Kənd Təsərrüfatı Nazirliyi Xocavənd Regional Bölməsi üçün layihə-smeta xidmətləri satın alır
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Xocavənd Regional Bölməsinin inzibati bina, laboratoriya və digər tikililərinə dair layihə-smeta sənədlərinin hazırlanması xidmətlərinin satın alınması üçün “KON-LAY PROJECT” Məhdud Məsuliyyətli Cəmiyyətini qalib elan edib.
32gun.az xəbər verir ki, satınalmanın ehtimal olunan qiyməti 49.442 AZN təşkil edir.
Qeyd edək ki, ötən il Babək Rayon İcra Hakimiyyəti tərəfindən keçirilən tenderin qalibi də “Kon-Lay Project” MMC olmuş, şirkət Nehrəm qəsəbəsində 3 sanitar qovşağın layihə-smeta sənədlərini hazırlamışdı.
Kənd Təsərrüfatı Nazirliyinə Məcnun Məmmədovdur.








