yayda. 15 iyuldan 1 sentyabra qədər. Bu müddət ərzində orta və tam orta məktəb sinif şagirdləri əlavə dərslərdə iştirak edir, yaxud müxtəlif fənnlərdən böyük həcmli ev tapşırılarını yerinə yetirirlər. Burdan belə nəticə çıxarmaq olar ki, Çin məktəbliləri digər ölkələrdəki həmkarlarından 2-3 dəfə çox öyrənir və çalışırlar.
Burada mühüm bir paradoksa diqqət yetirək: belə yüksək yüklənmə şagirdlərin səhhətinə mənfi təsir göstərmir, əksinə onlar daha az xəstələnirlər. Biliklər qazanmağa edilən cəhdlər, yüksək nəticələrə motivasiya yaradır. Demək mümkündür ki, məktəb özünəməxsus sosial liftdir və çoxsaylı məktəblilər üçün gələcək karyera qurmaqda ilk pillədir.
Çin məktəbləri özünün əsas vəzifəsini uşaqların tərbiyəsində və xoşbəxtliyin başa düşülməsində görür. Bunun üçün müxtəlif pedaqoji strategiyalar hazırlanıb. Siz istənilən Çin məktəbinə daxil olsanız, görərsiniz ki, divarlarda bir qarış boş yer yoxdur. Hər yerdə uşaqların şəkilləri və onların uğurları haqqında informasiyalar verilir. Hər məktəbin yaxınlığındakı lövhədə lider uşaqlar barədə məlumatlara rast gəlmək olur və bunlar daimi olaraq yenilənirlər. Hər tədris günü yarışa bənzəyir və günün qalibləri müəyyənləşir. Əsl xoşbəxtlik çətinlikləri dəf etməkdir. Bütün müəllimlər bir məsələni önə çəkir: hər bir uşaq unikal və istedadlıdır. Pedaqoqun vəzifəsi uğaqlardakı qabiliyyətləri, yaxud onda ən yaxşıları açmaqdır. Məsələn, uşaq riyaziyyatı bilmirsə, dil haqqında biliklərində problem varsa, onun idmanda, yaxud peşədə qabiliyyəti barədə düşünürlər. Müəllim isdedadı aşkar edib, mahiyyəti başa düşdükdən sonra uşağın uğurunu sinif yoldaşlarına və məktəbə bəyan edir.
Çin məktəblərində şagirdlərin nəaliyyətləri qiymətləndirilmir. Ancaq müəllim səhvləri dəftərdə mütləq qırmızı qələmlə qeyd edir. Əgər məktəbli işi səhvsiz yerinə yetirərsə, müəllim ona fərqləndirici işarəli möhür vurur. Çində uşaqlar birinci sinifdən başlayaraq 2 dəfə imtahandan keçirlər. Onların bilikləri 3 fəndən yoxlanılır: çin dili, ingilis dili, riyaziyyat. İmtahanların nəticələri 100 ballı sistemlə qiymətləndirilir. Bütün imtahanları uşaqlar öz məktəblərində verirlər və nəzarəti onlara dərs deməyən müəllimlər həyata keçirirlər. Başqa sözlə uşaqlar 1-ci sinifdən etibarən imtahanlara-testlərə adaptasiya olunurlar.
2014-cü ildən başlayaraq çinli uşaqlara ev tapşırıqları vermək qadağan olunub. Bunun əsas səbəbi tədris yükünün ağırlığı ilə bağlıdır. Həftədə 42 məcburi saat dərsdən əlavə uşaqlar müxtəlif fakültativlərə gedirlər. Başqa səbəblər də var: çinlilər məktəb tapşırıqlarının yerinə yetirilməsinə uşaqların valideynlərinin imkanlarının rəqabəti kimi baxırlar. Çin məktəbləri hansısa milli pilləkən rolunu oynayır. Burda ideologiyanın əsas məqsədi imkanların bərabərliyini təmin etməkdir. “Rəqabət valideynlərin kisəsinə və onların gəlirlərinə görə deyil, uşaqların qabiliyyəti və bilik səviyyəsinə görə olmalıdır”-deyirlər. Onlar ev tapşırıqlarını ona görə ləğv ediblər ki, bütün uşaqlar məktəblərdə bərabər maksimal biliklər qazanırlar. Davamiyyətə çox ciddi nəzarət olunur. Uşaqlar bilirlər ki, orta məktəb ali təhsil almaq üçün yeganə imkandır. Bunun ardınca isə yüksək əməkhaqqı ilə iş gəlir. Buna görə də Çin məktəblərində dərsə davamiyyət problemi olmur.
12 illik təhsilin hər bir məzununa onun nailliyyətlərini əks etdirən attestat verilir. Bu attestat onlara Çin ali məktəblərinə daxil olmaq hüququnu vermir. Qəbul Vahid Dövlət İmtahanının nəticələri üzrə aparılır. Yəni 3 icbari fənndən toplanılan bal şagirdə universitetə daxil olmaq üçün ərizə vermək imkanı yaradır. Əlbəttə ki, bu onun seçdiyi peşənin orta balından asılı olur.
Çin məktəblərini hər il 15 milyondan çox uşaq bitirir. Vahid Dövlət İmtahanında iştirak edənlər 9,2-9,5 milyon nəfər olur. Bunların yalnız 6 milyon 880 mini qəbul olunur. Məhz hər il bu qədər abituriyentin ali məktəbə daxil olması Çin Təhsil Proqramında göstərilib. Çinlilər keyfiyyət üzərində çox işləyirlər. Çin məktəblərinin məzunlarının yarısından çoxu ölkənin ali məktəblərinə daxil olur. 25 % peşə məktəblərinə, yaxud xaricdə təhsil almağa yönləndirilir. Ən güclü və ən qabiliyyətlilər Çində təhsillərini davam etdirirlər. Yəni, Çin öz gələcək elitasını özü hazırlayır.
Çində müəllimlər arasında rəqabət güclüdür. Ancaq məktəbdə işləmək bir o qədər də asan deyiil. Bu peşəyə ənənəvi hörmət formalaşıb. Müəllimlərin əməyinə sərf edilən vəsait orta hesabla region üzrə müqayisədə 15-20% yüksəkdir. Həftədə 28 saat icbari fənnləri tədris edən çinli müəllimin orta əməkhaqqı kənd yerlərində ayda 800 dollardan, şəhərdə isə 900 dollardan yuxarıdır. Bu məbləğə dəftərlərin yoxlanması və dərsə hazırlaşmaq daxil deyil.
Müəllimlərin hər il attestasiyadan keçməsi icbaridir. Onların hazırlaşmasına vəsait ödənilmir. İmtahanlar çox ciddi aparılır. Attestasiya müəllimlərin daima formada olmalarını stimullaşdırır, onların təkmilləşməsini gücləndirir, bütün yeni texnologiyalardan məlumatlılığını artırmağa yardımçı olur. Onlar imtahanları pedaqogika, psixologiya və yeni tədris metodikalarından verirlər.
Çin orta məktəbinin əsas vəzifəsi xoşbəxt insan tərbiyə etməkdir. Zəngin bilik və bacarıq ehtiyatlarına malik olan insan yetişdirməkdir. Çin pedaqogika elmi yerində dayanmır. Axtarışlar davam edir.

Etibar Əliyev - keçmiş deputat 

"DİA-AZ"









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
LEOBANK yenə də narazılıq yaratdı... - MÜRACİƏT
Bu gün, 05:41
Paşinyan buna hansı ağılla İCAZƏ VERİB? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:26
"Bizim kənddə nə vaxt yola çıxıram, eyni bərbad mənzərə..." - GİLEY
Bu gün, 05:23
"Beşiktaş" üçün Bakı da doğma divarlardır... - Elə "Hapoel" üçün də...
Bu gün, 05:11
Bəli, nazir Əmrullayev düz deyir... - AMMA...
Bu gün, 05:05
Hər yanı korrupsiya... EY ANA VƏTƏN! - REPLİKA
Bu gün, 05:00
Ermənilərlə müharibə yox, ticarət olmalıdır... - Bəs siz onların mallarını alarsınızmı?
Bu gün, 04:55
Elm ardınca gerçəkdən də ÇİNƏ GETMƏLİYİK... - ÇÜNKİ...
Bu gün, 04:49
"İndiki Azərbaycanda ikicə təsisatın sorğulanmayan nüfuz sahibi olmağa ixtiyarı var..." - İlqar Məmmədov
Bu gün, 04:46
Maaş artımında sürücülər unudulub? - BU NƏDİ BELƏ?
Bu gün, 04:43
Dünya faşizmi CİNSİNİ DƏYİŞİB? - REPLİKA
Bu gün, 04:26
"Məmurların apardığı pula nəzarət etmək lazımdır ki..." - ÇAĞIRIŞ
Bu gün, 04:20
"Elgiz bilirsizmi, hamımıza nəyi göstərdi?.." - ETİRAF
Bu gün, 04:08
“Dövlət Məşğulluq Agentliyi” anbar sahəsinin icarəsinə 2.7 milyon xərcləyəcək
Dünən, 18:06
Coşqun Cəbrayılovun vicdanı bir yana... ALLAHI DA YOXDUR? - BU NƏDİ BELƏ?
Dünən, 17:58
Media hara gedir? – Azər Ayxan yazır
Dünən, 17:51
Binəqəqidə dövlətin qanunları İŞLƏMİR! - ÖZBAŞINA QALIBLAR...
Dünən, 17:45
Eldar Mahmudovun evsiz qoyduğu vətəndaşlar aclıq aksiyasına başlayır - NARAZILIQ VAR...
Dünən, 17:38
Sevinc Hüseynovanın Afət Fərmanqızı barəsində şikayəti icraata götürülmədi - TƏFƏRRÜAT
Dünən, 17:36
ASCO sədri ona yüksək vəzifə verdi - FOTO
Dünən, 17:31
Mətanət Əsədovadan İSMARIŞ: - “Az idi cadu edənim, sən də…”
Dünən, 17:26
Bakıda barda baş verən qətlin TƏFƏRRÜATLARI - Şahid DANIŞIR
Dünən, 17:20
8 ayda Azərbaycan büdcəsinə nə qədər pul yığılıb?
Dünən, 17:14
Tacir Şahmalıoğlu: "Diabetlə birdəfəlik vidalaşdım" - Hansı əməliyyatı etdirib?
Dünən, 17:10
Bakıda evlər bahalaşacaq, amma hamısı yox - Ekspertdən proqnoz
Dünən, 17:06
Turizm şirkətinin rəhbəri xaricdə iş vədi ilə dələduzluqda ittiham edilir, məhkəməsi başlayır
Dünən, 17:03
Bakıda cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdıran şəxs qərardan şikayətçidir - BUNA GÖRƏ...
Dünən, 17:00
“Əliyev Ermənistanın adını “Qərbi Azərbaycan” qoyub” - Harut Sassunyan
Dünən, 16:56
Azərbaycanda şagirdlərin 48%-i müntəzəm olaraq süni intellektdən istifadə edir
Dünən, 16:52
Putin ailəsi haqda sirri açdı: - “Atam və anam…”
Dünən, 16:48
Fransanın yeni səfiri etimadnaməsini Ermənistan XİN-ə təqdim etdi
Dünən, 16:46
ABŞ və İsraili peşman olmağa məcbur edəcəyik - Pezeşkian
Dünən, 16:26
Anar Əsədli barəsində qərar verilib - MƏHKƏMƏ
Dünən, 16:24
“Kanalizasiya yağış suyunu daşıya bilmir” - Bakıda selin əsas səbəbi açıqlandı
Dünən, 16:22
Moskva ilə İrəvan arasında dərinləşən böhran - “Sən kişisən, yoxsa qadın?”
Dünən, 16:20
Azərbaycanda şagirdlərin 48%-i müntəzəm olaraq süni intellektdən istifadə edir - DETALLAR...
Dünən, 16:18
“Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır” - Levon Köçəryan - erməni mətbuatı
Dünən, 16:16
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir - DİQQƏT!
Dünən, 16:12
Ermənistan Avrasiya İqtisadi İttifaqına Rusiyadan şikayət edib - Ermənistan KİV
Dünən, 16:10
Azərbaycanın məşhur bloqeri hava limanından buraxılmadı - VİDEO
Dünən, 16:08
Ermənistanda 2 yeni “Rus evi” açılacaq - KİV
Dünən, 15:59
Türkiyə Rusiya ilə yeni razılaşma imzalayır -“Blumberq”
Dünən, 15:29
Rusiya Ermənistanda daha iki Rus Evi açır
Dünən, 15:16
“Bu, ədalətli deyil!” - Ekspert parklanma ödənişlərinə etiraz edir
Dünən, 15:13
İcra Hakimiyyəti bir milyonluq gül alır - DETALLAR
Dünən, 15:11
“Polad məhəbbət uğrunda mübarizə aparır, mən isə...” – Şeyx Əbdüldən SƏS-KÜYLÜ açıqlamalar
Dünən, 15:03
TƏBİB-in icraçı direktoruna yeni müşavir təyin edilib
Dünən, 14:55
Dövlət Vergi Xidmətində maaş artımı niyə gecikir? - GÖZLƏRİ YOLDADIR
Dünən, 13:12
Telli aparıcıları yıxıb-sürüdü: - “Quyruğunu basanın başından basacağam”
Dünən, 13:07
Prokuror müğənni qardaşını öldürənə 19 il CƏZA İSTƏDİ
Dünən, 13:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru