
“Əsas fikirləri budur ki, ağızlarına gələni desinlər, “TikTok”da “partlatsınlar”, pul qazansınlar”.
O, elələrinin sayəsində meyxana sənətinin uçuruma getdiyini bildirib. Buna əncam çəkilməyəcəyi təqdirdə, vəziyyətin daha da bərbad olacağını qeyd edib:
“Biz bu sənətə gələndə pulu, reklamı düşünməmişik, çünki bu sənəti sevmişik. İndiki cavanların çox az faizi sənəti düşünür. Əsas fikirləri budur ki, ağızlarına gələni desinlər, “TikTok”da “partlatsınlar”, bunlara əl çalıb alqışlasınlar, yaxşı pul qazansınlar.
Fərqi yoxdur, dediyi sözlərin məna yükü oldu-olmadı. Sözlər eyni, məna, məzmun yox…
Bu sənəti çox cılızlaşdırıblar, bərbad günə qoyublar. Barmaqsayı yaxşı meyxanaçılar var. Belə davam etsə, meyxananın gələcəyi heç yaxşı görünmür. Bu sənətin ağsaqqalları yığışıb buna bir əncam çəkməlidir, yoxsa meyxana sənətinin aqibəti acınacaqlı olacaq”.
























