Hansı universitetlərdə təhsil haqqı azaldılıb? .....                     “Ermənistan iqtisadi cəhətdən Azərbaycanın təsiri altına düşür” .....                     “Nizami” stansiyasının tuneli ləğv edilir .....                     “Binəqədi-38” MMMC-nin fəaliyyətindən şikayətlər var .....                     Azərbaycanda orta aylıq əməkhaqqı 60 qəpik azalıb .....                     Xamenei ilə yeddi saatlıq görüş keçirdim .....                     Məktəblərdə dərslər gec başlaya bilər .....                     VTB-nin səhmdarlarının növbədənkənar .....                     “Yığımcıl oldum, amma varlı olmadım” .....                     Prokuror "Okean" restoranında tanışını bıçaqlayana .....                     60 milyon avro... .....                     Yasəmənin ölümü yenidən araşdırılacaq .....                     "Eminin ölümünə səbəb olub, balalarını atasız qoyan qadına haqqımızı halal etmirik" .....                     "‘Kasko’ nəyə lazımdır?" .....                     Daşnakların “tələb”ləri varmış: Saqatelyan Bakıyla sülhə necə baxır? .....                     “David Seliverstov”la deputatı nə birləşdirir? .....                     Mahmud Əhmədinejadın .....                     Paşinyanın bu sözündən sonra kim Ermənistandan məhsul alar? .....                     Türkiyəyə 196 min, Ermənistana 110 min, Azərbaycana isə 10 min gürcü turist səfər edib .....                     Azərbaycanda 7 şirkət fəaliyyətini dayandıraraq holdingə qoşuldu .....                     «Etibarsız təchizatçı» elan olunan «Best Auto Service» MMC-yə büdcə pullarını KİM ÖTÜRÜR? .....                     FHN Kəramət Böyükçölə məxsus 3 obyektin istismarına icazə verdi: Sahəsi 1 480 kv. metrdir .....                     Şıxov çimərliyində iki qadın dənizdə boğulub .....                     ABŞ gerçəkdənmi BOMBA QITLIĞI YAŞAYIR? .....                     Barmaqları amputasiya olunan qaziyə niyə əlillik verilmir? .....                     Avropanın enerji nəhəngi Bakıdakı ofisini bağladı .....                     AZAL Naxçıvana artan tələbatla bağlı sərnişinlərə müraciət edib .....                     "Partiyada işlər nisbətən sakit gedir" .....                     Xəstəliyinə görə aldığı müavinət dayandırıldı və... .....                     Agentlik Neftçalada jurnalistdən hər biri 72 min manata 20 ədəd ev alır .....                     Ermənistanda gözlənilməz qərar: .....                     “Tramp marşrutu”nun icrası ilə bağlı fəal işlər gedir .....                     Vətəndaş “İrşad”dan narazılıq edir .....                     "Atəşgah Sığorta" 1 milyon manat zərər edib .....                     Azərbaycanın Niderlanddakı səfiri geri çağırılaraq Belçikaya .....                     Azərbaycanın İsveçrədəki səfiri geri çağırılıb .....                     Mənzurədən QINAQ ATƏŞİ: .....                     Prezident Əliyev 2 səfiri geri çağırdı .....                     Tramp sözünü geri götürdü: .....                     “Sərnişin əlavə pul ödəməməlidir!” .....                 

“Binəqədi-38” MMMC-nin fəaliyyətindən şikayətlər var - "Nazirliyə rəsmi müraciət etsək də..."
Tarix: Bu gün, 17:17 | Çap et

Azərbaycanda çoxmənzilli binaların idarə olunması məqsədilə yaradılan Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətlərinin (MMMC) fəaliyyəti ilə bağlı narazılıqlar zaman-zaman gündəmə gəlir. Jurnalist Elman Eldaroğlu da yaşadığı Binəqədi rayonundakı 9-cu mikrorayon, Mir Cəlal küçəsi 143A ünvanında yerləşən binanı idarə edən “Binəqədi-38” MMMC-nin fəaliyyəti barədə bir sıra iddialar səsləndirib.

Modern.az-ın məlumatına görə, E.Eldaroğlu bununla bağlı deyib:

"Azərbaycanda ilk Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti (MMMC) 2014-cü ilin yanvar ayında dövlət qeydiyyatına alınıb. Bu hüquqi şəxslərin yaranması ölkədə Mənzil Məcəlləsinin tətbiqi və çoxmənzilli binaların idarə edilməsində yeni üsulların təbliği ilə bağlı həyata keçirilir. Fəqət, ölkədə MMMC-lərin fəaliyyətinə nəzarət edən konkret bir qurum yoxdur. Guya idarəetmə və nəzarət binada mülkiyyət payı olan sakinlərə həvalə edilib. Bu da özbaşınalığa, saxtakarlığa yol açır. Məsələn, yaşadığım 9-cu mikrorayon, Mir Cəlal küçəsi 143A binasını “Binəqədi-38” MMMC idarə edir. Bu MMMC-nin rəhbərliyi qanunvericiliyin tələblərinə uyğun heç bir yığıncaq-seçki keçirmədən, sakinlərə başqa adla imza atdıraraq MMMC-ni 29 mart 2024-cü ildə Ədliyyə Nazirliyində qeyri-kommersiya hüquqi şəxs kimi dövlət qeydiyyatına sala bilib. Bu barədə Ədliyyə Nazirliyinə rəsmi müraciət etsək də, bizə yerli məhkəməyə müraciət etmək tövsiyə olunub.

Buradan belə çıxır ki, bir neçə sakin mülkiyyətçilərin yığıncağını keçirmədən digər sakinlərdən imza toplamaqla binanın idarəetməsini asanlıqla ələ keçirə bilər. Çünki qeydiyyata götürən orqan daxil olan sənədlərin doğruluğunu yoxlamır. Bundan əlavə, artıq iki il beşinci aydır ki, “Binəqədi-38” MMMC VÖEN olmadan fəaliyyət göstərir. Burada çalışan hər kəs, yəni komendant, təmizlik üzrə xadimə, inzibati işçi, mühafizəçilər rəsmi əmək müqaviləsi olmadan çalışır. Bu barədə Dövlət Vergi Xidmətinə, Dövlət Əmək Müfəttişliyinə, DOST Agentliyinə dəfələrlə müraciət etsək də, səsimizi eşidən yoxdur.

Kommunal haqları nağd və ya da ki, kiminsə adına açılan şəxsi kart hesabına toplanır. Hansı ki, Azərbaycan Respublikasının “Nağdsız hesablaşmalar haqqında” Qanununun 3.4.5-ci maddəsinə görə stasionar telefon xidmətləri və kommunal xərclərin ödənilməsi yalnız nağdsız hesablaşma qaydasında aparılmalıdır.
Odur ki, “Binəqədi-38” MMMC-nin sədri işləyən Eldar Səfərovun sakinlərə hər ay təqdim etdiyi möhürsüz, imzasız hesabatı da şübhəlidir.

Bundan əlavə, binanın sakinləri arasında illərlə kommunal haqqını ödəməyən adamlara qarşı heç bir hüquqi addım atılmır. Sanki Eldar Səfərov özü belə sakinləri qoruyur. Nəticədə, kimlərsə liftlərin, su nasoslarının, mühafizə xidmətinin, təmizləyicinin, daxili və xarici işıqlandırmanın məsrəflərindən müftə istifadə edir. Büdcədən yoxa çıxan vəsaitin hesabatını soruşanda isə sədr heç bir rəsmi əmək müqaviləsi olmadan, qeyri-qanuni işləyən komendantın üstünə atır. Komendant isə çiyinlərini çəkir.

Mülkiyyətçilərlə hesablaşmadan yığılan kommunal haqlarından böyük məbləğ sərf edib mənasız yerlərə xərclənir. Binada yanğın əleyhinə mərtəbələrdə quraşdırılan bütün avadanlıqlar bərbad haldadır. FHN-ə şikayət edəndə də sahə üzrə inspektor gəlib faktı təsdiq edir, amma heç bir nəticə olmur. Mərtəbələrdə yanğın əleyhinə avadanlıqlar bərpa olunmur ki, olunmur. Anlaya bilmirəm, binada qəfil yanğın baş verərsə, tələf olan insanlara görə kim cavabdehlik daşıyacaq?

Bina başdan-ayağa avtopilot rejimində idarə olunur. Mənzillərin əksəriyyətində mətbəxlər balkona köçürülüb və mətbəxlərin kanalizasiya sistemi yağış suları üçün nəzərdə tutulan borulara qoşulduğu üçün binanın müxtəlif yerlərindən süzülən çirkab sular blokdakı sahələrə dolur.

Binada elektrik maşınlarının şarj edilməsi üçün qeyri-qanuni quraşdırılan avadanlıqların qarşısını almaqdan ötrü MMMC-nin rəhbərliyi heç bir iş görmür. Şikayət edəndə də MMMC-nin sədri və idarə heyəti sayğısızlıq göstərib cavab vermək istəmir.

Ümummülkiyyətə aid olan sahələrdə avtomobillərin parkinq edilməsi qanunla qadağan olsa da, həmin yerlərdə MMMC-nin sədri Eldar Səfərovun çevrəsində olan şəxslər avtomobillərini park edir. Binanın su anbarı illərlə təmizlənib dezinfeksiya olunmur. Zirzəmilərdə qarajların jalüzlə bağlanması yanğın zamanı tüstünün qatılaşmasına bir zamindir.

Birdirmi, ikidirmi “Binəqədi-38” MMMC-nin problemləri, saymaqla bitməz. Haraya şikayət etsən də, nəticəsi olmur ki, olmur. İctimailəşdirdim ki, bəlkə kimsə bu qeyri-qanuni fəaliyyətin qarşısını ala bilər. Qanuni dövlətdə belə də qurum olar?.."

“Binəqədi-38” MMMC-nin sədri Eldar Səfərov və idarə heyətinin şikayətdə səsləndirilən iddialara münasibəti məlum deyil. Məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarının və “Binəqədi-38” MMMC rəhbərliyinin mövqeyini dərc etməyə hazırıq.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Hansı universitetlərdə təhsil haqqı azaldılıb? –Siyahıdakı adlar
Bu gün, 17:31
“Ermənistan iqtisadi cəhətdən Azərbaycanın təsiri altına düşür” - “Past”
Bu gün, 17:23
“Nizami” stansiyasının tuneli ləğv edilir - Mütəxəssis izah etdi
Bu gün, 17:22
“Binəqədi-38” MMMC-nin fəaliyyətindən şikayətlər var - "Nazirliyə rəsmi müraciət etsək də..."
Bu gün, 17:17
Azərbaycanda orta aylıq əməkhaqqı 60 qəpik azalıb - RƏQƏMLƏR
Bu gün, 17:14
Xamenei ilə yeddi saatlıq görüş keçirdim - Pezeşkian
Bu gün, 17:10
Məktəblərdə dərslər gec başlaya bilər – Yeni sistemə keçməyin vaxtıdır
Bu gün, 17:07
VTB-nin səhmdarlarının növbədənkənar Ümumi Yığıncağı keçiriləcək
Bu gün, 17:06
“Yığımcıl oldum, amma varlı olmadım”
Bu gün, 17:04
Prokuror "Okean" restoranında tanışını bıçaqlayana CƏZA İSTƏDİ
Bu gün, 16:59
60 milyon avro... - Azərbaycan bu məsələdə Rusiyanı əvəz edə bilərmi?
Bu gün, 16:54
Yasəmənin ölümü yenidən araşdırılacaq - TƏFƏRRÜAT
Bu gün, 16:52
"Eminin ölümünə səbəb olub, balalarını atasız qoyan qadına haqqımızı halal etmirik" - İTTİHAM VAR...
Bu gün, 16:45
"‘Kasko’ nəyə lazımdır?" - ETİRAZ
Bu gün, 16:36
Daşnakların “tələb”ləri varmış: Saqatelyan Bakıyla sülhə necə baxır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 16:31
“David Seliverstov”la deputatı nə birləşdirir? – Rafailovun təkzib edə bilmədiyi FAKTLAR
Bu gün, 16:26
Mahmud Əhmədinejadın İLGİNC fotosu yayıldı
Bu gün, 16:22
Paşinyanın bu sözündən sonra kim Ermənistandan məhsul alar? - Xaçaturyan
Bu gün, 16:20
Türkiyəyə 196 min, Ermənistana 110 min, Azərbaycana isə 10 min gürcü turist səfər edib - NECƏ GƏLSİNLƏR Kİ...
Bu gün, 16:17
Azərbaycanda 7 şirkət fəaliyyətini dayandıraraq holdingə qoşuldu - SİYAHI
Bu gün, 16:16
«Etibarsız təchizatçı» elan olunan «Best Auto Service» MMC-yə büdcə pullarını KİM ÖTÜRÜR? - ADLAR BƏLLİ...
Bu gün, 16:10
FHN Kəramət Böyükçölə məxsus 3 obyektin istismarına icazə verdi: Sahəsi 1 480 kv. metrdir - Şairin özü isə belə REAKSİYA VERDİ
Bu gün, 15:59
Şıxov çimərliyində iki qadın dənizdə boğulub
Bu gün, 15:53
ABŞ gerçəkdənmi BOMBA QITLIĞI YAŞAYIR? - ŞƏRH
Bu gün, 15:50
Barmaqları amputasiya olunan qaziyə niyə əlillik verilmir? - Video
Bu gün, 15:44
Avropanın enerji nəhəngi Bakıdakı ofisini bağladı -Azərbaycana TƏSİRLƏRİ
Bu gün, 15:42
AZAL Naxçıvana artan tələbatla bağlı sərnişinlərə müraciət edib - DİQQƏT
Bu gün, 15:36
"Partiyada işlər nisbətən sakit gedir"
Bu gün, 14:33
Xəstəliyinə görə aldığı müavinət dayandırıldı və... - NARAZILIQ VAR...
Bu gün, 14:22
Agentlik Neftçalada jurnalistdən hər biri 72 min manata 20 ədəd ev alır - İLGİNC
Bu gün, 14:12
Ermənistanda gözlənilməz qərar: - Müxalif deputat parlament sədrinin müavini seçildi
Bu gün, 14:03
“Tramp marşrutu”nun icrası ilə bağlı fəal işlər gedir - Sona Qazaryan
Bu gün, 14:00
Vətəndaş “İrşad”dan narazılıq edir - “Kondisioner bir ay sonra sıradan çıxdı, problemi həll etmirlər”
Bu gün, 13:49
"Atəşgah Sığorta" 1 milyon manat zərər edib - TƏFƏRRÜAT
Bu gün, 13:43
Azərbaycanın Niderlanddakı səfiri geri çağırılaraq Belçikaya TƏYİN OLUNDU
Bu gün, 13:42
Azərbaycanın İsveçrədəki səfiri geri çağırılıb - SƏRƏNCAM
Bu gün, 13:41
Mənzurədən QINAQ ATƏŞİ: - “Biz sənət üçün özümüzü öldürürdük, indikilər isə...”
Bu gün, 13:39
Prezident Əliyev 2 səfiri geri çağırdı - SƏRƏNCAM
Bu gün, 13:36
Tramp sözünü geri götürdü: - Ağ Ev şokda
Bu gün, 13:31
“Sərnişin əlavə pul ödəməməlidir!” - Hüquqşünasdan metro AÇIQLAMASI
Bu gün, 13:28
Ukraynanın Baş Kəşfiyyat İdarəsi Rusiyanın iki S-400-nü məhv edib
Bu gün, 13:22
Bu şirkətlər tenderlərdə qalib olmaq üçün saxta sənədlər təqdim edirmişlər - SİYAHI
Bu gün, 13:17
Yol polisi qaydaları pozan Əməkdar artisti cəzalandırdı - VİDEO
Bu gün, 13:04
Vardaynanın arvadı Bakıya gəlmək istəyir - AÇIQLAMA
Bu gün, 13:02
“O, mənim evimi yıxıb, oğlumu öldürüb...” – Şəkidəki faciə ilə bağlı nazirə müraciət
Bu gün, 13:00
İrəvan təhlükəli oyuna gedir, Moskva səbrini itirir - ŞOK DETALLAR
Bu gün, 12:09
Xankəndidən Vaşinqtona: Cənubi Qafqazı dəyişdirən yeddi İl - İNCƏLƏMƏ
Bu gün, 12:05
"Qeyrət" təşkilatının təsisçisi dünyasını dəyişdi
Bu gün, 12:00
Qarabağ ərazisinə düşən ABŞ kəşfiyyat təyyarəsindəki 9 nəfər NECƏ SAĞ QALDI?
Bu gün, 11:58
"Hazırda Azərbaycanla dialoqumuz var, Azərbaycanla ticarət aparırıq..." - Ermənistanın ABŞ-dakı səfiri deyir ki...
Bu gün, 11:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru