Rusiyanın "rusdilli insanları qorumaq" planı... .....                     Sərhədimizdəki Aİ müşahidəçilərinin sülh minnəti .....                     Almaniya müharibəyə hazırlaşır? .....                     "Gerald R. Ford" gəmisinin Karib dənizində uzun müddət qalması ABŞ-ni problemlərlə üzləşdirir .....                     Aygün Əliyevanın “rəfiqə qrantları” bitmir... .....                     Sual açıq qalır: Qazax yolu, yoxsa Zəngəzur? .....                     Azərbaycana ən çox dollar gətirən 10 şirkət .....                     Məcnun müəllimdən ŞÜBHƏLİ TENDER... .....                     İqtisadi vəziyyətlə bağlı bədbin proqnozlar: neft pulları azalır, manata təhlükə artır .....                     "Ermənistan Rusiya ilə münasibətləri saxlayaraq Qərblə danışıqlarda..." .....                     İcra hakimiyyəti başsızları .....                     AMADA-da 2 milyon manat hara xərclənib? .....                     Deputatın bacısı belə narazılıq yaradır .....                     Ali məktəblərdə hərbi kafedralar bərpa edilsin .....                     Moskva Bastrıkinin məktubu ilə nəyi sübut etmək istəyir? .....                     Sayğac çox yazır, qaz borcu çox gəlirsə: Ekspertiza tələb edin .....                     Müxalifət də idarəçilik sisteminə buraxılmalıdır .....                     Müştərini rəsmən BOĞAZA YIĞIBLAR... .....                     Aldığın məhsulu vaxtında çatdırmırlar... .....                     Prezidentin qəbulundan sonra onların dəftərinə baxmaq lazımdır... .....                     Sayğaclara 'barmaq elə'... ƏMRİ! .....                     BU NƏDİ BELƏ: Evdə oturduğun yerdə də kartından pul çıxılır... .....                     Bu iddia bir neçə məqsədə xidmət edir... .....                     Elxan İbrahimovun ÇƏKƏ BİLMƏDİYİ YÜK... .....                     "Gəl indi rejissor ol, film çək!" .....                     "Yeni il bazarlığını marketin bonus kartıyla etmişik..." .....                     "Bu duelin nə qaydası, nə də sekundantı var..." .....                     TARİF ŞURASININ ÜZVÜ OLMAQ AYIBDIR? .....                     Ukraynada Prezident Administrasiyasının yeni rəhbərinin adı açıqlandı .....                     Məhkəmə qərarını dəyişdi: .....                     İsmayıl Vəliyev azadlığa buraxıldı .....                     Elman Rüstəmovun 8,9 milyonluq şirkəti ləğv edildi .....                     Sevinc Osmanqızı, Abid Qafarov və Beydulla Manafovun məhkəməsi başlayıb .....                     Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi yaradılıb .....                     Rasim Musabəyov “Şərəf” ordeni ilə təltif edilib .....                     Lənkəranskinin yaxın adamını keçmiş baş prokuror öldürtdürüb .....                     "Kəlbəcər" tankerinin lövbər zəncirinin digər tankerin pərinə ilişməsi ilə bağlı aparılan tədbirlər uğurla yekunlaşıb .....                     Bütün işçilərə deyib ki, ƏRİZƏ YAZIN... .....                     YAP-ın tədbirini də boykot edibmiş .....                     Tokayev LGBT təbliğatını qadağan edən qanunu imzalayıb .....                 

NATO Bakı və İrəvandan nə istəyir - HƏQİQƏTƏN DƏ...
Tarix: 14-12-2024, 14:27 | Çap et
NATO Bakı və İrəvandan nə istəyir
Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev dekabrın 12-də NATO Müdafiə Kollecinin nümayəndə heyətinin iştirak etdiyi tədbirdə Azərbaycanın xarici və təhlükəsizlik siyasəti haqqında danışıb. “Yeni Müsavat” bildirir ki, bu barədə o, sosial media hesabında paylaşım edib.

“NATO Müdafiə Kollecinin nümayəndə heyətini Bakıda ADA Universitetində görməkdən və Azərbaycanın xarici və təhlükəsizlik siyasəti haqqında danışmaqdan məmnunam”, - o, paylaşımda vurğulayıb. “Yeni Müsavat” qeyd edir ki, alyansı təmsil edən nümayəndə heyəti Bakıya İrəvandan gəlib. Bəs nədən bu cür marşrut seçilib? Yəni Bakıdan İrəvana deyil, İrəvandan Bakıya? Məsələ ondadır ki, Azərbaycan Qoşulmama Hərəkatının fəal üzvü, balanslı siyasət yürüdən ölkə, Ermənistan isə KTMT-nin (“Rus NATO”sunun) 5 üzvündən biridir. Moskvanın NATO sarıdan əndişəsi də Ukraynada gedən müharibədən məlumdur. NATO Azərbaycan və Ermənistandan konkret nə istəyir?

Qeyd edək ki, bu il NATO-Azərbaycan əməkdaşlığının 30 ili tamam olub. Bu münasibətlə bir neçə tədbirlər keçirilib. Azərbaycan müdafiə blokuna üzvlük niyyətində olmasa da, Ordu NATO standartları səviyyəsində modernləşdirilməkdədir. Dövlət başçısı İlham Əliyev Azərbaycan ordusunun “türk modeli”ndə təkmilləşdirildiyini elan edib. Ermənistana gəlincə, vəziyyət çox fərqlidir. Əvvəla, bu ölkə Putin “NATO”sunun üzvüdür. Hazırda fəaliyyətini “dondurub”, lakin de-yure üzv qalmaqdadır. Dekabrın 11-də Rusiya XİN nümayəndəsi Mariya Zaxarova açıq şəkildə İrəvan hədələdi. Dedi ki, Ermənistan KTMT üzvü kimi borclarını ödəmir və öhdəlikləri yerinə yetirmir, bu şəkildə davam edərsə, onun təşkilatda səsvermə hüququ əlindən alınacaq. Bu gərginliklə sinxron irəliləyən proses isə Ermənistan-NATO işbirliyidir. NATO generalları İrəvana səfərlər edir, ABŞ hərbçiləri ilə birgə təlimlər keçirilir, Paşinyan təhlükəsizlik sahəsində vektorunu dəyişərək Qərbə səmt almaqdadır. Bu da Moskvanı qəzəbləndirir.

Elə Kiyevin alyansa qoşulmaq niyyəti ucbatından üç ildir ki, hərbi əməliyyatlar getməkdədir. Ukraynadan fərqli olaraq, Ermənistan NATO üzvləri olan ABŞ və Fransadan təhlükəsizlik sektorunda yeni müttəfiqlik yaratmaq istəsə də, onun sərhədlərini rus hərbçiləri qoruyur, ərazisində iki rus hərbi bazası yerləşir. Ona görə də Ermənistan Şimali Atlantik Alyasına üzvlük arzusunu dilə gətirsə, ağzı çox pis şəkildə yana bilər. Bu ilin fevralında baş nazir Nikol Paşinyan bildirib ki, Ermənistanda NATO-ya daxil olmaq məsələsi müzakirə edilmir. Onun sözlərinə görə, alyansa üzvlüklə bağlı məsələ İrəvanın gündəmində deyil. Ancaq o qeyd edib ki, Ermənistan NATO və onun üzv ölkələri ilə tərəfdaşlığı dərinləşdirməkdə maraqlıdır. Bu mənada, NATO rəsmilərinin Bakı-İrəvan yollarında qalmasının səbəbləri maraq doğurur.

Hərbi ekspert Ramil Məmmədli “Yeni Müsavat”a açıqlamasında NATO-nun bölgəyə vahid baxdığını vurğuladı. Alyansın Cənubi Qafqaz ölkələrini ayrı-ayrılıqda qiymətləndirmədiyini deyən R.Məmmədli bildirdi ki, NATO regionda mövqeyini möhkəmləndirir: “Bu xüsusda Gürcüstan daha aktualdır. Qərb qonşumuzun NATO-ya və Avropa İttifaqına üzvlüklə bağlı istəkləri var. Amma Gürcüstanın ərazi bütövlüyü həllini tapmalıdır. Bu da Rusiyanın köməyi ilə baş tuta bilər. O halda, Tiflis Moskvadan üz çevirib NATO-ya doğru getməyəcək. Ona görə də alyansın Cənubi Qafqaz ölkələrini üzv etməsi real görünmür, amma regionda təsirlərini artırmaq cəhdləri müşahidə edilir. Ermənistanın da bu bloka qoşulması yaxın gələcəkdə olmayacaq. Sadəcə, NATO Rusiyanın bölgədə təsirlərinin azaldılması istiqamətində addımlarını sürətləndirir və Ermənistan üzərindən daha aktiv iş aparır. Çünki Rusiyanın Qafqazda ən böyük təsiri Ermənistandadır. Azərbaycana gəldikdə isə Qoşulmama Hərəkatının üzvüyük, heç bir hərbi bloka üzv olmaq niyyətimiz yoxdur”.

Hərbi analitik əlavə etdi ki, Azərbaycan NATO ilə əməkdaşlığını davam etdirir və bunu Rusiyanı narazı salmadan həyata keçirir: “Hətta Bakı rus və NATO generallarının görüş yeri olub. Biz etimad qazanmış bir dövlətik, heç bir gepolitik və strateji toqquşmaların içərisində iştirak etmirik, hər hansı qütbə yönəlib əks cinaha qarşı cəbhədə yer almırıq. Təbii ki, bu balans siyasəti Azərbaycanı dilemma qarşısında qalmaq riskindən xilas edir. Bundan sonra da NATO ilə əməkdaşlığımız davam edəcək, Ordumuz ən müasir səviyyədə hazırlanmaqdadır, silah arsenalımız yeni nəslə aiddir, amma heç zaman alyansa üzv olmaq fikrimiz yoxdur. NATO-ya üzvlük heç də şərt deyil. Ancaq sözsüz ki, şimal bloku öz təsir dairəsini getdikcə daha genişləndirməyə çalışacaq. Ermənistan isə Rusiyadan təhlükəsizlik məsələsində uzaqlaşdıqca, Gümrüdən bazanı çıxarmaq eşqinə düşdükcə, sərhədlərindən rus hərbçiləri yığışdırmaq planını davam etdirdikcə, daha çox Qərb-Rusiya qarşıdurmasının ortasında sıxılacaq. Çünki NATO-un Şərqə doğru genişlənmə planı dəyişməyib”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiyanın "rusdilli insanları qorumaq" planı... - NƏ BAŞ VERİR?
Bu gün, 10:08
Sərhədimizdəki Aİ müşahidəçilərinin sülh minnəti - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:06
Almaniya müharibəyə hazırlaşır? - Məxfi plan
Bu gün, 09:59
"Gerald R. Ford" gəmisinin Karib dənizində uzun müddət qalması ABŞ-ni problemlərlə üzləşdirir - KİV
Bu gün, 09:01
Aygün Əliyevanın “rəfiqə qrantları” bitmir... - TƏFSİLAT
Bu gün, 08:56
Sual açıq qalır: Qazax yolu, yoxsa Zəngəzur? - GƏLİŞMƏ
Bu gün, 08:52
Azərbaycana ən çox dollar gətirən 10 şirkət - SİYAHI
Bu gün, 08:49
Məcnun müəllimdən ŞÜBHƏLİ TENDER... - İLGİNC
Bu gün, 08:46
İqtisadi vəziyyətlə bağlı bədbin proqnozlar: neft pulları azalır, manata təhlükə artır - ARAŞDIRMA
Bu gün, 08:42
"Ermənistan Rusiya ilə münasibətləri saxlayaraq Qərblə danışıqlarda..." - İrəvan "iki daş" arasında
Bu gün, 08:41
İcra hakimiyyəti başsızları - replika
Bu gün, 08:37
AMADA-da 2 milyon manat hara xərclənib? - işin içində deputat da var...
Bu gün, 08:34
Deputatın bacısı belə narazılıq yaradır - MÜRACİƏT
Bu gün, 08:28
Ali məktəblərdə hərbi kafedralar bərpa edilsin - TƏKLİF VAR...
Bu gün, 08:21
Moskva Bastrıkinin məktubu ilə nəyi sübut etmək istəyir? - AKTUAL
Bu gün, 08:18
Sayğac çox yazır, qaz borcu çox gəlirsə: Ekspertiza tələb edin - RƏSMİ AÇIQLAMA
Bu gün, 08:16
Müxalifət də idarəçilik sisteminə buraxılmalıdır - Tural Abbaslı BELƏ DEYİR...
Bu gün, 08:12
Müştərini rəsmən BOĞAZA YIĞIBLAR... - "SIFIR keyfiyyət, SIFIR xidmət..."
Bu gün, 07:56
Aldığın məhsulu vaxtında çatdırmırlar... - GİLEY
Bu gün, 07:44
Prezidentin qəbulundan sonra onların dəftərinə baxmaq lazımdır... - ÇAĞIRIŞ
Bu gün, 07:36
Sayğaclara 'barmaq elə'... ƏMRİ! - DƏLİXANADIR, VALLAH...
Bu gün, 07:29
BU NƏDİ BELƏ: Evdə oturduğun yerdə də kartından pul çıxılır... - NARAZILIQ VAR...
Bu gün, 07:19
Bu iddia bir neçə məqsədə xidmət edir... - İNCƏLƏMƏ
Bu gün, 07:08
Elxan İbrahimovun ÇƏKƏ BİLMƏDİYİ YÜK... - SÖZARDI...
Bu gün, 07:03
"Gəl indi rejissor ol, film çək!" - Rza Drakon
Bu gün, 06:59
"Yeni il bazarlığını marketin bonus kartıyla etmişik..." - "Azəriqaz" işçisi HARAY ÇƏKDİ
Bu gün, 06:51
"Bu duelin nə qaydası, nə də sekundantı var..." - İlqar Məmmədov
Bu gün, 06:41
TARİF ŞURASININ ÜZVÜ OLMAQ AYIBDIR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:37
Ukraynada Prezident Administrasiyasının yeni rəhbərinin adı açıqlandı
Dünən, 23:05
Məhkəmə qərarını dəyişdi: - Samvel Karapetyan ev dustaqlığına buraxıldı
Dünən, 23:03
İsmayıl Vəliyev azadlığa buraxıldı - 4 ay cəza müddəti qalmışdı...
Dünən, 17:07
Elman Rüstəmovun 8,9 milyonluq şirkəti ləğv edildi - TƏFƏRRÜAT
Dünən, 17:03
Sevinc Osmanqızı, Abid Qafarov və Beydulla Manafovun məhkəməsi başlayıb
Dünən, 16:38
Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi yaradılıb - FƏRMAN
Dünən, 16:20
Rasim Musabəyov “Şərəf” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Dünən, 16:17
Lənkəranskinin yaxın adamını keçmiş baş prokuror öldürtdürüb - DİN AÇIQLADI
Dünən, 16:17
"Kəlbəcər" tankerinin lövbər zəncirinin digər tankerin pərinə ilişməsi ilə bağlı aparılan tədbirlər uğurla yekunlaşıb
Dünən, 16:10
Bütün işçilərə deyib ki, ƏRİZƏ YAZIN... - Hər kəs ondan narazıdır...
Dünən, 16:07
YAP-ın tədbirini də boykot edibmiş - İDDİA
Dünən, 16:02
Tokayev LGBT təbliğatını qadağan edən qanunu imzalayıb - KİV
Dünən, 16:00
Əməkdar artistin istəyi gerçəkləşdi - Biləcəridə xüsusi aptek açıldı
Dünən, 15:50
“Xalq artistləri var ki, alt paltarsız səhnəyə çıxır” - Günel YIXIB-SÜRÜDÜ
Dünən, 15:48
Ramiz Mehdiyev dindirildi: Başqa kimlər ifşa olunacaq? - GƏLİŞMƏ
Dünən, 15:45
"Sağ olsun, Murad Dadaşov hər zaman mənə diqqət yetirir" - Xalq artisti
Dünən, 15:40
Bir ay icra başçısı olmuş Elxan İbrahimov 12 il azadlıqdan mərhum edilə bilər - AÇIQLAMA
Dünən, 15:30
Paşinyan Rusiyanın köhnə şəbəkəsini dağıdır - İNCƏLƏMƏ
Dünən, 15:28
“Adore”da müştəriyə 281 manata saxta ətir satdılar - AXI NİYƏ?..
Dünən, 15:25
“Türkiyə Ermənistanla bağlı Azərbaycansız addım atmaz” - ONA GÖRƏ DƏ...
Dünən, 15:21
“ABŞ Putinə hücum əməliyyatında iştirak edib” – Amerikalı politoloqdan SENSASİYA
Dünən, 15:17
İranlı güləşçi niyə Azərbaycan millisini seçdi? - Özü açıqladı
Dünən, 15:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru