General oğlu vəzifəsindən azad edildi .....                     Rusiya Britaniyaya xəbərdarlıq edib: .....                     “Koordinat Construction” MMC-nin “udduğu” tenderlərdə rolu subartezian quyularını təmir etməkdir, yoxsa… .....                     “Sevgi evi”nin sahibi Könül Qasımova yenidən həbs olundu .....                     Dələduzluqda ittiham olununan David Selivestrov danışdı .....                     “İmzalar saxtadırsa, məsuliyyət daşıyanlar cəzalandırıla bilər” .....                     Moskva ilə adam dilində danışmaq yersizdir... .....                     “Yüzlərlə sakinin həyatı təhlükədədir” .....                     Azərbaycan-Ermənistan sülhü Rusiyanın Cənubi Qafqazdakı təsirini zəiflətdi .....                     “Bıçaqla bədəninin müxtəlif yerlərinə vurdum, boynunu əlimlə sındırdım” .....                     TƏXRİBAT: Azərbaycan Müdafiə Nazirliyinin ərzaqlarına İranda ƏL QOYULDU .....                     İlhamə Quliyevanın oğlu haqda ŞOK FAKTI açıqladı: .....                     Arvadını xüsusi amansızlıqla öldürən şəxs: .....                     Simonyan hərbi rütbə istəyir .....                     Paşinyan “Simonyana görə işdən çıxarılırsan” deyibmiş .....                     Ukrayna vurdu, Moskva işıqsız qaldı .....                     Rusiyada biznesin soyulması görünməmiş həddə çatdı: .....                     Həbsi anons edilən başçı DAHA BİR HƏRBÇİMİZİN MÜLKÜNÜ DAĞIDIB .....                     Ədalət İsmayılov VƏFAT ETDİ .....                     “Avqust Şaxta Babası” və erməni kimliyinin yay dönüşü .....                     Qazax-Bakı qatarında təhlükəli anlar: Pəncərə çatlayıb .....                     Bakıda 3 nəfər kirayədə yaşadıqları evdə bıçaqlanıb .....                     Rusiya-Çin eyni anda savaşa başlaya bilər .....                     Tramp İranla razılaşmanın pozulmasında Omanı günahlandırmağa çalışır .....                     Bu rayonlardan Bakıya gələnlərə pis xəbər .....                     "Son 10 ildə gəldiyiz vəziyyət budur, fələkətli rəqəmlərdir..." .....                     Naxçıvanda bütün problemlərin səbəbkarı tapıldı... .....                     Nəsimi məhkəməsi dələduzluğu belə stimullaşdırır .....                     "Qoy xalq bilməsin xalq artisti Miri Yusif necə oxuyur.." .....                     "Ona yəhudilər haqqında bir neçə sual verdim, yayındı..." .....                     Əgər dövlət puluna alınan bu əmlak BDU-ya lazım deyilsə... .....                     "60-70 dəfə şikayət etdim, yenə düzəlmədi" .....                     "Yunanlar kimi hər zaman fərqli və unudulmaz..." .....                     Nazir dostunu həbsdən qoruya bilərmi? .....                     Köhnə marşrut lövhələri və Anar Rzayevin AYNA-sı .....                     “Universal Hospital”da sertifikatsız həkim .....                     Yerlibazlıq və qohumbazlıqdan dövlətçilik prinsipinə .....                     Hörmüzdən Zəngəzura uzanan “qırmızı xətt”: .....                     “Pilgrim Edu” abituriyentləri aldadır? .....                     Ermənistanın Rusiyaya qarşı yeni qərarı nə deməkdir? .....                 

“İmzalar saxtadırsa, məsuliyyət daşıyanlar cəzalandırıla bilər” – MMMC ilə bağlı hüquqşünasdan açıqlama
Tarix: Bu gün, 11:20 | Çap et

Jurnalist Elman Eldaroğlu “Facebook” sosial hesabında yazaraq bildirib ki, onun yaşadığı binanın idarəedilməsi və nəzarəti binada mülkiyyət payı olan sakinlərə həvalə edilib. O deyib ki, bu da saxtakarlığa və özbaşınalığa yol açır.

Jurnalist deyib ki, yaşadığı 9-cu mikrorayon, Mir Cəlal küşəsi 143 A binasını Binəqədi-38 MMMC idarə edir:

“Bu MMMC-nin rəhbərliyi qanunvericiliyin tələblərinə uyğun heç bir yığıncaq-seçki keçirmədən, sakinlərə başqa adla imza atdıraraq MMMC-ni 29 mart 2024-cü ildə Ədliyyə Nazirliyində qeyri-kommersiya hüquqi şəxs kimi dövlət qeydiyyatına sala bilib. Bu barədə Ədliyyə Nazirliyinə rəsmi müraciət etsək də, bizə yerli məhkəməyə müraciət etmək tövsiyə olunub. Buradan belə çıxır ki, bir neçə sakin mülkiyyətçilərin yığıncağını keçirmədən digər sakinlərdən imza toplamaqla binanın idarəetməsini asanlıqla ələ keçirə bilər. Çünki qeydiyyata götürən orqan, daxil olan sənədlərin doğruluğunu yoxlamır. Bundan əlavə, artıq iki il beşinci aydır ki, “Binəqədi-38” MMMC VÖEN olmadan fəaliyyət göstərir”.

Dövlət Vergi Xidməti də sorğumuza cavab olaraq “Binəqədi-38” MMMC adlı hüquqi şəxsin dövlət qeydiyyatına alınması barədə məlumatın olmadığını bildirib.

  • Vergi uçotunda olmayan bir qurumun faktiki olaraq fəaliyyət göstərməsi və sakinlərdən ödəniş toplaması qanunidirmi?

    Buna görə kim məsuliyyət daşıyır və hansı cəza tətbiq oluna bilər?

Bu barədə Bizimyol.info xəbər portalına açıqlamasında Konstitusiya Araşdırılması Fondunun prezidenti, hüquqşünas Əliməmməd Nuriyev bildirib ki, səslər sakinlərin sayına görə deyil, onların ümumi əmlakdakı payına uyğun hesablanır: “Son vaxtlar tez-tez çoxmənzilli binaların idarə edilməsi ilə bağlı mübahisələr meydana çıxır. Bu mübahisələr daha çox həmin çoxmənzilli binanı tikən MMMC ilə sakinlər arasında olur, yaxud bir qrup sakinlər arasında olur. Mənim qənaitimcə burada ilk növbədə MMMC -nin yaradılamsının qanuniliyi araşdırılmalıdır. Mənzil Məcəlləsinə görə, belə cəmiyyət yalnız sahə mülkiyyətçilərinin ümumi yığıncağında yaradılır. Qərarın lehinə binadakı ümumi səslərin 50 faizindən çoxuna malik mülkiyyətçilər səs verməlidir. Burada səslər sakinlərin sayına görə deyil, onların ümumi əmlakdakı payına uyğun hesablanır. Məsələn, bir mənzildə 5 nəfər yaşaya bilər, amma bu, bir mülkiyyət payıdır. Ona görə də səslər mənzil mülkiyyətçilərinin payına uyğun hesablanır. Mənzildə neçə nəfərin yaşamasından asılı olmayaraq, mülkiyyətçinin bir səsi olur”.

Əliməmməd Nuriyev vurğulayıb ki, vergi uçotuna alınmadan iki ildən artıq fəaliyyət göstərilməsi Vergi Məcəlləsinin tələblərinin pozulmasıdır: “Yığıncağın mütləq əyani formada keçirilməsi tələb olunmur, qiyabi səsvermə də mümkündür. Ancaq bu halda mülkiyyətçiyə gündəlik barədə əvvəlcədən məlumat verilməli, onun yazılı qərarında mülkiyyət sənədi və hər məsələ üzrə lehinə və əleyhinə, yaxud bitərəf mövqe göstərilməlidir. Sakinlərə başqa məqsəd adı ilə imza atdırıb və həmin imzalar sonradan MMMC-nin yaradılması üçün istifadə olunubsa, bunu qanuni səsvermə hesab etmək olmaz. Amma bu məsələ araşdırılmalıdır. Mənzil mülkiyyətçilərin müştərək cəmiyyəti (MMMC) qeyri-kommersiya hüquqi şəxs kimi Ədliyyə Nazirliyində qeydiyyata alınır. Bundan sonra 30 gün ərzində vergi uçotuna durmalı və VÖEN əldə etməlidirlər. Vergi uçotuna alınmadan iki ildən artıq fəaliyyət göstərilməsi Vergi Məcəlləsinin tələblərinin pozulmasıdır. Uçota alınmaq üçün ərizənin vaxtında verilməməsinə görə İnzibati Xətalar Məcəlləsinə əsasən 40 manat məbləğində sanksiya nəzərdə tutulur. Lakin bununla məsuliyyət bitmir. Hesabatların təqdim edilməməsi, vergilərin, sosial sığortanın və başqa məcburi ödənişlərin hesablanmaması ayrıca borc və maliyyə sanksiyalarının yaranmasına səbəb ola bilər. Bu məsələ artıq araşdırma nəticəsində müəyyən olunacaq”.

Əliməmməd Nuriyev deyib: “Sakinlərin binanın saxlanması və kommunal xidmətlər üçün vəsait toplaması özlüyündə qanunsuz deyil. Mülkiyyətçilər ümumi əmlakın saxlanması xərclərində iştirak etməlidirlər. Çünki binada yaşayırlarsa, əlbəttə, onun saxlanması məsələsi var. Orada liftin saxlanması, həyətin işıqlandırılması, koridorun işıqlandırılması, ümumi kanalizasiya xətti və s. - onların hamısı əmlakın saxlanması xərclərinə daxildir və bu xərclərin ödənilməsində iştirak etməlidirlər. Əks halda, bina bərbad günə düşə bilər.

Bununla belə, pulu toplayan qurumun qanuni səlahiyyəti, ödənişin məbləğini təsdiq edən qərarı, xərc smetası və ödənişi təsdiq edən mühasibat sənədləri olmalıdır”, – deyə hüquqşünas bildirib.

Əliməmməd Nuriyevin sözlərinə görə, : “VÖEN-in olmaması sakinlərin ümumi xərclərdə iştirak etmək vəzifəsini aradan qaldırmır. Amma konkret qurumun həmin vəsaitin toplanmasının və idarə edilməsinin qanuniliyinə ciddi şübhə yaradır. Bu halı avtomatik olaraq qanunsuz sahibkarlıq kimi qiymətləndirmək düzgün olmaz. İnzibati Xətalar Məcəlləsinin 398-ci və Cinayət Məcəlləsinin 192-ci maddələrinin tətbiqi üçün fəaliyyətin gəlir əldə etmək məqsədi daşıyan sahibkarlıq fəaliyyəti olduğu sübuta yetirilməlidir.

MMMC-lərin yalnız binanın saxlanması məqsədilə topladığı ödənişlər adətən sahibkarlıq fəaliyyəti sayılmır. Çünki vəsait daxil olur və xərclərə yönəlir. Yenə də yalnız bina ilə bağlı xərclərə yönəlir.

Əgər qurum qeydiyyatsız şəkildə ödənişli xidmətlər göstərib mənfəət əldə edibsə, 50 min manata qədər gəlir və ziyana görə inzibati, daha yüksək məbləğlərdə isə cinayət məsuliyyəti yarana bilər. 50 min manata qədər məbləğdə inzibati məsuliyyət yaranır, daha yüksək məbləğ olarsa, bu mənfəət hesab edilir. Onda cinayət məsuliyyəti yarana bilər.

İmzaların saxtalaşdırıldığı iddiası təsdiqlənərsə, məsuliyyəti həmin sənədləri hazırlayan və təqdim edən şəxslər daşımalıdır. Sənədin hüquqi xarakterindən asılı olaraq, cinayət məsuliyyətini nəzərdə tutan 320-ci maddə, sakinləri aldatma yolu ilə vəsait ələ keçirilibsə, dələduzluq və ya mənimsəmə ilə bağlı maddələr də tətbiq oluna bilər. Amma belə nəticə yalnız imzaların ekspertizası, maliyyə sənədlərinin araşdırılması və istintaq nəticəsində verilə bilər”.

Əliməmməd Nuriyevin fikrincə MMMC -nin qanun pozuntusuna yol verildiyi sübut olunarsa, onun dövlət qeydiyyatı məhkəmə tərəfindən etibarsız sayıla bilər: “Ədliyyə Nazirliyinin məsuliyyəti isə saxta sənədin təqdim olunmasından avtomatik yaranmır. Qeydiyyat orqanı təqdim edilən sənədlərin qanunun tələblərinə uyğunluğunu yoxlayır. İmzaların həqiqiliyi barədə mübahisə adətən ekspertiza və məhkəmə yolu ilə həll edilir. Ədliyyə Nazirliyinin bunu yoxlamaq imkanı da yoxdur, bunu yoxlamalı da deyil. Sənədlər təqdim olunur, sənədlərin qanuniliyini təsdiq edən protokol, yarıdan çoxunun imzası və s. olur. Qanunvericiliyin tələblərinə uyğun olaraq hazırlanıb, ümumi yığıncaq keçirilib, binanın idarəedilmə strukturları yaradılıb və s. Nazirlik bunları yoxlayır və qanunun tələblərinə uyğundursa, həmin MMMC-ni qeydiyyata alır.

Bununla belə, MMMC yaradılarkən ciddi qanun pozuntusuna yol verildiyi sübut olunarsa, onun dövlət qeydiyyatı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Yəni bunlar özləri etibarsız sayıla bilməz. Əgər sənədlər formal baxımdan hər şey yerində olmaqla təqdim olunursa, Ədliyyə Nazirliyinin bunu yoxlamağa nə resursu, nə də səlahiyyəti var. Onlar bunu yalnız sənədlər üzrə yoxlaya bilərlər. Əgər hesab etsələr ki, saxtakarlıq olub, aidiyyəti üzrə müraciət edə bilərlər. Məhkəmə qaydasında MMMC-nin qeydiyyatı etibarsız hesab edilə bilər.

Sakinlər Ədliyyə Nazirliyindəki qeydiyyat sənədlərinin, ümumi yığıncaq protokolunun, səsvermə vərəqlərinin və nizamnamənin məhkəmə vasitəsilə tələb olunmasına nail olmalıdırlar. Vergi uçotu və toplanmış vəsaitlərlə bağlı, imzaların saxtalaşdırılması şübhəsi üzrə isə Dövlət Vergi Xidmətinə, polisə və ya prokurorluğa müraciət etməlidirlər.

Ümumi yığıncağın qərarından şikayətlə bağlı da məlumat əldə edildiyi gündən 6 aylıq müddətin tutulduğu nəzərə alınmalıdır”.

Əliməmməd Nuriyev əlavə edib: “Burada problem binanın mülkiyyətçilər tərəfindən idarə edilməsi deyil. Bu, qanunun nəzərdə tutduğu normal idarəetmə üsullarından biridir. Əsas məsələ mülkiyyətçilərin hüquqi iradəsinin olub-olmaması, toplanmış vəsaitlərin rəsmiləşdirilməsi və idarəetmənin şəffaf aparılmasıdır”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
General oğlu vəzifəsindən azad edildi - BUNDAN SONRA...
Bu gün, 12:00
Rusiya Britaniyaya xəbərdarlıq edib: - London Ukraynaya göndərdiyi dronlara görə cavab verməli olacaq
Bu gün, 11:57
“Koordinat Construction” MMC-nin “udduğu” tenderlərdə rolu subartezian quyularını təmir etməkdir, yoxsa… - İLGİNC FAKTLAR...
Bu gün, 11:46
“Sevgi evi”nin sahibi Könül Qasımova yenidən həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 11:38
Dələduzluqda ittiham olununan David Selivestrov danışdı - AZƏRBAYCANA QAYIDACAĞAM!..
Bu gün, 11:29
“İmzalar saxtadırsa, məsuliyyət daşıyanlar cəzalandırıla bilər” – MMMC ilə bağlı hüquqşünasdan açıqlama
Bu gün, 11:20
Moskva ilə adam dilində danışmaq yersizdir... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:16
“Yüzlərlə sakinin həyatı təhlükədədir” - “AAAF Park”da QALMAQAL
Bu gün, 11:11
Azərbaycan-Ermənistan sülhü Rusiyanın Cənubi Qafqazdakı təsirini zəiflətdi –Fəqət mühüm rıçaqları qalır...
Bu gün, 11:01
“Bıçaqla bədəninin müxtəlif yerlərinə vurdum, boynunu əlimlə sındırdım” - TƏFƏRRÜAT
Bu gün, 10:57
TƏXRİBAT: Azərbaycan Müdafiə Nazirliyinin ərzaqlarına İranda ƏL QOYULDU - "Bizimkilər niyə sakit qalıb?!!"
Bu gün, 10:51
İlhamə Quliyevanın oğlu haqda ŞOK FAKTI açıqladı: - “İki ildir axtarırıq, son dəfə danışanda deyib ki...”
Bu gün, 10:44
Arvadını xüsusi amansızlıqla öldürən şəxs: - ““Bizim kinomuz bura qədər idi” deyərək ona çoxsaylı bıçaq zərbələri endirdim”
Bu gün, 10:37
Simonyan hərbi rütbə istəyir - Paşinyana müraciət etdi
Bu gün, 10:25
Paşinyan “Simonyana görə işdən çıxarılırsan” deyibmiş – İrəvanda skandal
Bu gün, 10:20
Ukrayna vurdu, Moskva işıqsız qaldı - ASTRA
Bu gün, 10:15
Rusiyada biznesin soyulması görünməmiş həddə çatdı: - Bu dəfə adını "əvəzsiz ianə" qoyublar
Bu gün, 09:55
Həbsi anons edilən başçı DAHA BİR HƏRBÇİMİZİN MÜLKÜNÜ DAĞIDIB - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 09:41
Ədalət İsmayılov VƏFAT ETDİ
Bu gün, 09:28
“Avqust Şaxta Babası” və erməni kimliyinin yay dönüşü - "Milli Kimlik Günü"nün yaradılması ...
Bu gün, 09:13
Qazax-Bakı qatarında təhlükəli anlar: Pəncərə çatlayıb - VİDEO
Bu gün, 08:05
Bakıda 3 nəfər kirayədə yaşadıqları evdə bıçaqlanıb - TƏFƏRRÜAT
Bu gün, 07:57
Rusiya-Çin eyni anda savaşa başlaya bilər - Mümkün ssenari
Bu gün, 07:55
Tramp İranla razılaşmanın pozulmasında Omanı günahlandırmağa çalışır - “The Wall Street Journal”
Bu gün, 06:23
Bu rayonlardan Bakıya gələnlərə pis xəbər – Qadağa qoyuldu
Bu gün, 06:21
"Son 10 ildə gəldiyiz vəziyyət budur, fələkətli rəqəmlərdir..." - partiya sədri
Bu gün, 06:13
Naxçıvanda bütün problemlərin səbəbkarı tapıldı... - Di dincəlin...
Bu gün, 06:10
Nəsimi məhkəməsi dələduzluğu belə stimullaşdırır – Elnur İbrahimova “mükafat” kimi qərar
Bu gün, 05:56
"Qoy xalq bilməsin xalq artisti Miri Yusif necə oxuyur.." - REAKSİYA
Bu gün, 05:27
"Ona yəhudilər haqqında bir neçə sual verdim, yayındı..." - keçmiş deputat
Bu gün, 05:14
Əgər dövlət puluna alınan bu əmlak BDU-ya lazım deyilsə... - MÜRACİƏT
Bu gün, 05:09
"60-70 dəfə şikayət etdim, yenə düzəlmədi" - NARAZILIQ VAR...
Bu gün, 04:53
"Yunanlar kimi hər zaman fərqli və unudulmaz..."
Bu gün, 04:51
Nazir dostunu həbsdən qoruya bilərmi? –“Rabitəçi” Sənan Mənsimli və Qarabağ təhsilində ciddi korrupsiya iddiaları
Bu gün, 04:46
Köhnə marşrut lövhələri və Anar Rzayevin AYNA-sı - Biabırçılıq
Bu gün, 04:40
“Universal Hospital”da sertifikatsız həkim - yeni faktlar
Bu gün, 04:34
Yerlibazlıq və qohumbazlıqdan dövlətçilik prinsipinə - REPLİKA
Bu gün, 04:13
Hörmüzdən Zəngəzura uzanan “qırmızı xətt”: - İran ABŞ-ın bölgəyə gəlişinə niyə qarşıdır?
Bu gün, 04:05
“Pilgrim Edu” abituriyentləri aldadır? — Xaricdə təhsil vədi, ödənişlər və saxta sənəd iddiaları
Bu gün, 04:01
Ermənistanın Rusiyaya qarşı yeni qərarı nə deməkdir? - GƏLİŞMƏ
Bu gün, 03:57
Başçının adamları pul yığmaqla məşğuldur - GİLEY
Bu gün, 03:55
Valideynlər bir uşağı məktəbə neçəyə yola salacaqlar? - Sentyabrın əsas xərci...
Bu gün, 03:49
Türkiyədə çökdürlən dini cərəyan Süleymançıların Azərbaycanda şəbəkəsi varmı? - AKTUAL
Bu gün, 03:47
"Eurocar Rent A Car" MMC iflas etdi – 97 min manat borcu var
Bu gün, 03:40
Zəngəzur dəhlizi: İldə 3 milyard qazanc və üstün mövqe - ARAŞDIRMA
Bu gün, 03:34
Sərhəddə “güzgü effekti”? – yüzlərlə xarici TIR Azərbaycana keçə bilmir
Bu gün, 03:09
Ceki Çanın çəkildiyi filmin Azərbaycandakı çəkilişləri başa çatıb
Dünən, 18:04
Vaşinqtonda yenilik: - Bakının 34 ildir gözlədiyi qərar verilir?
Dünən, 18:02
İvanişvili məni və ailəmi məhv etmək istəyir - Gürcüstanın keçmiş baş naziri
Dünən, 17:53
“Faytonçu” Nazimin görünüşündə diqqətçəkən dəyişiklik - FOTO
Dünən, 17:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru