"Qonşum pilləkəndən yıxılıb, Qusar Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım bölməsinə gətirmişəm. Xəstə canının hayında, mənə də deyirlər ki, bəs gips almaq lazımdır.." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış jurnalist Fadil Paşayev qeyd edib.
O daha sonra özünün etiraz dolu müraciətində bildirir: "Siz təsəvvür edirsiniz, qolu sınan bilmir, ağrıdan necə canı qurtulsun, bunlar isə gips aldırır ona.
Rayon apteklərində də tapılmır. Həkim də çiyinlərini çəkir, gözünü döyə-döyə bizə baxır. Bilmirəm eee nə yazım?! İndi də xəstəxanadayam, hirsimdən əllərim əsir. Allah haqqı həəəə..."
Jurnalist sonrakı əlavəsində artıq probleminin həll olunduğunu bildirib. Amma necə...
Bunu da Fadil Paşayev yazır: "TƏBİB rəhbərliyinə təşəkkürümu bildirirəm. Məsələyə dərhal reaksiya verildi. Hal-hazırda xəstəyə bütün lazımi tibbi xidmət göstərilir. Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyi və bütün tibbi personal da xəstənin vəziyyətinə ciddi nəzarət edir...."
Bəli... Burası Azərbaycandır... Və biz beləyik...



















