"Şikayətim İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindəndir..." "DİA-AZ" xəbər verir ki, bunu özünün etiraz dolu müraciətində Hökməli qəsəbə sakini Nəcabət Qumaşzadə qeyd edib.Narazı vətəndaş daha sonra fikrini belə davam etdirir: "Hökməli qəsəbəsində, Yeni massiv adlandırılan ərazidə onsuzda həftədə 2 dəfə verilən su artıq 1 aydan çoxdur ki gəlmir.
Məsələylə bağlı dəfələrlə qaynar xətti müraciət etdim, hər dəfə təzyiq problemi var,həll olunacaq dedilər. Elektron məktublar yazıram, ərazidə heç bir problem yoxdur cavabı alıram. Bilmirəm eyni qurumun fərqli cavablar verməsi daha absurddur, yoxsa müraciətimə heç bir nümayəndə tərəfindən baxış aparılmadan, mənimlə heç bir əlaqə saxlanılmadan problem yoxdur cavabı gəlməsi.
Su maşınları 1 ton suyu 10 manata satırlar, belə çıxır ki, əgər pulunuz yoxdursa su üzünə həsrət qalmalısız.
Hər yay eyni su problemi yaşanır. Bu məsələylə bağlı artıq hara müraciət edim bilmirəm



















