"Cənab Prezident rayonlara icra hakimiyyəti başçılarını təyin edəndə məsləhətlərini verir, deyir ki, gedin, insanlara xidmət edin, xalqın içərisində hörmətiniz olsun, təmiz işləyin, bir sözlə, rayonun "ağsaqqalı" olun..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında keçmiş diplomat Xeyrəddin Qoca qeyd edib.
Tanınmış yazar fikrini daha sonra belə davam etdirir: "Təyin olunanların hərəsinin əlində bir qeyd dəftəri orada nə isə yazırlar. Görəsən, nə yazırlar? Yazırlar ki, "düz işləmək lazımdır?"
Cənabın yanından çıxandan sonra kimsə o dəftərlərə baxsa yaxşıdır, görək, nəsə yazıblar, yoxsa, şəkil-zad çəkiblər?"








