
"ABŞERON KƏRPİC İSTEHSALI" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə böyük həcmdə vergi borcu yaranıb. 32gun.az-ın əldə etdiyi məlumata görə, şirkətin ödənilməmiş vergi borcunun məbləği 157.283,16 AZN təşkil edir.
Məlumat üçün bildirək ki, hüquqi ünvanı Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən cəmiyyətin nizamnamə kapitalı 9.513.500 AZN-dir. İri kapitala sahib istehsalat müəssisəsinin qanuni təmsilçisi Vasif Fərhad oğlu Bəşirovdur.
























