Günün günorta çağı QARƏT... .....                     Tramp razılaşmanın bağlanması şərtilə İrana hücumun ləğv edildiyini açıqlayıb .....                     Suriya İraqa xəbərdarlıq etdi: .....                     Bu ölkə bizə Qara dənizdə kömək edə bilər .....                     Müharibə Azərbaycan sərhədlərinə yaxınlaşır? .....                     AzəriQaz-da ABSURD BÜROKRATİYA... .....                     Vətəndə qəriblik... .....                     Gedişhaqqı artırılır? .....                     "Bu savadsız qarını hardan tapdınız?" .....                     Bayram Məmmədovun qardaşı tərəfindən qətlə yetirilən anasının .....                     Qızıl alıb-satmaqla qeyri-neft-qaz ixracının payı artır: İrəli getmək üçün geri addım atmaq .....                     "Biri sözümüzü ucaltdı, digəri səsi ilə milli ruhumuzu yaşatdı" .....                     Bakıda 14 yaşlı qızın uşaq dünyaya gətirməsinə görə .....                     Peşə Təhsili imtahanlarında "suallar açıqlansın" tələbi .....                     Rusiyada səfərbərlik vahiməsi .....                     Sabirabad Olimpiya İdman Kompleksinin dövlətə vergi borcu üzə çıxdı .....                     Hörmüz boğazında Qətərdən maye qaz daşıyan tanker mərmi zərbəsinə məruz qalıb .....                     Göyçayın Təhsil Sektorunun müdiri vəzifəsindən azad olunub .....                     Qusarda alternativ içməli su mənbəyi tikiləcək .....                     Azərbaycan–Qırğızıstan münasibətlərində yeni mərhələ başlayır .....                     Bakıda ikinci telefon qalmaqalı: arvadın gizli əməli cinayətə səbəb oldu .....                     Rusiyanın Qara dənizdə radioelektron kəşfiyyat bölməsi, anbarları və Krımdakı körpüləri məhv edilib .....                     "Sabah çörək qıtlığı yaransa..." .....                     Bakıdakı bu universitet bağlandı: Diplomların taleyi necə olacaq? .....                     "Mənə qaranlığımdan qorxmayan insan lazımdır" .....                     Vaqif Əsədovun qızı rəis vəzifəsindən azad olundu .....                     Rusiya Ermənistanı bazardan uzaqlaşdırmayacaq .....                     “Yeyintini edən Əli İsa və komandasıdır” .....                     Rusiya Ukrayna kəşfiyyatı ilə əlaqədə olmaqda şübhəli bilinən iki nəfəri saxladı .....                     Xırdalan sakinlərini təngə gətirən üfunət: .....                     Nəriman müəllim gördü ki, tərəddüd edirəm... .....                     Ukraynanın Putinin ballistik terrorunu dayandırmaq imkanı var... .....                     "Düz hərəkət etdim ki, vaxtında deputatlıqdan uzaqlaşdım" .....                     İstanbulda şübhəli şəkildə ölən “NIDA” üzvünün ANASI QƏTLƏ YETİRİLDİ: Qardaşı həbs olundu! .....                     Əvvəl Taleh Yüzbəyov, indi də Cəbiş müəllim... .....                     6 yaşında adı dəyişdirildi, bu xəbərə görə əsgərlikdən qaçdı .....                     "Deyir ŞƏHİDİN KÖHNƏLİB, şəhidə belə qiymət verərlər?" .....                     Cəllabada QAZİLƏRİN dərmanlarını vermirlər... .....                     Zuğulba-Bilgəh yolu NƏZARƏTSİZ QALIB? .....                     "Qadağalar Azərbaycan istehsalçıları üçün yeni imkanlar yaradır" .....                 

Gedişhaqqı artırılır? – Yeni vacib qərar qəbul edildi
Tarix: Bu gün, 07:06 | Çap et

Nazirlər Kabineti ictimai nəqliyyatda məsafə əsaslı sərnişindaşıma xidmətinə görə daşıyıcılara subsidiyanın hesablanması və ödənilməsi qaydasını təsdiqləyib. Yeni mexanizm xidmətin dəyəri ilə gedişhaqqından toplanan vəsait arasındakı fərqin dövlət tərəfindən qarşılanmasını nəzərdə tutur.

Bəs bu qərar gələcəkdə ictimai nəqliyyatda gedişhaqqının artırılmasına səbəb ola bilərmi?

Globalinfo.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, əslində bu qaydalar hələ ötən il təsdiqlənmişdi:

“Sadəcə, bəzi məsələlərin dəqiqləşdirilməsinə ehtiyac yarandığı üçün Nazirlər Kabinetinin müvafiq qərarı gözlənilirdi. Artıq baş nazir həmin qərarı imzalayıb və bu, məsafəyə əsaslanan maliyyələşdirmə mexanizminin tətbiqinə başlanılması deməkdir. Burada vacib məqam ondan ibarətdir ki, hələlik məsafəyə görə gedişhaqqını vətəndaş ödəməyəcək. Məsafəyə görə ödəniş sərnişinlərdən deyil, dövlət tərəfindən daşıyıcı şirkətlərə ediləcək. Yəni daşıyıcılar daşıdıqları sərnişinlərin sayı və qət etdikləri məsafəyə uyğun olaraq dövlətdən maliyyə dəstəyi alacaqlar. Dövlət bununla faktiki olaraq daşıyıcılara dəstək mexanizmi yaradır və deyir ki, vətəndaş yolda qalmasın. Sən nə qədər çox və keyfiyyətli xidmət göstərsən, nə qədər çox hərəkət edib marşrutu yerinə yetirsən, buna uyğun da ödəniş alacaqsan”.

Ekspertin sözlərinə görə, bütün hesablamalar elektron sistem üzərindən aparılacaq və təsdiqdən sonra vəsait daşıyıcı şirkətlərin hesabına köçürüləcək:

“Bu mexanizm iki mühüm problemi həll etməyə imkan verə bilər. Birinci problem şəffaflıqla bağlıdır. İndiyə qədər bəzi daşıyıcı şirkətlər qeyri-rəsmi fəaliyyət göstərir, vergidən yayınır və kölgə iqtisadiyyatında işləyirdilər. Lakin dövlət dəstəyindən yararlanmaq istəyən hər bir daşıyıcı artıq tam şəffaf fəaliyyət göstərməyə məcbur olacaq. Çünki dövlət heç kimə sənədsiz və əsassız ödəniş etməyəcək. Daşıyıcı istifadə etdiyi nəqliyyat vasitəsinin gün ərzində neçə kilometr hərəkət etdiyini, marşrut üzrə fəaliyyəti və digər göstəriciləri elektron sistem vasitəsilə təsdiqləməlidir. Yalnız bundan sonra ödəniş həyata keçiriləcək. Yəni kimsə sadəcə “bu gün yüz kilometr hərəkət etmişəm” deməklə vəsait ala bilməyəcək”.

E.Muradlı bildirib ki, dövlət bütün məlumatları nəzarət sistemi vasitəsilə yoxlayacaq və yalnız təsdiqlənmiş göstəricilər əsasında ödəniş edəcək:

“Digər mühüm məsələ isə xidmətin davamlılığıdır. Uzun illərdir müşahidə olunur ki, bəzi daşıyıcı şirkətlər axşam saatlarında sərnişin az olduğu üçün avtobusların sayını azaldır, bəzən isə marşrutun fəaliyyətini vaxtından əvvəl dayandırırlar. İndi isə dövlət bildirir ki, buna yol verilməyəcək. Daşıyıcı müəyyən edilmiş qrafik üzrə fasiləsiz fəaliyyət göstərməlidir. Əgər marşrutun son iş saatı 23:00-dırsa, o zaman avtobus həmin vaxta qədər işləməlidir. İstər avtobusda bir sərnişin olsun, istər beş nəfər, hətta müəyyən reysdə sərnişin olmasa belə, marşrut yerinə yetirilməlidir. Çünki dövlət həmin xidmətin maliyyə təminatını öz üzərinə götürür. Bununla yanaşı, daşıyıcı şirkətlərin də haqlı narahatlıqları var. Əsas məsələ odur ki, dövlət tərəfindən hər kilometr üzrə müəyyən ediləcək tarif obyektiv hesablanmalıdır. Burada yanacaq xərcləri, sürücülərin əməkhaqqı, texniki xidmət və təmir xərcləri, ehtiyat hissələrinin alınması, kredit öhdəlikləri və digər bütün istehsal xərcləri nəzərə alınmalıdır. Əgər daşıyıcı hesablayırsa ki, bir kilometrin maya dəyəri, məsələn, 10 manatdır, dövlət isə buna görə 8 manat ödəyəcəksə, bu, avtomatik olaraq şirkəti zərərə salacaq. Nəticədə nəqliyyat parkının yenilənməsi, xidmət keyfiyyətinin artırılması və ümumi inkişaf mümkün olmayacaq. Bu, həm dövlət müəssisələrinə, həm də özəl daşıyıcılara aiddir. Məhz buna görə də qərarlar kabinet şəraitində birtərəfli qaydada deyil, daşıyıcı şirkətlərin iştirakı ilə müzakirə olunmalıdır”.

Elməddin Muradlı deyib ki, təkliflər dinlənməli, iqtisadi hesablamalar nəzərə alınmalı və bütün tərəfləri qane edən obyektiv mexanizm hazırlanmalıdır:

“Belə olan halda nə daşıyıcılar narazı qalacaq, nə dövlət əlavə maliyyə yükü ilə üzləşəcək, nə də vətəndaş xidmət keyfiyyətindən məhrum olacaq. Təbii ki, bu sistemdə ciddi nəzarət mexanizmi də vacibdir. İstənilən sui-istifadə hallarının, saxta məlumatların və digər neqativ halların qarşısı qəti şəkildə alınmalıdır. Ümumilikdə isə hesab edirəm ki, bu model düzgün tətbiq olunarsa, həm dövlətin maraqlarına xidmət edəcək, çünki ictimai nəqliyyatın inkişafını sürətləndirəcək, həm daşıyıcı şirkətlərin fəaliyyətini daha dayanıqlı edəcək, həm də vətəndaşların daha keyfiyyətli və fasiləsiz nəqliyyat xidmətindən istifadə etməsinə imkan yaradacaq. Bu isə ictimai nəqliyyat sahəsində aparılan islahatların ən vacib mərhələlərindən biri ola bilər”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Günün günorta çağı QARƏT... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 08:36
Tramp razılaşmanın bağlanması şərtilə İrana hücumun ləğv edildiyini açıqlayıb - "Truth Social"
Bu gün, 08:26
Suriya İraqa xəbərdarlıq etdi: - Hücum cavabsız qalmayacaq
Bu gün, 08:24
Bu ölkə bizə Qara dənizdə kömək edə bilər - Zelenski
Bu gün, 08:22
Müharibə Azərbaycan sərhədlərinə yaxınlaşır? – Tehran narahatdır…
Bu gün, 08:21
AzəriQaz-da ABSURD BÜROKRATİYA... - Nəticədə vətəndaş yenə eyni sualı verir...
Bu gün, 07:20
Vətəndə qəriblik... - Təbrizsiz elə hey belədir...
Bu gün, 07:11
Gedişhaqqı artırılır? – Yeni vacib qərar qəbul edildi
Bu gün, 07:06
"Bu savadsız qarını hardan tapdınız?" - ETİRAZ
Bu gün, 07:04
Bayram Məmmədovun qardaşı tərəfindən qətlə yetirilən anasının - FOTOSU
Bu gün, 06:50
Qızıl alıb-satmaqla qeyri-neft-qaz ixracının payı artır: İrəli getmək üçün geri addım atmaq - AKTUAL
Bu gün, 06:48
"Biri sözümüzü ucaltdı, digəri səsi ilə milli ruhumuzu yaşatdı" - ANIM
Bu gün, 06:41
Bakıda 14 yaşlı qızın uşaq dünyaya gətirməsinə görə - Qardaşı həbs olundu
Bu gün, 06:37
Peşə Təhsili imtahanlarında "suallar açıqlansın" tələbi - Suallar niyə gizli saxlanılır?
Bu gün, 06:32
Rusiyada səfərbərlik vahiməsi – İnsanlar qaçmağa hazırlaşırlar
Bu gün, 06:24
Sabirabad Olimpiya İdman Kompleksinin dövlətə vergi borcu üzə çıxdı - FOTOFAKT
Bu gün, 06:19
Hörmüz boğazında Qətərdən maye qaz daşıyan tanker mərmi zərbəsinə məruz qalıb - "Bloomberg"
Dünən, 16:12
Göyçayın Təhsil Sektorunun müdiri vəzifəsindən azad olunub - BUNDAN SONRA...
Dünən, 16:04
Qusarda alternativ içməli su mənbəyi tikiləcək – 3,2 MİLYON MANATA
Dünən, 16:00
Azərbaycan–Qırğızıstan münasibətlərində yeni mərhələ başlayır - MƏQALƏ
Dünən, 15:53
Bakıda ikinci telefon qalmaqalı: arvadın gizli əməli cinayətə səbəb oldu - TƏFƏRRÜAT
Dünən, 15:51
Rusiyanın Qara dənizdə radioelektron kəşfiyyat bölməsi, anbarları və Krımdakı körpüləri məhv edilib - TƏFƏRRÜAT
Dünən, 13:27
"Sabah çörək qıtlığı yaransa..." - ÇAĞIRIŞ...
Dünən, 13:17
Bakıdakı bu universitet bağlandı: Diplomların taleyi necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:02
"Mənə qaranlığımdan qorxmayan insan lazımdır"
Dünən, 13:00
Vaqif Əsədovun qızı rəis vəzifəsindən azad olundu - FOTO
Dünən, 12:51
Rusiya Ermənistanı bazardan uzaqlaşdırmayacaq - ÇÜNKİ...
Dünən, 12:36
“Yeyintini edən Əli İsa və komandasıdır” - Şeyx Əbdül
Dünən, 12:26
Rusiya Ukrayna kəşfiyyatı ilə əlaqədə olmaqda şübhəli bilinən iki nəfəri saxladı - KİV
Dünən, 12:21
Xırdalan sakinlərini təngə gətirən üfunət: - Kanalizasiya küçəyə axır
Dünən, 12:16
Nəriman müəllim gördü ki, tərəddüd edirəm... - ANIM
Dünən, 12:09
Ukraynanın Putinin ballistik terrorunu dayandırmaq imkanı var... - ABŞ-dan xəbər...
Dünən, 11:28
"Düz hərəkət etdim ki, vaxtında deputatlıqdan uzaqlaşdım" – Nizami Cəfərov
Dünən, 11:18
İstanbulda şübhəli şəkildə ölən “NIDA” üzvünün ANASI QƏTLƏ YETİRİLDİ: Qardaşı həbs olundu! - TƏFƏRRÜAT
Dünən, 11:13
Əvvəl Taleh Yüzbəyov, indi də Cəbiş müəllim... - Reklamlar niyə qalmaqal yaradır?
Dünən, 11:00
6 yaşında adı dəyişdirildi, bu xəbərə görə əsgərlikdən qaçdı - Nəriman Həsənzadə KİMDİR
Dünən, 10:50
"Deyir ŞƏHİDİN KÖHNƏLİB, şəhidə belə qiymət verərlər?" - GİLEY
Dünən, 10:41
Cəllabada QAZİLƏRİN dərmanlarını vermirlər... - "...bilərək ZÜLM EDİRLİR"
Dünən, 10:38
Zuğulba-Bilgəh yolu NƏZARƏTSİZ QALIB? - BU NƏDİ BELƏ?
Dünən, 10:33
"Qadağalar Azərbaycan istehsalçıları üçün yeni imkanlar yaradır" - ŞƏRH
Dünən, 10:00
Azərbaycan dili milli irsimizin əbədi daşıyıcısıdır - MƏQALƏ
Dünən, 09:56
İrandan Ermənistana təklif: Bakı izləmədədir - AKTUAL
Dünən, 09:52
Kinematoqrafçılar İttifaqında qalmaqal - Nə baş verir?
Dünən, 09:46
Gədəbəydə DƏRƏBƏYLİKDİR... - GİLEY
Dünən, 09:40
Azərbaycanda böyük ƏFV təklifi – Tanınmış komissiya üzvündən dəstək gəldi
Dünən, 08:27
Paşinyanın bu qərarı Putini qorxutdu - GƏLİŞMƏ
Dünən, 08:18
Zaurun Günayla bağlı dedikləri rezonans doğurdu – Müzakirələr böyüyür
Dünən, 08:16
Nəriman Həsənzadəni itirdik
Dünən, 08:12
MODERN BAKI OĞRUSU: ZÜLFƏLİ... - NARAZILIQ VAR...
Dünən, 07:46
"Bəs hökumət nə düşünür, nə etmək istəyir?" - partiya sədri
Dünən, 07:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru