"Eurocar Rent A Car" MMC iflas etdi .....                     Zəngəzur dəhlizi: İldə 3 milyard qazanc və üstün mövqe .....                     Sərhəddə “güzgü effekti”? .....                     Ceki Çanın çəkildiyi filmin Azərbaycandakı çəkilişləri başa çatıb .....                     Vaşinqtonda yenilik: .....                     İvanişvili məni və ailəmi məhv etmək istəyir .....                     “Faytonçu” Nazimin görünüşündə diqqətçəkən dəyişiklik .....                     Ermənistanda şaftalı böhranı: .....                     TƏBİB 1,6 mln. manatlıq tibbi vasitə alır .....                     Agentlik rəhbəri bu peşə mərkəzinə direktor təyin etdi .....                     Lisenziyadan kənar işlər görülürmüş... .....                     İş adamı Quvat Beybutovun "pulunu yeyənlər" .....                     Moskvada terrora çağırış edən jurnalistə cinayət işi açıldı .....                     Paşinyanın yeni təhlükəsizlik şefi müharibə elan etdi .....                     Akademikin oğluna YÜKSƏK VƏZİFƏ VERİLDİ .....                     “David Seliverstov” indi də ayın 20-də gəlir .....                     Sakinlər 114 sayılı marşrut avtobusundan narazıdırlar .....                     Fərhad Adıgözəlov 4 ay sonra bu idarəyə rəis əvəzi gətirdi .....                     Buğda bahalaşdı: Bəs çörək? .....                     “Əliyev son açıqlaması ilə əslində bizə xəbərdarlıq edib” .....                     Tramp İrana qarşı nüvə silahından istifadə edəcək .....                     Rusiya asılılığı ilə Azərbaycan alternativi arasında: .....                     Tiflisdən Qarabağ açıqlaması: .....                     Parisdə dincələn Səmradan .....                     TƏBİB sədri daha iki vəzifəlini işdən çıxardı .....                     Səfalı MTK ilə bağlı növbəti qalmaqal .....                     Marketlərdə erməni malları .....                     Sentyabrın əsas xərci: .....                     Ərzaq məhsulları xaricdən Azərbaycana neçəyə gətirilir? .....                     Gömrük sistemində ÖZBAŞINALIQ... .....                     Bunu necə Ermənistanla müqayisə etmək olar? Xəyanətdir! .....                     Vergi Xidmətinin sahibkarlardan rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxsi həbs edilib .....                     Palata ikisinin lisenziyasını ləvğ edib, .....                     Sumqayıtda FACİƏ: .....                     Arvadı Zelenskiyə təsir edir, “qızıl veto”ya malikdir .....                     Dünya çempionu niyə azadlıqda qaldı? .....                     Paşinyanın partiyasından Moskvaya cavab: .....                     Müğənninin qardaşı yüksək vəzifəyə təyin edildi .....                     AZAL Atırauya ilk reysini həyata keçirib .....                     “Ermənilərin Qarabağa qayıdışı münaqişəni diriltməkdir” .....                 

Rusiyada səfərbərlik vahiməsi – İnsanlar qaçmağa hazırlaşırlar
Tarix: 2-08-2026, 06:24 | Çap et

Rusiyada insanlar kütləvi şəkildə mümkün yeni səfərbərlik dalğasına hazırlaşmağa və cəbhəyə göndərilməkdən yayınmaq yollarını axtarmağa başlayıblar. Bu barədə The Moscow Times nəşri yazır.

Hərbi xidmətə çağırış məsələləri ilə məşğul olan hüquq müdafiəçiləri “Verstka” nəşrinə bildiriblər ki, müraciətlərin sayı kəskin artıb. “İdite lesom” layihəsinin nümayəndələri məsləhətləşmələr üçün hər gün 150–200 müraciət aldıqlarını qeyd ediblər.

Təşviş deməzdim, amma narahatlıq çox yüksəkdir”, – təşkilatın təsisçisi Qriqori Sverdlin bildirib.

Şüurlu İmtinaçılar Hərəkatı”nın nümayəndəsinin sözlərinə görə, müraciət edənlər əsasən möhlət almaq, hərbi xidmətə yararsızlığı təsdiqləyən “D” kateqoriyasını əldə etmək, eləcə də Rusiyanı qanuni və qeyri-qanuni yollarla tərk etmək imkanları ilə maraqlanırlar.

Müraciətlərin təkcə sayı deyil, məzmunu da dəyişib. Yazda insanlar soruşurdular: “Deyirlər, payızda səfərbərlik olacaq, bu doğrudur?” İndi isə sual belədir: “Payızda səfərbərlik olacaq, nə etməliyik?” – nəşrin həmsöhbəti bildirib.

O əlavə edib ki, “təşviş tədricən passiv şəkildə ən pis ssenariyə hazır olma hissi ilə əvəzlənir”.

Çağırışçı Məktəbi”nin təsisçisi Aleksey Tabalov da müraciətlərin sayında kəskin artımı təsdiqləyib. Onun sözlərinə görə, müraciət edənlər arasında ehtiyatda olan şəxslər də çoxdur. O qeyd edib ki, insanlar əsasən səfərbərlik göstərişləri, məlumatların toplanması və iş yerlərində səfərbərlik siyahılarının hazırlanması ilə bağlı suallar verirlər.

Narahatlıq əhval-ruhiyyəsinin artdığını rusiyalıların mümkün yeni səfərbərlik dalğası və səfərbərlikdən möhlətlə bağlı internet axtarışları da göstərir.

Yandex Wordstat xidmətinin məlumatına görə, 2026-cı ilin iyul ayında istifadəçilər “səfərbərlikdən möhlət” ifadəsini 28 min, “səfərbərlik möhləti” ifadəsini isə 32 min dəfə axtarıblar. Bu sorğular üzrə əvvəlki rekord göstəricilər 2022-ci ilin noyabr–dekabr aylarında qeydə alınmışdı və təxminən 15–20 min sorğu təşkil edirdi.

Google Trends xidmətində isə “səfərbərlikdən möhlət” sorğusunun populyarlığı ilk dəfə iyul ayında maksimum – 100 bal səviyyəsinə çatıb. “Səfərbərlik möhləti” sorğusu üzrə də artım müşahidə olunur və göstərici 24 bala yüksəlib.

Bundan başqa, iyul ayında “Səfərbərlik olacaqmı?” sorğusu da rekord həddə çatıb. Bu ifadə “Yandex” axtarış sistemində 204 min dəfə axtarılıb, Google Trends-də isə maksimum 100 bal toplayıb.

Səfərbərliklə bağlı digər axtarış sorğuları da populyarlıq qazanır. Belə ki, 2026-cı ilin may ayının sonunda “səfərbərlik göstərişləri” ifadəsi “Yandex” sistemində rekord sayda – 18 min dəfə axtarılıb. İyun ayında isə bu sorğu Google Trends-də 2022-ci ilin payızından bəri ilk dəfə 100 bal səviyyəsinə yüksəlib.

Bundan əvvəl “Verstka” nəşrinin mənbələri bildirmişdilər ki, sentyabrda keçiriləcək Dövlət Duması seçkilərindən sonra Rusiya hakimiyyəti ölkədə hərbi vəziyyət elan edə və yeni səfərbərlik həyata keçirə bilər. Yeni səfərbərliklə bağlı şayiələr artıq bir neçə aydır dövriyyədədir.

Vaşinqtondakı Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) analitikləri də Rusiyada yeni səfərbərliyə hazırlıq getdiyini yazıblar. The Washington Post qəzetinə danışan bəzi Avropa rəsmiləri də bu ehtimalı istisna etməyiblər. Onların fikrincə, cəbhədə yüksək itkilər davam edərsə, Kreml belə bir addım ata bilər.

Ukrayna Prezidenti Volodimir Zelenski də bəyan edib ki, Vladimir Putin yeni səfərbərlik çərçivəsində 300–500 min nəfəri cəbhəyə göndərməyi planlaşdırır. Zelenskinin sözlərinə görə, ilin əvvəlindən Rusiya Müdafiə Nazirliyi orduya 221 min müqaviləli hərbçi cəlb etsə də, eyni dövrdə itkilər 225,5 min nəfərə çatıb. Onlardan 131 mininin həlak olduğu bildirilir.

Vladimir Putinin on minlərlə Rusiya vətəndaşının cəbhəyə göndərilməsini nəzərdə tutan yeni genişmiqyaslı səfərbərliyə hazırlaşması nə dərəcədə realdır? Əgər belə bir kampaniya başlasa, bu, Rusiyanın müxtəlif regionlarında etiraz aksiyalarına səbəb ola bilərmi? Yoxsa sadəcə daha uzaqgörən insanlar sentyabra qədər ölkəni tərk etməyə çalışacaq və hakimiyyət üçün ciddi problem yaranmayacaq?

Pressklub.az-ın suallarını Şərqi Avropa ölkələri üzrə rusiyalı ekspert, jurnalist və analitik Vadim Dubnov (Praqa) cavablandırıb.

Onun fikrincə, hələlik yeni səfərbərlik olacağı açıq görünmür.

Birincisi, hesab edirəm ki, hazırda bu, siyasi baxımdan Kreml üçün o qədər də münasib vaxt deyil. Düşünmürəm ki, bu, sentyabrdakı seçkilərdən sonra da mümkün olacaq. Bundan əlavə, müxtəlif səbəblərdən texniki baxımdan da belə bir səfərbərliyin həyata keçirilməsi hazırda o qədər də real görünmür.

Bu, elə bir haldır ki, necə deyərlər, inflyasiya gözləntiləri inflyasiyanın özündən daha təhlükəlidir. Onsuz da cəmiyyət kifayət qədər gərgin vəziyyətdədir. Hərçənd hesab etmirəm ki, hakimiyyət cəmiyyətdən ciddi şəkildə çəkinir. Ola bilsin, məsələ ondadır ki, texniki baxımdan bu addım hazırda o qədər də effektiv deyil. Çünki müharibənin indiki xarakteri cəbhədə bu qədər sayda “top yemi”nə ehtiyac yaratmır”, – ekspert bildirib.

Onun sözlərinə görə, hərbçilər, əlbəttə ki, cəbhədəki boşluqları doldurmaq üçün pulsuz insan resursu əldə etmək istərdilər.

Amma məncə, müharibənin indiki gedişi elə qurulub ki, bu insanların cəbhəyə göndərilməsi Konstantinovka uğrunda döyüşün və ya başqa hər hansı əməliyyatın nəticəsini dəyişə bilməz. Müharibə artıq həddindən artıq texnoloji xarakter alıb. Güman edirəm ki, Kreml üçün hətta nisbətən kiçik siyasi itkilər belə, səfərbərlikdən əldə edilə biləcək real faydaya dəyməz.

Digər tərəfdən, hərbçilər öz lobbiləri vasitəsilə Putinə internet məhdudiyyətləri və digər sərt tədbirləri qəbul etdirməyə nail olublar. Ola bilsin ki, hazırda Kreml üçün əsas məqsəd real səfərbərlikdən daha çox bunun ətrafında təbliğat səs-küyü yaratmaqdır”, – Dubnov vurğulayıb.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Eurocar Rent A Car" MMC iflas etdi – 97 min manat borcu var
Bu gün, 03:40
Zəngəzur dəhlizi: İldə 3 milyard qazanc və üstün mövqe - ARAŞDIRMA
Bu gün, 03:34
Sərhəddə “güzgü effekti”? – yüzlərlə xarici TIR Azərbaycana keçə bilmir
Bu gün, 03:09
Ceki Çanın çəkildiyi filmin Azərbaycandakı çəkilişləri başa çatıb
Dünən, 18:04
Vaşinqtonda yenilik: - Bakının 34 ildir gözlədiyi qərar verilir?
Dünən, 18:02
İvanişvili məni və ailəmi məhv etmək istəyir - Gürcüstanın keçmiş baş naziri
Dünən, 17:53
“Faytonçu” Nazimin görünüşündə diqqətçəkən dəyişiklik - FOTO
Dünən, 17:51
Ermənistanda şaftalı böhranı: - Fermerlər yolu bağladı
Dünən, 17:49
TƏBİB 1,6 mln. manatlıq tibbi vasitə alır
Dünən, 17:47
Agentlik rəhbəri bu peşə mərkəzinə direktor təyin etdi - FOTO
Dünən, 17:47
Lisenziyadan kənar işlər görülürmüş... - Nazirlik “Medicare” klinikası cərimələndi
Dünən, 17:41
İş adamı Quvat Beybutovun "pulunu yeyənlər" MƏHKƏMƏDƏ DANIŞDI
Dünən, 17:34
Moskvada terrora çağırış edən jurnalistə cinayət işi açıldı
Dünən, 17:33
Paşinyanın yeni təhlükəsizlik şefi müharibə elan etdi - Hədəfdə bu şəxslərdir...
Dünən, 17:22
Akademikin oğluna YÜKSƏK VƏZİFƏ VERİLDİ - FOTO
Dünən, 17:17
“David Seliverstov” indi də ayın 20-də gəlir – “Bir günə həqiqət üzə çıxacaq” nağılı bitəcəkmi?
Dünən, 17:14
Sakinlər 114 sayılı marşrut avtobusundan narazıdırlar - GİLEY
Dünən, 17:06
Fərhad Adıgözəlov 4 ay sonra bu idarəyə rəis əvəzi gətirdi - ƏMR
Dünən, 16:56
Buğda bahalaşdı: Bəs çörək? - AKTUAL
Dünən, 16:53
“Əliyev son açıqlaması ilə əslində bizə xəbərdarlıq edib” - Erməni deputat
Dünən, 16:45
Tramp İrana qarşı nüvə silahından istifadə edəcək - ŞOK İDDİA
Dünən, 16:43
Rusiya asılılığı ilə Azərbaycan alternativi arasında: - Gürcüstanın iqtisadi seçimi
Dünən, 16:39
Tiflisdən Qarabağ açıqlaması: - Məsələnin daha ağır tərəfi Paşinyanla bağlıdır
Dünən, 16:35
Parisdə dincələn Səmradan EHTİRASLI FOTOLAR
Dünən, 16:23
TƏBİB sədri daha iki vəzifəlini işdən çıxardı - YENİ TƏYİNATLAR
Dünən, 16:21
Səfalı MTK ilə bağlı növbəti qalmaqal - Bu binada sakinlər qorxu içindədir
Dünən, 16:17
Marketlərdə erməni malları – Alan olacaqmı?
Dünən, 16:07
Sentyabrın əsas xərci: - Valideynlər bir uşağı məktəbə neçəyə yola salacaqlar?
Dünən, 15:49
Ərzaq məhsulları xaricdən Azərbaycana neçəyə gətirilir? – Qiymətlər
Dünən, 15:42
Gömrük sistemində ÖZBAŞINALIQ... DAVAM EDİR
Dünən, 15:35
Bunu necə Ermənistanla müqayisə etmək olar? Xəyanətdir! - Bakaradze
Dünən, 15:28
Vergi Xidmətinin sahibkarlardan rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxsi həbs edilib - TƏFƏRRÜAT
Dünən, 15:20
Palata ikisinin lisenziyasını ləvğ edib, digər ikisinə lisenziya verib
Dünən, 15:17
Sumqayıtda FACİƏ: - gənc qız binadan düşüb ÖLDÜ
Dünən, 15:07
Arvadı Zelenskiyə təsir edir, “qızıl veto”ya malikdir - “RBK Ukrayna”
Dünən, 15:04
Dünya çempionu niyə azadlıqda qaldı? - “1 manat da ödəmədi...”
Dünən, 14:59
Paşinyanın partiyasından Moskvaya cavab: - Təşkilatdan çıxmaq qərarı necə veriləcək?
Dünən, 14:56
Müğənninin qardaşı yüksək vəzifəyə təyin edildi - ƏMR
Dünən, 14:50
AZAL Atırauya ilk reysini həyata keçirib - FOTO
Dünən, 14:45
“Ermənilərin Qarabağa qayıdışı münaqişəni diriltməkdir” – Parlamentin sədri Rubinyandan müxalifətə sərt cavab
Dünən, 14:41
İranşünasdan Bakıya qarşı SƏRSƏMLİK
Dünən, 13:18
“İtirən siz olarsınız, Türkiyə yox” - Ərdoğandan MESAJ
Dünən, 13:16
Azərbaycanda da kuryerlərin gigiyenasına, sağlamlığına ciddi nəzarətdə olmalıdır - ÇAĞIRIŞ
Dünən, 13:09
Azərbaycanda böyürtkən yığan qadınların başına iş gəldi – AÇIQLAMA
Dünən, 13:05
"Cəhənnəmə gedən özünə yoldaş axtarır" - Xarici "ət" və Belarus domeni ".bel"
Dünən, 13:03
Azərbaycan daha az buğda alıb, amma daha çox xərc çəkib
Dünən, 12:59
Azərbaycan xam nefti hansı ölkələrə və neçəyə satıb? - SİYAHI
Dünən, 12:57
“Əsgər formasında rəqs: - Müğənninin görüntüləri etiraz doğurdu”
Dünən, 12:55
"Paşa Bank"dan "Paşa Holdinq"ə... - Əmir Məmmədov menecer təyin edildi
Dünən, 12:51
“Qutusu açılmayıb” deyib köhnə telefon satırlar - Azərbaycanda alıcıları necə aldadırlar?
Dünən, 12:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru