Suriya hakimiyyəti İraq rəsmilərini xəbərdar edərək bəyan edib ki, ölkəyə İraq ərazisindən ediləcək istənilən hücum cavabsız qalmayacaq.
Teleqraf xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı iraqlı mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, Suriya tərəfi xəbərdarlığı çatdırmaq üçün İraq rəsmiləri ilə birbaşa əlaqə saxlayıb.
Bildirilib ki, Dəməşq İraq hakimiyyətindən ölkə ərazisinin Suriyaya qarşı hərbi əməliyyatlar üçün istifadə edilməsinə imkan verməyəcək tədbirlər görməyi tələb edib.
Mənbə əlavə edib ki, İordaniya tərəfi də oxşar məzmunlu xəbərdarlıqla çıxış edib.
















