Tramp İranla razılaşmanın pozulmasında Omanı günahlandırmağa çalışır .....                     Bu rayonlardan Bakıya gələnlərə pis xəbər .....                     "Son 10 ildə gəldiyiz vəziyyət budur, fələkətli rəqəmlərdir..." .....                     Naxçıvanda bütün problemlərin səbəbkarı tapıldı... .....                     Nəsimi məhkəməsi dələduzluğu belə stimullaşdırır .....                     "Qoy xalq bilməsin xalq artisti Miri Yusif necə oxuyur.." .....                     "Ona yəhudilər haqqında bir neçə sual verdim, yayındı..." .....                     Əgər dövlət puluna alınan bu əmlak BDU-ya lazım deyilsə... .....                     "60-70 dəfə şikayət etdim, yenə düzəlmədi" .....                     "Yunanlar kimi hər zaman fərqli və unudulmaz..." .....                     Nazir dostunu həbsdən qoruya bilərmi? .....                     Köhnə marşrut lövhələri və Anar Rzayevin AYNA-sı .....                     “Universal Hospital”da sertifikatsız həkim .....                     Yerlibazlıq və qohumbazlıqdan dövlətçilik prinsipinə .....                     Hörmüzdən Zəngəzura uzanan “qırmızı xətt”: .....                     “Pilgrim Edu” abituriyentləri aldadır? .....                     Ermənistanın Rusiyaya qarşı yeni qərarı nə deməkdir? .....                     Başçının adamları pul yığmaqla məşğuldur .....                     Valideynlər bir uşağı məktəbə neçəyə yola salacaqlar? .....                     Türkiyədə çökdürlən dini cərəyan Süleymançıların Azərbaycanda şəbəkəsi varmı? .....                     "Eurocar Rent A Car" MMC iflas etdi .....                     Zəngəzur dəhlizi: İldə 3 milyard qazanc və üstün mövqe .....                     Sərhəddə “güzgü effekti”? .....                     Ceki Çanın çəkildiyi filmin Azərbaycandakı çəkilişləri başa çatıb .....                     Vaşinqtonda yenilik: .....                     İvanişvili məni və ailəmi məhv etmək istəyir .....                     “Faytonçu” Nazimin görünüşündə diqqətçəkən dəyişiklik .....                     Ermənistanda şaftalı böhranı: .....                     TƏBİB 1,6 mln. manatlıq tibbi vasitə alır .....                     Agentlik rəhbəri bu peşə mərkəzinə direktor təyin etdi .....                     Lisenziyadan kənar işlər görülürmüş... .....                     İş adamı Quvat Beybutovun "pulunu yeyənlər" .....                     Moskvada terrora çağırış edən jurnalistə cinayət işi açıldı .....                     Paşinyanın yeni təhlükəsizlik şefi müharibə elan etdi .....                     Akademikin oğluna YÜKSƏK VƏZİFƏ VERİLDİ .....                     “David Seliverstov” indi də ayın 20-də gəlir .....                     Sakinlər 114 sayılı marşrut avtobusundan narazıdırlar .....                     Fərhad Adıgözəlov 4 ay sonra bu idarəyə rəis əvəzi gətirdi .....                     Buğda bahalaşdı: Bəs çörək? .....                     “Əliyev son açıqlaması ilə əslində bizə xəbərdarlıq edib” .....                 

Nəsimi məhkəməsi dələduzluğu belə stimullaşdırır – Elnur İbrahimova “mükafat” kimi qərar
Tarix: Bu gün, 05:56 | Çap et

"Nəsimi Rayon Məhkəməsinin hakimi Lamiyə Türkmənli xüsusilə külli miqdarda dələduzluq işi üzrə məhkum edilmiş Elnur İbrahimovun işi üzrə qərar verib.
Məsələnin mahiyyəti budur ki, Elnur İbrahimov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən zərərçəkmiş Fərman Məmmədova 513 min manat zərər ödəməlidir. Amma ödəmir!.." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış jurnalist Anar Məmmədov qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ramin Məmmədov Elnur İbrahimovun ödəmədən yayınması, ayda 100-200 manat ödəməklə işini bitmiş hesab etməsini nəzərə almaqla barəsində protokol tərtib edib. Hakim Lamiyə Türkmənli xüsusilə külli miqdarda dələduzluq etmiş Elnur İbrahimovun barəsində qanuni tədbir görmək əvəzinə onu məhkəmə zalından sərbəst buraxıb. Hakimin tutduğu mövqe, Elnur İbrahimovun əməlinə görə tədbir görməməsi Azərbaycanda dələduzluq cinayətlərini stimullaşdırmaqdan başqa bir şey deyil.
Elnur İbrahimov illər əvvəl yalan vəd verməklə, iş qurmaq adı ilə 8 vətəndaşdan 1 milyon manata yaxın vəsait toplayıb, yəni xüsusilə külli miqdarda dələduzluq edib və məsələnin üstü açılanda ölkədən qaçırılıb. 5 il sonra onu Moskvada tutublar. Orada Azərbaycana qaytarılmaması üçün daha bır fırıldağa əl atıb. Bu dəfə qaçaq düşməzdən əvvəl Azərbaycanda olarkən hüquq mühafizə orqanında döyülməsi, burnunun sındırılması kimi iftiralar səsləndirib və dediklərini əsas gətirməklə ölkəyə qaytarılacağı – ekstradisya olunacağı təqdirdə işgəncəyə məruz qalacağını bildirib. Rusiya Ali Məhkəməsində onun dedikləri araşdırılıb və Elnur İbrahimovun yalan danışdığı üzə çıxıb. Bundan sonra Azərbaycana ekstradisiya olunub və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən məhkum olunub, zərərçəkənlərdən yalnız Fərman Məmmədovun ona qarşı mülki iddiası təmin olunub. Ümumilikdə Elnur İbrahimovun adı keçən dələduzluq işində 8 milyon manata yaxın vəsait ələ keçirilib.
Nəsimi məhkəməsinin hakimi Lamiyə Türkmənlinin gözardı etdiyi 513 min manat sadəcə tərəflər arasında yaranmış adi kommersiya borcu deyil. Söhbət cinayət işi ilə əlaqəli məhkəmə qərarından və həmin qərardan irəli gələn mülki öhdəlikdən gedir. Məsələ artıq məhkəmə aktının faktiki icrası müstəvisinə keçir. Azərbaycan qanunvericiliyində dələduzluqla bağlı ziyanın məbləği də ayrıca hüquqi əhəmiyyət daşıyır. Ali Məhkəmənin Plenumunun izahına görə, 500 min manatdan yuxarı ziyan xüsusilə külli miqdarda ziyan vurmaqla törədilmiş dələduzluq kimi qiymətləndirilir, müvafiq olaraq hüquqi yanaşma da dəyişir. Başqa sözlə bu halda dələduzluq etmiş şəxsə qanunun ən sərt üzü göstərilir. Görünür 3 ayın hakimi Lamiyə Türkmənli bu məsələdən hali deyil.
Deməli, 513 min manat rəqəmi hüquqi baxımdan da təsadüfi rəqəm deyil.
Əgər məhkəmə qərarı qanuni qüvvəyə minib və icra sənədi mövcuddursa, növbəti mərhələ icra prosesidir. Burada artıq belə sual yaranır – Elnur İbrahimovun həqiqətən ödəmək imkanı yoxdur, yoxsa ödəmək istəmir?
Məhz burada Elnur İbrahimovun iş üzrə mülki iddiaçı olmayan birinə 55 min manat ödəməsi məsələsi xüsusi əhəmiyyət qazanır. Məsələ burasındadır ki, Elnur İbrahimov həbsdə olduğu dövrdə mülki iddiaçı Fərman Məmmədovun tələbinə görə heç bir ödəniş etmədiyi halda, mülki iddiaçı olmayan birinə 55 min manat ödəyib. Ödəniş sənədləri Ali Məhkəməyə təqdim olunub, Ali Məhkəmə bu məqamı nəzərə almaqla onun cəzasını 3 ay azaldıb. Deməli Elnur İbrahimovun ödəmə qabiliyyəti var.
Bundan başqa, onun 1 milyon manata yaxın vəsaiti dələduzluqla ələ keçirməsi məhkəmə hökmü ilə təsdiq olunub!
Belə olan halda hakim Lamiyə Türkmənlinin verdiyi qərarın əsaslı olmasını böyük şübhə yaranır.
Bu gün Elnur İbrahimovun üzərində məhkəmə qərarı ilə müəyyən edilmiş 513 min manatlıq öhdəlik, digər tərəfdə isə əhəmiyyətli məbləğdə başqa ödəniş barədə məlumat varsa, hakimin “humanist” davranışının qaynağı nədir?
Daha bir diqqətçəkən məqam isə sonrakı ödənişlərlə bağlıdır. Maralıdır ki, icra prosesi çərçivəsində Elnur İbrahimovdan borcun ödənilməsi tələb olunduqda müxtəlif vaxtlarda 100, 200, 300, 400 manat kimi kiçik məbləğlər ödəyir. Əlbəttə, 100 manat da ödənişdir. Amma 513 min manatlıq öhdəlik qarşısında məsələyə yalnız “ödəniş edib-etməmək” prizmasından yanaşmaq kifayət deyil. Aydındır ki, bu ödənişlər icra tədbirlərindən yayınmaq üçün formal addımlardır.
513 min manatın 200 və ya 300 manatlıq hissələrlə ödənilməsi borcun 100 ildən artıq müddətə ödənilməsi deməkdir.
Hətta 1000 manat, 10 min manat və ya 50 min manat ödənilsə belə, qalan məbləğ yenə də icra edilməlidir.
Burada söhbət sadəcə zərərçəkənin şikayətindən getmir. Çünki icra məmuru məhkəmə qərarının icrası prosesində qanunla müəyyən edilmiş səlahiyyətlərini həyata keçirən dövlət nümayəndəsidir. Onun tərtib etdiyi protokolun məhkəməyə təqdim olunması isə mahiyyət etibarı ilə ödəmədə ciddi problemlərin olduğunu təsdiq edir. Belə olduğu halda məhkəmə icra prosesində qanunun tələblərinin pozulması barədə təqdimata niyə belə münasibət göstərib?
Məhkəmə xüsusilə külli miqdarda dələduzluq etmiş birinə qarşı hər hansı tədbir görməyibsə, qərarın hüquqi əsaslandırılması nədir?
Fakt budur ki, Elnur İbrahimov barəsində qüvvədə olan məhkəmə hökmü var, həmin hökmün müəyyən etdiyi hüquqi nəticələrə hörmət edilməlidir. Elnur İbrahimovun borcu varsa, həmin borcun taleyi də qanun çərçivəsində həll edilməlidir. Məhkəmə qərarı hamı üçün eyni dərəcədə icra olunmalıdır!
Əks halda Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı kağız üzərində qala bilər.
Nəsimi Məhkəməsinin hakimi Lamiyə Türkmənlinin qərarsızlığı dələduzluq cinayətlərinə “yaşıl işıq” yandırmaqdır.
Hakim nəzərə almalı idi ki, Elnur İbrahimovun həbsi, cəzaya çatdırılması üçün onun aldatdığı, dələduzluq etdiyi vətəndaşlar illərlə hüquqi müstəvidə mübarizə aparıblar. Nəhayətdə onu məhkəmə qarşısına çıxarıb cəza təyin edib, üzərinə dələduzluqla əldə etdiyi vəsaitlərin az bir hissəsini ödəmək öhdəliyi qoyulub. Bunun üçün vətəndaşlar illərlə məhkəmə proseslərində iştirak ediblər. Qərar qanuni qüvvəyə minəndən sonra isə zərərçəkən yenidən illərlə icra prosesində mübarizə aparmalı olur.
Bir tərəfdə 513 min manatlıq məhkəmə öhdəliyi, digər tərəfdə illərlə davam edən ödəniş problemi, üçüncü tərəfdə 55 min manatlıq ödəniş barədə məlumat, dördüncü tərəfdə icra məmurunun müdaxiləsi və protokol, beşinci tərəfdə isə məhkəmənin həmin protokola münasibəti ilə bağlı suallar var. Bütün bunların birlikdə yaratdığı mənzərə araşdırılmalıdır. Çünki burada yalnız “borclu niyə pul ödəmir?” sualı yoxdur. Ən pis variant qərarın nə tam icra olunması, nə də icra edilməməsinin hüquqi nəticəsinin aydın olmasıdır..."








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tramp İranla razılaşmanın pozulmasında Omanı günahlandırmağa çalışır - “The Wall Street Journal”
Bu gün, 06:23
Bu rayonlardan Bakıya gələnlərə pis xəbər – Qadağa qoyuldu
Bu gün, 06:21
"Son 10 ildə gəldiyiz vəziyyət budur, fələkətli rəqəmlərdir..." - partiya sədri
Bu gün, 06:13
Naxçıvanda bütün problemlərin səbəbkarı tapıldı... - Di dincəlin...
Bu gün, 06:10
Nəsimi məhkəməsi dələduzluğu belə stimullaşdırır – Elnur İbrahimova “mükafat” kimi qərar
Bu gün, 05:56
"Qoy xalq bilməsin xalq artisti Miri Yusif necə oxuyur.." - REAKSİYA
Bu gün, 05:27
"Ona yəhudilər haqqında bir neçə sual verdim, yayındı..." - keçmiş deputat
Bu gün, 05:14
Əgər dövlət puluna alınan bu əmlak BDU-ya lazım deyilsə... - MÜRACİƏT
Bu gün, 05:09
"60-70 dəfə şikayət etdim, yenə düzəlmədi" - NARAZILIQ VAR...
Bu gün, 04:53
"Yunanlar kimi hər zaman fərqli və unudulmaz..."
Bu gün, 04:51
Nazir dostunu həbsdən qoruya bilərmi? –“Rabitəçi” Sənan Mənsimli və Qarabağ təhsilində ciddi korrupsiya iddiaları
Bu gün, 04:46
Köhnə marşrut lövhələri və Anar Rzayevin AYNA-sı - Biabırçılıq
Bu gün, 04:40
“Universal Hospital”da sertifikatsız həkim - yeni faktlar
Bu gün, 04:34
Yerlibazlıq və qohumbazlıqdan dövlətçilik prinsipinə - REPLİKA
Bu gün, 04:13
Hörmüzdən Zəngəzura uzanan “qırmızı xətt”: - İran ABŞ-ın bölgəyə gəlişinə niyə qarşıdır?
Bu gün, 04:05
“Pilgrim Edu” abituriyentləri aldadır? — Xaricdə təhsil vədi, ödənişlər və saxta sənəd iddiaları
Bu gün, 04:01
Ermənistanın Rusiyaya qarşı yeni qərarı nə deməkdir? - GƏLİŞMƏ
Bu gün, 03:57
Başçının adamları pul yığmaqla məşğuldur - GİLEY
Bu gün, 03:55
Valideynlər bir uşağı məktəbə neçəyə yola salacaqlar? - Sentyabrın əsas xərci...
Bu gün, 03:49
Türkiyədə çökdürlən dini cərəyan Süleymançıların Azərbaycanda şəbəkəsi varmı? - AKTUAL
Bu gün, 03:47
"Eurocar Rent A Car" MMC iflas etdi – 97 min manat borcu var
Bu gün, 03:40
Zəngəzur dəhlizi: İldə 3 milyard qazanc və üstün mövqe - ARAŞDIRMA
Bu gün, 03:34
Sərhəddə “güzgü effekti”? – yüzlərlə xarici TIR Azərbaycana keçə bilmir
Bu gün, 03:09
Ceki Çanın çəkildiyi filmin Azərbaycandakı çəkilişləri başa çatıb
Dünən, 18:04
Vaşinqtonda yenilik: - Bakının 34 ildir gözlədiyi qərar verilir?
Dünən, 18:02
İvanişvili məni və ailəmi məhv etmək istəyir - Gürcüstanın keçmiş baş naziri
Dünən, 17:53
“Faytonçu” Nazimin görünüşündə diqqətçəkən dəyişiklik - FOTO
Dünən, 17:51
Ermənistanda şaftalı böhranı: - Fermerlər yolu bağladı
Dünən, 17:49
TƏBİB 1,6 mln. manatlıq tibbi vasitə alır
Dünən, 17:47
Agentlik rəhbəri bu peşə mərkəzinə direktor təyin etdi - FOTO
Dünən, 17:47
Lisenziyadan kənar işlər görülürmüş... - Nazirlik “Medicare” klinikası cərimələndi
Dünən, 17:41
İş adamı Quvat Beybutovun "pulunu yeyənlər" MƏHKƏMƏDƏ DANIŞDI
Dünən, 17:34
Moskvada terrora çağırış edən jurnalistə cinayət işi açıldı
Dünən, 17:33
Paşinyanın yeni təhlükəsizlik şefi müharibə elan etdi - Hədəfdə bu şəxslərdir...
Dünən, 17:22
Akademikin oğluna YÜKSƏK VƏZİFƏ VERİLDİ - FOTO
Dünən, 17:17
“David Seliverstov” indi də ayın 20-də gəlir – “Bir günə həqiqət üzə çıxacaq” nağılı bitəcəkmi?
Dünən, 17:14
Sakinlər 114 sayılı marşrut avtobusundan narazıdırlar - GİLEY
Dünən, 17:06
Fərhad Adıgözəlov 4 ay sonra bu idarəyə rəis əvəzi gətirdi - ƏMR
Dünən, 16:56
Buğda bahalaşdı: Bəs çörək? - AKTUAL
Dünən, 16:53
“Əliyev son açıqlaması ilə əslində bizə xəbərdarlıq edib” - Erməni deputat
Dünən, 16:45
Tramp İrana qarşı nüvə silahından istifadə edəcək - ŞOK İDDİA
Dünən, 16:43
Rusiya asılılığı ilə Azərbaycan alternativi arasında: - Gürcüstanın iqtisadi seçimi
Dünən, 16:39
Tiflisdən Qarabağ açıqlaması: - Məsələnin daha ağır tərəfi Paşinyanla bağlıdır
Dünən, 16:35
Parisdə dincələn Səmradan EHTİRASLI FOTOLAR
Dünən, 16:23
TƏBİB sədri daha iki vəzifəlini işdən çıxardı - YENİ TƏYİNATLAR
Dünən, 16:21
Səfalı MTK ilə bağlı növbəti qalmaqal - Bu binada sakinlər qorxu içindədir
Dünən, 16:17
Marketlərdə erməni malları – Alan olacaqmı?
Dünən, 16:07
Sentyabrın əsas xərci: - Valideynlər bir uşağı məktəbə neçəyə yola salacaqlar?
Dünən, 15:49
Ərzaq məhsulları xaricdən Azərbaycana neçəyə gətirilir? – Qiymətlər
Dünən, 15:42
Gömrük sistemində ÖZBAŞINALIQ... DAVAM EDİR
Dünən, 15:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru