Bakı və İrəvan arasında müharibə “mesajı”? .....                     Azərbaycanda bu iki şirkət birləşir .....                     Korrupsiyalaşmış “ağızların” qeyri-müəyyən müddətə təcridi .....                     Azərbaycanda 140-a yaxın qiymətləndirici şirkət var .....                     Məşğulluq Agentliyi eyni şirkətdən bu dəfə 2,7 miyon manata anbar icarəyə götürdü .....                     Peskov Ukrayna məsələsi ilə bağlı ABŞ ilə yeni görüşlərin anonsunu verdi .....                     Ermənistan hərbi büdcəsini artırır: .....                     Kremllə İrəvan arasında QIRĞIN: .....                     Kişi qızına elçi göndərən şəxsi güllələdi: “Aralarında münasibət olub, övladımı şantaj edirdi” .....                     Peşə Təhsili Agentliyində mükafat qalmaqalı .....                     Armen Qriqoryanın yeni iş yeri məlum oldu .....                     Mehmandan meyxananı "GÖZDƏN SALANLARA": .....                     “FINCA Azərbaycan”da yeni təyinat .....                     Dünya Bankı Qrupuna Azərbaycan üzrə vahid rəhbər .....                     DOST Agentliyinin binalarının təmirinə başlanılır .....                     Nəcəf Nəcəfovun məzarından barelyefi oğurlayan şəxs saxlanılıb .....                     İmişlidə iti asıb öldürən HƏBS OLUNDU .....                     Bakıdan İrəvana SON XƏBƏRDARLIQLAR .....                     Mehriban Xanlarovadan Elgizə cavab .....                     DOST Agentliyi 4 şəhərdə əsaslı təmir üçün .....                     Bank məlumatlarını dələduza özü verən şəxs xəbəri olmadan rəsmiləşdirilən kreditdən imtina edə bilməz .....                     Cənubi Qafqazda dönüş: .....                     Kreml Ukrayna danışıqları üçün hansı şəhəri prioritet hesab etdiyini açıqlayıb .....                     “Emin Əmrullayev “PISA 2025”in nəticələrini təqdim edərkən səhvə yol verib” .....                     Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib .....                     Pedaqoji stajı çatmayan şəxs məktəb direktoru vəzifəsinə necə gətirildi? .....                     19 yaşlı şirkət rəhbərinin Azərbaycandan çıxışına STOP QOYULDU .....                     Qaziyə saxta sənədlə torpaq satanlar .....                     “Hər əkilən ağac havanı çirklənmədən qoruyur” .....                     Ölkəmizdə attraksionlara nəzarət zəifdir, təhlükəsizliyə riayət edilmir .....                     "O vaxt Ağdam toylarını Rəmiş idarə edirdi, indiki müğənnilər isə..." .....                     Deputatın qardaşına HÖKM OXUNDU .....                     Yaxın gələcəkdə Avrasiya İqtisadi Birliyindən çıxmaq niyyətində deyilik .....                     İrəvanın “Metsamor” höcəti .....                     Ermənistana arpa və buğda göndəriləcək .....                     İçkiyə pulu olmadı, qonşusunun evini soydu .....                     Rusiyada səfərbərlik başlayarsa, Azərbaycanın mənzil bazarını nə gözləyir? .....                     Ölkədə orta maaş 1176,7 manatdır .....                     "Aysun" gözəllik salonunun sahibi dələduzluqla üzləşib: "Yalan vədlər verdi" .....                     Xumar Qədimovanın adından yalan elan yayıldı .....                 

Yeni direktor məktəbi telefonla idarə edir - DƏLİXANADIR, VALLAH...
Tarix: 27-06-2025, 06:18 | Çap et

298 nömrəli məktəbə yeni direktor təyin olunub. Daha dəqiq desək, 284 nömrəli tam orta məktəbin direktor müavini – cəmi 2,5 illik müavinlik təcrübəsi olan Günay Nəzərovaya – əsas vəzifəsi saxlanılmaqla bu məktəbin direktor səlahiyyətlərini müvəqqəti (3 aylıq) icra etmək tapşırılıb.

Bəh-bəh, etimada bax! Heç üç il direktor müavini kimi təcrübəsi olmayan… Sual olunur: niyə?

Gələn kimi islahata həyat yoldaşını kreslosuna əyləşdirərək selfi ilə başlayan və bunu hər yerdə paylaşan hörmətli direktorcuğaz deyəsən etik davranış qaydalarından bixəbərdir. Cəmi bir həftəlik təyinatla məktəbə gələn bu “çox hörmətli direktor” idarəçiliyi elə bir üslubda qurub ki, məktəb bir növ sınaq poliqonuna çevrilib. Sınaq isə… sanki idarəetmənin yox, səbrin sınağıdır.

Məktəbə qədəm qoyduğu ilk gün avtomobilini birbaşa məktəbin həyətinə sürərək yerləşdirən direktor, görünür, “mən bura sultan gəlmişəm” mesajını vermək istəyib. Bu da onun ilk “innovativ” islahatı olub.

Ardınca daha “yaradıcı” addımlar gəlib: direktor bəyan edib ki, nə olsun bu məktəbdə müəllimlərin vahid geyimi var – ürəyiniz nə istəyir, onu geyinin. Himə bənd olan müəllimlər də elə o andan idman ayaqqabısı, piknik şalvarı, dar geyimlərlə məktəbə gəlməyə başlayıb. Məktəbə ciddilik gətirmək əvəzinə, qeyri-ciddi mühit yaranıb.

İdarəçilik deyəndə bu başa düşülür?

Direktorun iş rejimi isə ayrıca bir “reformadır”. İstədiyi vaxt gəlir, istədiyi vaxt gedir. Bəs məktəb rəhbərləri səhər 08:00-dan axşam 18:00-a qədər məktəbdə olmalı deyillərmi? Bu “xüsusi statuslu” direktor xanım isə saat 11-də gəlir, saat 2-də gedir, kefi istəyir axşam saat 5-də gəlir. İşçiləri 20:00-a qədər məktəbdə saxlayır. Kef necə istəyirsə, elə də davranır.

Hələ bu günə qədər müəllimlər şəxsi işlərini belə yaza bilmirlər – çünki direktor məktəbdə tapılmır ki, qapısını açsın, bu yazıqlar da işlərini görsün. Şəffaflıq adı altında hər şey şəxsi nəzarət altındadır. Müəllimlər isə stress, gərginlik və qeyri-müəyyənlik içindədir.

Məktəb isə 284-ün filialına çevrilib. Məktəbdə tapılmayan direktor məktəbdə olanda da 284-ün dəstə-dəstə gələn müəllimləri güllər, çiçəklər, tortlar gətirib saatlarla yeyib-içirlər. Məktəb idarəetmə yeri yox, əyləncə zalına çevrilib.

Rəsmi layihəyə açıq hörmətsizlik

Təyin olduğu həftə ibtidai sinif müəllimlərini şənbə günü məktəbə toplayaraq, Təhsil Nazirliyinin STEAM layihəsini “yararsız və keyfiyyətsiz” adlandırıb. Dövlət layihəsini aşağılamaq ən azı məsuliyyətsizlikdir. Ardınca isə məktəbəhazırlıq qruplarını bağlayacağını, məktəbin 5 günlük sistemə keçəcəyini bildirib. Halbuki bu qrupların açılması proqnoza əsasən təsdiqlənmişdi. Günay xanım bir zənglə bunu bağlatdırdı. Görəsən STEAM layihəsinə də “gücü” çatacaq?

Şəxsi həyat, yoxsa audit?

İdarəetmədə isə daha qəribə yanaşma: direktor açıq şəkildə bəyan edir ki, “ərim məktəbə təftişə gələcək”. Deyilənə görə, artıq bir dəfə gəlib və direktor onunla məktəb kreslosunda selfi çəkdirərək “daxili audit”i ictimailəşdirib. Bu isə nə etik davranışdır, nə də peşəkar idarəçilik.

Əlavə edək ki, Günay Nəzərova hələ də 284 nömrəli məktəbdə direktor müavini kimi qeyd olunur. Amma nə özü ora gedir, nə də funksiyasını icra edən var. Bura təyin olunandan bir dəfə dərsə getməyən xanım maaş aldığı bir yana, bu şəxs 298-də disiplindən və keyfiyyətdən danışır. Sual olunur: əgər bu qədər “düzgün” idinsə, 284-də niyə bu disiplini yarada bilmirdin? Deyən lazımdır: Ay keyfiyyətdən danışan direktor, reytinqə get bax – 284 hələ 298-ə çata bilməyib. Gərək əvvəl bunu qapadasan , sonra “yekə-yekə” danışasan. Heç olmasa bir gör nə danışırsan.

TikTok-da yayılan dərs vaxtı çəkilmiş videoların əksəriyyəti 284 nömrəli məktəbə aiddir. Bəyənilməyən 298 isə telefona detektorla nəzarət edir. Yəni ciddi rejim vardı. Sən təyin olunandan cəmi iki dəfə dəhlizdə görünmüsən, onda da etik olmayan şəkildə qışqırdığına görə uşaqlar sənə etiraz olaraq alqış tutublar, heç kim sakitləşdirə bilməyib. “Mükəmməl” idarəçiliyinin 15 günü dərs vaxtına düşməsinə baxmayaraq, dərs zamanı 9-cu sinif şagirdi ilə dalaşıb. Gülməlidir vallah – direktor uşaqla dalaşır. Niyə təəccüblənək? Ötən tədris ili 284 nömrəli məktəbdə şagirdi söyərək məhkəməyə düşən, işi həmkarlara qədər gedib çıxan adamdır da…

***

Bəzi müəllimlər üçün xüsusi imtiyaz ayıran direktor düzgünlükdən necə danışa bilər?

Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Gurbanova Aytən, Günay Nəzərova gəldikdən sonra demək olar ki, məktəbə gəlmir. Hər gün icazə alır, çıxır. Dərs vaxtı bir dəstə uşağı yığaraq tədbirlərə aparır, uşaqlara isə dərsdə olmuş kimi qaib yazılmır. Hazırda isə deyilənə görə, akademiyada işə düzəlib. Amma hələ də 298-də müəllim kimi saxlanılır. İşə gəlmir, amma əməkhaqqı yazılır. Bəs bu necə olur? Bu müəllimə bu qədər şərait niyə yaradılır? Onun hansı “üstünlüyü” var? Niyə digərləri üçün bu mümkün deyil?

Bu artıq açıq-aşkar maliyyə pozuntusudur. Cəmi bir ayda təyin olunan bir direktor bu qədər hoqqa çıxarırsa, üç ayda məktəbə nə olacaq?

Maliyyə pozuntuları və təyinatda özbaşınalıq

Direktor kimə istəyir, icazə verir - özü də rəsmiləşdirmədən. İşə gəlməyən şəxslər - Mustafayeva Edilya, Rəhimova Fəqanə, Əliyeva Arzu, Qurbanova Aytən bu müəllimlərdəndir.

İşəgötürmədə isə tam özbaşınalıq: iki işçi işdən çıxma ərizəsi yazdığı halda, iyun ayının 12-si onların yerinə iki nəfər götürülüb. Hətta o qədər tələsiblər ki, əvvəlcə yenilər götürülüb, sonra köhnələrə xitam verilib. Yenilərdən biri isə – 284 nömrəli məktəbin direktoru *Xalid müəllimin həyat yoldaşı İlahə Alıhüseynovadır.* Xadimə ştatına götürülən bu xanım bəzənib gəlir, 1 saat direktorun otağında oturub gedir – bunu da iş sayırlar.

Direktor sənədləşməni düz etmədiyi üçün mühasibatlığa izahat verə bilməyib. Tək çarə – həmin işçilərə 19.06 tarixində xitam verib, sonra yenidən işə götürüb. Bu isə savadsızlıq, qanunvericiliyin ciddi pozuntusudur.

Məqsədli şəkildə dağıdılan məktəb

Bütün bu özbaşınalıqlar fonunda ortaya sual çıxır: bu direktoru kim, hansı məqsədlə bura göndərib? Günay Nəzərova özünü BŞTİ-nin sektor müdiri *Turanə Məcidlinin rəfiqəsi, 297-nin direktoru Cavid, 284-ün direktoru Xalid* ilə məsləhətləşən şəxs kimi təqdim edir.

BSQ-nin əmrini belə verməyən, əmr yazmaq nədir bilməyən, məktəbi telefonla idarə edən, məktəbdə ancaq tort yeyib şəkil çəkdirən hörmətli direktor görünür məktəbi dağıtmağa gəlib.

news365.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakı və İrəvan arasında müharibə “mesajı”? – Bu görüntü təəccüb doğurdu
Bu gün, 17:50
Azərbaycanda bu iki şirkət birləşir - DETALLAR
Bu gün, 17:47
Korrupsiyalaşmış “ağızların” qeyri-müəyyən müddətə təcridi – Unudurlar ki, istənilən muzdlu təlxək gec-tez israfçı materiala çevrilir
Bu gün, 17:46
Azərbaycanda 140-a yaxın qiymətləndirici şirkət var - SİYAHI
Bu gün, 17:44
Məşğulluq Agentliyi eyni şirkətdən bu dəfə 2,7 miyon manata anbar icarəyə götürdü - DETALLAR
Bu gün, 17:38
Peskov Ukrayna məsələsi ilə bağlı ABŞ ilə yeni görüşlərin anonsunu verdi - TASS
Bu gün, 17:32
Ermənistan hərbi büdcəsini artırır: - Yenə köhnə havalarına oynayacaqlar?
Bu gün, 17:16
Kremllə İrəvan arasında QIRĞIN: - Paşinyana “qorxaq” dedi
Bu gün, 17:11
Kişi qızına elçi göndərən şəxsi güllələdi: “Aralarında münasibət olub, övladımı şantaj edirdi” - TƏFƏRRÜAT
Bu gün, 17:04
Peşə Təhsili Agentliyində mükafat qalmaqalı - Direktor və müavinlər arasında ayrıseçkilik
Bu gün, 17:00
Armen Qriqoryanın yeni iş yeri məlum oldu - KİV
Bu gün, 16:55
Mehmandan meyxananı "GÖZDƏN SALANLARA": - "Təki "TikTok"da "partlatsınlar", pul qazansınlar"
Bu gün, 16:50
“FINCA Azərbaycan”da yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 16:48
Dünya Bankı Qrupuna Azərbaycan üzrə vahid rəhbər TƏYİN EDİLİB
Bu gün, 16:43
DOST Agentliyinin binalarının təmirinə başlanılır – 2,8 mln. manat ayrıldı
Bu gün, 16:41
Nəcəf Nəcəfovun məzarından barelyefi oğurlayan şəxs saxlanılıb - FOTOLAR
Bu gün, 16:40
İmişlidə iti asıb öldürən HƏBS OLUNDU - TƏFƏRRÜAT
Bu gün, 16:35
Bakıdan İrəvana SON XƏBƏRDARLIQLAR – Paşinyan üçün gerisayım başladı
Bu gün, 16:30
Mehriban Xanlarovadan Elgizə cavab
Bu gün, 16:27
DOST Agentliyi 4 şəhərdə əsaslı təmir üçün 3 milyon manat ödəyəcək
Bu gün, 16:14
Bank məlumatlarını dələduza özü verən şəxs xəbəri olmadan rəsmiləşdirilən kreditdən imtina edə bilməz - Tanınmış vəkildən XƏBƏRDARLIQ
Bu gün, 16:10
Cənubi Qafqazda dönüş: - Əliyevlə Putin arasındakı söhbətin arxasında nə dayanır?
Bu gün, 16:08
Kreml Ukrayna danışıqları üçün hansı şəhəri prioritet hesab etdiyini açıqlayıb
Bu gün, 16:03
“Emin Əmrullayev “PISA 2025”in nəticələrini təqdim edərkən səhvə yol verib” - İTTİHAM VAR...
Bu gün, 15:54
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
Bu gün, 15:50
Pedaqoji stajı çatmayan şəxs məktəb direktoru vəzifəsinə necə gətirildi? - İLGİNC İDDİALAR
Bu gün, 15:47
19 yaşlı şirkət rəhbərinin Azərbaycandan çıxışına STOP QOYULDU - BUNA GÖRƏ...
Bu gün, 15:40
Qaziyə saxta sənədlə torpaq satanlar HAKİM QARŞISINDA
Bu gün, 15:38
“Hər əkilən ağac havanı çirklənmədən qoruyur” - FOTO
Bu gün, 15:29
Ölkəmizdə attraksionlara nəzarət zəifdir, təhlükəsizliyə riayət edilmir - Şəki faciəsi
Bu gün, 15:26
"O vaxt Ağdam toylarını Rəmiş idarə edirdi, indiki müğənnilər isə..." – Brilyant
Bu gün, 15:13
Deputatın qardaşına HÖKM OXUNDU - TƏFƏRRÜAT
Bu gün, 15:12
Yaxın gələcəkdə Avrasiya İqtisadi Birliyindən çıxmaq niyyətində deyilik - Xandanyan
Bu gün, 15:07
İrəvanın “Metsamor” höcəti - Bakıdan SƏRT xəbərdarlıq
Bu gün, 15:05
Ermənistana arpa və buğda göndəriləcək
Bu gün, 15:02
İçkiyə pulu olmadı, qonşusunun evini soydu - 17 minlik əşyanı 200 manata satdı
Bu gün, 13:14
Rusiyada səfərbərlik başlayarsa, Azərbaycanın mənzil bazarını nə gözləyir? – Ekspertdən AÇIQLAMA
Bu gün, 13:11
Ölkədə orta maaş 1176,7 manatdır – Rəsmi
Bu gün, 13:09
"Aysun" gözəllik salonunun sahibi dələduzluqla üzləşib: "Yalan vədlər verdi" - TƏFƏRRÜAT
Bu gün, 13:01
Xumar Qədimovanın adından yalan elan yayıldı - XƏBƏRDARLIQ
Bu gün, 12:59
Lənkəranda abadlıq və təmir işlərinə 2 milyon manat ayrıldı
Bu gün, 12:57
Azərbaycan gələcəyi Emin Əmrullayevin sisteminə uyğunlaşdırılır? - Köhnə talanın yeni modeli, yaxud statistika yalançıların maskasıdır
Bu gün, 12:53
100 nəfərdən çox müştəri «Premium bank»ın kreditini qaytarmır - HESABAT
Bu gün, 12:41
"PAŞA Həyat Sığorta"nın rəhbərinə müşavir təyin edildi - ƏMR
Bu gün, 12:40
Pulsuzluq, vaxt azlığı, yoxsa... - Kinomuzun əsas bəlası nədir?
Bu gün, 12:33
"Heç vaxt ad günümdə özümə hədiyyə almamışam" - Əməkdar artist
Bu gün, 12:23
Azərbaycanda da süni intellekt fermerin yerinə qərar verəcək - EKSPERTDƏN IZAH
Bu gün, 12:22
“Mabel Matiz atamın mahnısını anonim oxuyub, bu artıq oğurluq sayılır” - Habil Əliyevin qızından AÇIQLAMA
Bu gün, 12:17
Gümrüdəki 102-ci bazanın taleyi: - həll olunmamış tənlik
Bu gün, 12:14
Dövlət müəssisələrinin 1 milyon manatdan artıq pulunu mənimsəyən şəxslərdən XƏBƏR VAR
Bu gün, 12:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru