"Belə vəziyyətdə haranın daşını başımıza salaq?! Ssenari yazımında “xarakter xüsusiyyətləri” deyilən anlayış var..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış sənət adamı Rza (Drakon) Rzayev qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Bu elementlərdən biri də - peşə və qazancdır.
Film çəkiləndə baş xarakterin peşəsi və qazancı da görüntü ilə ifadə olunur.
Təsəvvür edək ki, baş xarakterimiz icra başçısıdır və yaxud məmurdur, yüksək vəzifə tutur. Onun evini, qolundakı saatı, geyimini göstəririk, ortaya uyğunsuzluq çıxır - tutduğu vəzifənin maaşı ilə yaşadığı evinin , qoluna taxdığı saatın, şəxsi maşınının qiyməti uyğun gəlmir .
Və ən pisi - filmdə həmin məmurun vəzifə maaşına uyğun ev, geyim, saat, şəxsi maşın göstərsək, heç kim buna inanmayacaq və film əvvəldən fiaskoya uğrayacaq!
Təsəvvür edirsiniz, nə qədər çətin vəziyyətdir?!
Gəl indi rejissor ol, film çək!"









