İnvestisiya Şirkətinin rəhbərliyinə təyinat olub .....                     General oğlu vəzifəsindən azad edildi .....                     Rusiya Britaniyaya xəbərdarlıq edib: .....                     “Koordinat Construction” MMC-nin “udduğu” tenderlərdə rolu subartezian quyularını təmir etməkdir, yoxsa… .....                     “Sevgi evi”nin sahibi Könül Qasımova yenidən həbs olundu .....                     Dələduzluqda ittiham olununan David Selivestrov danışdı .....                     “İmzalar saxtadırsa, məsuliyyət daşıyanlar cəzalandırıla bilər” .....                     Moskva ilə adam dilində danışmaq yersizdir... .....                     “Yüzlərlə sakinin həyatı təhlükədədir” .....                     Azərbaycan-Ermənistan sülhü Rusiyanın Cənubi Qafqazdakı təsirini zəiflətdi .....                     “Bıçaqla bədəninin müxtəlif yerlərinə vurdum, boynunu əlimlə sındırdım” .....                     TƏXRİBAT: Azərbaycan Müdafiə Nazirliyinin ərzaqlarına İranda ƏL QOYULDU .....                     İlhamə Quliyevanın oğlu haqda ŞOK FAKTI açıqladı: .....                     Arvadını xüsusi amansızlıqla öldürən şəxs: .....                     Simonyan hərbi rütbə istəyir .....                     Paşinyan “Simonyana görə işdən çıxarılırsan” deyibmiş .....                     Ukrayna vurdu, Moskva işıqsız qaldı .....                     Rusiyada biznesin soyulması görünməmiş həddə çatdı: .....                     Həbsi anons edilən başçı DAHA BİR HƏRBÇİMİZİN MÜLKÜNÜ DAĞIDIB .....                     Ədalət İsmayılov VƏFAT ETDİ .....                     “Avqust Şaxta Babası” və erməni kimliyinin yay dönüşü .....                     Qazax-Bakı qatarında təhlükəli anlar: Pəncərə çatlayıb .....                     Bakıda 3 nəfər kirayədə yaşadıqları evdə bıçaqlanıb .....                     Rusiya-Çin eyni anda savaşa başlaya bilər .....                     Tramp İranla razılaşmanın pozulmasında Omanı günahlandırmağa çalışır .....                     Bu rayonlardan Bakıya gələnlərə pis xəbər .....                     "Son 10 ildə gəldiyiz vəziyyət budur, fələkətli rəqəmlərdir..." .....                     Naxçıvanda bütün problemlərin səbəbkarı tapıldı... .....                     Nəsimi məhkəməsi dələduzluğu belə stimullaşdırır .....                     "Qoy xalq bilməsin xalq artisti Miri Yusif necə oxuyur.." .....                     "Ona yəhudilər haqqında bir neçə sual verdim, yayındı..." .....                     Əgər dövlət puluna alınan bu əmlak BDU-ya lazım deyilsə... .....                     "60-70 dəfə şikayət etdim, yenə düzəlmədi" .....                     "Yunanlar kimi hər zaman fərqli və unudulmaz..." .....                     Nazir dostunu həbsdən qoruya bilərmi? .....                     Köhnə marşrut lövhələri və Anar Rzayevin AYNA-sı .....                     “Universal Hospital”da sertifikatsız həkim .....                     Yerlibazlıq və qohumbazlıqdan dövlətçilik prinsipinə .....                     Hörmüzdən Zəngəzura uzanan “qırmızı xətt”: .....                     “Pilgrim Edu” abituriyentləri aldadır? .....                 

Dələduzluqda ittiham olununan David Selivestrov danışdı - AZƏRBAYCANA QAYIDACAĞAM!..
Tarix: Bu gün, 11:29 | Çap et

Son günlər hüquq müdafiəçisi Çingiz Qənizadənin ittihamları ilə gündəmə gələn David Selivestrov (Əvvəlki adı Kazım Abbasov-red.) haqqında sensasion iddialar ortaya çıxmaqdadır.

Bu barədə yazılan iddialarda Kazım Abbasovun ad-soyadını dəyişdirməsindən tutmuş, dəfələrlə dələduzluq əməllərinə yol verməsi və sair cinayətlər törətməsi barədə fikirlər səsləndirilir.

Gununsesi.info hazırda ölkə xaricinə qaçdığı deyilən David Selivestrovdan bu ittihamlara münsibət öyrənib.

Sizə necə müraciət edək: Kazım Abbasov, yoxsa David Selivestrov?

– Mənim adım David, soyadım isə Selivestovdur.

– Ad-soyadınızı niyə dəyişmisiniz? Əvvəllər dələduzluq cinayətlərində ittiham olunmağınızın burada rolu var?

– David Seliverstov illərdir ictimai fəaliyyətdə tanındığım addır. Seliverstov anamın rəsmi soyadıdır. Uşaqlıqdan ana tərəfimdə məni bu ad və soyadla çağırıblar. Mən bu addan heç vaxt kiminsə şəxsiyyətini mənimsəmək, dövlət orqanlarını aldatmaq və ya qanunsuz maddi mənfəət əldə etmək məqsədilə istifadə etməmişəm. Rəsmi münasibətlərdə qanunvericiliyin tələb etdiyi şəxsiyyət məlumatlarımı təqdim etmişəm. Dələduzluqla bağlı yayılan iddialara gəlincə, bu qədər ağır ittihamlar ümumi ifadələrlə deyil, konkret sübutlarla əsaslandırılmalıdır. Kimi aldatmışam? Kimdən, nə zaman və hansı yolla pul almışam? Bunu təsdiq edən şikayət, müqavilə, qəbz, bank əməliyyatı və ya qanuni qüvvəyə minmiş məhkəmə hökmü varmı? Xüsusilə səsləndirilən 90 min dollar iddiasına aydınlıq gətirilməlidir. Həmin pulu guya kim verib? Harada və nə vaxt verib? Hansı məqsədlə verib? Bu iddianı təsdiqləyən bank köçürməsi, qəbz, müqavilə və ya başqa mötəbər sübut varmı? Belə sübutlar mövcuddursa, ictimaiyyətə və hüquq-mühafizə orqanlarına təqdim edilsin. Yoxdursa, insanı mediada dələduz kimi təqdim etmək həm hüquqa, həm də jurnalist etikasına ziddir. Dələduzluq niyyətinin əsasını, adətən, qanunsuz maddi mənfəət əldə etmək və şəxsi varlanma məqsədi təşkil edir. Belə niyyətdə olan insan yalnız öz qazancını və daha çox pul əldə etməyi düşünür. Mənim son dörd ildə həyata keçirdiyim və sənədlərlə təsdiq oluna bilən fəaliyyət isə tamam fərqli məqsədlərə xidmət edib. Bu müddətdə Azərbaycan–İsrail dostluğu, Qafqaz xalqları arasında həmrəylik, xeyriyyə tədbirləri və sosial məsuliyyət layihələri üçün şəxsi imkanlarımdan vəsait sərf etmişəm.

Haqqımda səsləndirilən 90 min dollar iddiasındakı məbləğdən də artıq vəsait müxtəlif xeyriyyə aksiyalarına, sosial layihələrə və ictimai təşəbbüslərə yönəldilib. Bunlar gizli fəaliyyət olmayıb. Keçirilmiş tədbirlər, edilmiş yardımlar, maliyyə sənədləri, köçürmələr, foto və videomateriallar vasitəsilə həmin fəaliyyətin yoxlanılması mümkündür. Əlbəttə, xeyriyyə fəaliyyəti öz-özlüyündə hər hansı hüquqi ittihamı avtomatik olaraq aradan qaldırmır. Lakin şəxsin niyyəti, həyat tərzi və fəaliyyətinin ümumi istiqaməti qiymətləndirilərkən bu faktlar da nəzərə alınmalıdır. Əgər mənim məqsədim qanunsuz yolla varlanmaq olsaydı, illər ərzində şəxsi vəsaitimi sosial, humanitar və xeyriyyə təşəbbüslərinə sərf etməyimin məntiqi izahı olmazdı. Mən öz fəaliyyətimi yoxlamaqdan yayınmıram. Xeyriyyə və sosial layihələrim araşdırıla bildiyi kimi, mənə qarşı səsləndirilən 90 min dollar iddiası da eyni ciddiliklə araşdırılmalıdır. Mən öz fəaliyyətimlə bağlı sənədləri təqdim etməyə hazıram. İttiham irəli sürən tərəf də öz sözlərini sənədlərlə və konkret faktlarla sübut etməlidir.

-Keçmişdə mühakimə olunmağınız faktı var…

-İnsanın keçmişi haqqında məlumatların yayılması onu bu gün yeni cinayət törətmiş şəxs kimi təqdim etməyə əsas vermir. Məhkumluq qanunla ödənilib və ya məhkəmə qərarı ilə götürülübsə, bu hüquqi vəziyyət də dürüst şəkildə göstərilməlidir. Heç kəs qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmadan təqsirli elan edilə bilməz.

– Heç bir cinayət törətmədinizi bəyan edirsiniz. Elə isə Azərbaycanı niyə tərk etmisiniz?

-Mən Azərbaycanı qaçaraq tərk etməmişəm. Səfərim əvvəlcədən planlaşdırılıb və daxil olduğum birlik tərəfindən göndərilən rəsmi dəvət əsasında baş tutub. Həmin dəvət 20 iyul 2026-cı il tarixində göndərilib. Mənə qarşı mediada qarayaxma kampaniyası isə avqustun 5-dən sonra başlayıb. Tarixlərin özü göstərir ki, səfərimin sonradan yayılan ittihamlardan qaçmaq və ya hər hansı məsuliyyətdən yayınmaq məqsədilə həyata keçirildiyini söyləmək həqiqətə uyğun deyil.

Zərurət yaranarsa, rəsmi dəvəti və səfərimin əsaslarını təsdiq edən sənədləri təqdim etməyə hazıram. Mənim mövqeyim əvvəldən aydın olub: Müdafiə Nazirliyinin büdcəsindən mənimsənildiyi məhkəmə hökmləri ilə müəyyən edilmiş vəsaitlər son qəpiyinədək dövlətə qaytarılmalıdır. Xüsusilə 44 günlük Vətən müharibəsi dövründə ordunun təminatı üçün ayrılmış vəsait adi pul deyil. Bu, əsgərimizin təminatı, şəhid ailələrinin haqqı və xalqın dövlətə olan etimadıdır. Bu mövqeyimi ifadə etdikdən sonra haqqımda kampaniyanın başlanması xronoloji faktdır. Ancaq mən sübut olmadan konkret şəxsləri bu kampaniyanı təşkil etməkdə ittiham etmirəm. Belə bir əlaqə varsa, onu yalnız obyektiv araşdırma və mötəbər sübutlar müəyyən edə bilər.

– Bəzi təqdimatlarda özünüzü həm də hüquq müdafiəçisi kimi təqdim etmisiniz. Hüquq müdafiəçisi olaraq, bugün Avropa Şurasının, yaxud da beynəlxalq hüquq müdafiə təşkilatlarının siyahısında olan həbsdəki hansısa jurnalistin, yaxud da ictimai fəalların hüquqlarının qorunmasında iştirak etmisiniz?

– Mən özümə titul verməmişəm. Qafqaz Yəhudi Birliyi tərəfindən hüquq müdafiəçisi seçilmişəm. Fəaliyyətimi Azərbaycan–İsrail münasibətləri, Qafqazda xalqlar və dinlər arasında həmrəylik, xeyriyyəçilik, insan ləyaqətinin qorunması və dövlətimizin qanuni maraqlarının müdafiəsi istiqamətində qurmuşam. Hüquq müdafiəçisi olmaq yalnız Avropa Şurasının və ya hansısa beynəlxalq təşkilatın siyahısında olan şəxsləri müdafiə etməklə ölçülmür. Mən etmədiyim işi özümə aid edə bilmərəm. Həmin siyahılarda adı olan konkret şəxsləri müdafiə etməmişəmsə, bunu açıq şəkildə deyirəm. Mənim fəaliyyətimin öz istiqaməti, mövqeyi və real nəticələri var. Son dörd ildə fərdi müraciətlərə hüquqi və ictimai dəstək göstərmiş, xeyriyyə aksiyalarında iştirak etmiş, Azərbaycan–İsrail dostluğunun və Qafqazda xalqlararası həmrəyliyin möhkəmləndirilməsinə xidmət edən təşəbbüslər irəli sürmüşəm. Dövlətimizə qarşı əsassız kampaniyalar aparıldıqda ictimai və hüquqi mövqe bildirmişəm. Bütün bunları görüşlər, tədbirlər, müraciətlər, paylaşımlar, foto və videomateriallar vasitəsilə təsdiqləmək mümkündür. Dövlətimizə qarşı qərəzli mövqe tutan və insan hüquqlarını siyasi təzyiq vasitəsinə çevirən beynəlxalq təşkilatlara inamım yoxdur. İnsan hüquqlarının müdafiəsi adı altında Azərbaycan əleyhinə birtərəfli təbliğat aparılmasını qəbul etmirəm. Mənim belə təşkilatlara nə müraciət etmək, nə onlardan müdafiə istəmək, nə də onlara sığınmaq fikrim var. Öz hüquqlarımı Azərbaycan Respublikasının qanunları çərçivəsində, ölkəmin məhkəmələri və səlahiyyətli dövlət qurumları vasitəsilə müdafiə edəcəyəm. Mən siyasətçi deyiləm. Mən hüquq müdafiəçisi, xeyriyyəçi və iş adamıyam. Mənim fəaliyyətim dövlətimə qarşı deyil. Mən qanunun aliliyini, insan ləyaqətini, Azərbaycanın dövlət maraqlarını və Azərbaycan–İsrail dostluğunu müdafiə edirəm. Heç kimdən məni tənqid etməməyi istəmirəm. Sual verilsin, araşdırma aparılsın və sənədlər yoxlanılsın. Amma iddia fakt, şübhə isə hökm kimi təqdim edilməsin. Hüquqi dövlətdə insanın təqsiri media başlığı və ya kiminsə şəxsi mülahizəsi ilə deyil, qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən olunur.

Azərbaycana nə zaman qayıdırsınız?

-Əlbəttə ki, ölkəmə qayıtmağı planlaşdırıram. Azərbaycan mənim ölkəm, doğma Vətənimdir və başımı dik tutaraq, qanuni və açıq şəkildə Azərbaycana qayıdacağam.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İnvestisiya Şirkətinin rəhbərliyinə təyinat olub - ƏMR
Bu gün, 12:05
General oğlu vəzifəsindən azad edildi - BUNDAN SONRA...
Bu gün, 12:00
Rusiya Britaniyaya xəbərdarlıq edib: - London Ukraynaya göndərdiyi dronlara görə cavab verməli olacaq
Bu gün, 11:57
“Koordinat Construction” MMC-nin “udduğu” tenderlərdə rolu subartezian quyularını təmir etməkdir, yoxsa… - İLGİNC FAKTLAR...
Bu gün, 11:46
“Sevgi evi”nin sahibi Könül Qasımova yenidən həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 11:38
Dələduzluqda ittiham olununan David Selivestrov danışdı - AZƏRBAYCANA QAYIDACAĞAM!..
Bu gün, 11:29
“İmzalar saxtadırsa, məsuliyyət daşıyanlar cəzalandırıla bilər” – MMMC ilə bağlı hüquqşünasdan açıqlama
Bu gün, 11:20
Moskva ilə adam dilində danışmaq yersizdir... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:16
“Yüzlərlə sakinin həyatı təhlükədədir” - “AAAF Park”da QALMAQAL
Bu gün, 11:11
Azərbaycan-Ermənistan sülhü Rusiyanın Cənubi Qafqazdakı təsirini zəiflətdi –Fəqət mühüm rıçaqları qalır...
Bu gün, 11:01
“Bıçaqla bədəninin müxtəlif yerlərinə vurdum, boynunu əlimlə sındırdım” - TƏFƏRRÜAT
Bu gün, 10:57
TƏXRİBAT: Azərbaycan Müdafiə Nazirliyinin ərzaqlarına İranda ƏL QOYULDU - "Bizimkilər niyə sakit qalıb?!!"
Bu gün, 10:51
İlhamə Quliyevanın oğlu haqda ŞOK FAKTI açıqladı: - “İki ildir axtarırıq, son dəfə danışanda deyib ki...”
Bu gün, 10:44
Arvadını xüsusi amansızlıqla öldürən şəxs: - ““Bizim kinomuz bura qədər idi” deyərək ona çoxsaylı bıçaq zərbələri endirdim”
Bu gün, 10:37
Simonyan hərbi rütbə istəyir - Paşinyana müraciət etdi
Bu gün, 10:25
Paşinyan “Simonyana görə işdən çıxarılırsan” deyibmiş – İrəvanda skandal
Bu gün, 10:20
Ukrayna vurdu, Moskva işıqsız qaldı - ASTRA
Bu gün, 10:15
Rusiyada biznesin soyulması görünməmiş həddə çatdı: - Bu dəfə adını "əvəzsiz ianə" qoyublar
Bu gün, 09:55
Həbsi anons edilən başçı DAHA BİR HƏRBÇİMİZİN MÜLKÜNÜ DAĞIDIB - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 09:41
Ədalət İsmayılov VƏFAT ETDİ
Bu gün, 09:28
“Avqust Şaxta Babası” və erməni kimliyinin yay dönüşü - "Milli Kimlik Günü"nün yaradılması ...
Bu gün, 09:13
Qazax-Bakı qatarında təhlükəli anlar: Pəncərə çatlayıb - VİDEO
Bu gün, 08:05
Bakıda 3 nəfər kirayədə yaşadıqları evdə bıçaqlanıb - TƏFƏRRÜAT
Bu gün, 07:57
Rusiya-Çin eyni anda savaşa başlaya bilər - Mümkün ssenari
Bu gün, 07:55
Tramp İranla razılaşmanın pozulmasında Omanı günahlandırmağa çalışır - “The Wall Street Journal”
Bu gün, 06:23
Bu rayonlardan Bakıya gələnlərə pis xəbər – Qadağa qoyuldu
Bu gün, 06:21
"Son 10 ildə gəldiyiz vəziyyət budur, fələkətli rəqəmlərdir..." - partiya sədri
Bu gün, 06:13
Naxçıvanda bütün problemlərin səbəbkarı tapıldı... - Di dincəlin...
Bu gün, 06:10
Nəsimi məhkəməsi dələduzluğu belə stimullaşdırır – Elnur İbrahimova “mükafat” kimi qərar
Bu gün, 05:56
"Qoy xalq bilməsin xalq artisti Miri Yusif necə oxuyur.." - REAKSİYA
Bu gün, 05:27
"Ona yəhudilər haqqında bir neçə sual verdim, yayındı..." - keçmiş deputat
Bu gün, 05:14
Əgər dövlət puluna alınan bu əmlak BDU-ya lazım deyilsə... - MÜRACİƏT
Bu gün, 05:09
"60-70 dəfə şikayət etdim, yenə düzəlmədi" - NARAZILIQ VAR...
Bu gün, 04:53
"Yunanlar kimi hər zaman fərqli və unudulmaz..."
Bu gün, 04:51
Nazir dostunu həbsdən qoruya bilərmi? –“Rabitəçi” Sənan Mənsimli və Qarabağ təhsilində ciddi korrupsiya iddiaları
Bu gün, 04:46
Köhnə marşrut lövhələri və Anar Rzayevin AYNA-sı - Biabırçılıq
Bu gün, 04:40
“Universal Hospital”da sertifikatsız həkim - yeni faktlar
Bu gün, 04:34
Yerlibazlıq və qohumbazlıqdan dövlətçilik prinsipinə - REPLİKA
Bu gün, 04:13
Hörmüzdən Zəngəzura uzanan “qırmızı xətt”: - İran ABŞ-ın bölgəyə gəlişinə niyə qarşıdır?
Bu gün, 04:05
“Pilgrim Edu” abituriyentləri aldadır? — Xaricdə təhsil vədi, ödənişlər və saxta sənəd iddiaları
Bu gün, 04:01
Ermənistanın Rusiyaya qarşı yeni qərarı nə deməkdir? - GƏLİŞMƏ
Bu gün, 03:57
Başçının adamları pul yığmaqla məşğuldur - GİLEY
Bu gün, 03:55
Valideynlər bir uşağı məktəbə neçəyə yola salacaqlar? - Sentyabrın əsas xərci...
Bu gün, 03:49
Türkiyədə çökdürlən dini cərəyan Süleymançıların Azərbaycanda şəbəkəsi varmı? - AKTUAL
Bu gün, 03:47
"Eurocar Rent A Car" MMC iflas etdi – 97 min manat borcu var
Bu gün, 03:40
Zəngəzur dəhlizi: İldə 3 milyard qazanc və üstün mövqe - ARAŞDIRMA
Bu gün, 03:34
Sərhəddə “güzgü effekti”? – yüzlərlə xarici TIR Azərbaycana keçə bilmir
Bu gün, 03:09
Ceki Çanın çəkildiyi filmin Azərbaycandakı çəkilişləri başa çatıb
Dünən, 18:04
Vaşinqtonda yenilik: - Bakının 34 ildir gözlədiyi qərar verilir?
Dünən, 18:02
İvanişvili məni və ailəmi məhv etmək istəyir - Gürcüstanın keçmiş baş naziri
Dünən, 17:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru