"Şikayətim "Kontakt Home"dandır...." "DİA-AZ" xəbər verir ki, bu barədə Müştəriyəm Şikayətim Var sosial qrupundakı paylaşımında Əli Rəcəbli adlı istifadəçi gileylənir.
Narazı vətəndaş daha sonra bildirir: "Gəncə filialından neçənci dəfədir artıq məhsul alırıq. Gəncədə olmadığı üçün bakıdan göndərəcəklərini deyirlər 7 günə , 14-15 gün keçir 8-9 dəfə zəng edəndən sonra artıq çatdırırlar , əminəm ki heç bu 14-15 gün ərzində dəfələrlə zəng etməsən heç veclərinə olmaz 1 aydan çoxda uzadarlar müddəti. İndi yenə eyni hal başıma gəldi dedilər 7 günə çatacaq 7 gün keçib artıq 2 gün əvvəl danışanda dedilərki Gəncə anbarındadı məhsul, bu gün ya sabah çatdıracaqlar) 2 gün keçib hələ də xəbər yoxdur..."








