"Deməli, 29 iyulda ödəniş edib ünvana çatdırılma ilə sənəd sifariş etdim, 2 iş gününə çatmalı idi çatmadı..." "DİA-AZ" xəbər verir ki, bunu "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Qədimli Ayli adlı istifadəçi qeyd edib.
Narazı vətəndaş daha sonra bildirir: "Banka yığıram, deyir, yazıram... Sonra deyir, özünüz yaxınlaşın götürün, 2 gün deyil 5 gündür... Deyirəm, sistemdə belə qeyd etmisiz, əlavə olaraq əməkdaşınız olan xanım da yığıb deyib ki 2 iş günü olacaq... uyğundurmu? Səs qeydi var... Deyir, yox... Özüm yaxınlaşdım filiala ki belə deyirlər... Dedilər ki, biz ona baxmırıq... təkrar ödəniş edin, alın...
Təkrar ödəniş edib sənədi götürdüm. 1 avqustda şikayəti qəbul etdilər, 8-i təkrar yığmışam ki nə oldu axırı... Təkrar şikayət qəbul etdilər... 14 gündür, "Kapital bank" bir dənə məsələni aydınlaşdıra bilmir...
Amma kiminsə 5 manat borcu olanda bütün nəslini, kökünü tapırlar..."