Yeni direktorlar gəlir, gedir, amma ONA toxuna bilmir! .....                     Müğənni kiçik oğlunu xaricə yolladı .....                     Minlərlə rus 5 ölkəyə “hücum edəcək”: Tarix verildi, siyahıda Azərbaycan da var .....                     “Brent” neftinin qiyməti 100 dollara yaxınlaşıb .....                     ADSEA-da rəhbər şəxsdən Mikayılova şikayət olundu .....                     Sentyabrın 15-i bu şəxslərə icazə verilə bilər .....                     “Artıq yaşanılmayacaq vəziyyətə gəlib çıxıb” .....                     Şəkidə iki nəfərin öldüyü mərkəz bu məşhur iş adamındır .....                     Nazirliyin addımı: ət ucuzlaşacaq? .....                     TRIPP, yoxsa “Araz dəhlizi”: Bakı və Ankara hansı marşrutu gözləyir? .....                     "ABŞERON KƏRPİC İSTEHSALI" MMC-nin 150 min manatdan çox vergi borcu var .....                     ABŞ-də Trampa qarşı mümkün sui-qəsdlə bağlı istintaq fəallaşıb .....                     Tarixi sənəd “İran” adını alt-üst etdi: 310 il öncənin Avropa xəritəsində maraqlı detal .....                     Gəncədə 33 yaşlı kişi bıçaqlanıb .....                     Bu mövzunu gündəmdən çıxarmaq lazımdır... .....                     AZERCELL cibə girməyə DAVAM EDİR... .....                     LEOBANK yenə də narazılıq yaratdı... .....                     Paşinyan buna hansı ağılla İCAZƏ VERİB? .....                     "Bizim kənddə nə vaxt yola çıxıram, eyni bərbad mənzərə..." .....                     "Beşiktaş" üçün Bakı da doğma divarlardır... .....                     Bəli, nazir Əmrullayev düz deyir... .....                     Hər yanı korrupsiya... EY ANA VƏTƏN! .....                     Ermənilərlə müharibə yox, ticarət olmalıdır... .....                     Elm ardınca gerçəkdən də ÇİNƏ GETMƏLİYİK... .....                     "İndiki Azərbaycanda ikicə təsisatın sorğulanmayan nüfuz sahibi olmağa ixtiyarı var..." .....                     Maaş artımında sürücülər unudulub? .....                     Dünya faşizmi CİNSİNİ DƏYİŞİB? .....                     "Məmurların apardığı pula nəzarət etmək lazımdır ki..." .....                     "Elgiz bilirsizmi, hamımıza nəyi göstərdi?.." .....                     “Dövlət Məşğulluq Agentliyi” anbar sahəsinin icarəsinə 2.7 milyon xərcləyəcək .....                     Coşqun Cəbrayılovun vicdanı bir yana... ALLAHI DA YOXDUR? .....                     Media hara gedir? .....                     Binəqəqidə dövlətin qanunları İŞLƏMİR! .....                     Eldar Mahmudovun evsiz qoyduğu vətəndaşlar aclıq aksiyasına başlayır .....                     Sevinc Hüseynovanın Afət Fərmanqızı barəsində şikayəti icraata götürülmədi .....                     ASCO sədri ona yüksək vəzifə verdi .....                     Mətanət Əsədovadan İSMARIŞ: .....                     Bakıda barda baş verən qətlin TƏFƏRRÜATLARI .....                     8 ayda Azərbaycan büdcəsinə nə qədər pul yığılıb? .....                     Tacir Şahmalıoğlu: "Diabetlə birdəfəlik vidalaşdım" .....                 

“Artıq yaşanılmayacaq vəziyyətə gəlib çıxıb” - NARAZILIQ VAR...
Tarix: Bu gün, 07:32 | Çap et

Masazır qəsəbəsində yerləşən Qurtuluş 93 yaşayış kompleksinin sakinləri uzun müddətdir həllini tapmayan problemlərlə bağlı Patrul.az-a müraciət ediblər. Sakinlərin sözlərinə görə, yaşayış kompleksində vəziyyət artıq adi məişət narahatlığı həddini keçərək insanların gündəlik həyatına ciddi şəkildə təsir edən problemlər toplusuna çevrilib.
Sakinlər iddia edirlər ki, demək olar, hər gün elektrik enerjisinin kəsilməsi əsas problemlərdən biridir. Onların sözlərinə görə, işığın hansı səbəbdən kəsildiyi ilə bağlı hər dəfə fərqli açıqlamalar verilir. Bir gün texniki nasazlıq, digər gün ərazidə aparılan işlər səbəb göstərilir.

Sakinlərin isə sualı birdir: ödənişini vaxtında edən vətəndaş niyə davamlı olaraq elektrik enerjisiz qalmalıdır?

“Əgər hansısa iş gedirsə və mən işıq pulumu vaxtında ödəyirəmsə, niyə mənim işığım kəsilməlidir?”

Sakinlər hesab edirlər ki, problem müvəqqəti xarakter daşısaydı, uzun müddət ərzində bu qədər narazılıq yaranmazdı. Onlar aidiyyəti qurumlardan elektrik enerjisinin kəsilməsinin səbəbləri barədə konkret və şəffaf məlumat tələb edirlər.

Yaşıllıqlar azalır, obyektlər artır?

Sakinlərin narazılığı bununla da bitmir. Onların sözlərinə görə, yaşayış kompleksində yaşıllıqların və ağacların məhv edilməsi, eləcə də binaların altında müxtəlif obyektlərin fəaliyyət göstərməsi ilə bağlı ciddi suallar yaranıb.

Sakinlər bildirirlər ki, yaşayış üçün nəzərdə tutulan ərazidə kommersiya obyektlərinin sayının artması insanların onsuz da məhdud olan istirahət imkanlarını daha da azaldır.

Parklar sakinlər üçündür, yoxsa obyektlər üçün?

Qurtuluş 93 sakinlərinin xüsusilə narazı qaldığı məsələlərdən biri də park və istirahət məkanlarının vəziyyətidir.

Sakinlərin iddiasına görə, park ərazilərində kafe, çayxana və digər obyektlərin sayı getdikcə artır. Nəticədə ailələrin, xüsusilə də uşaqların rahat şəkildə istifadə edə biləcəyi məkanlar azalır.

“Parkda gəzməyə çıxırsan, səs-küy olur. Uşaqların rahat oynaya biləcəyi, ailələrin sakit otura biləcəyi yerlər azalır. Hər yerdə kafe, çayxana açılır. İmkanı olan oturur, olmayan isə uşağı ilə parkda belə rahat vaxt keçirə bilmir”.

Sakinlərin fikrincə, parkların əsas funksiyası kommersiya fəaliyyəti üçün deyil, insanların rahat istirahəti üçün qorunmalıdır.

Sahibsiz heyvanlarla bağlı vəziyyət də narahatlıq doğurur

Müraciətdə sahibsiz heyvanlarla bağlı problem də xüsusi vurğulanıb. Sakinlər bildirirlər ki, ərazidə heyvanlar üçün kifayət qədər su və yem qabları yoxdur.

Onların sözlərinə görə, sürətlə hərəkət edən avtomobillər səbəbindən heyvanların vurulması və tələf olması halları da yaşanır.

Sakinlər hesab edirlər ki, həm heyvanların, həm də insanların təhlükəsizliyi üçün bu məsələ ilə bağlı nəzarət və tədbirlər gücləndirilməlidir.

Qaz xətləri çəkilib, amma qaz yoxdur

Qurtuluş 93-də sakinlərin ən ciddi suallarından biri də qaz təminatı ilə bağlıdır.

Sakinlərin sözlərinə görə, ərazidə qaz xətləri çəkilsə də, yaşayış kompleksinə hələ də qaz verilməyib. Onlar bildirirlər ki, kupçaları və müvafiq sənədləri mövcuddur və buna görə qaz təminatının nə vaxt həyata keçiriləcəyi ilə bağlı aidiyyəti qurumlardan konkret cavab gözləyirlər.

Sakinlər üçün əsas sual isə dəyişmir: Əgər sənədlər qaydasındadırsa, qazın verilməsinə maneə nədir və bu problem nə vaxt həll olunacaq?

“Artıq yaşanılmayacaq vəziyyətə gəlib çıxıb”

Sakinlərin sözlərinə görə, elektrik enerjisinin kəsilməsi, qaz təminatının olmaması, yollar, yaşıllıqlar, parklar, təhlükəsizlik və digər məsələlərin eyni vaxtda problem yaratması Qurtuluş 93-də yaşayışı ciddi şəkildə çətinləşdirib.

Onlar bildirirlər ki, məsələ ayrı-ayrı sakinlərin şəxsi narazılığı kimi qiymətləndirilməməli, kompleks üzrə araşdırılmalıdır.

Sakinlər aidiyyəti qurumları Qurtuluş 93 ərazisinə baxış keçirməyə, problemlərin səbəblərini araşdırmağa və nəticəsi barədə ictimaiyyətə məlumat verməyə çağırırlar.

Patrul.az olaraq sakinlərin səsləndirdiyi iddiaları aidiyyəti qurumların diqqətinə çatdırırıq. Elektrik və qaz təminatı, yaşıllıqların vəziyyəti, park ərazilərində obyektlərin fəaliyyəti, yollar və təhlükəsizliklə bağlı səsləndirilən məsələlərə cavabdeh qurumların mövqeyini dərc etməyə hazırıq.

Məsələ açıq qalır: Qurtuluş 93 sakinlərinin problemləri nə vaxt həll olunacaq?









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yeni direktorlar gəlir, gedir, amma ONA toxuna bilmir! — Şirvanda nələr baş verir?
Bu gün, 08:28
Müğənni kiçik oğlunu xaricə yolladı
Bu gün, 08:20
Minlərlə rus 5 ölkəyə “hücum edəcək”: Tarix verildi, siyahıda Azərbaycan da var - NƏ BAŞ VERİR?
Bu gün, 08:16
“Brent” neftinin qiyməti 100 dollara yaxınlaşıb
Bu gün, 08:14
ADSEA-da rəhbər şəxsdən Mikayılova şikayət olundu - MÜRACİƏT
Bu gün, 07:51
Sentyabrın 15-i bu şəxslərə icazə verilə bilər – 3 SAATLIQ
Bu gün, 07:35
“Artıq yaşanılmayacaq vəziyyətə gəlib çıxıb” - NARAZILIQ VAR...
Bu gün, 07:32
Şəkidə iki nəfərin öldüyü mərkəz bu məşhur iş adamındır - belə deyirlər...
Bu gün, 07:27
Nazirliyin addımı: ət ucuzlaşacaq? - AKTUAL
Bu gün, 07:05
TRIPP, yoxsa “Araz dəhlizi”: Bakı və Ankara hansı marşrutu gözləyir? - GƏLİŞMƏ
Bu gün, 07:03
"ABŞERON KƏRPİC İSTEHSALI" MMC-nin 150 min manatdan çox vergi borcu var - FOTO
Bu gün, 06:59
ABŞ-də Trampa qarşı mümkün sui-qəsdlə bağlı istintaq fəallaşıb - "Associated Press"
Bu gün, 06:57
Tarixi sənəd “İran” adını alt-üst etdi: 310 il öncənin Avropa xəritəsində maraqlı detal - FOTO
Bu gün, 06:53
Gəncədə 33 yaşlı kişi bıçaqlanıb - TƏFƏRRÜAT
Bu gün, 06:50
Bu mövzunu gündəmdən çıxarmaq lazımdır... - ONA GÖRƏ DƏ...
Bu gün, 06:04
AZERCELL cibə girməyə DAVAM EDİR... - "Nə vaxta kimi belə davam edəcək?"
Bu gün, 05:56
LEOBANK yenə də narazılıq yaratdı... - MÜRACİƏT
Bu gün, 05:41
Paşinyan buna hansı ağılla İCAZƏ VERİB? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:26
"Bizim kənddə nə vaxt yola çıxıram, eyni bərbad mənzərə..." - GİLEY
Bu gün, 05:23
"Beşiktaş" üçün Bakı da doğma divarlardır... - Elə "Hapoel" üçün də...
Bu gün, 05:11
Bəli, nazir Əmrullayev düz deyir... - AMMA...
Bu gün, 05:05
Hər yanı korrupsiya... EY ANA VƏTƏN! - REPLİKA
Bu gün, 05:00
Ermənilərlə müharibə yox, ticarət olmalıdır... - Bəs siz onların mallarını alarsınızmı?
Bu gün, 04:55
Elm ardınca gerçəkdən də ÇİNƏ GETMƏLİYİK... - ÇÜNKİ...
Bu gün, 04:49
"İndiki Azərbaycanda ikicə təsisatın sorğulanmayan nüfuz sahibi olmağa ixtiyarı var..." - İlqar Məmmədov
Bu gün, 04:46
Maaş artımında sürücülər unudulub? - BU NƏDİ BELƏ?
Bu gün, 04:43
Dünya faşizmi CİNSİNİ DƏYİŞİB? - REPLİKA
Bu gün, 04:26
"Məmurların apardığı pula nəzarət etmək lazımdır ki..." - ÇAĞIRIŞ
Bu gün, 04:20
"Elgiz bilirsizmi, hamımıza nəyi göstərdi?.." - ETİRAF
Bu gün, 04:08
“Dövlət Məşğulluq Agentliyi” anbar sahəsinin icarəsinə 2.7 milyon xərcləyəcək
Dünən, 18:06
Coşqun Cəbrayılovun vicdanı bir yana... ALLAHI DA YOXDUR? - BU NƏDİ BELƏ?
Dünən, 17:58
Media hara gedir? – Azər Ayxan yazır
Dünən, 17:51
Binəqəqidə dövlətin qanunları İŞLƏMİR! - ÖZBAŞINA QALIBLAR...
Dünən, 17:45
Eldar Mahmudovun evsiz qoyduğu vətəndaşlar aclıq aksiyasına başlayır - NARAZILIQ VAR...
Dünən, 17:38
Sevinc Hüseynovanın Afət Fərmanqızı barəsində şikayəti icraata götürülmədi - TƏFƏRRÜAT
Dünən, 17:36
ASCO sədri ona yüksək vəzifə verdi - FOTO
Dünən, 17:31
Mətanət Əsədovadan İSMARIŞ: - “Az idi cadu edənim, sən də…”
Dünən, 17:26
Bakıda barda baş verən qətlin TƏFƏRRÜATLARI - Şahid DANIŞIR
Dünən, 17:20
8 ayda Azərbaycan büdcəsinə nə qədər pul yığılıb?
Dünən, 17:14
Tacir Şahmalıoğlu: "Diabetlə birdəfəlik vidalaşdım" - Hansı əməliyyatı etdirib?
Dünən, 17:10
Bakıda evlər bahalaşacaq, amma hamısı yox - Ekspertdən proqnoz
Dünən, 17:06
Turizm şirkətinin rəhbəri xaricdə iş vədi ilə dələduzluqda ittiham edilir, məhkəməsi başlayır
Dünən, 17:03
Bakıda cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdıran şəxs qərardan şikayətçidir - BUNA GÖRƏ...
Dünən, 17:00
“Əliyev Ermənistanın adını “Qərbi Azərbaycan” qoyub” - Harut Sassunyan
Dünən, 16:56
Azərbaycanda şagirdlərin 48%-i müntəzəm olaraq süni intellektdən istifadə edir
Dünən, 16:52
Putin ailəsi haqda sirri açdı: - “Atam və anam…”
Dünən, 16:48
Fransanın yeni səfiri etimadnaməsini Ermənistan XİN-ə təqdim etdi
Dünən, 16:46
ABŞ və İsraili peşman olmağa məcbur edəcəyik - Pezeşkian
Dünən, 16:26
Anar Əsədli barəsində qərar verilib - MƏHKƏMƏ
Dünən, 16:24
“Kanalizasiya yağış suyunu daşıya bilmir” - Bakıda selin əsas səbəbi açıqlandı
Dünən, 16:22
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru