Vətəndaş Dekoliv mağazasından narazılıq edir.
Gununsesi.info xəbər verir ki, bu barədə o sosial şəbəkədə paylaşım edib:
Vətəndaşın sözlərinə görə, avqustun 15-də Dekoliv mağazasında alış-veriş zamanı kartından 127,03 ABŞ dolları tutulsa da, ona ödənişin keçmədiyi bildirilib. O, mağazanın məsələ ilə bağlı əlavə təsdiq təqdim etməməsindən narazıdır.
“Avqustun 15-də Dekoliv mağazasında alış-veriş zamanı kartla 127,03 ABŞ dolları ödəniş etdim. Ödəniş prosesində terminalda təsdiqləmə üçün imza da atıldı.
Buna baxmayaraq, mağazada mənə kart ödənişinin keçmədiyi bildirildi və məndən əlavə olaraq nağd ödəniş istəndi. Mənim üzərimdə aldığım bütün məhsulların məbləği qədər nağd pul olmadığı üçün məhsullardan birini çıxartdım və qalan məhsulların pulunu nağd ödədim.
Yəni nağd ödədiyim məbləğ kartdan tutulan 127,03 ABŞ dolları ilə eyni deyil. Buna görə əlimdə olan ikinci çeki banka təqdim etməyim problemi tam sübut etmir.
Mağazadan istədim ki, mənə kart ödənişinin uğursuz olduğu və buna görə nağd ödəniş etdiyim barədə əlavə çek və ya yazılı təsdiq versinlər. Banka müraciət edərkən məhz belə bir sənəd mənim üçün əsas sübut olardı.
Hazırda məqsədim kimisə ittiham etmək və ya mübahisə yaratmaq deyil. Sadəcə baş verən vəziyyəti sənədləşdirib banka təqdim etmək istəyirəm. Təəssüf ki, Dekoliv mağazası ilə əlaqə saxlamağa çalışsam da, cavab ala bilmirəm.
Ümid edirəm məsələ normal şəkildə həll olunacaq və mağaza mənə lazım olan təsdiqi təqdim edəcək”.

















