"Mən bu dələduzu, Kazım Abbasovu- “David Seliverstov”u “Bakı Dağ Yəhudilərinin İcması”nın binasında görmüşəm..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında keçmiş deputat Etibar Əliyev qeyd edib.
O daha sonra son günlər populyar mövzuya çevrilmiş məsələ ilə bağlı bunları deyib: "2025- ci ilin may ayının 7- də sabiq icra başçısı Vaqif Abdullayevin ivrit dilinə tərcümə olunmuş “Dostumuz, müttəfiqimiz” kitabının təqdimatında...
Adam tədbirin təşkilatçısı və İcmada əsas söz sahibi kimi özünü aparırdı. Başına da yəhudilərin baş geyimi olan kipa keçirmişdi. Ona yəhudilər haqqında bir neçə sual verdim. Yayındı. Tədbirin aparıcısı sabiq deputat Çingiz Qənizadə idi..."




















