Rusiya Ermənistanı bazardan uzaqlaşdırmayacaq .....                     “Yeyintini edən Əli İsa və komandasıdır” .....                     Rusiya Ukrayna kəşfiyyatı ilə əlaqədə olmaqda şübhəli bilinən iki nəfəri saxladı .....                     Xırdalan sakinlərini təngə gətirən üfunət: .....                     Nəriman müəllim gördü ki, tərəddüd edirəm... .....                     Ukraynanın Putinin ballistik terrorunu dayandırmaq imkanı var... .....                     "Düz hərəkət etdim ki, vaxtında deputatlıqdan uzaqlaşdım" .....                     İstanbulda şübhəli şəkildə ölən “NIDA” üzvünün ANASI QƏTLƏ YETİRİLDİ: Qardaşı həbs olundu! .....                     Əvvəl Taleh Yüzbəyov, indi də Cəbiş müəllim... .....                     6 yaşında adı dəyişdirildi, bu xəbərə görə əsgərlikdən qaçdı .....                     "Deyir ŞƏHİDİN KÖHNƏLİB, şəhidə belə qiymət verərlər?" .....                     Cəllabada QAZİLƏRİN dərmanlarını vermirlər... .....                     Zuğulba-Bilgəh yolu NƏZARƏTSİZ QALIB? .....                     "Qadağalar Azərbaycan istehsalçıları üçün yeni imkanlar yaradır" .....                     Azərbaycan dili milli irsimizin əbədi daşıyıcısıdır .....                     İrandan Ermənistana təklif: Bakı izləmədədir .....                     Kinematoqrafçılar İttifaqında qalmaqal .....                     Gədəbəydə DƏRƏBƏYLİKDİR... .....                     Azərbaycanda böyük ƏFV təklifi .....                     Paşinyanın bu qərarı Putini qorxutdu .....                     Zaurun Günayla bağlı dedikləri rezonans doğurdu .....                     Nəriman Həsənzadəni itirdik .....                     MODERN BAKI OĞRUSU: ZÜLFƏLİ... .....                     "Bəs hökumət nə düşünür, nə etmək istəyir?" .....                     Hakimin MƏQSƏDİ nə idi ki... .....                     "Vergi borcları olduğuna görə..." .....                     Əməli nəticə yoxdursa, görüşlərin faydası nədir? .....                     " Bunu dərk etməyənlər vəzifə, pul, hərislik uğrunda ömür boyu başqaları ilə çarpışırlar..." .....                     Türkiyə müxalifəti üçün ən yaxşı yol... .....                     Ağır xəstə olsa da, əlilliyi ala bilmir .....                     Bakı Qızlar Universitetinin bağlanması digər universitetlərə ciddi siqnaldır .....                     Öldüyü deyilən, 35 ildir efirə çıxmayan sənətkar danışdı: .....                     Paşinyan Putinə açıq meydan oxuyur? .....                     2 ay əvvəl vəzifəyə təyin olunan müşavir istefa verdi .....                     "KÜRƏM lahmacun & kabab house"un sahibinin külli miqdarda vergi borcu üzə çıxdı .....                     Min manat alan həkimdən möcuzə gözləyirik? .....                     44 günlük savaşda bütün peşəkar zabitlər öldü, ordu çöküşdədir .....                     Tramp yenidən prezident olmaq istəməsinin səbəbini açıqlayıb .....                     Azərbaycanda dollar və avro ucuzlaşacaq? .....                     Şabranın icra başçısı sakinləri tutdura bilmədi .....                 

"Düz hərəkət etdim ki, vaxtında deputatlıqdan uzaqlaşdım" – Nizami Cəfərov
Tarix: Bu gün, 11:18 | Çap et

Teleqraf-ın “Şənbə söhbəti” rubrikasının qonağı Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov olub.

Onunla Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsindən, süni intellektdən, yeni dövrün dilimizə təsirlərindən, dilimizin lüğət tərkibinə daxil olan yeni sözlərdən, sosial media və televiziyaların dilindən, deputatlıq və ondan sonrakı dövrdən, xatirələrindən və bir çox məsələlərdən danışdıq.

Akademik Nizami Cəfərovla səmimi ortamda keçən söhbətimizi təqdim edirik:

- Nizami müəllim, Bakıda Birinci Türkoloji Qurultayın 100 illik yubileyi qeyd edildi. Yubiley tədbirində iştirakçıların tərkibi, səslənən məsələlərin aktuallığı ilə bağlı təəssüratlarınız nədən ibarətdir?

- Prezident İlham Əliyevin Sərəncamı ilə Birinci Türkoloji Qurultayın 100 illik qurultayının keçirilməsi mühüm tarixi qərar idi. Bu bir daha Azərbaycan dövlətinin bu məsələyə olan yanaşmasını ortaya qoymuş oldu. Sözsüz ki, Birinci Türkoloji Qurultay ortaq zəngin keçmişə və qədim irsə malik türk xalqlarının mədəni inteqrasiyasında mərhələ yaratmış müstəsna əhəmiyyətli hadisələrdəndir. Beynəlxalq miqyaslı bu unikal elmi forumda türkologiyanın ən aktual məsələləri geniş və sistemli müzakirə obyektinə çevrildi, türk dünyasının dili, tarixi, etnoqrafiyası, ədəbiyyatı və mədəniyyətinin gələcəyi ilə bağlı vacib qərarlar qəbul edildi, latın qrafikası əsasında vahid ümumtürk əlifbasına keçilməsi xüsusi diqqət mərkəzində saxlanıldı. O dövr üçün Bakı şəhəri, XX əsrin əvvəllərindən intellektual həyatın yüksək səviyyəsi ilə seçildiyi və dünya türkologiyasının nüfuzlu mərkəzlərindən biri kimi tanındığı üçün Birinci Türkoloji Qurultaya ev sahibliyi etməsi xüsusi ilə qeyd olunmalıdır. Vurğulanmalıdır ki, türk respublikaları arasında yeni əlifbanın ilk kütləvi tətbiqinə məhz Azərbaycanda başlanılması, hələ XIX əsrdən etibarən burada mütərəqqi düşüncəli ziyalıların əlifba islahatı uğrunda apardıqları ardıcıl mübarizənin nəticəsi idi. Təəssüf ki, Birinci Türkoloji Qurultayda səslənən başlıca fikir və müddəaların həyata keçməsinin qarşısı az sonra bolşevik rejiminin və sovet totalitar idarə üsulunun yaratdığı maneələrlə sərt formada alındı. Daha sonra isə qurultay nümayəndələrinin böyük əksəriyyəti 1930-cu illər repressiyasına məruz qaldı, bununla da türkologiyanın inkişafına olduqca ağır zərbə vuruldu. Amma buna baxmayaraq, o dövrdə başladılmış olan bu mütərəqqi ideya ötən əsrin sonlarında əldə etdikləri milli müstəqillik türk xalqlarının mənəvi dirçəliş yollarını işıqlandırdı, mühüm problemlər sırasında latın qrafikalı ümumtürk əlifbasının tətbiqini bir daha aktuallaşdırdı. Sevindirici hal odur ki, Birinci Türkoloji Qurultayın vaxtilə irəli sürdüyü bir çox ideyalar müasir şəraitdə uğurla gerçəkləşdirilir. Türk dünyasının yenidən vahid ailə şəklində formalaşması istiqamətində addımlar atılır. Türk ölkələri arasında qardaşlıq ruhu ilə müttəfiqlik münasibətləri daha da möhkəmləndirilir. Bu mənada 2025-ci il oktyabrın 6–7-də Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 12-ci Zirvə Görüşünün Bəyannaməsində Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin qeyd edilməsi çağırışının öz əksini tapması bunun daha bir təzahürüdür.

Onu da qeyd edim ki, 1926-cı ilin fevralında Bakıda keçirilən Birinci Türkoloji Qurultay səviyyəsində türk dünyasında heç vaxt bu səviyyədə bir hadisə olmamışdı. Çünki buna qədər türk xalqları bir yerə yığılıb özlərinin ən ciddi problemləri haqqında müzakirə apara bilməmişdilər. Təəssüf ki, bu tarixi hadisəyə də birmənalı formada don geyindirməyə çalışıblar. Hətta iddia edilirdi ki, guya bu qurultayı keçmiş sovet təhlükəsizlik orqanı təşkil edib. Sözsüz ki, bu da Birinci Türkoloji Qurultaya qarşı çox böyük bir təxribat idi. Əslində isə bu qurultay türk xalqlarının iradəsini ifadə edirdi. O nə keçmiş sovet hökumətinin, nə də onun təhlükəsizlik orqanının işi deyildi.

- Türk xalqlarının ortaq əlifbası məsələsi ilə bağlı uzun müddət müzakirələr aparılsa da, yekun bir nəticə yoxdur. Bu hansı amillərlə bağlıdır?

- Əslində ortaq türk əlifbası məsələsi XIX əsrin ortalarından başlayaraq ardıcıl olaraq Azərbaycanda, Türkiyədə, eləcə də digər türk dövlətlərində müzakirə edilib. Bu mənada Birinci Türkoloji Qurultayın 80-90 illik yubileylərində qeyd edilən məsələlər fonunda onun 100 illiyində gündəmə çıxarılan məsələlərin mahiyyəti tamam fərqli idi.

- 100 illik qurultayın mahiyyətinə əsas yanaşma necə idi?

- Çox təəssüf ki, bəzi ziyalılar Birinci Türkoloji Qurultayın stenoqrafik hesabatını oxumadan onun mahiyyəti haqqında fikir söyləyirdilər. Əslində biz ziyalılarımızın məlumatsızlığından narazıyıq. Onların məntiqinə bir söz demək fikrimiz yoxdur. Çünki hamı məlumatı olmadan danışmağa çalışır. Kimsə yazıçıdırsa, millət vəkilidirsə, o güman edir ki, Birinci Türkoloji Qurultay haqqında hər şey bilir və mütləq danışmalıdır.

- Bu nəyə əsaslanır?

- Bir çox mötəbər tədbirlərdə bizim bəzi millət vəkilləri Türkoloji Qurultay haqqında danışdıqda gördüm ki, onların məsələnin mahiyyətindən xəbərləri yoxdur. Onlar bir az dəbdəbəli, yüksək pafosla danışsalar da, məsələnin mahiyyətini az-çox bilən adam kimi görürəm ki, bunların məsələdən xəbərləri yoxdur.

- Başqa türk respublikalarında vəziyyət necədir?

- Onlar bizimkilərə nisbətən bir az təvazökardır. Məsələnin mahiyyətini aydınlaşdırmadan, öyrənmədən heç nə demirlər. Amma qurultayın yüz illiyində nə istəyirsən danışmağın dövrü bitdi. Ona görə ki, bu qurultaya yalnız elmi forum kimi baxmaq olmaz. Burada əsas məsələləri təhlil etməkdən ötrü türkologiyanı bilmək lazımdır. Sadəcə olaraq, bizimkilər məsələni sadələşdirməkdən üçün dərhal repressiya məsələsinə keçirlər. Başlayırlar ki, vurdular, öldürdülər, qırdılar və s. Çünki repressiya məsələləri ilə məşğul olan bir politoloqun Birinci Türkoloji Qurultaya qeyri-professional yanaşması da düzgün deyil. Burada həm elmi, həm də siyasi-ideoloji bir məsələ var. Ona görə də, məsləhət bilərdim ki, Birinci Türkoloji Qurultayla məşğul olub, fikir söyləməyə çalışanlar ilk növbədə Prezident İlham Əliyevin bununla bağlı sərəncamlarını, orada qeyd olunan məsələləri eyni zamanda qurultayın stenoqramını oxusalar daha yaxşı olardı.

- Ortaq dil və əlifbası məsələsinə konseptual yanaşmalar nədən ibarət idi?

- Bu məsələlər Birinci Türkoloji Qurultayda da müzakirə olunub. O dövrdə əsas məsələ ərəb əlifbasından latın qrafikasına keçmək məsələsi gündəmdə idi. Məsələ qoyulmuşdu ki, ərəb əlifbası məsələsi aradan qaldırılsın.

- Bu tələbin qoyulmasına səbəb nə idi?

- Çünki ərəb əlifbası türk dillərində bir işə yaramır. Vahid türk əlifbası məsələsi nə o dövrdə, nə də indi məsuliyyətsizliklə, düşüncəsiz formada gündəmə gətirilməyib. Ərəb əlifbasında sait hərflər az olmağı ilə yanaşı, samitlərin bəzilərindən iki-üç dənədir. Yəni, bir türk burada hansı “S” hərfini yazacağını bilmir. Misal olaraq, Azərbaycan dilində çoxlu fars sözləri var ki, burada hansı “S” hərfinin yazılması bir problemlidir. Eyni zamanda bizim dilimizdə olan ərəb sözləri elə ərəb tələffüzü ilə yazılır. Biz isə ərəbin tələffüz etdiyi kimi yazmırıq. Bu halda bizim üçün ərəb əlifbası çin əlifbasının yəni heroqliflərinə çevrilmiş olur. Belə olanda da elə ömrümüzün axırına kimi əlifba öyrənməklə məşğul oluruq. Ona görə də ortaq əlifba məsələsi müzakirə edilib konkret bir qərar verilib ki, latın qrafikası əsasında ortaq əlifbanın yaradılması daha məqbuldur.

- Dildən, əlifbadan söz düşmüşkən süni intellektin daha yayğın olduğu şəraitdə dil və yazılan mətnlərin sanki bir-birini təkrarlaması anlayışları da mövcuddur. Bu məsələdə bizim seçəcəyimiz ortaq xətt nədən ibarət olmalıdır?

- Cəmiyyətin ehtiyacı ondan ibarətdir ki, müəyyən səviyyədə mətnlərin bir-birinə oxşaması labüddür. Çünki dərsliklərdə, ensiklopediyalarda, lüğətlərdə mətnlərin oxşarlığının olması da mümkündür. Burada isə süni intellektdən istifadə daha məqbuldur. Əgər süni intellekt roman, dram əsəri, şeir yazacaqsa, bu gülməli olacaq. Subyektin fərdi yaradıcılıq intellektinin üzə çıxması fonunda süni intellekt bunu edə bilməz. Çünki süni intellektlə bədii əsər yazmaq distillə olunmuş su ilə təbii su arasında olan bir fərq qədərdir. Sadəcə olaraq, informasiya, dərslik səviyyəsində süni intellektlə mətinlər yazmaq mümkündür. Əslində isə süni intellekt insanın bu vaxta qədər yaratdığı nə varsa, onun göstəricisidir. Amma insanlar həm də indiyə kimi bədii əsərlər yaradıb. Söhbət istedadlı bədii əsərdən, qrafamandan getmir. Elmi əsərlər isə bir-birinin davamı olaraq yaranır. Burada varislik hətta texniki olacaq qədər ardıcıl və sistemlidir. Əslində isə bu gün fərdi yaradıcılıq süni intellektdən aşağı səviyyədədir. Bizi qıcıqlandıran da məhz budur. Amma sabah süni intellektdən dissertasiya tələb etdikdə o bundan imtina edəcək. Sadəcə olaraq, bizə gələcək işlərimiz üçün məlumatlar verəcək. Zamanla isə ortaya qoyulan bütün məhsulların süni intellektin və fərdi yaradıcılığın məhsulu olduğu daha asan üzə çıxacaq. Beləliklə biz süni intellektlə daha səmimi kontakt yarada biləcəyik.

- Sizinlə ümumişlək sözlərdən danışmışdıq və bu da geniş müzakirəyə səbəb olmuşdu. Yeni və gündəlik işlətdiyimiz sözlərlə bağlı əsas yanaşma necə olmalıdır?

- Ola bilsin o vaxt ifadə bir qədər dəqiq olmamışdı. Amma bizim cəmiyyətimizdə də sübyektiv düşüncə müsbət istiqamətdə deyil. Cəmiyyətimizdə subyektiv düşçüncə çox zaman çalışır ki, kimlərisə təhqir eləsin. İndi cavan yazıçılar peyda olub. Onlar bir slyahı tutur. Azərbaycanda nə qədər az-çox tanınmış ziyalı varsa, onları tənqid edirlər, ağızlarına gələni yazırlar. Deməli bu cür subyetklər də var. Bu, o deməkdir ki, bütün subyektlər yaradıcı deyil. Dağıdıcı, təhqir edən, gözügötürməyən subyektlər də mövcuddur. Həyatda hansısa bir nailiyyət qazana bilməmələri bəzi şəxsləri qəzəbləndirir və kimlərəsə böhtan atıb, təhqir edirlər. Gərək gənclər bunu etməsin. Onlar daha çox özlərini göstərməyə çalışmalıdır. Kiməsə böhtan atmaqla özün göstərmək yol deyil və bu cür adamlardan sonra heç nə olmayacaq. Bir- iki hekayə yazıb, sonra da durub xalq yazıçısı Anara (Anar Rzayev-red.) "yazıçı deyil" deməklə sən yazıçı olursan? Nə qazanırsan? Və yaxud akademik Kamal Abdulla, Nizami Cəfərov "alim deyil" deməklə nə əldə edirsən? Axı sənin hələ bir dənə ağıllı sözün olmayıb! Heç olmasa bir-iki ağıllı söz de ki, böhtan atanda da camaat bilsin ki, bunun haqqı var.

- Nizami müəllim deputatlıqdan sonra yaradıcılığa daha çox vaxt ayırdığınızı vurğulamısınız. Millət vəkilliyi sizə bu işdə hansı maneələri yaradırdı ki?

- Elə bilirəm ki, düz hərəkət etdim vaxtında deputatlıqdan uzaqlaşdım. Hələ bəlkə də bir az gec oldu. Mənə elə gəlir ki, 5 il gecikdim. 5 il əvvəl deputat mandatından uzaqlaşa bilərdim. Amma hər halda təqaüdə çıxmağımı gözlədim. Təqaüdə çıxmağın da əhəmiyyəti başqadır. Çünki Milli Məclisdən təqaüdə çıxmaq adamın özünə bir az haqq qazandırır. Deyə bilirsən ki, artıq təqaüddəyəm. Canlı fəaliyyətdən uzaqlaşmaq və təqaüdə çıxmaq texnologiyası varsa, bu bir qanunauyğun hal deməkdir. Hər halda təqaüd yaşın çatdıqda fəaliyyətini müəyyən qədər məhdudlaşdırmalısan. Çünki insanın imkanları buna əsaslanır.

- Amma elə adamlar var ki, yaşlı vaxtlarında belə enerji ilə işləyir…

- Onlar dahi adamlardır. Mən isə dahi deyiləm. Ona görə də müəyyən məsələləri nəzərə alıb Milli Məclisdən uzaqlaşdım. Beləliklə özüm üçün doğma olan sahəyə- elmə, təhsilə və tədrisə daha çox vaxt ayırmağa başladım. Bu sahə hər dəfə məni çəksə də, deputatlıq imkan vermirdi ki, ürəyim istədiyi qədər məşğul olum. Əslində elmdən deputatlıq dönəmində də uzaqlaşmamışdım. Dilçi, ədəbiyyatçı, tarixçi, politoloq eyni zamanda humanitar sahə ilə maraqlanan adam üçün millət vəkili olmaq çox əhəmiyyətlidir. Riyaziyyatçının, fizikin, kimyaçının laboratoriyası Milli Məclis deyil. Amma humanitar sahə ilə məşğul olan adam üçün Milli Məclis elə laboratoriyadır. Əslində parlamentdən uzaqlaşanda baxdım gördüm ki, deputatlar siyasətlə, beynəlxalq münasibətlərlə yanaşı, elə əsasən dilçiliklə məşğul olur.

- Deputatlıqdan sonra sizin bir çox mühüm postlara gətirilməyinizlə bağlı fikirlər səsləndi. Bu xəbərlərdə doğruluq payı nə qədər idi?

- Əslində mənə bu məsələlərlə bağlı heç bir təklif olmayıb. İndiki şəraitdə heç də belə təklif edilmir. Hazırkı idarə üsulu elədir ki, özün təşəbbüskar olmalısan. Burada isə daha çox gənclərə önəm verilir. Yaşlı nəsil isə haradasa müşavir ola bilər və s. Ona görə də hərə öz yerini bilməlidir. Amma bəzən kimlərsə sənə xoş gəlmək üçün, ya da ürəyi yanırmış kimi barəndə xəbər yayır ki, filankəs, filan yerə gedir və s. Ya da deyilər ki, filankəsi də filan yerə qoymaq istəyirdilər, özü getmədi. Əslində bu insana xoş gəlir və adamın qanını da qaraltmır. Hətta bəzən adamların xoşuna gəlir ki, elə desinlər, amma aparmasınlar. Biri də var ki, səni unutsunlar. Desinlər ki, əşi, o elə isləyən olsa, qalıb işləyərdi də…

- Milli Məclisdə uzun müddət qazandığınız dostlar var. Əlaqələriniz davam edirmi?

- Hamısı ilə təmasdayam. Kimlərlə o vaxt əlaqəm olubsa, indi da davam edir, kimlərlə ki, əlaqəm yox idi, yenə də yoxdur. Milli Məclis oradakı insanları yığıb dost etmir.

- Uzun müddət Milli Məclisdə Ağstafanı təmsil edən deputat olmusunuz. Rayon ictimaiyyəti ilə əlaqələriniz indi necədir?

- Bu əslində ümumi insani bir yanaşmadır. Çünki sən bir bölgədən birdən-birə deputat olmursan. O bölgədə səni tanıyırlar, qəbul edirlər sonra həmin insanları təmsil etmək imkanın olur. Bəzən cəmiyyət qeyri-rəsmi olaraq səni deputat görür. O vaxt Ulu öndər Heydər Əliyev bir bölgədə tanınan qəbul edilən ziyalı vardısa, onun Milli Məclisdə təmsil olunmasına böyük önəm verib. Bu ənənə Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Çünki Milli Məclisdə ilk növbədə ziyalılar təmsil olunamlıdır.

- Ulu öndər Heydər Əliyev dönəmində bir çox vəzifələrdə çalışmısınız…

- O zaman Atatürk Mərkəzi təsis olunarkən bura vəzifəyə təqdim edərkən də Ulu öndər Heydər Əliyev mənə dedi ki, “sən elmlər doktorusan, professorsan, dekansan, əməkdar elm xadimisən və bir vəzifədə indi veririk. Bu sənə başgicəllənməsi gətirməyəcək ki…? Dedim ki, xeyr, cənab Prezident!

- O vaxt deputat olmağın çətinlikləri nədən ibarət idi?

- İndi üzümüz ağdır. Torpaqlarımızı II Qarabağ müharibəsi nəticəsində azad etdik, tarix yazdıq. Amma o vaxt rayona gedirdik bir adam durub deyirdi ki, “deyirlər ermənilər yenə gəlir”. Bunu eşitmək çox ağır idi. İndi isə belə mövzular yoxdur. Əslində bu baxımdan indiki deputatlara da qibtə edirəm.

- Artıq yaydır istirahət etməyi planlaşdırırsınızmı?

- Əslində mənim dincəlmək üçün xüsusi bir proqramım yoxdur. Nə vaxt imkanım olub, o vaxt dincəlirəm. Bəzən üç-beş gün dincəlməyə vaxt tapa bilərəm. Amma elə də olur ki, deyirəm ki, bir az dincələcəm. Həmin vaxt iki-üç yaxşı məqalə yazıram. Təbii ki, get-gedə dincəlmək istəyirəm. Daha çox nəvələrimlə vaxt keçirməyə çalışıram. Vaxtilə görmədiyim qohum-əqraba ilə sıx təmaslar qururam. Türk dünyası səviyyəsində də çoxlu dostluqlar yaranıb. Bu səfərlərdə də üç-beş gün dincəlməyə imkan tapıram. Bununla da dincəlməyin texnikası dəyişir.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya Ermənistanı bazardan uzaqlaşdırmayacaq - ÇÜNKİ...
Bu gün, 12:36
“Yeyintini edən Əli İsa və komandasıdır” - Şeyx Əbdül
Bu gün, 12:26
Rusiya Ukrayna kəşfiyyatı ilə əlaqədə olmaqda şübhəli bilinən iki nəfəri saxladı - KİV
Bu gün, 12:21
Xırdalan sakinlərini təngə gətirən üfunət: - Kanalizasiya küçəyə axır
Bu gün, 12:16
Nəriman müəllim gördü ki, tərəddüd edirəm... - ANIM
Bu gün, 12:09
Ukraynanın Putinin ballistik terrorunu dayandırmaq imkanı var... - ABŞ-dan xəbər...
Bu gün, 11:28
"Düz hərəkət etdim ki, vaxtında deputatlıqdan uzaqlaşdım" – Nizami Cəfərov
Bu gün, 11:18
İstanbulda şübhəli şəkildə ölən “NIDA” üzvünün ANASI QƏTLƏ YETİRİLDİ: Qardaşı həbs olundu! - TƏFƏRRÜAT
Bu gün, 11:13
Əvvəl Taleh Yüzbəyov, indi də Cəbiş müəllim... - Reklamlar niyə qalmaqal yaradır?
Bu gün, 11:00
6 yaşında adı dəyişdirildi, bu xəbərə görə əsgərlikdən qaçdı - Nəriman Həsənzadə KİMDİR
Bu gün, 10:50
"Deyir ŞƏHİDİN KÖHNƏLİB, şəhidə belə qiymət verərlər?" - GİLEY
Bu gün, 10:41
Cəllabada QAZİLƏRİN dərmanlarını vermirlər... - "...bilərək ZÜLM EDİRLİR"
Bu gün, 10:38
Zuğulba-Bilgəh yolu NƏZARƏTSİZ QALIB? - BU NƏDİ BELƏ?
Bu gün, 10:33
"Qadağalar Azərbaycan istehsalçıları üçün yeni imkanlar yaradır" - ŞƏRH
Bu gün, 10:00
Azərbaycan dili milli irsimizin əbədi daşıyıcısıdır - MƏQALƏ
Bu gün, 09:56
İrandan Ermənistana təklif: Bakı izləmədədir - AKTUAL
Bu gün, 09:52
Kinematoqrafçılar İttifaqında qalmaqal - Nə baş verir?
Bu gün, 09:46
Gədəbəydə DƏRƏBƏYLİKDİR... - GİLEY
Bu gün, 09:40
Azərbaycanda böyük ƏFV təklifi – Tanınmış komissiya üzvündən dəstək gəldi
Bu gün, 08:27
Paşinyanın bu qərarı Putini qorxutdu - GƏLİŞMƏ
Bu gün, 08:18
Zaurun Günayla bağlı dedikləri rezonans doğurdu – Müzakirələr böyüyür
Bu gün, 08:16
Nəriman Həsənzadəni itirdik
Bu gün, 08:12
MODERN BAKI OĞRUSU: ZÜLFƏLİ... - NARAZILIQ VAR...
Bu gün, 07:46
"Bəs hökumət nə düşünür, nə etmək istəyir?" - partiya sədri
Bu gün, 07:37
Hakimin MƏQSƏDİ nə idi ki... - belə ÇEVİK qərar verdi?..
Bu gün, 07:31
"Vergi borcları olduğuna görə..." - ETİRAZ VAR!
Bu gün, 07:15
Əməli nəticə yoxdursa, görüşlərin faydası nədir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:02
" Bunu dərk etməyənlər vəzifə, pul, hərislik uğrunda ömür boyu başqaları ilə çarpışırlar..." - teleaparıcı
Bu gün, 06:57
Türkiyə müxalifəti üçün ən yaxşı yol... - Həm də Türkiyə üçün...
Bu gün, 06:53
Ağır xəstə olsa da, əlilliyi ala bilmir - GİLEY
Bu gün, 06:42
Bakı Qızlar Universitetinin bağlanması digər universitetlərə ciddi siqnaldır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 02:14
Öldüyü deyilən, 35 ildir efirə çıxmayan sənətkar danışdı: - “Biz sizə müğənni kimi lazım deyilik”
Bu gün, 02:11
Paşinyan Putinə açıq meydan oxuyur? – İrəvan Avropa kursunda israrlıdır
Bu gün, 02:08
2 ay əvvəl vəzifəyə təyin olunan müşavir istefa verdi - Rəqəmsal hökumətdə nə baş verir?
Bu gün, 02:00
"KÜRƏM lahmacun & kabab house"un sahibinin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 01:58
Min manat alan həkimdən möcuzə gözləyirik? - “5-6 aydan sonra bir ayın bonusu verilir”
Bu gün, 01:56
44 günlük savaşda bütün peşəkar zabitlər öldü, ordu çöküşdədir – Ermənistanda yeni qalmaqal
Bu gün, 01:54
Tramp yenidən prezident olmaq istəməsinin səbəbini açıqlayıb - “Real America's Voice”
Bu gün, 01:53
Azərbaycanda dollar və avro ucuzlaşacaq? - AKTUAL
Bu gün, 01:50
Şabranın icra başçısı sakinləri tutdura bilmədi - Məhkəmə "arpa işi"ndə onu haqsız saydı
Bu gün, 01:48
5 milyonluq siqaret qaçaqmalçısının İŞİ: - şahidlər nələr dedi?
Dünən, 18:03
İstidə ən təhlükəli içki məhz budur - Həkimdən xəbərdarlıq
Dünən, 18:01
Hacı İlham Şıxseyidovun yarım milyonluq hesabına həbs qoyuldu - Səbəb nədir?
Dünən, 17:59
"Space" TV-də yeni təyinat - Baş direktora müşavir təyin olundu
Dünən, 17:57
Mədəniyyət Nazirliyi işdən könüllü çıxmaq istəməyən kitabxanaçıları hədələyir - BU NƏDİ BELƏ?
Dünən, 17:53
Kafedə başlayan mübahisə qanla nəticələndi – Şüşə qırığı ilə tanışına ağır xəsarət yetirdi
Dünən, 17:50
Ramiz Mehdiyev BANK SEKTORUNDAN QƏTİ QOVULDU - DETALLAR
Dünən, 17:42
“Zeytun” apteklər şəbəkəsi cərimələndi - Dərmanlar zirzəmidə saxlanılıb
Dünən, 17:40
Mehdinin zühuru üçün təhlükəsiz şərait yaradırıq - SEPAH komandiri
Dünən, 17:31
Tehranın yeni müharibə strategiyası - ŞOK DETALLAR
Dünən, 17:29
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru