Ukrayna Prezidenti Volodimir Zelenski sanksiyalar siyasəti üzrə komissar Vladislav Vlasyuku öz ofisinin rəhbəri təyin edəcək.
Teleqraf xəbər verir ki, bu barədə "Zerkalo Nedeli" nəşri mənbələrə istinadən məlumat yayıb.
Noyabrın 28-də Zelenski Andriy Yermakı Prezident Administrasiyasının rəhbəri vəzifəsindən azad edib. O, korrupsiyaya qarşı mübarizə aparan məmurlar tərəfindən mənzilində axtarış aparıldıqdan sonra işdən çıxarılıb.
54 yaşlı Yermak 11 fevral 2020-ci ildən Ukrayna Prezident Administrasiyasının rəhbəri vəzifəsində çalışıb. Bundan əvvəl o, Zelenskinin köməkçisi olub və beynəlxalq münasibətlərə nəzarət edib.










