Azərbaycanda böyük ƏFV təklifi .....                     Paşinyanın bu qərarı Putini qorxutdu .....                     Zaurun Günayla bağlı dedikləri rezonans doğurdu .....                     Nəriman Həsənzadəni itirdik .....                     MODERN BAKI OĞRUSU: ZÜLFƏLİ... .....                     "Bəs hökumət nə düşünür, nə etmək istəyir?" .....                     Hakimin MƏQSƏDİ nə idi ki... .....                     "Vergi borcları olduğuna görə..." .....                     Əməli nəticə yoxdursa, görüşlərin faydası nədir? .....                     " Bunu dərk etməyənlər vəzifə, pul, hərislik uğrunda ömür boyu başqaları ilə çarpışırlar..." .....                     Türkiyə müxalifəti üçün ən yaxşı yol... .....                     Ağır xəstə olsa da, əlilliyi ala bilmir .....                     Bakı Qızlar Universitetinin bağlanması digər universitetlərə ciddi siqnaldır .....                     Öldüyü deyilən, 35 ildir efirə çıxmayan sənətkar danışdı: .....                     Paşinyan Putinə açıq meydan oxuyur? .....                     2 ay əvvəl vəzifəyə təyin olunan müşavir istefa verdi .....                     "KÜRƏM lahmacun & kabab house"un sahibinin külli miqdarda vergi borcu üzə çıxdı .....                     Min manat alan həkimdən möcuzə gözləyirik? .....                     44 günlük savaşda bütün peşəkar zabitlər öldü, ordu çöküşdədir .....                     Tramp yenidən prezident olmaq istəməsinin səbəbini açıqlayıb .....                     Azərbaycanda dollar və avro ucuzlaşacaq? .....                     Şabranın icra başçısı sakinləri tutdura bilmədi .....                     5 milyonluq siqaret qaçaqmalçısının İŞİ: .....                     İstidə ən təhlükəli içki məhz budur .....                     Hacı İlham Şıxseyidovun yarım milyonluq hesabına həbs qoyuldu .....                     "Space" TV-də yeni təyinat .....                     Mədəniyyət Nazirliyi işdən könüllü çıxmaq istəməyən kitabxanaçıları hədələyir .....                     Kafedə başlayan mübahisə qanla nəticələndi .....                     Ramiz Mehdiyev BANK SEKTORUNDAN QƏTİ QOVULDU .....                     “Zeytun” apteklər şəbəkəsi cərimələndi .....                     Mehdinin zühuru üçün təhlükəsiz şərait yaradırıq .....                     Tehranın yeni müharibə strategiyası .....                     Trampın Qəzza planı üzrə "Yol xəritəsi" dərc olunub .....                     ABB-də təyinat olub .....                     “Bank Respublika”da bu strukturda yeni təyinatlar olub .....                     İcra başçısı özünə yeni köməkçi təyin etdi .....                     TƏBİB genişmiqyaslı təmirə başlayır .....                     Rusiya Makronu qəbul etməz, Tramp və Mask vasitəçi ola bilər .....                     33 illik şirkətdən ikinci dəfə .....                     Rusiya səfiri Polşa XİN-ə çağırılıb .....                 

MODERN BAKI OĞRUSU: ZÜLFƏLİ... - NARAZILIQ VAR...
Tarix: Bu gün, 07:46 | Çap et

 Son illərin ən aktual problemlərindən “Bayırşəhər”, hələ də öz həllini tapmayan məsələlərdən biri kimi qalır. Bayırşəhər Bakının tarixi hissələrindən biridir və İçərişəhərin qala divarlarından kənarda formalaşmış yaşayış məhəllərini əhatə edir.

Bakının 2040-cı ilə qədər yekunlaşdırılması nəzərdə tutulan Baş Planında Bayırşəhər, “xüsusi mühafizə zonası” kimi qeyd olunub.

Lakin, sakinlər bu plana zidd olaraq yaşayış binalarının və tarixi əhəmiyyətli memarlıq abidələrinin söküldüyünü iddia edirlər.

Məsələ ilə bağlı Sherg.az-a açıqlama verən Bayırşəhər sakini Zahidə Əzizova bildirib ki, ərazidə vəziyyət çox gərgindir.

“Bayırşəhərdə vəziyyət çox acınacaqlıdır, hətta insan yaşaya bilməz səviyyədə dəhşətlidir. Biz evlərimizdə yaşaya-yaşaya həftələrlə qazıntılar olunur, kommunal xəttlər kəsilir, internet yoxdur. Birinci mərtəbədə yaşayan insanların ikinci mərtəbələrini söküblər. Yağış yağanda ev əşyaları suyun içində qalır. Elə evlər də var ki, birinci mərtəbəni zibilxana ediblər. Aşağıdakı qoxudan yaşamaq olmur. Bayırşəhərdə özbaşnalıq hökm sürür. Eyni zamanda, Bayırşəhərdə 4 tarixi abidə zədələnib, onun 3-ü buldozerlə vurulub. İlk olaraq insanlardan evləri alıb, sonra tarixi abidələri məhv edirlər. Bu, onların köhnə taktikasıdır. Bu praktikanı "Basin"də, "Sovetski"də də görmüşük. İndi də Bayırşəhərdə tətbiq edirlər. Bayırşəhərdə söküntü aparılması üçün Nazirlər Kabinetinin qərarı yoxdur. Bakının Baş Planında da söküntü nəzərdə tutulmayıb. Maliyyə Nazirliyi ərazidə bərpa işlərinə maliyyə ayırıb. Ancaq, qəzalı adı ilə 800-ə yaxın binanın sökülməsi planlaşdırılıb. Bu evlərin heç birinin qəzalı olması haqda elmi rəy yoxdur. Əksinə, Elmlər Akademiyasının bizdə olan rəyi var ki, Bayırşəhər bütünlükdə qorunub-saxlanılmalıdır. Bura daşnaklar və bolşeviklərlə vuraşan və çox sayda şəhid verən ərazidir. Evləri sökürlər, evlərini vermək istəməyənlərin də kommunal xəttlərini kəsirlər. Deyirlər, yaşa! İflic vəziyyətə gətiriblər yaşayışı. Ərazidə bu hadisələrin şokundan insult, infarkt olan, hətta dünyasını dəyişən çox sayda insan var. Tələblərimiz, Azərbaycan Konstitusiyasına hörmət və dövlətin qanunlarının Bayırşəhərdə tətbiq olunmasıdır. Mədəni irs ərazinin harmoniyası deməkdir. Biz istəyirik ki, insanların mülkiyyət və təhlükəsiz yaşamaq hüququ qorunsun. Qanunsuz şəkildə insanların alqı-satqı etmədiyi evlərini dağıdanlar, cinayət məsuliyyətinə cəlb olunsun.”

Memar Abdul Hüseynov Sherg.az-a açıqlamasında bildirib ki, Bayırşəhər Bakının canlı yaddaşıdır:

“Bakının tarixi simasını formalaşdıran Bayırşəhər bu gün paytaxtın ən çox müzakirə olunan məkanlarından birinə çevrilib. Bir tərəfdə şəhərin yenilənməsi və müasir infrastrukturun qurulması məqsədilə həyata keçirilən genişmiqyaslı söküntü işləri, digər tərəfdə isə memarlıq irsinin qorunmasını tələb edən memarlar, şəhərşünaslar, fəallar və sakinlər dayanır. Məhz bu ziddiyyət Bayırşəhəri təkcə şəhərsalma deyil, həm də mədəni irsin taleyi ilə bağlı mühüm müzakirə mövzusuna çevirib. Söküntü işləri əsasən XX əsrin əvvəllərində formalaşmış yaşayış məhəllələrini əhatə edir. Bu binaların əksəriyyəti rəsmi şəkildə dövlət tərəfindən qorunan memarlıq abidələri siyahısına daxil edilməsə də, Bakı memarlığının inkişaf mərhələsini əks etdirən, Avropa memarlıq üslubunun izlərini yaşadan qiymətli nümunələrdir.”

Memar hesab edir ki, tikililərin məhv edilməsi şəhərin tarixi yaddaşına ciddi zərbə vurur:

“Söküntü son çıxış yolu olmamalıdır. Binaların bərpası, konservasiyası və yeni funksiyalar qazandırılaraq istifadəyə verilməsi variantı nəzərdən keçirilə bilər. Bu yanaşma həm tarixi irsin qorunmasına, həm də ərazinin turizm və mədəniyyət baxımından inkişafına töhfə verə bilər.

Rəsmi mövqe ilə bağlı yaranmış mübahisələr də diqqət mərkəzindədir. Belə ki, 2026-cı ilin Azərbaycanda "Şəhərsalma və Memarlıq İli" elan olunması, tarixi şəhər mühitinin qorunmasına dair verilən bəyanatlar fonunda Bayırşəhərdə aparılan söküntü işləri müxtəlif suallar doğurur. Rəsmi qurumlar görülən işləri şəhər infrastrukturunun yenilənməsi, təhlükəli vəziyyətdə olan tikililərin aradan qaldırılması və yeni ictimai məkanların yaradılması ilə əsaslandırırlar. Hakimiyyət nümayəndələri sökülən binaların əksəriyyətini qəzalı və yaşayış üçün yararsız hesab etsələr də, mən bununla razılaşmıram. Daş konstruksiyalı bu tikililərin əksəriyyəti bərpa oluna biləcək vəziyyətdədir və beynəlxalq təcrübədə olduğu kimi, konservasiya yolu ilə qorunması daha məqsədəuyğun olardı.

Bayırşəhər Bakının canlı yaddaşıdır. XIX–XX əsrlərə aid məhəllələrin müasir tikililər və ya standart parklarla əvəzlənməsi paytaxtın tarixi simasını zəiflədə, şəhərin özünəməxsus memarlıq kimliyinə və turizm potensialına mənfi təsir göstərə bilər. Məhz bu səbəbdən Bayırşəhərdə ağır tikinti texnikasının istifadəsi dayandırılmalı, hər bir tikili müstəqil ekspertiza tərəfindən qiymətləndirilməli və ərazi tarixi görkəmi qorunmaqla bərpa edilərək piyada mədəniyyət və turizm zonasına çevrilməlidir.”

Sonda qeyd edək ki, sakinlər söküntü işləri ilə bağlı dövlət başçısına və birinci vitse-prezidentə müraciət ünvanlayıblar. Sakinlər problemlərin həllini gözləyirlər. "DİA-AZ" xatırladır ki, bütün bu proseslərə də Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Zülfəli İsmayılov rəhbərlik edir. Və sakinlərin əsas şikayəti də məhz ondandır.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda böyük ƏFV təklifi – Tanınmış komissiya üzvündən dəstək gəldi
Bu gün, 08:27
Paşinyanın bu qərarı Putini qorxutdu - GƏLİŞMƏ
Bu gün, 08:18
Zaurun Günayla bağlı dedikləri rezonans doğurdu – Müzakirələr böyüyür
Bu gün, 08:16
Nəriman Həsənzadəni itirdik
Bu gün, 08:12
MODERN BAKI OĞRUSU: ZÜLFƏLİ... - NARAZILIQ VAR...
Bu gün, 07:46
"Bəs hökumət nə düşünür, nə etmək istəyir?" - partiya sədri
Bu gün, 07:37
Hakimin MƏQSƏDİ nə idi ki... - belə ÇEVİK qərar verdi?..
Bu gün, 07:31
"Vergi borcları olduğuna görə..." - ETİRAZ VAR!
Bu gün, 07:15
Əməli nəticə yoxdursa, görüşlərin faydası nədir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:02
" Bunu dərk etməyənlər vəzifə, pul, hərislik uğrunda ömür boyu başqaları ilə çarpışırlar..." - teleaparıcı
Bu gün, 06:57
Türkiyə müxalifəti üçün ən yaxşı yol... - Həm də Türkiyə üçün...
Bu gün, 06:53
Ağır xəstə olsa da, əlilliyi ala bilmir - GİLEY
Bu gün, 06:42
Bakı Qızlar Universitetinin bağlanması digər universitetlərə ciddi siqnaldır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 02:14
Öldüyü deyilən, 35 ildir efirə çıxmayan sənətkar danışdı: - “Biz sizə müğənni kimi lazım deyilik”
Bu gün, 02:11
Paşinyan Putinə açıq meydan oxuyur? – İrəvan Avropa kursunda israrlıdır
Bu gün, 02:08
2 ay əvvəl vəzifəyə təyin olunan müşavir istefa verdi - Rəqəmsal hökumətdə nə baş verir?
Bu gün, 02:00
"KÜRƏM lahmacun & kabab house"un sahibinin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 01:58
Min manat alan həkimdən möcuzə gözləyirik? - “5-6 aydan sonra bir ayın bonusu verilir”
Bu gün, 01:56
44 günlük savaşda bütün peşəkar zabitlər öldü, ordu çöküşdədir – Ermənistanda yeni qalmaqal
Bu gün, 01:54
Tramp yenidən prezident olmaq istəməsinin səbəbini açıqlayıb - “Real America's Voice”
Bu gün, 01:53
Azərbaycanda dollar və avro ucuzlaşacaq? - AKTUAL
Bu gün, 01:50
Şabranın icra başçısı sakinləri tutdura bilmədi - Məhkəmə "arpa işi"ndə onu haqsız saydı
Bu gün, 01:48
5 milyonluq siqaret qaçaqmalçısının İŞİ: - şahidlər nələr dedi?
Dünən, 18:03
İstidə ən təhlükəli içki məhz budur - Həkimdən xəbərdarlıq
Dünən, 18:01
Hacı İlham Şıxseyidovun yarım milyonluq hesabına həbs qoyuldu - Səbəb nədir?
Dünən, 17:59
"Space" TV-də yeni təyinat - Baş direktora müşavir təyin olundu
Dünən, 17:57
Mədəniyyət Nazirliyi işdən könüllü çıxmaq istəməyən kitabxanaçıları hədələyir - BU NƏDİ BELƏ?
Dünən, 17:53
Kafedə başlayan mübahisə qanla nəticələndi – Şüşə qırığı ilə tanışına ağır xəsarət yetirdi
Dünən, 17:50
Ramiz Mehdiyev BANK SEKTORUNDAN QƏTİ QOVULDU - DETALLAR
Dünən, 17:42
“Zeytun” apteklər şəbəkəsi cərimələndi - Dərmanlar zirzəmidə saxlanılıb
Dünən, 17:40
Mehdinin zühuru üçün təhlükəsiz şərait yaradırıq - SEPAH komandiri
Dünən, 17:31
Tehranın yeni müharibə strategiyası - ŞOK DETALLAR
Dünən, 17:29
Trampın Qəzza planı üzrə "Yol xəritəsi" dərc olunub - KİV
Dünən, 17:27
ABB-də təyinat olub - BUNDAN SONRA...
Dünən, 17:22
“Bank Respublika”da bu strukturda yeni təyinatlar olub - BUNDAN SONRA...
Dünən, 17:20
İcra başçısı özünə yeni köməkçi təyin etdi - ƏMR
Dünən, 17:15
TƏBİB genişmiqyaslı təmirə başlayır – 7 MİLYONLUQ İŞ GÖRÜLƏCƏK
Dünən, 17:13
Rusiya Makronu qəbul etməz, Tramp və Mask vasitəçi ola bilər - İNCƏLƏMƏ
Dünən, 17:09
33 illik şirkətdən ikinci dəfə - 47 MİN MANAT GÖTÜRÜLÜR
Dünən, 17:07
Rusiya səfiri Polşa XİN-ə çağırılıb - Tusk
Dünən, 17:05
Azərbaycanda dollar alanların sayı kəskin azalıb
Dünən, 17:00
“Araz”ın 15 illiyinə həsr olunan rəsm müsabiqəsinin qalibləri mükafatlandırıldı - FOTO
Dünən, 16:51
Naxçıvanda "inzibati başıyoxluğun" sirri: - Hicran Muradovun həddi nədir şikayətlərə baxa?
Dünən, 16:47
Dolqovun təslimiyyət çağırışının səbəbi – Ukrayna savaşında nələr yaşanır?
Dünən, 15:33
Bağlanan Qızlar Universitetinin təsisçisi binanı 2,5 milyona satıb - AÇIQLAMA
Dünən, 15:29
FHN Ağalarovun daha iki obyektinə XEYİR-DUA VERDİ... - DETALLAR
Dünən, 15:16
“Nar”ın dəstəyi ilə inklüzivliyə dair real həyat hekayələri təqdim edilir - FOTO
Dünən, 15:08
Paşinyan kilsənin “qalasına” hücum etdi - Avqustun 7-si həlledici gün olacaq
Dünən, 15:02
Xalq artisti yeriyə bilmir, əməliyyat olunacaq – Özündən AÇIQLAMA
Dünən, 15:00
Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparılıb, qanun pozuntuları aşkarlanıb - TƏFƏRRÜAT
Dünən, 14:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru