“Ermənistanın Təhlükəsizlik Şurasının keçmiş katibi Armen Qriqoryanın vəzifəsindən uzaqlaşdırılması onun üçün çox ani olub. Qriqoryan belə bir qərarın veriləcəyini bilməyib və gğzləməyib”.
Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.
Nəşr yazır ki, Qriqoryan hökumətdəki iş yoldaşları ilə emosional şəkildə vidalaşıb:
“Armen Qriqoryan yaxın dostları ilə söhbətində baş nazir Nikol Paşinyanın onunla işdən çıxmaq məsələsini müzakirə etmədiyini bildirib. Sadəcə Alen Simonyanın bu vəzifəyə təyin edilməsi üçün onun işdən çıxarılacağı deyilib.
Qriqoryan yaxın dostlarına Paşinyandan çox ciddi incidiyini, çünki özünü 6 il ümumi işə sədaqətlə xidmət edən inqilabın iştirakçısı hesab etdiyini və ona belə münasibət göstərilməməli olduğunu deyib. Həmçinin Paşinyanın ona müşavir vəzifəsini təklif etməsini isə özü üçün təhqir kimi qəbul edib”.
Qeyd edək ki, Nikol Paşinyanın qərarı ilə Ermənistan Təhlükəsizlik Şurasının katibi vəzifəsinə parlementin keçmiş sədri Alen Simonyan təyin edilib.


















