Elxan İbrahimovun Nəsimi Rayon icra hakimiyyətinin başçısı vəzifəsindən azad olunması böyük rezonansa səbəb olub.
Buna səbəb isə onun bu vəzifəyə cəmi 47 gün əvvəl təyin olunmasıdır.
Müstəqil Azərbaycanın tarixində ilk presedent olan bu qərarla bağlı müxtəlif versiyalar irəli sürülür. İddia olunur ki, Elxan İbrahimov sahibkarlardan pul tələb etdiyi üçün ölkə başçısının qəzəbinə tuş gəlib.
Gununsesi.info-nun araşdırması zamanı isə başqa bir iddia ortaya çıxıb.
Əldə etdiyimiz məlumatda bildirilir ki, Elxan İbrahimov Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı və YAP-ın Nəsimi rayon təşkilatı ilə birgə təşkil olunan “Milli Konstitusiyadan mütləq suverenliyə: Heydər Əliyev dühasının İlham Əliyev zirvəsi” mövzusunda təşkil olunan tədbiri boykot edib.
Bildirilir ki, Bakı Şəhər Rayon İcra Hakimiyyətinin və rayon icra başçılarının və Milli Məclis üzvlərinin qatıldığı tədbirə Elxan İbrahimov gözə dəyməyib.
Onun bu tədbirə gəlməməsi isə “yeni icra başçısı kimi Nəsimi Rayonunun fəalları ilə görüşü, rayonun problemlərini müzakirə etməsi” ilə əlaqələndirilib.
Amma onun bu davranışı YAP-a hörmətsizlik kimi qiymətləndirilib.
Bundan başqa iki gün əvvəl Ağ Şəhərdə olan prezident İlham Əliyevə Elxan İbrahimovla bağlı başqa bir məsələyə dair şikayət edilib.
Beləliklə, qəzəbə gələn yeni başçı işini itirib.
Onu da qeyd edək ki, Elxan İbrahimov işdən azad olunmasını da gözləmirmiş.
Belə ki, o əməkdaşımzla telefon söhbətində “İndi nə deyim, bilmirəm ki… Sonra danışaq” deyə həyacanını ifadə etmişdi.










