Gürcüstana səfər: 12 manatlıq sığorta nələri qarşılayır? .....                     BMU tələbəsi magistratura imtahanında respublika ikincisi oldu .....                     İran Amerikaya təslim olmayacaq .....                     "Akyol İnternational"ın vergi borcu 200 mini keçdi .....                     ADY bu qiyməti gizli saxlayıb .....                     Təhsil Nazirliyi köhnə “tanışı” ilə yenidən anlaşdı: .....                     Səudiyyə Ərəbistanı Əlixan Musayevi niyə geri qaytardı? .....                     ADY deponun tikinti layihəsini 5 milyona hazırlatdırmaq istəyir .....                     Rusiya Kiyevi ələ keçirməyə hazırlaşır .....                     Tıxacdan çıxış yolu: Taksi və şəxsi avtomobildən imtina? .....                     3 nəfər öldü, yüngül cəza verildi: Qarabağ qazisi hakimdən şikayətçidir .....                     “Qocalarla nərd oynayıram, kənd yumurtası yeyirəm, yaraşığım da yerində” .....                     “Siqaret mafiyası”nın üzvü Fariz Məhərrəmov kimdir? .....                     Bakı-Moskva qatarı da İŞƏ düşür? .....                     Rəcəb Babaşov 10 il ərzində Qazaxda hansı işləri görüb... .....                     İntiqam Soltan xəstəxanadan buraxıldı: .....                     Yardımlının yeganə yolu uçdu: Sakinlərdən icra başçısına ağır ittihamlar .....                     Laçında 41 milyonluq məhəllə tikən şirkət kimə məxsusdur? .....                     Bakı-Tiflis qatarı hər gedişdə Böyük Kəsikdə 1 SAAT SAXLANILACAQ... .....                     Sərhədlərin açılması iyunun 7-dəki nəticədən asılı olacaq .....                     “Kupça” oyunu: Əmlak Xidməti Prezidentin fərmanlarına qarşı çıxır .....                     “İş ibtidai istintaqa qaytarılsın, Tahir Qədəşov həbs olunsun” .....                     Azərbaycan-Gürcüstan dəmiryol marşrutu üzrə sərnişin gediş-gəlişinə icazə verilib .....                     Bakıdan Tiflisə qatarla 81 manata getmək mümkün olacaq .....                     Magistraturaya qəbul imtahanının nəticələri elan olunub .....                     16 ilin qaynaqçısı "Azəriqaz"ın rəisindən borcunu GERİ TƏLƏB ETDİ .....                     Zaxarovadan İrəvana sərt cavab .....                     Rus hərbçilər Ukraynada alkoqoldan zəhərlənib öldülər .....                     Azərbaycan Metrologiya İnstitutunun bir qrup əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib .....                     “Paşinyanın seçilməsi Bakının xeyrinədir” .....                     Bakıda hava keyfiyyətini ölçən ilk IQAir cihazı quraşdırıldı .....                     Təbii qazı Gürcüstana 121, Yunanıstana isə 433 dollara satmışıq .....                     “Samvel Karapetyan və Qaqik Sarukyan xarici ölkənin casuslarıdır” .....                     Nazim Bəydəmirlinin yeri dəyişdirildi .....                     Az yağış yağacağı ehtimalı var .....                     ABŞ SEPAH-la bağlı bu məlumata görə 15 milyon dollar təklif edir .....                     Rəfael Süleymanov işdən çıxarıldı .....                     “İlhamə Quliyeva yaşasaydı, bu qadağanı qoya bilərdilər?” .....                     Bütün Rusiyanın axtardığı qatil “qardaş ölkə”də yaşayıb .....                     Günay Əliyevaya vəzifə verildi .....                 

Sərhədimizdəki Aİ müşahidəçilərinin sülh minnəti - ZİBİLƏ DÜŞMÜŞÜK...
Tarix: 31-12-2025, 10:06 | Çap et

Bu yaxınlarda Ermənistandakı Avropa İttifaqının (Aİ) Monitorinq Missiyası təmtəraqlı bəyanat verib: “Bölgədə sülh və təhlükəsizliyi dəstəkləməyə sadiq qalmaqdan qürur duyuruq. Missiyamız Ermənistan və Azərbaycan sərhədində fasiləsiz, 24/7 monitorinq aparır. Sabitliyi təşviq etmək, etimad yaratmaq və Ermənistan vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün hazırlığımızı və qətiyyətimizi bir daha təsdiqləyirik”, - bəyanatda deyilir.

Aİ missiyası Ermənistanda 2022-ci ilin payızında, Ermənistan-Azərbaycan sərhədində gərginliyin daha da artması fonunda yaradılıb. Əldə edilən razılaşmalardan sonra Aİ ilk məhdud müşahidəçi qrupunu bölgəyə göndərib. Lakin müvəqqəti missiya tez bir zamanda daha mütəşəkkil dəstəyə çevrildi. 2023-cü ildə Aİ uzunmüddətli iştirak barədə qərar verdi və 2025-ci ilin əvvəlində missiyanın mandatı rəsmi olaraq 2027-ci ilin fevralına qədər uzadıldı.

Rəsmi Bakının davamlı etirazlarına baxmayaraq onlar Ermənistanda ən azı daha 13 ay qalmaq niyyətindədirlər.

Hərbi ekspertlər Aİ missiyasının son bəyanatını şərh edərkən bildirirlər ki, əgər onlar özlərini mülki müşahidəçi hesab edirlərsə, “Ermənistan vətəndaşlarının təhlükəsizliyini” necə təmin edə bilərlər? Belə anlaşılır ki, ya onların silahları var, ya da gözəgörünməz qüvvələri. Yəni Aİ müşahidəçilərinin hərbi səlahiyyətləri, məcburetmə vasitələri və ya insidentlərin qarşısının alınması mexanizmləri yoxdur. O halda “təhlükəsizliyin təmin edilməsi” gəlişi xoş sözlərdir.

Aİ üzvü olmayan və regionla birbaşa əlaqəsi olmayan bir ölkənin - Kanadanın nümayəndələrinin anlaşılmaz şəkildə daxil olduğu missiyanın tərkibi suallar doğurur. Həm də regiondakı vəziyyət dəyişib. Həm Azərbaycan, həm də Ermənistan son mərhələyə - sülh sazişinə çatmaq üçün ehtiyatlı, lakin fərqli bir nikbinlik nümayiş etdirirlər.

Son altı ay ərzində sərhəddə heç bir ciddi insident qeydə alınmayıb. Üstəlik, bu ilin avqust ayında Vaşinqtonda sülh sazişinin paraflanması baş tutdu. Ayna.az öz şərhində yazır ki, əslində avqust ayından sonra sülhün əsas qarantı qeyri-müəyyən şəkildə ifadə olunan müşahidəçi qrupu deyil, onun köməyi ilə siyasi razılaşmalar əldə edilən ABŞ Prezidenti Donald Tramp idi. Bu kontekstdə məntiqi sual yaranır: İrəvanın başqa cür faydasız müşahidəçilərlə vaxtından əvvəl vidalaşmaq üçün siyasi iradəsi olacaqmı?

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı “Yeni Müsavat”da diqqətlərə çatdırdı ki, Avropa İttifaqının Ermənistandakı Monitorinq Missiyasının son bəyanatları bir daha göstərir ki, bu qurum öz mandatını aşan və reallıqla uzlaşmayan ifadələrdən istifadə edir: ""Ermənistan vətəndaşlarının təhlükəsizliyini təmin etmək" kimi iddialar mülki müşahidəçi statusuna malik bir missiyanın səlahiyyətləri çərçivəsində deyil. Əgər Avropa İttifaqı missiyası özünü sırf müşahidəçi qurum kimi təqdim edirsə, onun təhlükəsizliyi “təmin etmək” üçün hansı real mexanizmlərə malik olduğu ictimaiyyətə açıqlanmalıdır. Avropa İttifaqının hərbi səlahiyyətləri və insidentlərin qarşısını almaq üçün məcburetmə vasitələri mövcud deyil. Belə olduğu halda belə bəyanatlar siyasi ritorikadan başqa bir məna daşımır və regionda yanlış gözləntilər formalaşdırır. Eyni zamanda birlik üzvü olmayan, regionla birbaşa əlaqəsi olmayan ölkələrin, o cümlədən Kanadanın nümayəndələrinin bu missiyada iştirakı əlavə suallar yaradır. Azərbaycan tərəfi dəfələrlə bu missiyanın fəaliyyətinin şəffaf və balanslı olmadığını bəyan edib. Məqsəd Azərbaycan və Ermənistan arasında sülh gündəliyinə kölgə salmaq və regiondakı normallaşma mühitinə mənfi təsir göstərməkdir. Hazırkı mərhələdə regionda vəziyyət köklü şəkildə dəyişib. Vaşinqtonda sülh sazişinin paraflanması faktı göstərir ki, real sülhün əsas təminatçısı siyasi iradədir və onun icrası üçün konkret diplomatik mexanizmlər aktivləşir. Hesab edirəm ki, Ermənistan tərəfi artıq regionda yeni reallıqları nəzərə almalı və sülh prosesinə real töhfə verməyən, etimadı artırmaq əvəzinə suallar doğuran mexanizmlərlə vidalaşmaq üçün siyasi iradə nümayiş etdirməlidir".

AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramovun sözlərinə görə, Avropa İttifaqının Ermənistandakı Monitorinq Missiyasının son bəyanatı artıq sülh ritorikasından çox, reallıqdan uzaq siyasi özünütərif təsiri bağışlayır: “Şübhəsiz ki, silahsız, mülki statuslu və heç bir məcburetmə səlahiyyəti olmayan bir missiyanın ”təhlükəsizlik təminatı"ndan danışması açıq-aşkar manipulyativ yanaşmadır.

Avropa İttifaqının müşahidə missiyası 2022-ci ildə sərhəddə gərginliyin artdığı dövrdə yaradılmışdı və ilkin mərhələdə bunu böhrana cavab kimi təqdim edirdi. Lakin aradan keçən müddət göstərdi ki, missiya nə gərginliyin azalmasına real töhfə verdi, nə də tərəflər arasında etimad yaratdı. Əksinə, rəsmi Bakının haqlı etirazlarına baxmayaraq mandatın uzadılması Avropa İttifaqının bölgədə vasitəçilik yox, öz maraqlarını təmin etmək istəyini ortaya qoydu. Ən ciddi problem missiyanın öz funksiyasını bilərəkdən şişirtməsidir. Hərbi və hüquqi mexanizmlərdən məhrum olan müşahidəçilər nə insidentlərin qarşısını ala, nə də eskalasiya zamanı hər hansı real müdaxilə edə bilərlər. Bu halda “təhlükəsizliyin təmin edilməsi” ifadəsi faktiki məzmundan məhrum, yalnız siyasi PR məqsədi daşıyan boş ritorikadır. Əgər təhlükəsizlik müşahidə ilə təmin olunsaydı, bölgədə onilliklər boyu davam edən münaqişələr çoxdan həllini tapardı. Missiyanın tərkibində ittifaq üzvü olmayan Kanadanın nümayəndələrinin yer alması isə onun “Avropa dəyərləri” adı altında gizlədilən daha geniş geosiyasi maraqlara xidmət etdiyini göstərir. Regionla birbaşa əlaqəsi olmayan dövlətlərin bu missiyaya cəlb edilməsi onun neytral və balanslı mexanizm olmadığını, əksinə, Qərb blokunun Cənubi Qafqazda siyasi mövcudluğunu möhkəmləndirməyə yönəlmiş alətə çevrildiyini təsdiqləyir. Üstəlik, missiyanın mövcudluğu artıq regional reallıqla ziddiyyət təşkil edir. Son altı ayda Ermənistan-Azərbaycan sərhədində ciddi insident qeydə alınmayıb. Tərəflər sülh sazişinə doğru real və konkret addımlar atırlar. Avqust ayında Vaşinqtonda sülh sənədinin paraflanması isə açıq şəkildə göstərdi ki, prosesin real təminatçısı müşahidəçilər deyil, siyasi çəkisi olan güc mərkəzləridir. Belə olan halda təbii ki, ortaya haqlı suallar çıxır. Funksional əhəmiyyətini itirmiş, etimad yaratmaqdan başqa nə işlə desən məşğul olan bu missiyanın Ermənistanda qalmasına həqiqətən ehtiyac varmı?"











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Gürcüstana səfər: 12 manatlıq sığorta nələri qarşılayır? - AKTUAL
Bu gün, 18:14
BMU tələbəsi magistratura imtahanında respublika ikincisi oldu - FOTO
Bu gün, 17:53
İran Amerikaya təslim olmayacaq - Zərif
Bu gün, 17:44
"Akyol İnternational"ın vergi borcu 200 mini keçdi
Bu gün, 17:30
ADY bu qiyməti gizli saxlayıb - "Bəlkə də açıqlamağa utanırlar..."
Bu gün, 17:26
Təhsil Nazirliyi köhnə “tanışı” ilə yenidən anlaşdı: - Bu dəfə 385 minə
Bu gün, 17:24
Səudiyyə Ərəbistanı Əlixan Musayevi niyə geri qaytardı? – Quran oğrusuna Həcc qadağası qoyulub
Bu gün, 17:19
ADY deponun tikinti layihəsini 5 milyona hazırlatdırmaq istəyir
Bu gün, 17:17
Rusiya Kiyevi ələ keçirməyə hazırlaşır - Zelenski orduya əmr verdi
Bu gün, 17:12
Tıxacdan çıxış yolu: Taksi və şəxsi avtomobildən imtina? - AKTUAL
Bu gün, 17:09
3 nəfər öldü, yüngül cəza verildi: Qarabağ qazisi hakimdən şikayətçidir - FOTO
Bu gün, 16:59
“Qocalarla nərd oynayıram, kənd yumurtası yeyirəm, yaraşığım da yerində” - 87 yaşlı Xalq artisti
Bu gün, 16:53
“Siqaret mafiyası”nın üzvü Fariz Məhərrəmov kimdir? - TƏFƏRRÜAT
Bu gün, 16:41
Bakı-Moskva qatarı da İŞƏ düşür? – “Bu il ərzində...”
Bu gün, 16:30
Rəcəb Babaşov 10 il ərzində Qazaxda hansı işləri görüb... - FOTO
Bu gün, 16:26
İntiqam Soltan xəstəxanadan buraxıldı: - "Barmaqlarımın ucuna qədər ağrıyır"
Bu gün, 16:11
Yardımlının yeganə yolu uçdu: Sakinlərdən icra başçısına ağır ittihamlar - VİDEO
Bu gün, 16:09
Laçında 41 milyonluq məhəllə tikən şirkət kimə məxsusdur? - ARAŞDIRMA
Bu gün, 15:55
Bakı-Tiflis qatarı hər gedişdə Böyük Kəsikdə 1 SAAT SAXLANILACAQ... - BUNA GÖRƏ...
Bu gün, 15:48
Sərhədlərin açılması iyunun 7-dəki nəticədən asılı olacaq - GƏLİŞMƏ
Bu gün, 15:33
“Kupça” oyunu: Əmlak Xidməti Prezidentin fərmanlarına qarşı çıxır - BU DA FAKT!
Bu gün, 15:18
“İş ibtidai istintaqa qaytarılsın, Tahir Qədəşov həbs olunsun” – “Atlant işi”ndə zərərçəkənlər bunu tələb edir
Bu gün, 15:13
Azərbaycan-Gürcüstan dəmiryol marşrutu üzrə sərnişin gediş-gəlişinə icazə verilib - QƏRAR
Bu gün, 15:05
Bakıdan Tiflisə qatarla 81 manata getmək mümkün olacaq - AÇIQLANDI
Bu gün, 15:00
Magistraturaya qəbul imtahanının nəticələri elan olunub - DİQQƏT
Bu gün, 14:59
16 ilin qaynaqçısı "Azəriqaz"ın rəisindən borcunu GERİ TƏLƏB ETDİ - "Məftili hər gün özüm almışam..."
Bu gün, 14:58
Zaxarovadan İrəvana sərt cavab - "Bunun Rusiyaya nə dəxli var, bu, Paşinyanın özüdür"
Bu gün, 13:47
Rus hərbçilər Ukraynada alkoqoldan zəhərlənib öldülər
Bu gün, 13:45
Azərbaycan Metrologiya İnstitutunun bir qrup əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib - SƏRƏNCAM
Bu gün, 13:42
“Paşinyanın seçilməsi Bakının xeyrinədir” - Köçəryan belə deyir
Bu gün, 13:27
Bakıda hava keyfiyyətini ölçən ilk IQAir cihazı quraşdırıldı - FOTO
Bu gün, 13:19
Təbii qazı Gürcüstana 121, Yunanıstana isə 433 dollara satmışıq – Tam siyahı
Bu gün, 13:11
“Samvel Karapetyan və Qaqik Sarukyan xarici ölkənin casuslarıdır” - Paşinyan belə deyir...
Bu gün, 13:04
Nazim Bəydəmirlinin yeri dəyişdirildi - dünən axşam saatlarında...
Bu gün, 12:57
Az yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:38
ABŞ SEPAH-la bağlı bu məlumata görə 15 milyon dollar təklif edir - TƏFƏRRÜAT
Bu gün, 12:31
Rəfael Süleymanov işdən çıxarıldı - ƏMR
Bu gün, 12:27
“İlhamə Quliyeva yaşasaydı, bu qadağanı qoya bilərdilər?” - Samirə Yusifıqızından sərt AÇIQLAMALAR
Bu gün, 12:22
Bütün Rusiyanın axtardığı qatil “qardaş ölkə”də yaşayıb - Yazıçı olub, məşhurlaşıb və...
Bu gün, 12:19
Günay Əliyevaya vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 12:17
Azərbaycanda icra başçılarının qadın müavinlərinin sayı açıqlandı
Bu gün, 12:16
Nizami MKTB-nin sabun, bel, kürək, verdə almaq arzusu baş tutmadı - SƏBƏB
Bu gün, 12:14
“Yelo Bank”da kreditlərdən “şapka” alan Vüqar kimdir? – Anar Həsənovun nəzərinə…
Bu gün, 12:06
Paşinyan Putinə 200 dəfə zəng edib
Bu gün, 12:02
İran vətəndaşlarının Almaniyaya viza müraciətlərinə İrəvanda baxılır
Bu gün, 11:51
Dövlətin yol getdiyi Adam... - Aydın CAN yazır...
Bu gün, 11:48
Azərbaycan-Ermənistan sərhədinin xəritəsi hazırlanır - TƏFƏRRÜAT
Bu gün, 11:38
“Hom Paş” – “Inter MMC” – “Khatai Residence”: bir layihənin şübhəli “rebrendinqi” - Məhkəmə aktları niyə icra olunmur?
Bu gün, 11:36
Köçəryan seçki sandığını terrorla əvəzləyir: - “Onun əsl mahiyyəti budur”
Bu gün, 11:28
“Bakcell”in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Bu gün, 11:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru