"2016-cı ilin ilk yarısında (yanvar-iyun aylarında) Azərbaycanda 77,3 min körpə dünyaya gəlib. Əhalinin hər 1000 nəfərinə düşən doğum göstəricisi 16,1 bərabər olub..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında ReAL Partiyasının sədri Natiq Cəfərli qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "2026-cı ilin yanvar-iyun aylarında ölkədə 40798 uşaq doğulub. Əhalinin hər 1000 nəfərinə düşən doğum göstərici 8,0 olub.
Son 10 ildə gəldiyiz vəziyyət budur, fələkətli rəqəmlərdir. Doğuşun azalması ilə paralel olaraq 18-30 yaş arası gənclərin ölkədən kütləvi köçü baş verir. Yəni, növbəti illərdə demoqrafik göstəricilər daha pis olacaq. Bu vəziyyət dövlət üçün təhlükəsizlik məsələsidir. Eşidirsiz?!."





















