AzəriQaz-da hesab-kitabı da bilmirlər? .....                     Gürcüstanda ali təhsil pulsuz olacaq... BİZDƏ İSƏ... .....                     "Hökumətdə iqtisadi mövzulara hərtərəfli baxış niyə zəifdir?" .....                     Qusarda sağ qalmaq üçün... .....                     "Pulunuz yoxdursa su üzünə həsrət qalmalısınız..." .....                     Kartdan karta köçürməyə QADAĞA: Məmur korrupsiyası... .....                     10 il gizləndi, ancaq bu səhv onu ələ verdi .....                     Azərbaycan ət niyə bahalaşır? .....                     Yaqub Hüseynovun "Qaynana" restoranında QALMAQAL .....                     "Bir meymun var idi, konsertdə qəfəsin ağzını açıb tutuquşunu uçurtdu" .....                     "Brent" markalı neftin qiyməti 82 dollardan aşağı düşüb .....                     İranla danışıqlar bu gün bərpa olunacaq .....                     Günün günorta çağı QARƏT... .....                     Tramp razılaşmanın bağlanması şərtilə İrana hücumun ləğv edildiyini açıqlayıb .....                     Suriya İraqa xəbərdarlıq etdi: .....                     Bu ölkə bizə Qara dənizdə kömək edə bilər .....                     Müharibə Azərbaycan sərhədlərinə yaxınlaşır? .....                     AzəriQaz-da ABSURD BÜROKRATİYA... .....                     Vətəndə qəriblik... .....                     Gedişhaqqı artırılır? .....                     "Bu savadsız qarını hardan tapdınız?" .....                     Bayram Məmmədovun qardaşı tərəfindən qətlə yetirilən anasının .....                     Qızıl alıb-satmaqla qeyri-neft-qaz ixracının payı artır: İrəli getmək üçün geri addım atmaq .....                     "Biri sözümüzü ucaltdı, digəri səsi ilə milli ruhumuzu yaşatdı" .....                     Bakıda 14 yaşlı qızın uşaq dünyaya gətirməsinə görə .....                     Peşə Təhsili imtahanlarında "suallar açıqlansın" tələbi .....                     Rusiyada səfərbərlik vahiməsi .....                     Sabirabad Olimpiya İdman Kompleksinin dövlətə vergi borcu üzə çıxdı .....                     Hörmüz boğazında Qətərdən maye qaz daşıyan tanker mərmi zərbəsinə məruz qalıb .....                     Göyçayın Təhsil Sektorunun müdiri vəzifəsindən azad olunub .....                     Qusarda alternativ içməli su mənbəyi tikiləcək .....                     Azərbaycan–Qırğızıstan münasibətlərində yeni mərhələ başlayır .....                     Bakıda ikinci telefon qalmaqalı: arvadın gizli əməli cinayətə səbəb oldu .....                     Rusiyanın Qara dənizdə radioelektron kəşfiyyat bölməsi, anbarları və Krımdakı körpüləri məhv edilib .....                     "Sabah çörək qıtlığı yaransa..." .....                     Bakıdakı bu universitet bağlandı: Diplomların taleyi necə olacaq? .....                     "Mənə qaranlığımdan qorxmayan insan lazımdır" .....                     Vaqif Əsədovun qızı rəis vəzifəsindən azad olundu .....                     Rusiya Ermənistanı bazardan uzaqlaşdırmayacaq .....                     “Yeyintini edən Əli İsa və komandasıdır” .....                 

"Mənim ailəmdə heç kimin məhkumluğu yoxdur, siyasi fəaliyyəti yoxdur" - GİLEY
Tarix: 25-06-2025, 07:13 | Çap et

Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İlqar Musayev küçəsi 20/2a-da yaşayan Qəzənfər Malik oğlu Paşayev Mia.az-a müraciət edib.

O, saytımızda vaxtilə yayımlanan iki şikayətiilə bağlı öz fikirlərini bölüşüb.

Onun növbəti müraciətini olduğu kimi təqdim edirik:

"Hörmətli Redaksiya,

Xatırlayırsınızsa, bir neçə vaxt öncə Xarici işlər nazirliyi barədə şikayətimlə bağlı bir neçə məqalə dərc etmişdiniz.

Qeyd edim ki, proses yekunlaşdı.

Proseslə bağlı yekun fikirlərimi əks etdirən məqalə yazdım. Saytınızda dərc etsəniz çox məmnun olaram.

Gənclər niyə kütləvi şəkildə ölkəni tərk edir?

Bu gün Azərbaycanın ən ağrılı və bir o qədər də cavabsız suallarından biri budur: Niyə bu qədər gənc ölkəni tərk edir? Sadəcə iş və maaş deyil məsələ. Gəncləri ölkədən qovan əsas səbəb ədalətsizlikdir, tanınmamaqdır, dəyər verilməməkdir.

Mən, Qəzənfər Malik oğlu Paşayev, ixtisasca hüquqşünasam. Bu günə qədər İtaliya, Yunanıstan, Malta, Türkiyə kimi müxtəlif ölkələrdə və Azərbaycanda hüquq sahəsində çalışmışam. İngilis və italyan dillərində sərbəst danışıram.

2014-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirdikdən sonra təhsilimi artırmaq və ölkə üçün daha faydalı kadr olmaq məqsədilə Azərbaycanı müvəqqəti tərk edib dünyanın ən qədim universiteti olan Bologna Universitetində təhsilimi davam etdirdim. Orada italyanca hüquq təhsili aldım. Təhsilimdən sonra bir neçə il İtaliyada və Türkiyədə bir neçə şirkətdə hüquqşünas kimi işlədim. Beynəlxalq təcrübə topladım, amma bütün bu illər ərzində bir arzum vardı — bütün bilik və təcrübəmi bir gün Vətənimdə tətbiq etmək.

Bu səbəbdən Azərbaycana qayıtdım. Hüquqşünas kimi çalışdım, dövlət qurumlarında, məhkəmələrdə təmsilçilik etdim. İtaliya və Azərbaycan hüquq sistemləri arasında müqayisələr aparır, daim təhlillərlə işimi daha da təkmilləşdirirdim.

2020-ci ildə 44 günlük Vətən müharibəsi başladığı zaman vətənpərvərlik hissləri məndə də ən yüksək həddə çatdı. İtaliyada olan bəzi mətbu orqanların və şəhər bələdiyyələrinin Azərbaycan əleyhinə yaydığı yanlış məlumatlara qarşı məktublar yazır, onlara münaqişə ilə bağlı beynəlxalq hüquqa əsaslanan izahlar göndərirdim. Bəzən bu məktublar nəticə də verirdi. Və bu zaman başa düşdüm ki, mən ölkəmi diplomatik sahədə də təmsil edə biləcək qədər hazırlıqlıyam və bu işdən zövq alıram.

Xarici dil biliklərim, beynəlxalq hüquqi təcrübəm, Qarabağ müharibəsinin ağrılarını yaşamış bir ailənin övladı olmağım və içimdəki vətən sevgisi məni bu sahəyə yönləndirmişdi. Mən də bu məqsədlə 2021-ci ildə Xarici İşlər Nazirliyinin elan etdiyi diplomatik xidmətə qəbul imtahanlarında iştirak etdim.

Həmin il ölkə Prezidenti cənab İlham Əliyev yeni təyin olunmuş Xarici İşlər Naziri Ceyhun Bayramovu qəbul edərkən demişdi:

"Kadr siyasətində şəxsi tanışlıq, rəğbət, dostluq əlaqələri yox, peşəkarlıq, vətənpərvərlik və milli dəyərlər əsas olmalıdır. Peşəkar, vətənə bağlı olan, bilikli və Azərbaycanın maraqlarını layiqincə müdafiə edə bilən kadrlar önə çəkilməlidir."

Bu çıxış mənim üçün ilhamverici oldu. Və çox qısa müddət sonra keçirilən imtahanların test, yazılı və şifahi mərhələlərinin hamısını uğurla keçdim. Mənə yazılı və şifahi şəkildə bildirildi ki, uğur qazanan namizədlər siyahısına daxil edilmişəm və yaxın zamanlarda diplomatik vəzifəyə təyin olunacam. Bütün ölkə saytlarında xəbər yayıldı: Xarici İşlər Nazirliyində 69 nəfər diplomatik xidmətə qəbul olunub, onlara uğurlar arzu edirik!

Mən də o siyahıdaydım. Lakin bir müddət sonra uğur qazanmış namizədlərin bəziləri ehtiyat siyahıdan çıxarılaraq vəzifəyə təyin edildi. Mən və digər təxminən 40-a yaxın namizəd isə hələ də ehtiyat siyahıda gözləyirdik. Halbuki mənim nəticələrim bir çox təyin olunmuş şəxslərdən daha yüksək idi.

Buna baxmayaraq, yenə də etiraz etmədim. İnandım ki, sistem gec də olsa, haqqı yerinə qoyacaq.

Bu gözləmə dövründə mənə Yunanıstandan iş təklifi gəldi. Nazirliyə bu barədə məlumat verdim. Mənə dedilər ki, qarşıdakı 5-6 ay ərzində sizi də çağıracağıq. Mən də dil biliklərimi və beynəlxalq təcrübəmi daha da artırmaq üçün Yunanıstana yollandım. Amma 1 il 6 ay ərzində məni və mənim kimi bir neçə yüksək nəticə göstərmiş namizədi çağırmadılar.

Nəhayət, 18 ay sonra Nazirlikdən mənə zəng gəldi. Ümidlə ölkəyə döndüm. Düşündüm ki, nəhayət, əziyyətim bəhrəsini verib. Lakin Nazirliyin Kadrlar İdarəsinin rəisi Raman Məmmədov mənə dedi ki, bütün yüksək göstəricilərimə baxmayaraq, guya barəmdə diplomatik vəzifəyə təyinatıma mane olan hallar aşkar olunub.

Ən absurd məqam isə odur ki, həmin "maneələrin" nədən ibarət olduğunu soruşduqda, belə cavab aldım: “Bu barədə məlumat vermək mənim vəzifəm deyil.”

Mən hüquqşünasam. Hüquqlarımı qorumaq üçün məhkəməyə üz tutdum. Amma birinci instansiya məhkəməsi Nazirlik nümayəndəsinin cəmi iki cümləsi əsasında mənim əleyhimə qərar çıxardı. Apellyasiya məhkəməsində isə bir dəfə dedilər ki, guya bilərəkdən təhrif olunmuş məlumat vermişəm, sonra isə dedilər məxfi sənəd var. O sənəd mənim barəmdədirsə, niyə mənə təqdim edilmir? Halbuki qanunla bu tələb olunur.

Mənim ailəmdə heç kimin məhkumluğu yoxdur, siyasi fəaliyyəti yoxdur. Nazirliyin müsabiqə zamanı təqdim etdiyi rəsmi ekspert rəyi isə göstərir ki, mən diplomatik xidmət üçün lazım olan bütün keyfiyyətlərə malik bir namizədəm.

Bəs necə oldu ki, 1 il 6 ay sonra qəfildən “maneələr” tapıldı? Nə mən, nə də mənim kimi digər yüksək nəticə göstərmiş namizədlər təyin olunmadı, amma azərbaycanca belə sərbəst danışa bilməyən şəxslər diplomatik vəzifəyə gətirildi.

Bu, sadəcə mənim deyil, yüzlərlə gəncin ruhunu sındıran reallıqdır.

Ən sarsıdıcı məqam isə budur: Hüquqşünas olsam da, öz hüquqlarımı müdafiə etmək gücündə ola bilmədim. Qayıtdım ki, ölkəmə xidmət edim, amma qarşıma qapalı qapılar çıxdı.

Və özümə verdiyim sual bu oldu: Qalmaqla, mübarizə aparmaqla nəyə nail olacağam? Cavab: Heç nəyə.

Ona görə də bir neçə ay əvvəl ölkəni tərk etdim. Karyeramı xaricdə davam etdirmək qərarı verdim. Çünki bu sistem daxilində susaraq yaşamaq, bacarıqlarımı boğmaq istəmədim.

Mən tək deyiləm. Mənim kimi yüzlərlə savadlı, vicdanlı, potensiallı gənc bu ölkədən küskün şəkildə gedir. Sadəcə diplomatiya deyil, təhsil, tibb, hüquq, elm — bütün sahələrdə bacarıqlı gənclər itirilməkdədir.

Və əgər bu yanaşma dəyişməzsə, bir neçə il sonra nəticələrini çox acı şəkildə görəcəyik. Əgər viza məhdudiyyətləri olmasa, bəlkə də savadlı bir nəfər belə Azərbaycanda qalmaz.

Bu hekayə təkcə mənim həyat yolum deyil. Bu, bir gəncin yox, bütöv bir nəsilin mübarizəsinin xronikasıdır. Gənclər ölkəni tərk edir, çünki onları bu ölkədə layiq olduqları yerə qoymurlar. Onlar susmur, sadəcə dinlənilmədikləri üçün gedirlər. Gedərkən heç bir körpünü yandırmaq istəmirlər, amma arxalarında onları yandıran sistem qalır.

Əgər biz bu ölkədə savadı yox, tanışı, peşəkarlığı yox, itaəti, vəfası yox, vəsaiti üstün tutmağa davam etsək, qarşıda bizi böyük bir intellektual boşluq gözləyir. O boşluğu heç bir təbliğat, heç bir "uğur hesabatı" doldura bilməyəcək.

Əgər bu gün sistem haqlı olanı tanımırsa, sabah artıq tanımağa namizəd bir nəsil də qalmayacaq.

Bu gün bacarıqlı gənclərin ölkədən getməsinə sadəcə təəssüflənmək yox, çarə axtarmaq lazımdır. Əks halda, sualımız belə olacaq: "Bu ölkədə niyə artıq qalmaq istəmirəm?"

Hörmətlə,

Qəzənfər Malik oğlu Paşayev".

MİA.AZ









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AzəriQaz-da hesab-kitabı da bilmirlər? - GİLEY
Bu gün, 07:30
Gürcüstanda ali təhsil pulsuz olacaq... BİZDƏ İSƏ... - AXI NİYƏ?..
Bu gün, 07:21
"Hökumətdə iqtisadi mövzulara hərtərəfli baxış niyə zəifdir?" - ETİRAZ VAR!
Bu gün, 07:18
Qusarda sağ qalmaq üçün... - GƏRƏK YUXARIDA TANISIN OLA...
Bu gün, 07:10
"Pulunuz yoxdursa su üzünə həsrət qalmalısınız..." - BU NƏDİ BELƏ?
Bu gün, 07:01
Kartdan karta köçürməyə QADAĞA: Məmur korrupsiyası... - BUNA GÖRƏ İMİŞ...
Bu gün, 06:51
10 il gizləndi, ancaq bu səhv onu ələ verdi – Ərdoğana sui-qəsd qrupunun son üzvü belə yaxalandı
Bu gün, 06:41
Azərbaycan ət niyə bahalaşır? - Deputat səbəbləri AÇIQLADI
Bu gün, 06:21
Yaqub Hüseynovun "Qaynana" restoranında QALMAQAL - Narazı qalan türkiyəli qonaq çağırış etdi
Bu gün, 06:15
"Bir meymun var idi, konsertdə qəfəsin ağzını açıb tutuquşunu uçurtdu"
Bu gün, 06:10
"Brent" markalı neftin qiyməti 82 dollardan aşağı düşüb
Bu gün, 06:08
İranla danışıqlar bu gün bərpa olunacaq - Tramp belə deyir...
Bu gün, 06:05
Günün günorta çağı QARƏT... - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 08:36
Tramp razılaşmanın bağlanması şərtilə İrana hücumun ləğv edildiyini açıqlayıb - "Truth Social"
Dünən, 08:26
Suriya İraqa xəbərdarlıq etdi: - Hücum cavabsız qalmayacaq
Dünən, 08:24
Bu ölkə bizə Qara dənizdə kömək edə bilər - Zelenski
Dünən, 08:22
Müharibə Azərbaycan sərhədlərinə yaxınlaşır? – Tehran narahatdır…
Dünən, 08:21
AzəriQaz-da ABSURD BÜROKRATİYA... - Nəticədə vətəndaş yenə eyni sualı verir...
Dünən, 07:20
Vətəndə qəriblik... - Təbrizsiz elə hey belədir...
Dünən, 07:11
Gedişhaqqı artırılır? – Yeni vacib qərar qəbul edildi
Dünən, 07:06
"Bu savadsız qarını hardan tapdınız?" - ETİRAZ
Dünən, 07:04
Bayram Məmmədovun qardaşı tərəfindən qətlə yetirilən anasının - FOTOSU
Dünən, 06:50
Qızıl alıb-satmaqla qeyri-neft-qaz ixracının payı artır: İrəli getmək üçün geri addım atmaq - AKTUAL
Dünən, 06:48
"Biri sözümüzü ucaltdı, digəri səsi ilə milli ruhumuzu yaşatdı" - ANIM
Dünən, 06:41
Bakıda 14 yaşlı qızın uşaq dünyaya gətirməsinə görə - Qardaşı həbs olundu
Dünən, 06:37
Peşə Təhsili imtahanlarında "suallar açıqlansın" tələbi - Suallar niyə gizli saxlanılır?
Dünən, 06:32
Rusiyada səfərbərlik vahiməsi – İnsanlar qaçmağa hazırlaşırlar
Dünən, 06:24
Sabirabad Olimpiya İdman Kompleksinin dövlətə vergi borcu üzə çıxdı - FOTOFAKT
Dünən, 06:19
Hörmüz boğazında Qətərdən maye qaz daşıyan tanker mərmi zərbəsinə məruz qalıb - "Bloomberg"
1-08-2026, 16:12
Göyçayın Təhsil Sektorunun müdiri vəzifəsindən azad olunub - BUNDAN SONRA...
1-08-2026, 16:04
Qusarda alternativ içməli su mənbəyi tikiləcək – 3,2 MİLYON MANATA
1-08-2026, 16:00
Azərbaycan–Qırğızıstan münasibətlərində yeni mərhələ başlayır - MƏQALƏ
1-08-2026, 15:53
Bakıda ikinci telefon qalmaqalı: arvadın gizli əməli cinayətə səbəb oldu - TƏFƏRRÜAT
1-08-2026, 15:51
Rusiyanın Qara dənizdə radioelektron kəşfiyyat bölməsi, anbarları və Krımdakı körpüləri məhv edilib - TƏFƏRRÜAT
1-08-2026, 13:27
"Sabah çörək qıtlığı yaransa..." - ÇAĞIRIŞ...
1-08-2026, 13:17
Bakıdakı bu universitet bağlandı: Diplomların taleyi necə olacaq? - HƏQİQƏTƏN DƏ...
1-08-2026, 13:02
"Mənə qaranlığımdan qorxmayan insan lazımdır"
1-08-2026, 13:00
Vaqif Əsədovun qızı rəis vəzifəsindən azad olundu - FOTO
1-08-2026, 12:51
Rusiya Ermənistanı bazardan uzaqlaşdırmayacaq - ÇÜNKİ...
1-08-2026, 12:36
“Yeyintini edən Əli İsa və komandasıdır” - Şeyx Əbdül
1-08-2026, 12:26
Rusiya Ukrayna kəşfiyyatı ilə əlaqədə olmaqda şübhəli bilinən iki nəfəri saxladı - KİV
1-08-2026, 12:21
Xırdalan sakinlərini təngə gətirən üfunət: - Kanalizasiya küçəyə axır
1-08-2026, 12:16
Nəriman müəllim gördü ki, tərəddüd edirəm... - ANIM
1-08-2026, 12:09
Ukraynanın Putinin ballistik terrorunu dayandırmaq imkanı var... - ABŞ-dan xəbər...
1-08-2026, 11:28
"Düz hərəkət etdim ki, vaxtında deputatlıqdan uzaqlaşdım" – Nizami Cəfərov
1-08-2026, 11:18
İstanbulda şübhəli şəkildə ölən “NIDA” üzvünün ANASI QƏTLƏ YETİRİLDİ: Qardaşı həbs olundu! - TƏFƏRRÜAT
1-08-2026, 11:13
Əvvəl Taleh Yüzbəyov, indi də Cəbiş müəllim... - Reklamlar niyə qalmaqal yaradır?
1-08-2026, 11:00
6 yaşında adı dəyişdirildi, bu xəbərə görə əsgərlikdən qaçdı - Nəriman Həsənzadə KİMDİR
1-08-2026, 10:50
"Deyir ŞƏHİDİN KÖHNƏLİB, şəhidə belə qiymət verərlər?" - GİLEY
1-08-2026, 10:41
Cəllabada QAZİLƏRİN dərmanlarını vermirlər... - "...bilərək ZÜLM EDİRLİR"
1-08-2026, 10:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru