"Aylardır özümü ancaq saxlamışam ki yazmayım, amma olmur..." "DİA-AZ" xəbər verir ki, bu fikirlər əslən Naxçıvandan olan və Muxtar Respublikada nəşr olunan Şərq Qapısı qəzetinin işçisi Elnurə Cəfərovaya məxsusdur.
Aşağıdakı fotoları paylaşan jurnalist daha sonra fikrini belə davam etdirir:
"Bildiyim qədərilə hər 5-ci gün kənddə zibillər yığılmalıdır. Bizim kənddə nə vaxt yola çıxıram, eyni bərbad mənzərə ilə qarşılaşıram. Vallah məhlə yaman günə qalır, ətrafa baxmaq olmur. Heç nə yox elə 5-ci günlər vaxtlı-vaxtında təmizləsələr, ortada heç nə qalmaz..."

























