"06.04.2026 ci ildə Azəriqaz istehsalat birliyinin təmir tikinti idarəsi ixtisara düşməsilə əlaqəli birdəfəlik kompensasiya alaraq öz ərizəmlə işdən azad olunmuşam. Mən sosial sığorta xərclərimin düzgün ödənilməməsi ilə bağlı bir faktı aşkarlamışam, təxmini olaraq 275 manatım ödənilməyib..." "DİA-AZ" xəbər verir ki, bunu özünün etiraz dolu müraciətində SOCAR Azəriqaz İstehsalat Birliyinin işçisi olmuş Elmin Rəhimov qeyd edib.
O daha sonra müraciətini belə davam etdirir: "Bunu da bildirmək istəyirəm ki, 2025-ci ildə işçilərə verilən həvəsləndirici bonusu da verməyiblər. Xahiş edirəm bu məsələlərlə bağlı SOCAR Azəriqaz İB bu məsələnin aydınlaşdırılması ilə bağlı mənə rəsmi sənəd təqdim etsin. Mənə indi işsizlikdən sığorta xərcinə görə kəsilən müavinət cəmi 544 manat təşkil edir. İşlədiyim müddət ərzində məndən staj üzrə az olan işçi 600 manatdan çox Maddi sığorta xərcləri ilə təmin olunur. Mən niyə iş stajım çox ola-ola az miqdar almalıyam?"


















