Dədəmin Əliyar adında bir əmisi olub. Ağzı söyüşlü , bamazə bir insan olub.
Vedidən Beyləqana deportasiya olunun vaxtlar olub.
Bir dəfə kolxozun iclasında Əliyar əmi ayağa qalxıb möhkəm bir cıxış edir ,
;- " Yerlilərin hamısı oğrudur, kolxozu dağıdırlar, hec biri evə əli boş getmir , kolxozun malını daşıyıb aparırlar"
İclasda ələm dəyir bir -birinə .
Əliyar əmi iclasdan cıxıb gedəndə görür ki, klubun həyətində 4 -5 ədəd uzun şam agacları var. İstəyir bunu ciyninə götürüb evinə aparsın. Nə qədər calışır , taxtaları tarazlayıb apara bilmir . Taxtalar gah qabağa əyilir, gah arxaya gedir. Gözətci də kənardan baxırmış ki , Əliyar kişi 1 saatdı əsir -yesir olub taxtaları toparlayıb apara bilmir.
Axırda dözə bilməyib deyir :- " Əliyar əmi, bayaqdan iclasda yerliləri söyürdün ki, kolxozu dağıdırlar . O söydüklərin hec olmasa gücləri catanı aparırlar . Vacib deyil ki, hamısını bir dəfənə aparasan , rəhmətliyin oğlu sən də gör gücün nəyə catır onu apar da .."
Bakı şəhəri, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov da ,deyəsən gücündən artıq yükün altına girdiyi ücün ,vəzifəsində cəmi 47 gün qala bildi.
Ay bala ,gücün catanı apar ,yavaş - yavaş apar . Hara və nəyə tələsirdin .
Biz köhnələri ,qocaları söyürdük ki, dövləti dağıdırlar, rüşvət alırlar.
Bu yeni gələnlər köhnələrə yüz dəfə rəhmət oxutdurası oldular.
Köhnələr - yeyirdilər ,yedizdirirdilər, müəyyən qədərdə iş görürdülər.
Yeni gələnlər - yeyirlər ,hec kimə zıqqımda vermək istəmirlər , əvvəldən görülən işlərin də icinə batırırlar.
Bizim məmurlara elə gəlir ki, onlar evlərində pələng , vətəndaş evində dovşan balası saxlayır .
Şahin Nəcəfov - "DİA-AZ"








