“İnno Kapital İnvestisiya Şirkəti” ASC-nin Müşahidə Şurasında dəyişiklik baş verib.
Banker.az xəbər verir ki, İnvestisiya Şirkətinin Müşahidə Şurasının üzvü Vüqar Mirzəyev Bəhlul oğlunu Fərid Əhmədli Vidadi oğlu əvəz edib.
Xatırladaq ki, “İnno Kapital” 2012-ci ildə “PSG Kapital” adı ilə yaradılıb, 2025-ci ildə rebrendinqi edib. Onun nizamnamə kapitalı 6.25 milyon manatdır. İnvestisiya şirkətinin səhmdarı 100% Faiq Məmmədovdur.














