Xəbər verdiyimiz kimi, dünən səhər saatlarında Bakının Sabunçu rayonunda “NIDA” Vətəndaş Hərəkatının üzvü olmuş, 2021-ci ildə İstanbulda vəfat edən Bayram Məmmədovun anası Sevinc Məmmədova qətlə yetirilib.
Xitab24.az qətlə yetirilən Sevinc Məmmədovanın fotosunu əldə edib.
Qeyd edək ki, 1972-ci il təvəllüdlü Sevinc Məmmədovanı münaqişə zəminində bıçaqla qətlə yetirməkdə şübhəli bilinən qadının oğlu, 1992-ci il təvəllüdlü Elvin Məmmədov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
















