Paşinyan: “Mənim Bakıda heykəlim qoyulmalıdır” .....                     Bakı və İrəvan arasında müharibə “mesajı”? .....                     Azərbaycanda bu iki şirkət birləşir .....                     Korrupsiyalaşmış “ağızların” qeyri-müəyyən müddətə təcridi .....                     Azərbaycanda 140-a yaxın qiymətləndirici şirkət var .....                     Məşğulluq Agentliyi eyni şirkətdən bu dəfə 2,7 miyon manata anbar icarəyə götürdü .....                     Peskov Ukrayna məsələsi ilə bağlı ABŞ ilə yeni görüşlərin anonsunu verdi .....                     Ermənistan hərbi büdcəsini artırır: .....                     Kremllə İrəvan arasında QIRĞIN: .....                     Kişi qızına elçi göndərən şəxsi güllələdi: “Aralarında münasibət olub, övladımı şantaj edirdi” .....                     Peşə Təhsili Agentliyində mükafat qalmaqalı .....                     Armen Qriqoryanın yeni iş yeri məlum oldu .....                     Mehmandan meyxananı "GÖZDƏN SALANLARA": .....                     “FINCA Azərbaycan”da yeni təyinat .....                     Dünya Bankı Qrupuna Azərbaycan üzrə vahid rəhbər .....                     DOST Agentliyinin binalarının təmirinə başlanılır .....                     Nəcəf Nəcəfovun məzarından barelyefi oğurlayan şəxs saxlanılıb .....                     İmişlidə iti asıb öldürən HƏBS OLUNDU .....                     Bakıdan İrəvana SON XƏBƏRDARLIQLAR .....                     Mehriban Xanlarovadan Elgizə cavab .....                     DOST Agentliyi 4 şəhərdə əsaslı təmir üçün .....                     Bank məlumatlarını dələduza özü verən şəxs xəbəri olmadan rəsmiləşdirilən kreditdən imtina edə bilməz .....                     Cənubi Qafqazda dönüş: .....                     Kreml Ukrayna danışıqları üçün hansı şəhəri prioritet hesab etdiyini açıqlayıb .....                     “Emin Əmrullayev “PISA 2025”in nəticələrini təqdim edərkən səhvə yol verib” .....                     Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib .....                     Pedaqoji stajı çatmayan şəxs məktəb direktoru vəzifəsinə necə gətirildi? .....                     19 yaşlı şirkət rəhbərinin Azərbaycandan çıxışına STOP QOYULDU .....                     Qaziyə saxta sənədlə torpaq satanlar .....                     “Hər əkilən ağac havanı çirklənmədən qoruyur” .....                     Ölkəmizdə attraksionlara nəzarət zəifdir, təhlükəsizliyə riayət edilmir .....                     "O vaxt Ağdam toylarını Rəmiş idarə edirdi, indiki müğənnilər isə..." .....                     Deputatın qardaşına HÖKM OXUNDU .....                     Yaxın gələcəkdə Avrasiya İqtisadi Birliyindən çıxmaq niyyətində deyilik .....                     İrəvanın “Metsamor” höcəti .....                     Ermənistana arpa və buğda göndəriləcək .....                     İçkiyə pulu olmadı, qonşusunun evini soydu .....                     Rusiyada səfərbərlik başlayarsa, Azərbaycanın mənzil bazarını nə gözləyir? .....                     Ölkədə orta maaş 1176,7 manatdır .....                     "Aysun" gözəllik salonunun sahibi dələduzluqla üzləşib: "Yalan vədlər verdi" .....                 

“Bolt” və rəhbərliyi ilə bağlı sensasion iddialar: Vasif Talıbovla əlaqələr, sertifikatsız sürücülər... VƏ AYNA-nın adından istifadə...
Tarix: 20-06-2025, 15:38 | Çap et

Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif Şakiroğlu “Bolt” taksi şirkəti barədə Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə şikayət ünvanlayıb.

Pravda.az xəbər verir ki, GAP sədri şikayətində “Bolt” şəbəkəsini qeyri-qanuni işlərlə məşğul olmaqda ittiham edib.

Bu gün Azərbaycanda “Bolt” adlı şəbəkə faktiki qeyri-qanuni işlərlə məşğuldur.

Vətəndaşlarımızın, sahibkarlarımızın konstitutsion hüquqlarını pozur. Bu azmış kimi, vətəndaşlarımızın konstitutsion mülkiyyət hüquqlarını pozur. Sanki uçan “Bolt” avtomobili yox, ölkə qanunvericiliyidir… Şəxsi həyatda tanıdığım sahibkarların, eyni zamanda öz şəxsi mülkiyyətimdə olan bir neçə avtomobil “Bolt Servis” MMC tərəfindən bloklanıb, fəaliyyətinə məhdudiyyət qoyulub. Səbəb kimi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən bloklandığı göstərilib. Sözün açığı, əvvəl mənə “Bolt”dan, lap dəqiq desək, Naim Əzizovun əməkdaşları tərəfindən çatan informasiyalar fonunda AYNA rəhbərliyi haqqında mənfi düşüncələrə qapıldım. Sonra AYNA rəhbərliyi və “qaynar xətt”i ilə əlaqə saxladım. Məlum oldu ki, AYNA tərəfindən heç bir taksi sürücüsü, həmçinin dostlarıma və mənə məxsus heç bir avtomobil bloklanmayıb. Bir qədər dəqiqləşdirmədən sonra məlum oldu ki, “Bolt”un əməkdaşları dostlarıma və mənə məxsus avtomobilləri bloklayaraq başqa, lap dəqiq desək, özlərinin himayələrində olan parklara avtomobilləri köçürdükləri məlum oldu. Burada ortaya suallar çıxır. Tabeliyimdə olan yoldaşlara bir qədər dəqiqləşdirmə etmələrini tapşırdım.

Məlum oldu ki, Azərbaycanda fəaliyyət göstərən “Bolt Servis AZ” MMC-nin “CEO”su Əzizov Naim İlqar oğlunun qardaşı Əzizov Erol İlqar oğlu “Bolt”un nəzdində fəaliyyət göstərən “Bolt Point” adlı parkda 2-ci şəxs olaraq çalışmaqdadır. Daha doğrusu, bu parkda yaradılan süni şəraitlər fonunda həmin parkdan mədəni rüşvət toplamaq üçün ezam edilmiş şəxsdir. “Otkat” toplayır, qardaşı Naim Əzizovla bölüşür…. Eyni zamanda, Əzizov Naim İlqar oğlunun “Bolt” beynəlxalq taksi şirkətinin investisiya proqramı daxilində “116Park” adlı digər qoluna Estoniyadan ayrılan yüksək dotasiyaların mənimsənilməsi prosesində də iştirak edib. Buna bizim xalq dilində “beynəlxalq korrupsiya” deyilir. Elə şeylər var, əlimdə sənədləri, detallı yazışmaları və səs yazıları ilə paylaşa bilərdim. Bunu, sadəcə, doğru hesab etmirəm. Buradan Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, həmçinin Korrupsiya qarşı Mübarizə Baş İdərəsinə, həmçinin Rəşad Nəbiyev cənablarına müraciət edirəm: “Bolt” adlı bu şəbəkəyə kimlərin himayədarlıq etməsi haqqında ictimaiyyətə məlumat verməklə yanaşı, qanuna müvafiq tədbirlər görülməsi üçün ciddi və qarşısı alınmaz tədbirlər görəsiniz. Onların etdikləri açıq sabotajdır! Məgər ölkə qanunvericiliyində bir qohumun digər yaxın qohumun tabeliyində işlənməsinə icazə verilir? Xeyr, əsla! Bəs niyə “CEO” vəzifəsində olanın qardaşı “Bolt”un nəznində fəaliyyət göstərən “Bolt Point Fleet”də qeyri-rəsmi işləyir? Danmağa çalışmasınlar. “Bolt Point”in ofisindən fotolarını paylaşsam, heç kimə xoş olmayacaq. Bu səbəbdən heç kim nağıl danışmağa cəhd etməsin. Hansısa sahibkarın şəxsi avtomobilinin qeyri-real olaraq qarajda (təmirdə) ola-ola formal olaraq kiməsə proqram üzərində təhkim edilməsi qanunsuzluq deyil, bəs nədir? Məhz bu səbəbdən (Əzizov Naim İlqar oğlunun qardaşı) Əzizov Erol İlqar oğlunun himayəsi altında olmağın nəticəsidir ki, “Bolt Point”in sertifikatsız, həm də qanunsuz taksi fəaliyyəti göstərən avtomobilləri Bakı şəhərində “uçur”. Məhz bu himayədarlığın və qanunsuz fəaliyyətin nəticəsi fonunda Əzizov Erol İlqar oğlunun himayədarlığı altında fəaliyyət göstərən və Vasif Talıbovlara yaxınlığı ilə seçilən park qanunsuz fəaliyyət göstərir.

Mümkündür ki, Talıbovların uzanan əli Bakı taksi bazarına Əzizov Naim İlqar oğlunun qardaşı Əzizov Erol İlqar oğlu vasitəsilə hələ də çatmaqdadır. Aidiyyatı dövlət qurumlarına səslənirəm: Bütün bu iqtisadi qanunsuzluqlara qarşı real addımlar atılmazsa, ölkə rəhbərliyinə müraciət etmək məcburiyyətində qalacağam. Fikrimcə, hər xırda məsələ ilə bağlı ali rəhbərliyi rahatız etmək doğru deyil. Zəruri dövlət qurumlarının məsələyə ciddi yanaşması xahiş və tələb olunur. Hörmətli Əzivovlar, bütün bu maxinasiyanın başında şəxsən siz durmursunuzsa, bu maxinasyaları törədən əməkdaşlarınızı cəzalandırın. Əks halda, susqunluğunuzla və hərəkətsizliyinizlə bütün bu maxinasiyaların arxasında durduğunuzu etiraf etmiş olacaqsınız! AYNA-nın adından az sui-istifadə edin! Əks halda, dövlət qurumunun adından istidafə edib, vətəndaşları dövlət qurumunun üzərinə qaldırmaqda məqsədiniz nədirsə, onu açıq deyin!”

Pravda.az-ın əməkdaşı iddialarla bağlı N.Əzizovla əlaqə saxlasa da, zənglərə cavab verməyib. “Bolt”a ünvanladığımız sorğuya cavab olaraq isə bildirilib ki, məsələ ilə məşğuldurlar.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyan: “Mənim Bakıda heykəlim qoyulmalıdır” - “Hraparak”
Bu gün, 17:54
Bakı və İrəvan arasında müharibə “mesajı”? – Bu görüntü təəccüb doğurdu
Bu gün, 17:50
Azərbaycanda bu iki şirkət birləşir - DETALLAR
Bu gün, 17:47
Korrupsiyalaşmış “ağızların” qeyri-müəyyən müddətə təcridi – Unudurlar ki, istənilən muzdlu təlxək gec-tez israfçı materiala çevrilir
Bu gün, 17:46
Azərbaycanda 140-a yaxın qiymətləndirici şirkət var - SİYAHI
Bu gün, 17:44
Məşğulluq Agentliyi eyni şirkətdən bu dəfə 2,7 miyon manata anbar icarəyə götürdü - DETALLAR
Bu gün, 17:38
Peskov Ukrayna məsələsi ilə bağlı ABŞ ilə yeni görüşlərin anonsunu verdi - TASS
Bu gün, 17:32
Ermənistan hərbi büdcəsini artırır: - Yenə köhnə havalarına oynayacaqlar?
Bu gün, 17:16
Kremllə İrəvan arasında QIRĞIN: - Paşinyana “qorxaq” dedi
Bu gün, 17:11
Kişi qızına elçi göndərən şəxsi güllələdi: “Aralarında münasibət olub, övladımı şantaj edirdi” - TƏFƏRRÜAT
Bu gün, 17:04
Peşə Təhsili Agentliyində mükafat qalmaqalı - Direktor və müavinlər arasında ayrıseçkilik
Bu gün, 17:00
Armen Qriqoryanın yeni iş yeri məlum oldu - KİV
Bu gün, 16:55
Mehmandan meyxananı "GÖZDƏN SALANLARA": - "Təki "TikTok"da "partlatsınlar", pul qazansınlar"
Bu gün, 16:50
“FINCA Azərbaycan”da yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 16:48
Dünya Bankı Qrupuna Azərbaycan üzrə vahid rəhbər TƏYİN EDİLİB
Bu gün, 16:43
DOST Agentliyinin binalarının təmirinə başlanılır – 2,8 mln. manat ayrıldı
Bu gün, 16:41
Nəcəf Nəcəfovun məzarından barelyefi oğurlayan şəxs saxlanılıb - FOTOLAR
Bu gün, 16:40
İmişlidə iti asıb öldürən HƏBS OLUNDU - TƏFƏRRÜAT
Bu gün, 16:35
Bakıdan İrəvana SON XƏBƏRDARLIQLAR – Paşinyan üçün gerisayım başladı
Bu gün, 16:30
Mehriban Xanlarovadan Elgizə cavab
Bu gün, 16:27
DOST Agentliyi 4 şəhərdə əsaslı təmir üçün 3 milyon manat ödəyəcək
Bu gün, 16:14
Bank məlumatlarını dələduza özü verən şəxs xəbəri olmadan rəsmiləşdirilən kreditdən imtina edə bilməz - Tanınmış vəkildən XƏBƏRDARLIQ
Bu gün, 16:10
Cənubi Qafqazda dönüş: - Əliyevlə Putin arasındakı söhbətin arxasında nə dayanır?
Bu gün, 16:08
Kreml Ukrayna danışıqları üçün hansı şəhəri prioritet hesab etdiyini açıqlayıb
Bu gün, 16:03
“Emin Əmrullayev “PISA 2025”in nəticələrini təqdim edərkən səhvə yol verib” - İTTİHAM VAR...
Bu gün, 15:54
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
Bu gün, 15:50
Pedaqoji stajı çatmayan şəxs məktəb direktoru vəzifəsinə necə gətirildi? - İLGİNC İDDİALAR
Bu gün, 15:47
19 yaşlı şirkət rəhbərinin Azərbaycandan çıxışına STOP QOYULDU - BUNA GÖRƏ...
Bu gün, 15:40
Qaziyə saxta sənədlə torpaq satanlar HAKİM QARŞISINDA
Bu gün, 15:38
“Hər əkilən ağac havanı çirklənmədən qoruyur” - FOTO
Bu gün, 15:29
Ölkəmizdə attraksionlara nəzarət zəifdir, təhlükəsizliyə riayət edilmir - Şəki faciəsi
Bu gün, 15:26
"O vaxt Ağdam toylarını Rəmiş idarə edirdi, indiki müğənnilər isə..." – Brilyant
Bu gün, 15:13
Deputatın qardaşına HÖKM OXUNDU - TƏFƏRRÜAT
Bu gün, 15:12
Yaxın gələcəkdə Avrasiya İqtisadi Birliyindən çıxmaq niyyətində deyilik - Xandanyan
Bu gün, 15:07
İrəvanın “Metsamor” höcəti - Bakıdan SƏRT xəbərdarlıq
Bu gün, 15:05
Ermənistana arpa və buğda göndəriləcək
Bu gün, 15:02
İçkiyə pulu olmadı, qonşusunun evini soydu - 17 minlik əşyanı 200 manata satdı
Bu gün, 13:14
Rusiyada səfərbərlik başlayarsa, Azərbaycanın mənzil bazarını nə gözləyir? – Ekspertdən AÇIQLAMA
Bu gün, 13:11
Ölkədə orta maaş 1176,7 manatdır – Rəsmi
Bu gün, 13:09
"Aysun" gözəllik salonunun sahibi dələduzluqla üzləşib: "Yalan vədlər verdi" - TƏFƏRRÜAT
Bu gün, 13:01
Xumar Qədimovanın adından yalan elan yayıldı - XƏBƏRDARLIQ
Bu gün, 12:59
Lənkəranda abadlıq və təmir işlərinə 2 milyon manat ayrıldı
Bu gün, 12:57
Azərbaycan gələcəyi Emin Əmrullayevin sisteminə uyğunlaşdırılır? - Köhnə talanın yeni modeli, yaxud statistika yalançıların maskasıdır
Bu gün, 12:53
100 nəfərdən çox müştəri «Premium bank»ın kreditini qaytarmır - HESABAT
Bu gün, 12:41
"PAŞA Həyat Sığorta"nın rəhbərinə müşavir təyin edildi - ƏMR
Bu gün, 12:40
Pulsuzluq, vaxt azlığı, yoxsa... - Kinomuzun əsas bəlası nədir?
Bu gün, 12:33
"Heç vaxt ad günümdə özümə hədiyyə almamışam" - Əməkdar artist
Bu gün, 12:23
Azərbaycanda da süni intellekt fermerin yerinə qərar verəcək - EKSPERTDƏN IZAH
Bu gün, 12:22
“Mabel Matiz atamın mahnısını anonim oxuyub, bu artıq oğurluq sayılır” - Habil Əliyevin qızından AÇIQLAMA
Bu gün, 12:17
Gümrüdəki 102-ci bazanın taleyi: - həll olunmamış tənlik
Bu gün, 12:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru