Arvadını xüsusi amansızlıqla öldürən şəxs: .....                     Simonyan hərbi rütbə istəyir .....                     Paşinyan “Simonyana görə işdən çıxarılırsan” deyibmiş .....                     Ukrayna vurdu, Moskva işıqsız qaldı .....                     Rusiyada biznesin soyulması görünməmiş həddə çatdı: .....                     Həbsi anons edilən başçı DAHA BİR HƏRBÇİMİZİN MÜLKÜNÜ DAĞIDIB .....                     Ədalət İsmayılov VƏFAT ETDİ .....                     “Avqust Şaxta Babası” və erməni kimliyinin yay dönüşü .....                     Qazax-Bakı qatarında təhlükəli anlar: Pəncərə çatlayıb .....                     Bakıda 3 nəfər kirayədə yaşadıqları evdə bıçaqlanıb .....                     Rusiya-Çin eyni anda savaşa başlaya bilər .....                     Tramp İranla razılaşmanın pozulmasında Omanı günahlandırmağa çalışır .....                     Bu rayonlardan Bakıya gələnlərə pis xəbər .....                     "Son 10 ildə gəldiyiz vəziyyət budur, fələkətli rəqəmlərdir..." .....                     Naxçıvanda bütün problemlərin səbəbkarı tapıldı... .....                     Nəsimi məhkəməsi dələduzluğu belə stimullaşdırır .....                     "Qoy xalq bilməsin xalq artisti Miri Yusif necə oxuyur.." .....                     "Ona yəhudilər haqqında bir neçə sual verdim, yayındı..." .....                     Əgər dövlət puluna alınan bu əmlak BDU-ya lazım deyilsə... .....                     "60-70 dəfə şikayət etdim, yenə düzəlmədi" .....                     "Yunanlar kimi hər zaman fərqli və unudulmaz..." .....                     Nazir dostunu həbsdən qoruya bilərmi? .....                     Köhnə marşrut lövhələri və Anar Rzayevin AYNA-sı .....                     “Universal Hospital”da sertifikatsız həkim .....                     Yerlibazlıq və qohumbazlıqdan dövlətçilik prinsipinə .....                     Hörmüzdən Zəngəzura uzanan “qırmızı xətt”: .....                     “Pilgrim Edu” abituriyentləri aldadır? .....                     Ermənistanın Rusiyaya qarşı yeni qərarı nə deməkdir? .....                     Başçının adamları pul yığmaqla məşğuldur .....                     Valideynlər bir uşağı məktəbə neçəyə yola salacaqlar? .....                     Türkiyədə çökdürlən dini cərəyan Süleymançıların Azərbaycanda şəbəkəsi varmı? .....                     "Eurocar Rent A Car" MMC iflas etdi .....                     Zəngəzur dəhlizi: İldə 3 milyard qazanc və üstün mövqe .....                     Sərhəddə “güzgü effekti”? .....                     Ceki Çanın çəkildiyi filmin Azərbaycandakı çəkilişləri başa çatıb .....                     Vaşinqtonda yenilik: .....                     İvanişvili məni və ailəmi məhv etmək istəyir .....                     “Faytonçu” Nazimin görünüşündə diqqətçəkən dəyişiklik .....                     Ermənistanda şaftalı böhranı: .....                     TƏBİB 1,6 mln. manatlıq tibbi vasitə alır .....                 

Həbsi anons edilən başçı DAHA BİR HƏRBÇİMİZİN MÜLKÜNÜ DAĞIDIB - Prezidentə MÜRACİƏT OLUNDU
Tarix: Bu gün, 09:41 | Çap et

Dünən məlumat verərək bildirdik ki, Binəqədi Rayon İcra Hakimiyyətinin Azərbaycan Ordusunun zabiti, 44 Günlük Vətən müharibəsi və Aprel döyüşləri iştirakçısı polkovnik-leytenant Bəhruz Alışovun əmlakını dağıtması faktı artıq Baş prokurlruq tərəfindən nəzarətə götürülüb və hətta iddia olunur ki, bu fakt üzrə hüquqi araşdırma aparılacağı təqdirdə, icra başçısı Elxan Allahverdiyevin həbsi belə mümkündür.

"DİA-AZ" xəbər verir ki, bununla bağlı mətbuata danışan Bəhruz Alışov deyib ki, Baş Prokuror onunla görüşdə məsələdən xəbərdar olduğunu deyib: “Ancaq buna baxmayaraq, hər şeyi öz dilimdən eşitmək istədiyini dedi. Kamran Əliyev məni diqqətlə dinlədi. Bildirdi ki, prosesi şəxsi nəzarətinə götürür. Mən də ona təşəkkür edirəm və nəticəni gözləyirəm. İnanıram ki, icra hakimiyyətinin bu qanunsuzluğuna qarşı hüquqi ölçü götürüləcək. Mənim pozulan hüquqlarım bərpa olunmaqla yanaşı, bu işə göstəriş verənlər, icra edənlər cinayət məsuliyyətinə cəlb olunacaq”.

Binəqədinin icra başçısı Elxan Allahverdiyevin bu özbaşınalığının ölkədə böyük rezonansa səbəb olması və bu səbəblə Baş Prokuror Kamran Əliyevin zərərçəkən şəxsən dinləməsi vətəndaşın mülkiyyət hüququna edilən qəsdin araşdırılacağına inam yaradır. Son illər dövlət başçısının icra başçılarına və başqa məmurlara güzəştsiz münasibəti imkan verəcək ki, Elxan Allahverdiyev həyatını Azərbaycanın ərazi bütövlüyü uğrunda risklərə həsr edən bir ordu zabitinə qarşı etdiyi əməllərə görə cinayət məsuliyyətinə cəlb olunsun.

"DİA-AZ"ın əldə etdiyi məlumatlardan aydın olur ki, bu fakt sən demə, yeganə hal deyil ki, Elxan Allahverdiyev döyüşçülərimizin əmlakını yerlə-yeksan edir. Belə ki, redaksiyamız müraciət edən polkovnik-leytenant Alışov Bəhruz Ağabəy oğlu da eyni qaydada başçının zülmündən gileylənir. Onun ölkə rəhbərliyinə ünvanladığı müraciəti olduğu kimi təqdim edirik: 

"Mən, polkovnik-leytenant Alışov Bəhruz Ağabəy oğlu, Silahlı Qüvvələr veteranı, Müharibə veteranı, Aprel döyüşləri və Vətən müharibəsi iştirakçısı olaraq bildirirəm ki, mənim mülkiyyətimdə olan torpaq sahəsi və həmin ərazidə yerləşən yaşayış evimlə bağlı hüquqlarım dəfələrlə pozulmuşdur.

Mənim əlimdə həmin torpaq sahəsinə dair çıxarış (kupça) olduğu halda, Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən heç bir məhkəmə qərarı olmadan mülkiyyətimə müdaxilə edilmiş və evim texnika, o cümlədən traktor vasitəsilə sökülərək dağıdılmışdır.

Evimin söküntüsü ilk dəfə 2024-cü ilin sentyabr ayında həyata keçirilib. Bundan sonra müxtəlif tarixlərdə daha iki dəfə müdaxilə edilərək evim sökülüb və nəticədə ümumilikdə üç dəfə söküntü həyata keçirilib.

Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələri ilə mülkiyyət hüququ qorunur. Buna baxmayaraq, mənim mülkiyyət hüququmu təsdiq edən çıxarış mövcud olduğu halda və hər hansı məhkəmə qərarı təqdim edilmədən evim sökülüb.

Söküntülərlə bağlı foto və video sübutlar, həmçinin aidiyyəti dövlət qurumlarının söküntünün həyata keçirildiyini təsdiq edən rəsmi yazılı sənədləri məndə mövcuddur. Həmin sənədlərdə söküntünün həyata keçirilməsi ilə bağlı məlumatlar öz əksini tapmışdır.

Xüsusilə Binəqədi Rayon İcra Hakimiyyətinin birinci müavini Hacıbaba Babayevin bu hadisələrdə rolunun araşdırılmasını xahiş edirəm. Söküntünün kimin göstərişi ilə həyata keçirildiyi, hansı hüquqi əsasla aparıldığı və konkret vəzifəli şəxslərin bu prosesdə iştirakının olub-olmaması müəyyən edilməlidir.

Əlavə olaraq bildirirəm ki, hətta fərz etsək ki, həmin tikinti qanunsuz tikinti hesab olunur, bu belə heç bir dövlət orqanına qanunla müəyyən edilmiş prosedurları pozaraq özbaşına söküntü həyata keçirmək hüququ vermir.

Bu baxımdan, Binəqədi Rayon İcra Hakimiyyətinin birinci müavini Hacıbaba Babayevdən və digər aidiyyəti vəzifəli şəxslərdən soruşuram: əgər tikilinin qanunsuz olduğunu hesab edirdinizsə, hansı qanunun və hansı səlahiyyətin əsasında, heç bir məhkəmə qərarı olmadan mənim tikilimi texnika ilə söküb dağıtmısınız?

Tikilinin qanunsuz olması barədə iddia varsa, həmin məsələ qanunvericiliklə müəyyən edilmiş qaydada səlahiyyətli orqan tərəfindən araşdırılmalı, mübahisəli məsələ isə qanuni prosedur çərçivəsində həll edilməlidir. Məhkəmə qərarı olmadan mülkiyyətə müdaxilə edilməsinin və tikilinin sökülməsinin hüquqi əsası ayrıca göstərilməlidir.

Eyni zamanda, Binəqədi Rayon İcra Hakimiyyətinin və şəhərsalma sahəsində fəaliyyət göstərən aidiyyəti qurumların konkret olaraq hansı hüquqi əsasla söküntü həyata keçirmək səlahiyyətinə malik olduğu araşdırılmalıdır. Söküntünü həyata keçirən şəxslərin və texnikanın kim tərəfindən cəlb edildiyi, göstərişin kim tərəfindən verildiyi və bunun hansı normativ hüquqi aktla əsaslandırıldığı müəyyən edilməlidir.

Mən öz hüquqlarımı qorumaq məqsədilə müxtəlif dövlət orqanlarına və məhkəmələrə müraciət etmişəm. Məsələ ilə bağlı əlimdə olan çıxarış, foto-video materiallar, rəsmi yazışmalar və digər sübutlar mövcuddur.

Xahiş edirəm:

1. Mənim mülkiyyətimə məhkəmə qərarı olmadan müdaxilə edilməsinin və evimin üç dəfə sökülməsinin qanuniliyi hərtərəfli araşdırılsın;
2. Söküntünün hansı hüquqi əsasla və hansı səlahiyyətli orqanın göstərişi ilə həyata keçirildiyi müəyyən edilsin;
3. Söküntünü həyata keçirən və buna göstəriş verən vəzifəli şəxslər müəyyən edilərək onların hərəkətlərinə hüquqi qiymət verilsin;
4. Binəqədi Rayon İcra Hakimiyyətinin birinci müavini Hacıbaba Babayevin bu hadisələrdə rolu ayrıca araşdırılsın;
5. Əlimdə olan çıxarış, foto-video materiallar və rəsmi yazışmalar sübut kimi araşdırılsın;
6. Mülkiyyət hüququmun pozulmasına hüquqi qiymət verilsin və pozulmuş hüquqlarımın bərpası üçün qanunvericiliyə uyğun tədbirlər görülsün;
7. Mənə dəymiş maddi və mənəvi zərərin qanunvericiliyə uyğun qaydada müəyyən edilərək ödənilməsi məsələsinə baxılsın;
8. Araşdırmanın nəticəsi və söküntünün hüquqi əsası barədə mənə yazılı və əsaslandırılmış cavab verilsin..."









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Arvadını xüsusi amansızlıqla öldürən şəxs: - ““Bizim kinomuz bura qədər idi” deyərək ona çoxsaylı bıçaq zərbələri endirdim”
Bu gün, 10:37
Simonyan hərbi rütbə istəyir - Paşinyana müraciət etdi
Bu gün, 10:25
Paşinyan “Simonyana görə işdən çıxarılırsan” deyibmiş – İrəvanda skandal
Bu gün, 10:20
Ukrayna vurdu, Moskva işıqsız qaldı - ASTRA
Bu gün, 10:15
Rusiyada biznesin soyulması görünməmiş həddə çatdı: - Bu dəfə adını "əvəzsiz ianə" qoyublar
Bu gün, 09:55
Həbsi anons edilən başçı DAHA BİR HƏRBÇİMİZİN MÜLKÜNÜ DAĞIDIB - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 09:41
Ədalət İsmayılov VƏFAT ETDİ
Bu gün, 09:28
“Avqust Şaxta Babası” və erməni kimliyinin yay dönüşü - "Milli Kimlik Günü"nün yaradılması ...
Bu gün, 09:13
Qazax-Bakı qatarında təhlükəli anlar: Pəncərə çatlayıb - VİDEO
Bu gün, 08:05
Bakıda 3 nəfər kirayədə yaşadıqları evdə bıçaqlanıb - TƏFƏRRÜAT
Bu gün, 07:57
Rusiya-Çin eyni anda savaşa başlaya bilər - Mümkün ssenari
Bu gün, 07:55
Tramp İranla razılaşmanın pozulmasında Omanı günahlandırmağa çalışır - “The Wall Street Journal”
Bu gün, 06:23
Bu rayonlardan Bakıya gələnlərə pis xəbər – Qadağa qoyuldu
Bu gün, 06:21
"Son 10 ildə gəldiyiz vəziyyət budur, fələkətli rəqəmlərdir..." - partiya sədri
Bu gün, 06:13
Naxçıvanda bütün problemlərin səbəbkarı tapıldı... - Di dincəlin...
Bu gün, 06:10
Nəsimi məhkəməsi dələduzluğu belə stimullaşdırır – Elnur İbrahimova “mükafat” kimi qərar
Bu gün, 05:56
"Qoy xalq bilməsin xalq artisti Miri Yusif necə oxuyur.." - REAKSİYA
Bu gün, 05:27
"Ona yəhudilər haqqında bir neçə sual verdim, yayındı..." - keçmiş deputat
Bu gün, 05:14
Əgər dövlət puluna alınan bu əmlak BDU-ya lazım deyilsə... - MÜRACİƏT
Bu gün, 05:09
"60-70 dəfə şikayət etdim, yenə düzəlmədi" - NARAZILIQ VAR...
Bu gün, 04:53
"Yunanlar kimi hər zaman fərqli və unudulmaz..."
Bu gün, 04:51
Nazir dostunu həbsdən qoruya bilərmi? –“Rabitəçi” Sənan Mənsimli və Qarabağ təhsilində ciddi korrupsiya iddiaları
Bu gün, 04:46
Köhnə marşrut lövhələri və Anar Rzayevin AYNA-sı - Biabırçılıq
Bu gün, 04:40
“Universal Hospital”da sertifikatsız həkim - yeni faktlar
Bu gün, 04:34
Yerlibazlıq və qohumbazlıqdan dövlətçilik prinsipinə - REPLİKA
Bu gün, 04:13
Hörmüzdən Zəngəzura uzanan “qırmızı xətt”: - İran ABŞ-ın bölgəyə gəlişinə niyə qarşıdır?
Bu gün, 04:05
“Pilgrim Edu” abituriyentləri aldadır? — Xaricdə təhsil vədi, ödənişlər və saxta sənəd iddiaları
Bu gün, 04:01
Ermənistanın Rusiyaya qarşı yeni qərarı nə deməkdir? - GƏLİŞMƏ
Bu gün, 03:57
Başçının adamları pul yığmaqla məşğuldur - GİLEY
Bu gün, 03:55
Valideynlər bir uşağı məktəbə neçəyə yola salacaqlar? - Sentyabrın əsas xərci...
Bu gün, 03:49
Türkiyədə çökdürlən dini cərəyan Süleymançıların Azərbaycanda şəbəkəsi varmı? - AKTUAL
Bu gün, 03:47
"Eurocar Rent A Car" MMC iflas etdi – 97 min manat borcu var
Bu gün, 03:40
Zəngəzur dəhlizi: İldə 3 milyard qazanc və üstün mövqe - ARAŞDIRMA
Bu gün, 03:34
Sərhəddə “güzgü effekti”? – yüzlərlə xarici TIR Azərbaycana keçə bilmir
Bu gün, 03:09
Ceki Çanın çəkildiyi filmin Azərbaycandakı çəkilişləri başa çatıb
Dünən, 18:04
Vaşinqtonda yenilik: - Bakının 34 ildir gözlədiyi qərar verilir?
Dünən, 18:02
İvanişvili məni və ailəmi məhv etmək istəyir - Gürcüstanın keçmiş baş naziri
Dünən, 17:53
“Faytonçu” Nazimin görünüşündə diqqətçəkən dəyişiklik - FOTO
Dünən, 17:51
Ermənistanda şaftalı böhranı: - Fermerlər yolu bağladı
Dünən, 17:49
TƏBİB 1,6 mln. manatlıq tibbi vasitə alır
Dünən, 17:47
Agentlik rəhbəri bu peşə mərkəzinə direktor təyin etdi - FOTO
Dünən, 17:47
Lisenziyadan kənar işlər görülürmüş... - Nazirlik “Medicare” klinikası cərimələndi
Dünən, 17:41
İş adamı Quvat Beybutovun "pulunu yeyənlər" MƏHKƏMƏDƏ DANIŞDI
Dünən, 17:34
Moskvada terrora çağırış edən jurnalistə cinayət işi açıldı
Dünən, 17:33
Paşinyanın yeni təhlükəsizlik şefi müharibə elan etdi - Hədəfdə bu şəxslərdir...
Dünən, 17:22
Akademikin oğluna YÜKSƏK VƏZİFƏ VERİLDİ - FOTO
Dünən, 17:17
“David Seliverstov” indi də ayın 20-də gəlir – “Bir günə həqiqət üzə çıxacaq” nağılı bitəcəkmi?
Dünən, 17:14
Sakinlər 114 sayılı marşrut avtobusundan narazıdırlar - GİLEY
Dünən, 17:06
Fərhad Adıgözəlov 4 ay sonra bu idarəyə rəis əvəzi gətirdi - ƏMR
Dünən, 16:56
Buğda bahalaşdı: Bəs çörək? - AKTUAL
Dünən, 16:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru